Məhkəmə qərarları › İş №2(105)-452/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-452/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-452/2021 23.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1138/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı «İddiaçı” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləkbərov Laçın Əzizağa oğlu tərəfindən İddiaçı-yə 252,96 manat dəymiş zərərin, 3310,54 manat borc olmaqla cəmi 3563,50 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1138/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 252,96 manat qazdan qeyri-qanuni istifadəyə görə borc və 3310,54 manat debitor borc olmaqla cəmi 3563,50 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir (hakim Rahim Həsənov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə təmsil etdiyi şəxsin qeydiyyat ünvanını Quba şəhəri kimi müəyyən etmiş, bununla da müdafiə hüququ pozulmuşdur. Akt yazılan mənzilin mülkiyyətçisi cavabdeh deyil. Həmçinin məhkəmə tərəfindən aidiyyat qaydaları pozulmuşdur. Belə ki, cavabdeh Bakı şəhəri, Azadlıq prospekti 108, mənzil 110 olduğu halda qanunsuz olaraq onu Qubada yaşayan kimi göstərməklə aidiyyət qaydalarını pozmuşdur. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1138/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Resppublikası Mülki Prosessua Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş ərazi aidiyyətinə uyğun olaraq baxılması üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbində cavabdehin ünvanı kimi ünvan 2 mənzil 5 kimi göstərilmişdir. İşə apelyasiya qaydasında baxılan zaman təqdim edilmiş cavabdehin şəxsiyyət vəsiqəsinin surətindən və sonuncunun nümayəndəyə verdiyi etibarnamədən də görünür ki, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 108, mənzil 110-da rəsmi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə də qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, qanunvericilik iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna aidiyyət qaydasını da nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə görə də tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hazırki işdən də görünür ki, iddia tələbi borcun tələb edilməsidir. Başqa sözlə, hazırki iddia tələbi daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olmadığı üçün MPM-in 39.1-ci maddəsinini təsiri altına düşmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin məzmunundan görünür ki, həmin maddə daşınmaz əmlakla bağlı yalnız mülkiyyət hüquqlarının müdafiəsi üzrə iddiaların daşınmaz əmlakın yerləşdiyi yerə görə verilməsini müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin borc tələbi ilə bağlı olduğundan həmin tələbin müstəsna aidiyyat üzrə də Quba Rayon Məhkəməsində baxılmasını istisna etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan prosessual hüquq normalarında mülki işlərə baxılmasının ərazi aidiyyatı göstərilsə də, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, cavabdehin Bakı şəhəri, Nəsimi rayonunda rəsmi qeydiyyatda olmasına, iddia tələbinini MPM-in 39-cu maddəsinini təsiri altına düşməməsinə baxmayaraq, iddia ərizəsini icraata götürmüş, nəticədə aidiyyət qaydalarının pozulması ilə qətnamə çıxarmışıdr. Halbuki, qanunvericiliyin tələbinə görə, iddia ərizəsi ərazi aidiyyəti üzrə verilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi əvvəlcədən aidiyyət qaydalarının pozulması ilə işi icraaata qəbul etmiş, sonradan da işi başqa məhkəmədə baxılmağa verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmiş, ərazi aidiyyəti qaydaları pozulmuş, nəticədə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxıldığı üçün . Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)- 1138/2020 saylı qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bu normaya istinadən məhkəmə kollegiyası hesab edir ki, iş baxılması üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1138/2020 saylı qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual 44, 45, 263, 264, 266, 267, 402, 405.0.2-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1138/2020 saylı qətnaməsi ləğv edilsin. Mülki iş baxılması üçün Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar