Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-462/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh və onun nümayəndə və vəkili Vəkil tərcüməçi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və digər tələblərinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)-191/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)-191/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 9004 manat əsas borc, 1752,20 manat faiz borcu, 500 manat cərimə, gecikməyə görə hesablanan 1283,75 manat faiz borcu olmaqla, cəmi 12539 (on iki min beş yüz otuz doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatın Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manatın 150 (yüz əlli) manatı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 200 (iki yüz) manatının isə Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)-191/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən 9004 manat əsas borc, 1752,20 manat faiz borcu, 4982,22 manat cərimə, Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 1283,75 manat məbləğində faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan, Sumqayıt şəhəri, 21-ci məhəllədə 0,031 hektar torpaq sahəsində yerləşən 35/38 nömrəli binanın 1 otaqlı 6 nömrəli mənzilinə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi hissəsində baxılmamış saxlanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsində işə baxılarkən Azərbaycan Respublikası Prezidentinin fərmanı nəzərə alınmayıb. Bu məsələ ilə bağlı 6 dəfə banka getmişdir. Getməkdən əlavə 19.12.2019-cu ildə rəsmi ərizə ilə banka müraciət etmiş, restruktruzasiyaya dair ərizənin nümunəsini bankdan istəmişdir. O, 1 il borcunu qaydasında ödəmişdir. Sonradan müəyyən fors-major hadisələr baş verdi. Ödəniş 2019-cu ilin fevral ayına qədər normada davam etdi. Sonradan nə ödədisə ancaq faiz borcuna çıxılmışdır. Bank borcuna güzəştin şamil olunmasına dair ona zəng etmiş və bildiriş göndərmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)-191/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsi barədə məhkəmə tərəfindən müəyyən edilmiş hallarla razı deyil. Belə ki, cavabdeh öz öhdəliklərini lazımınca icra etmişdir. Məhkəmə işə baxarkən is üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, lakin cavabdehin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli fərmanının təsir dairəsinə düşüb-düşmədiyini aydınlaşdırmamışdır. Halbuki, qeyd olunan fərmanın 8-ci bəndinə əsasən fiziki şəxslərin milli valyutada 17000 (on yeddi min) manatadək olan əsas kredit borclarının qalıq məbləğinin cəminin restrukturizasiyası və restrukturizasiya nəticəsində faiz, cərimə, eləcə də dəbbə pulunun silinməsi nəzərdə tutulmuşdur. Bundan başqa iş materiallarında olan qəbzlərdən görünür ki, cavabdeh tərəfindən götürülmüş kreditlə bağlı 22.04.2014-cü il tarixdən 14.02.2019-cu il tarixədək 7062 (yeddi min altmış iki) manat ödəniş edilmişdir. Məhkəmə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edərkən ekspert qarşısında 29.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh müqavilənin bitdiyi 29.04.2017-ci il tarixədək Ləğv prosesində olan "xxxx" ASC-yə əsas və faiz borcunun hansı məbləğdə olması barədə sual qoymuşdur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 sentyabr 2021-ci il tarixli, 9/5069 saylı rəyində də cavabdehin kredit müqaviləsinin bitdiyi 29 aprel 2017-ci il tarixə olan əsas və faiz borcunun məbləği göstərilmiş, həmin tarixdən sonra edilmiş ödənişlər barədə heç nə qeyd edilməmişdir. Məhkəmə tərəfindən də cavabdehin 29 aprel 2017-ci il tarixdən sonra etdiyi ödənişlərlə bağlı heç bir araşdırma aparılmamışdır. Cavabdeh götürülmüş kreditin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının 8-ci bəndinə uyğun olaraq restrukturizasiya olunması ilə bağlı "xxxx" ASC-yə müraciət etsə də bank tərəfindən ilk vaxtlar cavabdehə qeyd olunan fərmanın təsir dairəsinə düşdüyü bildirilsə də sonradan fərmandan irəli gələn məsələlələrin həll olunmasından imtina edilmiş, bununla da müqavilə üzrə öhdəliklərin icrası təhlükəyə məruz qoyulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin lazımınca icra edilməməsi tək cavabdehin deyil iddiaçı bankın təqsiri üzündən baş vermişdir. Belə ki, qeyd edildiyi kimi cavabdeh götürülmüş kreditin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının 8-ci bəndinə uyğun olaraq restrukturizasiya olunması ilə bağlı "xxxx" ASC-yə müraciət etsə də, bank tərəfindən cavabdehə qeyd olunan fərmanın təsir dairəsinə düşdüyünü bildirilərək ondan heç bir ödəniş tələb etməmiş, bu isə öhdəliyin lazımınca icra edilməməsi nəticəsində dəyən zərərin miqdarının artmasına səbəb olmuşdur. Məhkəmə isə bütün bunları nəzərə almamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)-191/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)- 191/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini bildirsə də, şikayətin məzmunundan və izahatından müəyyən edilir ki, qətnamə ilə ondan tutulan borc məbləğini mübahisələndirmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehdən tutulan pul məbləği hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)-191/2021 saylı qətnaməsi qismən, 1752,20 manat faiz borcu, 500 manat cərimə, gecikməyə görə hesablanan 1283,75 manat faiz borcu olmaqla, cəmi 12539 (on iki min beş yüz otuz doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 29.04.2014-cü il tarixli, 226/08 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, illik 24 faizlə, 10 000 manat kredit vermişdir. 29.04.2014-cü il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 36 ay müddətinə hər ay 392,33 manat, sonuncu ay isə 401,46 manat ödəməli idi. İşdə olan 27.02.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 20.02.2020ci il tarixinə 9004 manat əsas borc, 1283,75 manat gecikdirilmiş vaxt üçün hesablanan borc, 1752,20 manat faiz borcu və 4982,22 manat cərimə borcu olmaqla, cəmi 17022,17 manat borcu vardır. 29.04.2014-cü il tarixli, 226/08 nömrəli ipoteka müqaviləsinə əsasən, cavabdehə məxsus olan Sumqayıt şəhəri, 21-ci məhəllədə 0,031 hektar torpaq sahəsində yerləşən 35/38 nömrəli binanın 1 otaqlı 6 nömrəli mənzil cavabdehin kredit öhdəliklərinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışa əsasən ipoteka predmeti olan mənzil cavabdehin mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli, 9/5069 saylı ekspert rəyində kredit müqaviləsi üzrə borcun 29.04.2017-ci il tarixə əsas borc üzrə 9004 manat, faiz borcu üzrə 1752,20 manat təşkil etdiyi müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin mənzilin qiymətləndirilməsinə dair 17 may 2021-ci il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin bazar dəyəri 32 000 manat, likvid dəyəri isə 27 000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsini, ekspert rəyinə əsasən cavabdehin kredit müqaviləsinin müddətinin bitdiyi tarixə kredit müqaviləsi üzrə 9004 manat əsas və 1752,20 manat faiz borcunun olmasını, iddiaçının gecikdirilmiş pul məbləği üçün illik 5 faiz hesablayaraq cavabdehdən 1283,75 manat məbləğində pulu tələb etməkdə haqlı olmasını, əsas borc məbləğinə 4982,22 manat cərimənin yüksək olmasını əsas tutaraq 500 manat tutulmalı olmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin kredit müqaviləsi üzrə əsas borca dair gəldiyi nəticəni əsaslı sayır. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı təşkilat ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə borc məbləği keçirilmiş ekspertiza rəyi ilə də müəyyən edilmişdir. Qeyd edilən məbləğ mübahisələndirildiyindən məhkəmə kollegiyasının qərardadı əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş 18.04.2022-ci il tarixli, 9/1962 saylı ekspert rəyindən görünür ki, Cavabdeh Mixayılovnanın müqavilə üzrə 29.04.2017-ci il tarixinə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 9003,30 manat, faiz borcu üzrə 2855,98 manat, 01.03.2022-ci il tarixinə (yəni son ödəniş tarixinə) əsas borc üzrə 9003,30 manat, faiz borcu üzrə 2845,52 manat müəyyən edilmişdir. Bununla da cavabdehin müqavilə üzrə əsas borcunun iddia tələbinə uyğun olması ekspert rəyi ilə bir daha təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən əsas borca görə 9004 manat tutulması barədə gəldiyi nəticə haqlı olduğundan qətnamə qeyd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin faiz, cərimə və gecikdirilmiş vaxt üçün cavabdehdən pulun tutulması barədə gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə gəldiyi nəticədə əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddiaçı bankdan 29.04.2014-cü il tarixdə 36 ay müddətinə, illik 24 faizlə, 10 000 manat kredit götürmüş, həmin məbləğdən ümumilikdə 1000 manata yaxın məbləğ ödənilmişdir. Bu hal keçirilmiş ekspert rəyi ilə müəyyən edilir. belə ki, cavabdehin müqavilə üzrə əsas borcu 9004 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən müqavilə üzrə faiz, gecikdirilmiş borc, cərimə borcunun tutulması əsaslı sayıla bilməz. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh Mixayılovnanın kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 431.1-ci maddəsinə əsasən vorclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinə əsasən Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin edilməli, nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilməli, nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməlidir. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması (qərarın 19-cu bəndi), bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. İşdən göründüyü kimi cavabdeh iddiaçı bankdan bankdan 29.04.2014-cü il tarixdə 36 ay müddətinə, illik 24 faizlə, 10 000 manat kredit götürmüş, müqavilənin son müddəti 29.04.207-ci il müəyyən edilmiş, müqavilə müddətinin sonuna, yəni qeyd edilən Fərmanın qəbulundan əvvəl cavabdehin müqavilə üzrə əsas borcu 9004 manat müəyyən edilmişdir. Kredit müqaviləsinin müddəti bitəndən iki ilə yaxın müddət sonra hazırki Fərman qəbul edilmiş, müqavilənin şərtləri Fərmanın təsiri altına düşmüşdür. İş materiallarından görünür ki, 07.10.2019-cu il tarixdə Cavabdeh Mixayılovnaya Əmanətlərin Sığortalanması Fondu tərəfindən Fərmana əsasən müqavilənin restrukturizasiya edilməsi məqsədi ilə ləğv prosesində olan istənilən banka müraciət etməsi barədə bildiriş göndərilmişdir. Həmçinin Cavabdeh Mixayılovna Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət edərək göstərmişdir ki, qeyd edilən Fərmana əsasən hesabdan çıxarışda qalıq borcu 0 gösətilmiş, maliyyə arayışını və restrukturizasiya olunacaq kredit müqaviləsinin ekzemlərini göndərilməsini xahiş etmişdir. Bununla da kredit müqaviləsi Fərmanın təsiri altına düşdüyündən onun restrukturizasiyası üçün cavabdeh müraciət etmiş, lakin müqavilə restrukturizasiya edilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının qəbul edildiyi tarixə cavabdehin əsas borcu 9004 manat təşkil etmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi cavabdehin yuxarıda qeyd edilən Fərmanın təsir dairəstinə düşdüyünü bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının yuxarıda qeyd edilən bəndləri nəzərə alınaraq, cavabdehdən yalnız müqavilə üzrə əsas borca görə 9004 manat əsas borc tutulmalı, müqavilə Fərmanın təsiri altına düşdüyündən, müqavilə üzrə faiz, cərimələr silinməli olduğundan həmin müqavilə üzrə cavabdehdən əsas borca görə faiz, cərimə, gecikdirilmiş faiz borcunun tələb edilməsi əsassız olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, cavabdehdən 1752,20 manat faiz borcu, 500 manat cərimə, gecikməyə görə hesablanan 1283,75 manat faiz borcu olmaqla, cəmi 12539 (on iki min beş yüz otuz doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində pulun tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş ekspertizanın xərci tərəflərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)- 191/2021 saylı qətnaməsi qismən, 1752,20 manat faiz borcu, 500 manat cərimə, gecikməyə görə hesablanan 1283,75 manat faiz borcu olmaqla, cəmi 12539 (on iki min beş yüz otuz doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissələrdə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2,392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)-191/2021 saylı qətnaməsi qismən, 1752,20 manat faiz borcu, 500 manat cərimə, gecikməyə görə hesablanan 1283,75 manat faiz borcu olmaqla, cəmi 12539 (on iki min beş yüz otuz doqquz) manat 95 (doxsan beş) qəpik məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissələrdə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın 50 (əlli) manatı iddiaçı LPO İddiaçı ASC-dən, 50 (əlli) manatı Cavabdeh alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-462/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-462/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver