Məhkəmə qərarları › İş №2(105)-46/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-46/2021

17.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-46/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən, məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və ziyanın ödənilməsi tələbinə dair Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(012)-642/2018 saylı qətnaməsindən X8 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(012)-642/2018 saylı qətnaməsi İlə (hakim Ş.Nəcəfova) İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, CavabdehMMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli müqavilə üzrə öhdəliklərin Cavabdeh tərəfindən yerinə yetirilməsi, ünvan 1 ünvanında, 14 mərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən 111 saylı mənzilin İddiaçı təhvil verilməsi qət olumuş, qalan hissədə iddia təmin edilməmişdir. X3 apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx xxxxxxxx 2006-cı il tarixli müqaviləyə əsasən Cəlilabad rayonunun Alar kəndində yaşayan X9 “xxxx” MMC-nin ünvan 2 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 81,36 kv.m olan, 2 otaqlı, 46 saylı mənzilini 24408 (iyirmi dörd min dörd yüz səkkiz) ABŞ dollarına almışdır. Sonra həmin mənzilin, Lənkəran rayonu Boladı kəndində qeydiyyatda olan İddiaçı adına keçirilməsinə razılıq vermiş və “xxxx” MMC-nin razılığı ilə mənzili bacısının adına aldıqdan sonra MTK-nın rəhbərliyi təmir işləri aparmaq üçün səbəbini izah etmədən onları tam dəyərini ödədikləri mənzilə buraxmamışdır. Bir müddət keçəndən sonra müxtəlif şəxslərə qarşı dələduzluq cinayəti törətdiyinə görə “xxxx” MMC-nin direktoru Qasım Məmmədova qarşı Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılmış və cinayət işinin istintaqı zamanı bir neçə vətəndaşın, o cümlədən onların aldadıldığı fakt müəyyən olunmuşdur. Bu səbəbdən onlara və digər vətəndaşlara dəyərini tam ödədikləri mənzillərin qaytarılması barədə MMC rəhbərliyinə göstəriş verilmiş, 2014-cü ilin iyun ayında onu mənzil tikinti işləri aparılan yerə çağırmışlar. Həmin vaxt “xxxx” MMC, “xxxx” MMC adlanmış, yəni “xxxx” MMC-nin sadəcə olaraq adı dəyişdirilmiş, X13 “xxxx” MMC-yə yeni direktor təyin edilmişdir. xx xxxx 2014-cü il tarixdə Azər Tağıyevlə görüşmüş, xx xxxxxxxx 2006-cı il tarixdə aldıqları iki otaqlı mənzilin dəyərinin tərəflərindən tam ödənilməsinə və həmin mənzilə görə heç bir borcunun olmamasına dair “xxxx” MMC tərəfindən imzalanaraq və möhürlənərək kassa mədaxil orderinin qəbzi verilməsinə baxmayaraq, yeni təyin olunmuş sədr Azər Tağıyev əlavə olaraq 13050 manat tələb etmiş, pul ödənilməsə onunla mənzilə dair yeni müqavilə imzalamayacağını bildirmişdir. Birinci mənzili qeyri qanuni yolla əlindən alındıqdan sonra Azər Tağıyevin tələb etdiyi məbləği verməsə heç nəyə nail ola bilməyəcəyindən qorxaraq onun tələb etdiyi məbləği çox çətinliklərlə toplayaraq ona vermiş, sonuncu onunla yeni müqavilə bağlamış, əvvəlki mənzili ilə eyni ölçüdə olan iki otaqlı 111 saylı mənzilin açarlarını ona təqdim etmişdir. O, mənzilə baxmış, yeni müqaviləyə əsasən ona verilmiş mənzilin giriş qapısını dəyişdirmiş, 2015-ci ilin əvvəllərində mənzilin hissə-hissə təmirinə başlamışdır. Yaşayış binasının kommendantı vəzifəsində işləyən Sadiq təmirə başladığına görə ondan 250 manat pul almışdır. (tel: *** *** ** **). Tikinti materiallarını 9 mərtəbəyə qaldırarkən əlavə olaraq 350 manat xərci çıxmışdır. Bundan əlavə tikinti materiallarına 6000 manata kimi pul xərcləmiş, 500 manat da usta və fəhlələrə ödəmişdir. Bunların hamısına dair qəbzləri vardır. 2016-cı ilin sentyabr ayının 20-də təmir işləri üçün alçipan və sair tikinti materiallarını gətirmişdir. Bu zaman “xxxx” MMC-nin komendantı Sadiq onu mənzilinə buraxmayaraq gətirdiyi materialları mənzilə qaldırmağa qoymamışdır. Səbəbini soruşduqda binanın mərtəbələrində tikintidə təhlükəsizliyə nəzarət edən komissiyanın işlədiyini, materialları binanın həyətinə boşaltmağı, onları özlərinin qaldıracağını bildirmişdir. Bir neçə gün sonra təmir işləri görmək üçün mənzilə gələn Bayram adlı usta (tel: *** *** ** **) mənzilin qapısının dəyişdirildiyini görüb bu barədə ona telefonla xəbər vermiş və o mənzilinin yerləşdiyi binaya gəlmiş, komendant Sadiqlə görüşmüş, görüş zamanı o anlaşılmazlıq baş verdiyini, bir həftəyə kimi mənzilin boşaldılacağını bildirmişdir. Bundan sonra ən azı 30-40 dəfə “xxxx” MMC-nin direktoru Azər Tağıyevlə, komendant Sadiqlə görüşmüş, hər görüş zamanı Azər ən geci 5-6 günə mənzilin açarlarlarını ona verəcəyini vəd etmiş, lakin vədinə əməl etməmişdir. 2017-ci ilin may ayının 5-də Azər ona zəng edərək təkrar onunla görüşərkən o, mənzilin Qarabağ müharibəsi iştirakçısı olan Feyzulla adlı (*** *** ** **) bir şəxs tərəfindən zəbt edildiyini və qapının onun tərəfindən dəyişdirildiyini bildirmişdir. Göstərilənlərə əsasən ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi və 10500 AZN ziyanın ona ödəniləsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, maraqlarına toxunan şəxs qismində X8 apelyasiya şikayəti verərək göstərmişdir ki, “xxxx” MMC ilə xx xxxxxxxx 2005ci il tarixdə Cəmiyyətin tikilməkdə olan binasında mənzil almaq haqqında onunla müqavilə bağlanmış, ünvan 4 ünvanında inşa edilən binadan 111 saylı mənzilin və həmin tarixli qeyri-yaşayı sahəsi almaq haqqında müqaviləyə əsasən 18,0 kv.m-lik sahədən ibarət qeyri-yaşayış (qaraj) sahəsinin payçı kimi ona verilməsini öhdəsinə götürmüşdür. Ayrılmış 111 saylı mənzilə dair 20400 ABŞ dolları ( doxsan üç milyon iyirmi dörd manat), qeyriyaşayış(qaraj) hissəsinə dair isə 11.400(on bir milyon dörd yüz min) manat nəzərdə tutulmuş pul vəsaitini tam şəkildə ödəmişdir və ona müvafiq qaydada mədaxil xəzinə orderi verilmişdir. Həmin gündən tikiləcək mənzilə gözlənilən mülkiyyət hüququ əldə etmişdir. Tez bir zamanda “xxxx” MMC həmin binanın 3 blokunda tikinti işlərini aparmış və ünvan 4 ünvanında inşa edilən binasından 111 saylı mənzil ona ayrılmışdır. Nəzərdə tutulmuş digər blokların tikintisində çatışmamazlıqlar olduğundan, 2009-cu ildə MMC-nin hərəkətlərindən şikayətlər edilmiş və mübahisələr yaranmışdır. 2016-cı ildən məhkəmə qərarı icra olunan günədək o, həmin mənzildə yaşamışdır. Abşeron rayon məhkəməsi tərəfindən xx xxx 2018-ci il tarixdə 2(012)-642/2018 saylı qətnamə çıxarılmış, məhkəmə qətnaməsi qüvvəyə minmiş və icra olunmuşdur. Həmin qətnamə onun maraqlarına (hüquqlarına) toxunduğundan həmin qətnamədən apelyasiya şikayəti verməklə hesab edir ki, qətnamə ləğv edilməli, məhkəmə kollegiyası tərəfindən iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(012)-642/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(012)-642/2018 saylı qətnaməsi İlə (hakim Ş.Nəcəfova) İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, CavabdehMMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli müqavilə üzrə öhdəliklərin Cavabdeh tərəfindən yerinə yetirilməsi, ünvan 1 ünvanında, 14 mərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən 111 saylı mənzilin İddiaçı təhvil verilməsi qət olumuş, qalan hissədə iddia təmin edilməmişdir. Belə ki,iş materiallarında olan “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış və cəmiyyətin direktoru A.Tağıyevin imza və möhürü ilə təsdiq eduilmiş xx xxxx 2014-cü il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzili İddiaçı satılmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən iki otaqlı mənzilin bir kv. metrinin dəyəri 420 manat müəyyən edilməklə ümumi satış qiyməti 34440 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən binanın təhvil verilmə müddəti 2014-cü ildir. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzili almaq üçün xx xxxx 2006-cı il tarixdə “xxxx” MMC -yə 24 381manat ödənilmişdir. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzili almaq üçün xx xxxx 2014-cü il tarixdə “xxxx” MMC -yə 2000 manat ödənilmişdir. İş materiallarında olan xx xxxxxxx 2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzili almaq üçün xx xxxxxxx 2014-cü il tarixdə “xxxx” MMC -yə 6000 manat ödənilmişdir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən iki otaqlı 111 saylı mənzili almaq üçün xx xxxxxx 2014-cü il tarixdə “xxxx” MMC -yə 2000 manat ödənilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanan müqavilələr xarakterinə və məzmununa görə podrat müqaviləsinə uyğundur. Azərbaycan Respublikası MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə mtulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 427.2 maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 447.1 maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 752.1 maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflər arasında bağlanmış müqaviləyə qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab etmişdir ki, cavabdeh binanı vaxtında təhvil verməmiş, iddiaçı isə mənzilin haqqını ödəmişdir. Beləliklə cavabdeh aralarında olan razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsiriə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2010cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci,146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarma uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlalca sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı “xxxx” MMC-yə ünvan 5 ünvanda inşa etdiyi 14 mərtəbəli yaşayış binasında, ümumi sahəsi 81,36 m2 olan, 2 otaqlı, 46 saylı mənzilin haqqını tam ödədiyirıə görə o, həmin mənzilə sahiblik və istifadə etmək hüququ əldə etmişdir. İddia tələbi mənzilin iddiaçıya təhvil verilməsi, maddi ziyanın (10850 manat məbləğində) ödənilməsidir.Tələbin birinci hissəsi təmin edilmişdir ona görə ki, cavabdeh “xxxx 2013” MMC ilə İddiaçı arasında ünvan 4 ünvanında, 14 mərtəbəli binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən 111 saylı mənzilə dair xx xxxx 2014-cü il tarixdə bağlanmış müqavilənin öhdəlikləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. İddianın ikinci hissəsi isə rədd edilmişdir.İddiaçı isə bunu mübahisələndirməmişdir. Göründüyü kimi, İddiaçı mübahisəli mənzilin dəyərini tam şəkldldə ödəmiş, heç bir borcu qalmamışdır. Başqa sözlə, onun tərəfındən mənzilə dair müqavilənin şərtlərinin pozulması işin faktiki halları ilə təsdiq olunmur. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən X4 apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən (“xxxx”-nin hüquqi varisi)məhkəmə kollegiyasına təqdim edilmiş Abşeron rayon İH başçısının xx xxxx 2006-cı il tarixli 185 saylı sərəncamından görünür ki, «xxxx» MMC-yə Xırdalan qəsəbəsi, Z.Tağıyev küçəsi 1 ünvanda mülkiyyət hüququna dair 000685 nömrəli xx.xx.2003-cü il tarixli şəhadətnamə ilə cəmiyyətə məxsus 0,48 ha sahədə birinci və ikinci mərtəbələri qeyri yaşayış olan 9 (doqquz) bloklu, 14 (on dörd) mərtəbəli yaşayış evinin layihələndiriiməsinə və tikintisinə icazə verilmişdir. X4 məhkəməyə təqdim etdiyi “xxxx” MMC ilə X8 arasında mənzil almaq haqqında Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi ünvanında inşa edilən binasından 111-li mənzilin və qeyri-yaşayış(qaraj) sahəsinin ayrılmasına dair bağlanmış müqavilədə tarix isə xx xxxxxxxx 2005-ci il göstərilmişdir.Müqavilənin bağlanması tarixi ilə yaşayış evinin layihələndirilmə və tikintisinə icazəyə dair sərəncam arasında 9 ay fərq yaranmışdır. Yəni “xxxx” MMC ilə X8 arasında mənzil almaq haqqında müqavilə bağlanarkən hazırki mübahisə predmeti olan binanın layihəsi və tikintiyə icazəsi mövcud olmamışdır. Məhkəməyə təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 15480 saylı ekspert rəyində,Cavabdeh MMC tərəfindən xx xxxx 2014-cü il tarixli müqavilə əsasında İddiaçı satılmış mənzilin müqavilə üzrə binanın 2-ci blokunun 9-cu mərtəbəsində yerləşdiyini və sahəsinin isə 81,36 m2 olduğu göstərilmişdir. Faktiki vəziyyət üzrə isə təqdim olunan mənzilin sahəsi 80,8 m2, olmaqla binanın 11-ci mərtəbəsində yerləşir.Binanın ilk iki mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulduğu və müqavilədə mərtəbənin nömrəsi yaşayış üçün nəzərdə tutulmuş mərtəbələr üzrə satıldığı halda, təqdim olunan mübahisəli mənzilin 30. iyun 2014-cü il trixli müqavilə ilə İddiaçı satılmış mənzilin olduğu müəyyən edilir. Belə ki, mənzilin müqavilədə sahəsi ilə faktiki sahəsi, demək olar ki, eynidir. xx xxxxxxxx 2005-ci il tarixli müqavilə ilə X1 mənzilin müqavilə üzrə sahəsi (74,19 kv.m) mübahisələndirilən mənzilin sahəsinə uyğun deyil və müqavilədə mərtəbənin nömrəsi göstərilmədiyinə görə həmin mənzilin yerləşdiyi yeri müəyyən etmək mümkün olmamışdır. İş üzrə keçirilmiş təkrar Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 10/170 saylı ekspert rəyində göstərilmişdir ki, Qərardadın birinci və ikinci sualları üzrə Mənzillərin yerləşməsini əks etdirən layihə sənədlərinin müqavilələrə əlavə edilməməsi səbəbindən, “xxxx” MMC tərəfindən xx xxxxxxxx 2005-ci il tarixli müqavilə əsasında 20400 ABŞ dollarına X2 74,19 kv.metrlik 111 saylı mənzillə, Cavabdeh MMC tərəfindən xx xxxx 2014-cü il tarixli müqavilə əsasında İddiaçı 34381 manata satılmış 81.36 kv.metrlik (9-cu mərtəbə) 111 saylı mənzillərin eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İnşaat Norma və Qaydaları’nın 2.08.01-89-un müvafiq (ikinci və altıncı) bəndlərinə əsasən mənzillərin ümumi sahəsinin hesablanması mənzillərin döşəmə səviyyəsindən ayrı-ayrı divarların üst səthləri arasındakı məsafə ölçülməklə hesablanır. Həmin tələblərə əsasən tədqiq olunan ünvan 6 ünvanca 2-ci blokun 9-cu mərtəbəsində yerləşən 111 saylı mübahisəli mənzilin ümümi sahəsi 80.8 kv. metr təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərinin əsaslı olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdum edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(012)-642/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman Rəhimov Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar