Məhkəmə qərarları › İş №2(105)-455/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-455/2021

02.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-455/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Hazəhməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Hazəhməd oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-831/2020 saylı qətnaməsindən Cavabdeh Hazəhməd oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-831/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Hazəhməd oğlundan vurulmuş zərərin əvəzi olaraq 3.373 (üç min üç yüz yetmiş üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın İddiaçı xeyrinə tutulması, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatın Cavabdeh Hazəhməd oğlundan tutularaq Dövlət Xəzinədarlığı Agentliyinə(Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir (hakim Almaz Süleymanova) Qətnamədən Cavabdeh Hazəhməd oğlu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh Hazəhməd oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hazəhməd oğlundan ona dəymiş zərərin əvəzi olaraq 5.121 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək kombi aparatının dəyərinin 2.392 manat qəbul edilməsini xahiş etdi. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh Hazəhməd oğlu apelyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanı onun valideynlərinə məxsus olub, yaşayış yeri olmadığı üçün 5 il həmin ünvanda iddiaçının ailəsi ilə birlikdə yaşamışdır. İddiaçı onun qardaşının arvadıdır. Daha sonra iddiaçı həmin evi öz adına sənədləşdirmiş və o, məhkəmə qərarı ilə həmin evdən çıxarılmışdır. O, 2019-cu ilin oktyabrın 15-də evdən çıxarkən yalnız özünə məxsus əşyaları götürmüş və həmin vaxt mənzildə ona məxsus əşyalar icraçıların iştirakı ilə avtomaşına yüklənmişdir. İddiaçının iddia etdiyi kombi sisteminin və “Samsung" markalı paltaryuyanın onun tərəfindən aparılması yalandır. Evdən çıxarkən icra məmuru da orada olmuş, həmçinin mhkəmə iclasında dindirilmiş, lakin onun ifadəsinə məhəl qoyulmamışdır. Həmin əmlakların oğurlanması ilə əlaqədar olaraq iddiaçı hüquq mühafizə orqanlarına heç bir müraciət etməmişdir. Həmin əşyaların onun tərəfindən aparılmasına dair hər hansı sübut yoxdur. Mübahisələndirilən əşyaların kim tərəfindən çıxarılması, haraya aparılması barədə məlumatı yoxdu, o, evdən yalnız özünə məxsus əşyaları götürüb getmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dari qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, cavabdehlə bir müddət mübahisə predmeti olan evdə bir yerdə yaşamışlar, sonra 2016-cı il tarixdə evi tərk edərək yaşamaq üçün anasıgilə getmişdir. Məhkəmə qərarına əsasən icraçılar cavabdehi mənzildən çıxardıqdan, evi boşaltdıqdan sonra yenidən evə qayıtmış, evə gəldikdə bütün evin boşaldığını görmüş, müəyyən edilmişdir ki, cavabdeh iddia etdiyi əşyaları özü ilə aparmışdır. O, kombi aparatını 2014-cü ildə almışdır, sənədləşmədə anasının adı göstərilsə də əşya onun tərəfindən alınmışdır. Eləcə də Samsung markalı paltaryuyan maşın onun vəsaiti hesabına alınaraq evə quraşdırılmışdır. Cavabdeh evdən çıxarıldıqdan sonra həmin əşyalar evdə olmamışdır. Həmin əşyaları cavabdeh aparıb, bu səbəbdən də həmin əmlakların dəyəri vurulmuş zərər qismində cavabdeh tərəfindən ona ödənilməlidir. Odur ki, əsasən apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin izhatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-831/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Sevdimalıyev Söhbət Məmmədqulu ifadəsində göstərdi ki, İddiaçı ilə uzaq qohumdur. Sevil evin boşaldılmasıüçün onun evinə getməsini xahiş eləmiş, icra məmurları ilə birlikdə ünvan 2 ünvanında yerləşən evə getmişlər, Cavanşir evi boşaldıb çıxdıqdan sonra evə girmişlər, həmin vaxt görmüşlər ki, kombi sistemi evdə yoxdur. Sevil demişdir ki, kombini Cavanşir çıxarıb aparıb. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsində icra məmuru işləyir. O, tərəfləri icraatında olmuş icra sənədinin icrası ilə bağlı tanımışdır. Belə ki, icraatında olan Cavabdeh Hazəhməd oğlunun mənzildən çıxarılması ilə bağlı icra sənədi olmuş, onun tərəfindən icra hərəkətləri yerinə yetirilərək cavabdeh ünvan 2 ünvanından çıxarılmışdır. Cavabdeh evdən çıxarılarkən kombi aparatı evdə, hamamda olmuş, Cavabdeh kombi aparatının onun məxsus olduğunu, lakin götürməyəcəyini demişdir. Evdə paltaryuyan maşının olmasına isə fikir verməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-56/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının məzmunundan görünür ki, Alxasova X3 İcra İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə Cavabdeh mənzildən çıxarılarkən ona məxsus mənzilin kombi sistemini və paltaryuyan maşını söküb aparması barədə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən cavabdehin iddiaçıya məxsus mənzildə yaşamasını, daha sonra məhkəmə qətnaməsinə əsasən cavabdehin həmin mənzildən çıxarılmasını, iddiaçının 2016-cı ildən mənzildə yaşamamasını, həmin mənzildə iddiaçının vəsaiti hesabına aldə edilmiş kombi aparatının və paltaryuyan maşının olmasını, cavabdeh mənzildə yaşadığı müddətdə bu əşyalardan istifadə etməsini müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır. Belə ki,birinci instansiya məhkəməsi şahid Sevdimalıyev Söhbət Məmmədqulu oğlunun ifadəsinə istinad edərək iddianı təmin etmişdir. Belə ki, şahid Sevdimalıyev Söhbət Məmmədqulu oğlu ifadəsində Cavanşirin evi boşaldıb çıxdıqdan sonra evə girməsini, kombi sistemi evdə olmamasını, bu məsələni Sevilə deməsini, Sevilin kombini Cavanşir çıxarıb aparıb deməsini bildirmişdir. Göründüyü kimi, şahid həmin kombi aparatının Cavanşir tərəfindən aparılmasına şahid olduğunu bildirməmişdir. Eyni zamanda icra məmuru ifadəsində göstərmişdir ki, Cavanşir evdən çıxarılarkən kombi aparatı evdə, hamamda olmuş, Cavabdeh «kombini mən almışam, lakin evdə qalsın». Dediyini bildirmişdir. Evdə paltaryuyan maşının olmasına isə fikir verməmişdir. Bununla da şahid ifadələrindən kombi aparatının Cavabdeh tərəfindən aparılması müəyyən edilmir. Paltaryuyan maşına gəldikdə isə hər iki şahid paltaryuyan maşını görmələrinə, eləcə də cavabdeh tərəfindən aparılmasına dair hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən əşyaların cavabdeh tərəfindən aparılmasını bildirsə də, buna dair sübut təqdim etməmişdir. Qeyd edilən şahid ifadələri də iddianın təmin edilməsi üçün mötəbər sübut sayıla bilməz. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X4 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları, sübuta yetirə bilməmişdir. Eyni zamanda iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı Şahməmməd qızının müraciəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş, həmin qərardan İddiaçı şikayət vermiş, şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qanuni hesab edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ziyan dəyməsi iş materialları ilə təkzib edilir. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-831/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Hazəhməd oğlunun apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-831/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Hazəhməd oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar