Məhkəmə qərarları › İş №2(105)-453/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-453/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-453/2021 25.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı 7370 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7370 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Quba rayonu Afurca kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır. 2015-ci ilin mart ayının 29-da pula ehtiyacı olduğu üçün Quba rayonu Giləzi kənd sakini X5 müraciət etmişdir. A.R.Əzizov “xxxx” ASC-nin Quba filialından 14000 ABŞ dolları məbləğində kredit götürərək ona vermişdir. 2015-ci ilin aprel ayından 2016-cı ilin iyul ayına qədər xx.xx.2015ci il tarixdə 500 manat, xx.xx.2015-ci il tarixdə 500 manat, xx.xx.2015-ci il tarixdə 529 manat, xx.xx.2015-ci il tarixdə 528 manat, xx.xx.2015-ci il tarixdə 528 manat, xx.xx.2015-ci il tarixdə 530 manat, xx.xx.2015-ci il tarixdə 530 manat, xx.xx.2015-ci il tarixdə 530 manat, xx.xx.2015-ci il tarixdə 530 manat, xx.xx.2016-cı il tarixdə 600 manat, xx.xx.2016-cı il tarixdə 200 manat və xx.xx.2016-cı il tarixdə 200 manat olmaqla, cəmi 5705 manat məbləğində pulu banka ödəniş etmişdir. xx xxxx 2016-cı il tarixdə baş vermiş devalvasiya ilə əlaqədar bank tərəfindən xarici valyutada olan kreditlərin manata çevrilməsi məqsədilə X8 ilə 15000 manat məbləğində yeni kredit müqaviləsi bağlanmış və hesab “xxxx” ASC-yə köçürülmüşdür. Bundan sonra, xx.xx.2016-cı il tarixdə 515 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 50 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2019-cu il tarixdə 100 manat və xx.xx.2019-cu il tarixdə 100 manat olmaqla cəmi 1665 manat məbləğində pulu banka ödəniş etmişdir. Bir müddət maddi imkanı olmadığından krediti ödəyə bilməmiş və həmin vaxt kreditin ödənişi X4 pensiyasına yönəldilərək 10 ay müddətində onun pensiyasından tutulmuşdur. Ona görə də xx xxxxxx 2016-cı il tarixdə X7 ilə onun arasında Quba rayon Notariat Kontorunda 3 M- 359 reyestrlə təsdiq edilmiş kredit müqaviləsi bağlanmışdır. O, mərhum X1 həmin kredit müqaviləsinə əsasən borc pul almamış, Quba rayon Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə, 3 M-359 reyestrlə təsdiq edilmiş kredit müqaviləsinin bağlanma səbəbi kimi o, onun adına xx xxxx 2015-ci il tarixdə əvvəl ABŞ dolları ilə və sonradan xx xxxx 2016-cı il tarixdə bağlanmış xx-xx- 11052450 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən “xxxx” ASC-nin Quba filialından 33 ay müddətinə 28% dərəcəsi ilə 15.000 manat məbləğində kredit götürməyi olmuşdur. Həmin kreditdən 5705 manat və 1665 manat olmaqla, cəmi 7370 manat məbləğində pulu banka ödəmişdir. X7 xx.xx.2017-ci il tarixdə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. O, X2 vəfatından sonra da onun adına olan kredit borcunu ödəməyə davam etmişdir. Lakin, X2 həyat yoldaşı, qanun üzrə vərəsəsi Cavabdeh Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Quba rayon Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə, 3 M-359 reyestrlə təsdiq edilmiş kredit müqaviləsinə əsasən Quba rayonu Afurca kənd sakini İddiaçı yəni o, Cavabdeh əri-X3 25000 borc pul almış və həmin pulu xx.xx.2017-ci il tarixədək tam olaraq faizsiz nağd qaydada borc verənə qaytarmağına dair öhdəlik götürmüşdür. Borc verən X7 borc müqaviləsi üzrə öhdəliyinin icrası ilə bağlı müddətin bitməsinə az qalmış xx.xx.2017-ci il tarixdə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Borcun ödənilməsi ilə bağlı öhdəliyin icra müddətinin xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq guya o, bu günədək müqavilə üzrə 25000 manat məbləğində pul öhdəliyini yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınırmış, Aydəddin Əzizovun vəfat etməsi faktından sui-istifadə etməklə həmin borcu qaytarmaqdan imtina etmiş, iddiaçıya və ya onun mərhum əri Ayəddin Əzizova heç bir ödəniş etməmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(027)-1451/2018 saylı qətnaməsi ilə ondan 25000 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. O, sözügedən qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-1451/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsini ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-2185/2019 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(027)-1451/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bir daha qeyd etmək istəyir ki, o, mərhum X1 borc pul almamışdır. Quba rayon Notariat Kontorunda xx.xx.2016cı il tarixdə, 3 M-359 reyestrlə təsdiq edilmiş kredit müqaviləsinin bağlanma səbəbi onun adına xx xxxx 2015-ci il tarixdə əvvəl ABŞ dolları ilə və sonradan xx xxxx 2016-cı il tarixdə bağlanmış xx-xx-11052450 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən “xxxx” ASCnin Quba filialından 33 ay müddətinə 28% dərəcəsi ilə 15.000 manat məbləğində kredit götürməyi olmuşdur. Həmin kredit borcu onun tərəfindən ödənilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Onun tərəfindən «xxxx» ASC-nin Quba filialına ödəyi pullara dair ona verilmiş qəbzləri itirdiyinə görə, hal-hazırda qeyd etdiyi bank əməkdaşları ona bildirmişdir ki, yalnız sorğular əsasında verilə bilinər. Həmin ödənişlər onun tərəfindən edilmiş, lakin cavabdehin ərinin adı göstərilmişdir. Cavabdehin şəxsin ona 7370 manat məbləğində pul borclu olması barədə təstiqedici sənədlərin olmaması əsas götürülməklə, onun iddiası təmin edilməmişdir. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(027)-269/2020 saylı qətnaməsinin ləğv edilməsi, onun iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz göndərərək, onun təmin olunmamasını və işə onun iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehin iddiaçıya borclu olmasının sübuta yetirə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan 16-xx-xx-052450 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC tərəfindən A.R.Əzizova illik 28%, 33 ay müddətnə olmaqla xx.xx.2019-cu il tarixədək 5871 manat məbləğində kredit verilmişdir. İşdə olan Quba Rayon Məhkəməsinin 2(027)-1451/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 25000 manat borc və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşə əlavə olan “xxxx”ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, A.R.Əzizov ilə “xxxx”ASC-nin Quba filialı ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 16-xx-xx- 052450 saylı kredit müqaviləsinə əsasən banka 2445 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin mərhum həyat yoldaşının adına 16-xx-xx-052450 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi əsasında xxxx” ASC tərəfindən illik 28%, 33 ay müddətnə olmaqla xx.xx.2019-cu il tarixədək 5871 manat məbləğində kredit almışdır. İddiaçı cavabdehin həyat yoldaşı vəfat etdikdən sonra həmin kredit borcunun ödədiyini iddia etsə də, iş materiallarında olan “xxxx”ASC-nin xx.xx.2020-ci il məktubundan görünür ki, A.R.Əzizov ilə “xxxx”ASC-nin Quba filialı ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 16-xx-xx-052450 saylı kredit müqaviləsinə əsasən banka 2445 manat məbləğində vəsait ödənilmişdir. Bundan başqa, iddiaçı Cavabdeh 7370 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsini tələb etsə də, məhkəmə tərəfindən cavabdehin iddiaçıya qarşı hər-hansı bir pul öhdəliyinin olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 777.1-777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(027)-269/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar