Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-442/2021 18.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(060)-4658/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 12.11.2014-cü il tarixli, 803 YHFK saylı kredit müqaviləsi üzrə 6439,75 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 6694,49 manat faiz borcu, gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 215,51 manat faiz borcu, ümumilikdə 13349 (on üç min üç yüz qırx doqquz) manat 75 (yetmiş beş) qəpik kredit borcu; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 24.06.2015-ci il tarixli, 891 YHFK saylı kredit müqaviləsi üzrə 4238,76 ABŞ dolları əsas borc, 2918,13 ABŞ dolları faiz borcu, ümumilikdə 7156 (yeddi min bir yüz əlli altı) ABŞ dolları 89 (səksən doqquz) sent kredit borcu (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 115 (bir yüz on beş) manatın tutulması, tələbin Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1, 43 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 85.000 (səksən beş min) manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılması və evin boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 mart 2020-ci il tarixli 2(105)-1079/2020 nömrəli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və A.Abbasov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2020-ci il tarixli qərarı ilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və İ.R.Xələfov) Cavabdeh2 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1079/2020 nömrəli iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsinin qismən – kredit borcunun tutulması hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyun 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavahdehlər Cavabdeh2 və Cavabdeh1 12.11.2014-cü il tarixli, 803 YHFK saylı kredit müqaviləsi üzrə 8161 manat əsas borc, 5317 manat faiz borcu, ümumilikdə 13.478 manat məbləğində kredit borcunun; Cavabdeh2 və Cavabdeh1 24.06.2015-ci il tarixli, 891 YHFK saylı kredit müqaviləsi üzrə 5372 ABŞ dolları əsas borc, 2627 ABŞ dollan faiz borcu, ümumilikdə 7999 ABŞ dolları məbləğində kredit borcunun; mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notariat qaydada təsdiqi üçün ödənilmiş 55 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 43 nömrəli evə (0.0262 ha topaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 43 nömrəli evdə yaşayan cavabdehlərin əşyaları ilə birlikdə 1 (bir) ay müddətində çıxarılması, həmçinin Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 43 nömrəli evin 1 (bir) ay müddətində boşaldılması, əmlakın satışından əldə edilən vəsait göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavahdehlər Cavabdeh2 və Cavabdeh1 12.11.2014-cü il tarixli, 803 YHFK saylı kredit müqaviləsi üzrə 6439,75 manat əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 6694,49 manat faiz borcunun, müqavilə müddətinin sonundan 31 may 2019-cu il tarixədək əsas borca görə illik beş faiz dərəcəsi ilə hesablanmış 215,51 manat faiz borcunun, ümumilikdə 13349,75 manat kredit borcu; Cavabdeh2 və Cavabdeh1 24.06.2015-ci il tarixli, 891 YHFK saylı kredit müqaviləsi üzrə 4238,76 ABŞ dolları əsas borcun, 2918,13 ABŞ dolları faiz borcunun, ümumilikdə 7156,89 ABŞ dolları məbləğində kredit borcunun; mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notariat qaydada təsdiqi üçün ödənilmiş 55 manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 43 nömrəli evə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 43 nömrəli evdə yaşayan cavabdehlərin əşyaları ilə birlikdə 1 (bir) ay müddətində çıxarılması, həmçinin Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 43 nömrəli evin 1 (bir) ay müddətində boşaldılması, əmlakın satışından əldə edilən vəsait göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Yeni Həyat” filialı ilə Cavabdeh2 arasında bağlanmış 12.11.2014-cü il tarixli, 803 YHFK nömrəli «Kredit müqaviləsi»nə əsasən, cavabdehə “təmir” məqsədilə 48 ay müddətinə, illik 19 faiz hesablanmaqla 10000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 12.11.2014-cü il tarixli, 803 YHFK nömrəli «Kredit müqaviləsi»nin təminatı qismində, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 43 nömrəli ev banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 12.11.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışvə buna əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi 15.11.2014-cü il olan, RX seriyalı, ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Cavabdeh2 ilə bağlanılmış 12.11.2014-cü il tarixli, 803 YHFK nömrəli «Kredit müqaviləsi»nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh1 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh1 ilə 12.11.2014-cü il tarixli “Zaminlik” müqaviləsi bağlanmışdır. İddiaçı ASC-nin “Yeni Həyat” filialı ilə Cavabdeh2 arasında bağlanmış 24.06.2015-ci il tarixli, 891 YHFK nömrəli «Kredit müqaviləsi»nə əsasən, cavabdehə 48 ay müddətinə, illik 19 faiz hesablanmaqla 5700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 24.06.2015-ci il tarixli, 891 YHFK nömrəli «Kredit müqaviləsi»nin təminatı qismində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən 43 nömrəli ev banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 24.06.2015-ci il tarixli İpotekanın əlavə qeydiyyatı haqqında Razılaşma bağlanmış və buna əsasən AR ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi 01.07.2015-ci il olan, RX seriyalı ******* nömrəli ipotekanın əlavə qeydiyyatına dair yüklülük çıxarışı verilmişdir. Cavabdeh2 ilə bağlanılmış 24.06.2015-ci il tarixli, 891 YHFK nömrəli «kredit müqaviləsi»nin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh1 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh1 ilə 24.06.2015- ci il tarixli “Zaminlik” müqaviləsi bağlanmışdır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasımn gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt şəhər məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə tərəfindən heç bir ekspertiza keçirmədən qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etməsi, cavabdehlərin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsinin ekspertiza keçirilməsi ilə bağlı cavabdehin apelyasiya şikayətində verdiyi vəsatət üzrə ümumiyyətlə qərardad qəbul etmədiyini, həmin məsələyə yalnız qətnamədə ümumi şəkildə münasibət bildirildiyini, MPM-nin 97.1. maddəsinin tələblərinə riayət edilməklə apellyasiya şikayətində irəli sürülmüş vəsatət üzrə əsaslandırılmış qərardad qəbul edilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin kredit borcunun tutulması hissəsində qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakı qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizaları təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli 9/6032 saylı ekspertiza rəyi ilə 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 8275,68 manat, faiz borcu 4590,47 manat, 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 5373,58 ABŞ dolları, faiz borcu 1684,62 ABŞ dolları, 9/3623 saylı 18 iyun 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 8275,68 manat, faiz borcu 2869,43 manat, 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 5373,58 ABŞ dolları, faiz borcu 3661,35 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinin dəqiqləşməsində 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 6439,75 manat, əsas borca hesablanmış faiz məbləği 6694,49 manat, 24.06.2015-ci il tarixli, 891 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 4238,76 ABŞ dolları, ona hesablanmış faiz borcu 2918,13 ABŞ dolları təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı üzrə 05 mart 2021-ci il tarixli 9/6032 saylı ekspertiza rəyi ilə 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz məbləği və 9/3623 saylı 18 iyun 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, əsas borca hesablanmış faiz məbləğlərinin artıq hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə hesablanmış faiz məbləği və 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə hesablanmış faiz məbləği iddia tələbində göstərilən məbləğdə deyil, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli 9/6032 saylı və 9/3623 saylı 18 iyun 2021-ci il tarixli ekspert rəylərində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə yaranan əsas borca hesablanmış faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, 12.11.2014-cü il tarixli 803 YHFK saylı və 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqavilələri üzrə əsas borcu hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli 9/6032 saylı və 9/3623 saylı 18 iyun 2021-ci il tarixli ekspertiza rəylərində göstərilən məbləğ bankın tələb etdiyi məbləğdən artıqdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 12.11.2014-cü il tarixli 803 YHFK saylı və 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqavilələri üzrə əsas borc iddia ərizəsində göstərilən məbləğdə tutulmalıdır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə əsa borc 6439,75 manat, faiz borcu 2869,43 manat, gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 215,51 manat və 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 4238,76 ABŞ dolları, faiz borcu 1684,62 ABŞ dolları (qətnamənin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla) Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi kredit borcunun tutulması hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 (yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 392, 393, 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 17 dekabr 2019-cu il tarixli qətnaməsi kredit borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 12.11.2014-cü il tarixli 803 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 6439 (altı min dörd yüz otuz doqquz) manat 75 (yetmiş beş) qəpik, faiz borcu 2869 (iki min səkkiz yüz altmış doqquz) manat 43 (qırx üç) qəpik və gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 215 (iki yüz on beş) manat 51 (əlli bir) qəpik, 24.06.2015-ci il tarixli 891 YHFK saylı kredit müqaviləsi üzrə əsas borc 4238 (dörd min iki yüz otuz səkkiz) ABŞ dolları 76 (yetmiş altı) sent, faiz borcu 1684 (min altı yüz səksən dörd) ABŞ dolları 62 (altmış iki) sent (qətnamənin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla) alınaraq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-442/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-442/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver