Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-461/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(060)-2167/2020 saylı qətnaməsindən iddiaçı Bank "xxxx" ASC və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(060)-2167/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 18.09.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 18.09.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsi üzrə 38794,96 (otuz səkkiz min manat yeddi yüz doxsan dörd manat doxsan altı qəpik) manat əsas borc, 4645,53 (dörd min altı yüz qırx beş manat əlli üç qəpik) manat faiz borcu, 300 (üç yüz) manat dəbbə borcu, ümumilikdə 43740,49 (qırx üç min yeddi yüz qırx manat qırx doqquz qəpik) manat məbləğində borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan 0,0316 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh mülkiyyətində olan 0,0316 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına Bank "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan 0,0316 ha torpaq sahəsi və ünvan 1 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi, ipoteka predmeti olan 0,0316 ha torpaq sahəsi və ünvan 1 saylı fərdi yaşayış evi satıldıqdan sonra cavabdehlər Cavabdeh və X2 tərəfindən boşaldılması, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq Cavabdeh 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir (hakim G.C.Tanrıverdiyeva). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(060)-2167/2020 saylı qətnaməsinin qismən ləğv edərək cavabdehdən tutulan ümumi borca münasibətdə yeni qətnamə qəbul edilməsini xahiş edir. Qətnamədən iddiaçı Bank "xxxx" ASC apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(060)-2167/2020 saylı qətnaməsinin ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş edir. İ Ş İ N H A L LA R İ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” fılialı ilə Cavabdeh arasında bağlanmış 18.09.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 08.05.2019-cu il tarixinə olan 38570.58 manat əsas borc, 3641.95 manat faiz borcu, 1327.52 manat dəbbə borcu, ümumilikdə 43540.05 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh Bank "xxxx" ASCnin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 18.09.2018-ci il tarixli, DENG-00067-17/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan 0,0316 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Bank "xxxx" ASC iddia həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 18.09.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 10.09.2019-cu il tarixinə olan 38794.96 manat əsas borc, 4645.53 manat faiz borcu, 1327.52 manat dəbbə borcu, ümumilikdə 44768.01 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 18.09.2018-ci il tarixli, DENG00067-17/18A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan 0.0316 ha torpaq sahəsinə və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı Bank "xxxx" ASC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, məhkəmə tərəfindən ipoteka predmeti olan Cavabdeh məxsus 0,0316 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilmiş 22.08.2019-cu il tarixli, 01/298 saylı rəyin nəticələrinə uyğun olaraq 60 000 (altmış min) manat müəyyən edilmişdir. Hesab edirlər ki, əmlak üçün müəyyən olunan bu dəyər absurd olmaqla real bazar dəyərindən qat-qat çoxdur. Bank "xxxx" ASC-nin Sumqayıt filialı ilə cavabdeh X3 arasında bağlanmış 18.09.2018-ci il tarixli, DENG-7- 17/18A saylı ipoteka müqaviləsi əsasında ipoteka predmeti olan tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan 0,0316 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 saylı fərdi yaşayış evi 63.000 (altmış üç min) manat qiymətləndirilmişdir. Cavabdehlə bağlanmış ipoteka müqaviləsi 18.09.2018-ci il tarixinə aid olduğundan, müqavilədə müəyyən olunmuş dəyər həmin dövrdəki bazar qiymətlərinə mütənasibdir. Müqavilənin hüquqi qüvvəsinin başlandığı andan etibarən 2 il keçdiyinə görə məlumdur ki, qoyulmuş həmin dəyər cari bazar dəyərinə uyğun deyil, hazırkı real qiyməti əks etdirmir. Bundan başqa mənzil təmamilə təmirsiz vəziyyətdə olduğundan hər kəs tərəfindən anlaşılandır ki, "xxxx" MMC tərəfindən Cavabdeh məxsus ünvan 1 ərazisində yerləşən 30.000 (otuz min) manat məbləğli əmlakın 60.000 (altmış min) manat məbləğində qiymətləndirilməsi mütənasiblik normalarına ziddir. Bütün yuxarıda göstərilənlər sübut edir ki, əmlakın "xxxx" MMC tərəfindən müəyyən olunan dəyərlə hərraca çıxarılması iddiaçının hüquq və mənafelərini pozmaqla, maddi maraqlarına mənfi təsir göstərəcəyi öncədən ləlumdur. Məhz bu sadalanan hallara görə də qiymətləndirilmə nəticəsi əsassızlıq və qanunsuzluqla əhatələnməklə yenidən qiymətləndirilmə aparılmasını zəruri etmişdir. Azərbaycan Respublikası “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirmə obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyinin və bu qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız hesab edildikdə və ya ekspertizanın aparılmasının prosessual qaydaları pozulduqda, təkrar ekspertiza aparılır.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 25.09.2020-ci il tarixli, 2(060)-2167/2020 saylı qətnaməsini ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edib, iddiaçının apelyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, məhkəmə qətnamədə yalnız iddiaçı tərəfin nümayəndəsinin izahatına və təqdim etdiyi sübutlara əsaslanaraq, cavabdehin göstərdiklərini nəzərə almadan qanunsuz qətnamə çıxarmış, işə obyektiv baxmamışdır. Ona görə hesab edir ki, qətnamə tam qüvvədə qala bilməz və qismən ləğv olunmalıdır. Cavabdeh Bankın tələb etdiyi məbləğlə razılaşmır. Belə ki, kredit müqaviləsinə əsasən cavabdehə 44000 manat kredit verilmişdir. Kreditin təminatı olaraq ona məxsus 0,0316 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi girov qoyulmuşdur. Götürülən kredit məbləği ilə bağlı 2018-ci ildə ödənişlər etmiş, ödənişləri 2019-cu ildə də davam etdirmişdir. Məhkəmə tələb olunan 1327,52 manat məbləğində dəbbə pulunu azaldaraq 300 manata endirsə də bu da cavabdeh üçün yüksək məbləğdir. Hesab edir ki, borcun ödənilməsində qarşıya çıxan maddi çətinliklər nəzərə alınmaqla bu dəbbə pulu məbləği cavabdehin üzərindən bütövlükdə silinməli idi. Digər tərəfdən hesab edir ki, iddiaçı Bank "xxxx" ASC sonda iddianın həcminin artırılması barədə ərizə verərkən də haqlı olmamışdır. Belə ki, iddiaçı ilk dəfə məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehdən 18.09.2018-ci il tarixli, DEN-00067-17/18A saylı kredit müqaviləsi üzrə 38570,58 manat əsas borc, 3641,95 manat faiz borcu, 1327,52 manat dəbbə borcu, ümumilikdə 43540,05 manat məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulmasını xahiş etdiyi halda sonradan iddianın həcminin artırılması barədə əlavə ərizə verərək kredit müqaviləsindən irəli gələn 38794,96 manat əsas borcun, 4645,53 manat faiz borcunun, 1327,52 manat dəbbə borcunun, ümumilikdə 44768,01 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının tutulmasını xahiş etmiş, cavabdehdən bankın xeyrinə 1200 manatdan artıq pul tələb etmişdir. Məhkəmə də iddiaçının nümayəndəsinin göstərdiklərinə uyğun qətnamə çıxarmışdır. Hesab edir ki, cavabdehin üzərinə artıq pulun yüklənməsi, bu məbləğin ondan tutulması əsassız və qanunsuzdur. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(060)-2167/2020 saylı qətnaməsinin qismən ləğv edərək cavabdehdən tutulan ümumi borca münasibətdə yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı Bank "xxxx" ASC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apelyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini əmlakın dəyəri hissəsini, cavabdeh isə tutulan ümumi borca dair hissəsini mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissələrə münasibətdə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətəri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2020ci il tarixli, 2(060)-2167/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 18.09.2018-ci il tarixli, DN-00067-17/18A saylı kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh şəxsi istifadə məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 20 (iyirmi) faiz ödəmək şərti ilə 44000 (qırx dörd min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan Bank "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 18.09.2018-ci il tarixli DENG-00067-17/18A saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış 18.09.2018-ci il tarixli DN- 0006717/18A saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus olan 0.0316 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İşdə olan RX seriyalı ******* saylı çıxarışın nortarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 34 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 14.09.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* saylı 19.09.2018-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan 0.0316 ha torpaq sahəsi və onun üzərində yerləşən ünvan 1 ünvanlı fərdi yaşayış evi Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Bank "xxxx" ASC-nin Sumqayıt filialına ünvanlanmış 29.04.2019-cu il tarixli, **********82 nömrəli məktubundan görünür ki, Cavabdeh məxsus ünvan 1 ərazisində yerləşən fərdi yaşayış evi üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İş üzrə keçirilmiş 11.02.2020-ci il tarixli, 24760 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri əks etdirən hesabdan çıxarış məlumatları və 18.09.2018-ci il tarixli, DN-00067-17/18A saylı kredit müqaviləsinin şərtləri nzərə alınmaqla Cavabdeh Bank "xxxx" ASC-yə olan borcu 14.05.2019-cu il tarixə əsas borc üzrə 38,794,96 manat və faiz borcu üzrə 2,495,42 manat, 10.09.2019-cu il tarixə əsas borc üzrə 38,794,96 manat və faiz borcu üzrə 4,645,53 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Bank "xxxx" ASC-nin “Sumqayıt” filialının 18.09.2018-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, Cavabdeh bankdan 44 000 manat məbləğində pul götürmüşdür. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/298 nömrəli 22 avqust 2019cu il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus ünvan 1 ərazisində yerləşən fərdi yaşayış evinin 22.08.2019-cu il tarixə olan bazar dəyəri 60.000 (altmış min) manat məbləğində qiymətləndirilmişdir. İşdə olan 13.03.2019-cu il tarixli, SUMF-2019/40 və 22.04.2019-cu il tarixli, SUMF2019/59 saylı xəbərdarlıq məktublarından görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildirişlər ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş **********531 saylı ərizənin surətindən görünür ki, X2 qeydiyyatda olduğu Cavabdeh məxsus ünvan 1 ərazisində yerləşən fərdi yaşayış evinin Bank "xxxx" ASC-yə ipotekaya (girov) qoyulmasına etiraz etməmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasında 18 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə 13.03.2019-cu il tarixli, SUMF-2019/40 və 22.04.2019-cu il tarixli, SUMF-2019/59 saylı xəbərdarlıq məktubları göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq Cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi 18 sentyabr 2018-ci il tarixli, DN-00067-17/18A saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh kreditor Bank "xxxx" ASC-nin xeyrinə 38794,96 manat əsas və 4645,53 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1327,52 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 300 manat məbləğində pul tutulmalıdır. Qanunvericiliyin tələblərinə görə Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş 0,0316 ha torpaq sahəsi və ünvan 1 ərazisində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı qiymətləndirilmə təyin edilmiş və ipoteka predmetinin bazar qiymətinin 60 000 (altmış min) manat olması müəyyən olunmuşdur. «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddənin dispozisiyasından da göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi orada qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas hesab olunmur. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi 0,0316 ha torpaq sahəsi və ünvan 1 ərazisində yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh və X2 tərəfindən ipoteka predmeti olan mənzilin boşaldılması hissəsində də təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı apelyasiya şikayətində ipoteka predmeti olan Cavabdeh Səfərəi oğdluna məxsus olan ünvan 1 saylı evin ilkin satış dəyəri ilə razı olmadığını bildirməklə qətnaməni həmin hissədə mübahisələndirilmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan «B+Ş Audit» Konsaltinq MMC-nin 17.06.2021-ci il tarixli, M 41/21 saylı rəyindən görünür ki, ünvan 1 saylı evin bazar dəyəri 70.000 manat, likvid dəyəri isə 60.000 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Bundan başqa cavabdeh apelyasiya şikayətində artıq hesablandıbğına görə qətnamənin ümumi borcun, eləcə də cərimə borcunun tutulması hissəsində mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətini də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə tərəfindən borcun hesablanması üçün ekspertiza təyin edilmişdir. Bundan başqa tələb olunan 1327.52 manat dəbbə pulu 300 manatadək azaldılmışdır. Daha sonra cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı sonradan iddia tələbinin həcmini artırmış, məhkəmə də qanunsuz olaraq qəbul etmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin bu dəlilini əsassız hesab edir Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərində göstərilən dəlilləri ümümi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı Bank "xxxx"-nin və Cavabdeh apelyasiya şikayətləri təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 25 may 2020-ci il tarixli, 2(060)-2167/2020 saylı mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Bank "xxxx"-nin və Cavabdeh apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 may 2020-ci il tarixli, 2(060)-2167/2020 saylı mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-461/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-461/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver