Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-440/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(012)- 3692/2021 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(012)-3692/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9860,01 manat məbləğindəəldən çıxmış fayda olmaqla, üumilikdə 9860,01 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verilərək, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(012)-3692/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9860,01 manat məbləğindəəldən çıxmış fayda olmaqla, ümumilikdə 9860,01 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən o halda özgənin pul vəsaitindən faydanlanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehlərin gəlir əldə etməsi halı müəyyən edilməyib. Halbuki qeyd edilən normanın tətbiq üçün əsas şərti də həmin halın müəyyən edilməsidir ki, bununla da bağlı sübutları təqdim etmək vəzifəsi AR MPM-nin 77.1-ci maddəsinə əsasən iddia edən tərəf olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti daşıdığı halda bunu edə bilməmişdir. Bundan başqa işin faktiki hallarından göründüyü kimi tələbin məhkəmə qətnaməsi ilə ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi qət edilmiş, hazırkı borcun da həmin qətnamənin icra edilməməsi səbəbindən yaranmasını göstərmiş, lakin məhkəmədə ipoteka ilə təmin edilmiş həmin öhdəliyin hansı səbəbdən icra edilməməsi, ipoteka predmetinə yönəlməsinə cavabdehlərin maneə yaradıbyaratmaması halları ilə bağlı hər hansı bir sübüt göstərilməmiş, yalnız formal mülahizə və izahata istinad olunmuşdur. 2014-cü il 11 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 24%-lə 120 ay müddətinə 40700 USD məbləğində kredit götürmüşdür. 22.12.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 29637.11 USD Mərkəzi Bankın 22.12.2016 il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 52088.28 AZN təşkil edir, kreditin müddəti 22.12.2026-cı il tarixədək təyin edilmişdir. Belə ki, 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsi hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bundan başqa 11 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlik vaxtında icra edilmədiyindən tərəflərindən 25 may 2018-ci il tarixdə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəliməsi tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi barədə 20 dekabr 2019-cu il tarixli, 2(012)-l 21/2019 saylı qətnaməsi qəbul edilmişdir. Lakin Cavabdeh hazırkı dövrə kimi həmin qətnamənin icrasına maneə yaratmışdır. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatlan məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-ci (Öhdəliklərin icra edilməməsi”) və 23-cü (Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət”) fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(012)-3692/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasını iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh qızıdır. 2014-ci ildə əmlaklarını ipoteka müqaviləsinin predmeti qismində müəyyənləşdirərək kredit götürmüş, 2016-cı ilə qədər borcu vaxtlı-vaxtında ödəmişlər. Sonradan iki dəfə devalivasiya oldu və borc öhdəliyi olduğu məbləğdən 3 qat artıq oldu. Bu səbəbdən ödəmə qabiliyyətini itirmişlər. Ümumilikdə banka 40200 (qırx min iki yüz) manat pul ödənilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(012)-3692/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(012)-3692/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-121/2019 saylı, 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli, 4-G-1-0-1299-14, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə 22 dekabr 2016-cı il tarixli əlavə sazişin ləğv edilməsi, cavabdehdən əsas kredit borcuna görə 40.196,96 manat, faiz borcuna görə 21.514,58 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 61.731,54 qəpik məbləğində kredit borcuna, 55 manat məhkəmə xərcinə görə pulun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, evin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, həmin evin cavabdeh tərəfindən boşaldılması və açıq hərracda satılması, satışdan əldə edilən pulun iddia tələbinin təmin edilən hissəsində Banka ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehdən alınması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1553/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, evin ilkin satış qiymətinin likvid dəyərinin 118.000 manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2092/2021 saylı, 19 aprel 2021-ci il tarixli Qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1553/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-121/2019 saylı, 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 noyabr 2014-cü il tarixli, 4-G-1-0-1299-14, 6Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə 22 dekabr 2016-cı il tarixli əlavə sazişin ləğv edilməsi, cavabdehdən əsas kredit borcuna görə 40.196,96 manat, faiz borcuna görə 21.514,58 manat, cərimə borcu üzrə 20 manat olmaqla, cəmi 61.731,54 manat məbləğində kredit borcuna, 55 manat məhkəmə xərcinə görə pulun tutulub iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, evin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, həmin evin cavabdeh tərəfindən boşaldılması və açıq hərracda satılması, satışdan əldə edilən pulun iddia tələbinin təmin edilən hissəsində Banka ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehdən alınması qət edilmişdir. Daha sonra isə sözügedən qətnamədən iddaçının nümayəndəsi və cavabdeh apelyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1553/2020 saylı, 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, evin ilkin satış qiymətinin likvid dəyərinin 118.000 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2092/2021 saylı mülki iş üzrə 19 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməyərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında görünür ki, İddiaçı ASC cavabdehdən 9860,01 manat məbləğində pulun tutulmasına səbəb kimi cavabdehin kredit müqaviləsi ilə götürdüyü və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qət edilən məbləği vaxtında banka qaytarmamaqla banka maddi ziyan vurmasını, həmin hərəkətlərin bankın qanuni mənafelərinin pozulması ilə nəticələnməsini, borclunun icranı gecikdirməsinin hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olmasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd etmişdir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımı qaydada icra edilməməsi faktı özü-özlüyündə Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiqi üçün əsas sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.” Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçının pulundan cavabdehlərin gəlir əldə etməsi halı müəyyən edilməyib. Halbuki qeyd edilən normanın tətbiq üçün əsas şərt də həmin halın müəyyən edilməsidir ki, bununla da bağlı sübutları təqdim etmək vəzifəsini AR MPM-nin 77.1-ci maddəsinə əsasən iddia edən tərəf olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti daşıdığı halda bunu edə bilməmişdir. Bundan başqa tələbin məhkəmə qətnaməsi ilə ipoteka predmeti olan daşınmaz əmlaka yönəldilməsi qət edilmiş, hazırki borcun da həmin qətnamənin icra edilməməsi səbəbindən yaranması göstərilmiş, lakin məhkəmədə ipoteka ilə təmin edilmiş həmin öhdəliyin hansı səbəbdən icra edilməməsi, ipoteka predmetinə tutmanın yönəlməsinə cavabdehlərin maneə yaradıb-yaratmaması halları ilə bağlı hər hansı bir sübut göstərilməmiş, yalnız formal mülahizə və izahata istinad olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddianı təmin etməməyə dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apelyant dəlillərini əsaslandırmaq üçün heç bir sübut təqdim etməmişdir. Qeyd edilən dəlillərə isə qətnamədə araşdırılaraq qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(012)- 3692/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(012)-3692/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-440/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-440/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver