Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-442/2022 11.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X3 hüquqi varisi X6 nümayəndəsi İddiaçı və Cavabdeh nümayəndəsi X9 iştirakı ilə, iddiaçı X3 hüquqi varisi X6 Cavabdehnə qarşı “borcun silinməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(012)-3146/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(012)-3146/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən abonent kodu- **********02837 olan, Abşeron rayonu, Xırdalan şəhəri, 19-cu məhəllə, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə quraşdırılmış qaz sayğacına görə 30.10.2019-cu il tarixli, ******* saylı akt üzrə hesablanmış 486 manat cərimənin silinməsi, iddia tələbinin iddiaçı X3 hüquqi varisi X7 dəymiş 500 (beş yüz) manat maddi ziyanın və 2500 (iki min beş yüz) manat mənəvi ziyanın ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(012)-3146/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin Bakı Regional Qazın Satış Departamenti tərəfindən qanunsuz olaraq ona hesablanmış 486 (dörd yüz səksən altı) manat cərimə pulunun ləğv edilməsi, ona dəymiş 500 (beş yüz) manat maddi ziyanın və 2500 (iki min beş yüz) manat mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasinın iclasında Cavabdeh nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəməin qətnaməsi əsassızdır. Belə ki, Cavabdeh İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan **********02837 saylı abonent kodu verilmiş yaşayış sahəsinin eyvanına quraşdırılmış qaz sayğacı akt əsasında çıxarılaraq yoxlamaya göndərilmişdir. Yoxlama nəticəsində Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən tərtib edilmiş akta əsasən, yəni qüsura görə nəticə hissəsinə əsasən qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuş və bu barədə «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30.10.2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Qeyd edir ki, mənzilin eyvanına quraşdırılmış qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Lakin birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Buna əsas kimi iş materiallarında olan sübutlara istinad etmişdir, yəni iş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş 30.10.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta, hansı ki, iddiaçıya məxsus abonent kodu verilmiş mənzilə quraşdırılmış sayğaca kənar təsir nəticəsində deşilməsi faktı aşkar edilməsi əsası ilə tərtib edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən tərtib edilmiş 30.10.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə, hansı ki, qeydə alınmamış itirilmiş təbii qazın həcmini 4860 m3 hesablanmasını əks etdirmişdir. İş materiallarında olan yuxarıda qeyd etdiyimiz sübutlara nəzər yetirilsə, hamısı iddia tələbinin əsassız olmasını göstərir. Digər tərəfdən birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(012)-3146/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı X3 hüquqi varisi X6 nümayəndəsi İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(012)-3146/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini qeyd etsə də şikayətin məzmunundan görünür ki, qətnamə idianı təmin edilməsi hissəsində mübahisələndirilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsiin qətnaməsini yalnız iddia tələbinin təmin edilmiş hissəə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan qazın alqı-satqısı barədə 23.09.2019-cu il tarixli, AB-567 nömrəli müqavilədən görünür ki, paylayıcı Cavabdeh İB-nin BRQSDİ bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı X1 qazla təmin etməyi, istehlakçı X8 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı Cavabdeh İB-nin BRQSDİ tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ №130844 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 07.12.2020ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 40 saylı Notariat Ofisinin 19 fevral 2021-ci il tarixli, 159 №-li məktubundan görünür ki, 02.09.1955-ci il tarixdə anadan olmuş, ölən günədək, yəni 07.12.2020-ci il tarixdək Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yaşamış mərhum X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı qızı X10 tərəfindən Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət daxil olmuş, tərəflərindən vərəsəlik işi açılmış və o, miras qoyanın vərəsəsi kimi tanınmışdır. Abşeron rayonu. Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km, bina 1, blok 83, mənzil 35, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km, bina 1, blok 28. mənzil 37 və ünvan 3 ünvanında yerləşən mənzillərə dair X3 adına mülkiyyət hüququnu təsdiq edən sənədlər verildikdən sonra mərhumun vərəsələrinin dairəsi müəyyən edilərək vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.10.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, X5 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 19-cu məhəllə, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə quraşdırılmış abonent kodu **********02837 olan sayğaca baxış keçirilən zaman aşkar olunmuşdr ki, MSK-29/1710-029232 rəyinə əsasən, 08AZ**********6 sayğacın yaddaş arxivinin oxunması mümkün deyildir. İş materiallarında olan Cavabdeh Bakı X14 Departamenti tərəfindən verilmiş 28.09.2021-ci il tarixli, 1671 saylı sorğuya cavaba dair arayışından görünür ki, ünvan 4 ünvanında yaşayan Qızqayıt Babayevaya məxsus yaşayış evinin qaz xətti üzərində istismarda olmuş «Gulf» smart kart tipli G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacı 27.09.2019-cu il tarixində qaz buraxmadığı üçün eyni markalı **********0 zavod nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğac çıxarılan zaman sayğacın batareya yuvasının zədələnməsi aşkar edilmiş və bu barədə tərtib edilmiş ******* nömrəli aktda müvafiq qeydiyyat aparılmışdır. Çıxarılmış G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacı növbədənkənar Dövlət yoxlamasına göndərilmiş və yoxlamanın nəticəsinə əsasən sayğaca müdaxilə faktı aşkar edilmişdir. Bu barədə «Azəriqaz İB-nin “Metrologiya” Departamentinin 29/1710-2923-2 saylı, 21.10.2019-cu il tarixli aktı tərtib edilmişdir. İstismara yararsız hesab edilmiş G-4 markalı, 08AZ**********6 zavod nömrəli qaz sayğacı 2020-ci ilin fevral ayında silinməsi məqsədilə Cavabdeh İB-nin Anbar Təsərrüfatı İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə obyektiv həqiqətə nail olmaq üçün cavabdeh şirkətə 13 sentyabr 2021-ci il tarixdə sorğu ünvanlayaraq, mülki işlə əlaqədar zərurət yarandığından məhkəmə-texniki eskpertizası keçirilməsi məqsədi ilə X3 adına qeydiyyatdan keçmiş 08AZ**********6 saylı sayğacın məhkəməyə təqdim edilməsini xahiş etmiş, lakin iş materiallarında olan Cavabdeh Bakı X14 Departamenti tərəfindən verilmiş 28.09.2021-ci il tarixli, 1671 saylı sorğuya cavaba dair arayışından ünvan 4 ünvanında yaşayan Qızqayıt Babayevaya məxsus yaşayış evinin qaz xətti üzərində istismarda olmuş Gulf smart kart tipli G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacı 27.09.2019-cu il tarixində qaz buraxmadığı üçün eyni markalı **********0 zavod nömrəli qaz sayğacı ilə əvəz edilməsi, sayğac çıxarılan zaman sayğacın batareya yuvasının zədələnməsinin aşkar edilməsi, bu barədə tərtib edilmiş ******* nömrəli aktda müvafiq qeydiyyat aparılması, çıxarılmış G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacı növbədənkənar Dövlət yoxlamasına göndərilməsi və yoxlamanın nəticəsinə əsasən sayğaca müdaxilə faktı aşkar edilməsi, bu barədə Cavabdeh İB-nin “Metrologiya” Departamentinin 29/1710-2923-2 nömrəli, 21.10.2019-cu il tarixli aktın tərtib edilməsi, istismara yararsız hesab edilmiş G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacı 2020-ci ilin fevral ayında silinməsi məqsədilə Cavabdeh İB-nin Anbar Təsərrüfatı idarəsinə təhvil verilməsi göstərilməklə məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, sorğuya cavabda yuxarıda göstərilən hallar G-4 markalı 08AZ**********6 zavod nömrəli qaz sayğacının məhkəməyə təqdim edilməməsi üçün əsas sayıla bilməz, həmin halları və sözügedən sayğacın işə baxılan dövrdə mövcud olmadığını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, belə olan halda sayğacda yaranan qüsurun iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməsini müəyyən etmək mümkün deyildir, halbuki qazdan istifadə Qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhz iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, cavabdeh təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, iddiaçının zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımadığından, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan borcun hesablanması əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehin nümayəndəsi apelyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun iddiaçı tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(012)-3146/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(012)-3146/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-442/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-442/2022
11.01.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver