Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-462/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, e-2(074)-704/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 22 may 2015-ci il tarixli 1xx/xx/108222/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 6415,38 manat əsas, 6161,88 manat faiz, 2258,68 manat məbləğində cərimə borcu, 859,74 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 15695,68 manat məbləğində pulun, 137,09 manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 22 may 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/108222/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 6415,38 manat əsas, 6161,88 manat faiz, 2258,68 manat məbləğində cərimə borcu, 859,74 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 15695,68 manat məbləğində borcu qalmışdır. Şamaxı Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, e-2(074)-704/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 6365,72 manat əsas, 4326,02 manat faiz, 50 manat məbləğində cərimə borcu, 859,74 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 11601,48 manat borc və 124,80 manat pul tutularaq ləğv prosesində olan QSC «Bank Standart» KB-yə ödənilməsi, Cavabdeh 50 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 439.3, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 739.1, 739.2-ci maddələrinə istinad edərək iddianı qsmən təmin etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Ona görə də iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, e-2(074)-704/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, e-2(074)- 704/2022 nömrəli qətnaməsi ləğv olunmalıdır. Belə ki, bank tərəfindən tələb olunan və məhkəmə tərəfindən tutulmuş əsas, faiz, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği və cərimə məbləğləri düzgün hesablanmamışdır. Qeyd edilməlidir ki, QSC «Bank Standart» KB bağlanana qədər tərəfindən bütün ödənişlər vaxtında ödənilmişdir. Bank bağlandıqdan sonra ödənişləri hara ödəməsi barədə ona heç bir məlumat verilməmişdir. Əgər onunla əlaqə saxlanılıb məlumat verilsəydi, ödənişləri davam etdirərdi. Lakin məhkəmə bunu nəzərəalmadan ədalətsiz qərar qəbul etmişdir. Ondan əsassız olaraq böyük məbləğdə pullar tutulmuşdur. Məhkəmə işin hallarına kifayət qədər qiymət verməmiş, düzgün olmayan qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2015-ci ildə iddiaçıdan 10.000 manat kredit götürmüş, ödənişlərini dəqiq icra etmişdir. Bir il yarım ödəniş etdikdən sonra bankın bağlandığını öyrəndi. Artıq ondakı ödəniş kodu ödəniş icra etmək üçün yararlı deyildi. Maraqlandıqda bildirildi ki, bank özü gedişat barədə ona məlumat verəcək. Bundan bir il yarım keçdikdən sonra bankdan məktub gəldi. Əlaqə saxladıqda bankdan bildirdilər ki, onun vəziyyətində olan vətəndaşların sayı çoxdur və onunla əlaqə saxlanılacaq. O da gözləmişdir. Artıq məhkəmədən bildiriş gəldikdə fərqinə varmışdır ki, bank onun barəsində məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Bank iddia ərizəsində yazır ki, vətəndaşa dəfələrlə xəbərdarlıq olunub. Halbuki ona cəmi bir dəfə məktub vasitəsilə xəbər verilib, başqa heç bir əlaqə olmayıb. Bankda stasionar ev telefonunun, onun və qohumlarının mobil nömrələri olsa da heç bir məlumat verilməyib. Onun 5000 manatdan bir qədər artıq borcu qalmışdı. İndi əlavə faiz cərimə hesablamaqla borcu şişirdilib 15000 manata çatdırılıb. Borcu restrukturizasiya olunan məbləğdir. Amma bank bu barədə də ona heç bir məlumat verməyib. Bank bağlandıqdan sonra ünvanlarını bilmədiyimdən özü də gedə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etmədi və bildirdi ki, birinci instansiya məhkəməsində proses zamanı bank maliyyə arayışı təqdim edib. Məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi əsasında da əsas və faiz məbləğin tutulmasına dair qətnamə qət edilib. Hətta faiz borcu bankın tələbinə münasibətdə azaldılmışdır. Şikayətə münasibətdə bildirir ki, bank ləğv prosesindədir. Banka ödənişlə bağlı müəyyən əlaqələr yarada və tərəfə koməklik edə bilərlər. Amma onu borcdan tamamilə azad etmək mümkün deyil. Borc fərmanın təsir dairəsinə düşsə də tərəfin müraciət etmə müddəti var. Tərəf həmin müddət ərzində banka müraciət etməyib. O, bu barədə X2 da məlumat əldə edə bilərdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, e-2(074)- 704/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarında olan 22 may 2015-ci il tarixli, 1xx/xx/108222/15 saylı kredit müqaviləsindən görünür ki, QSC “Bank Standard” KB tərəfindən Cavabdeh illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********089 saylı bildirişin surətindən görünür ki, QSC “Bank Standard” KB tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********107 saylı maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə QSC “Bank Standard” KB-yə xx.xx.2022-ci il tarixə 6415,38 manat əsas, 6161,88 manat faiz, 2258,68 manat məbləğində cərimə borcu, 859,74 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 15695,68 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9/5095 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin rəyindən görünür ki, Cavabdeh ləğv prosesində olan QSC «Bank Standart» KB-yə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 6365,72 manat əsas, 4326,02 manat faiz borcu vardır. Cavabdeh əsas borcu üzrə alınmaqla 6365,72 manat borcu olması keçirilmiş ekspertizanın rəyi ilə təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən müqavilə üzrə faiz, gecikdirilmiş borc, cərimə borcunun tutulması əsaslı sayıla bilməz. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinə əsasən Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 431.1-ci maddəsinə əsasən vorclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin edilməli, nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilməli, nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməlidir. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması (qərarın 19-cu bəndi), bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. İş materiallarında olan 22 may 2015-ci il tarixli, 1xx/xx/108222/15 saylı kredit müqaviləsindən görünür ki, QSC “Bank Standard” KB tərəfindən Cavabdeh illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********107 saylı maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə QSC “Bank Standard” KB-yə xx.xx.2022-ci il tarixə 6415,38 manat əsas, 6161,88 manat faiz, 2258,68 manat məbləğində cərimə borcu, 859,74 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 15695,68 manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9/5095 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin rəyindən görünür ki, Cavabdeh ləğv prosesində olan QSC «Bank Standart» KB-yə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 6365,72 manat əsas, 4326,02 manat faiz borcu vardır. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçı bank müqavilə üzrə kreditə hesablanmış faizləri Fərmana əsasən silməli olsa da, bunu etməmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi cavabdehin yuxarıda qeyd edilən Fərmanın təsir dairəsinə düşdüyünü bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının yuxarıda qeyd edilən bəndləri nəzərə alınaraq, cavabdehdən yalnız müqavilə üzrə əsas borca görə pul tələb edilməli olduğu halda, müqavilə Fərmanın təsiri altına düşdüyündən, müqavilə üzrə faiz, cərimələr silinməli olduğundan həmin müqavilə üzrə cavabdehdən əsas borca görə faiz, cərimə, gecikdirilmiş faiz borcunun tələb edilməsi əsassız olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, göstərilən Fərmana əsasən iddiaçı bank Fərmanın təsiri altına düşən müqavilə üzrə faiz və cərimə borcu tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, e-2(074)- 704/2022 saylı qətnaməsi qismən, 22 may 2015-ci il tarixli, 1xx/xx/108222/15 saylı kredit müqaviləsi üzrə 4326,02 manat faiz və 50 manat məbləğində cərimə, 859,74 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği borcun tutulması barədə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2,392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, e-2(074)-704/2022 saylı qətnaməsi qismən, 22 may 2015-ci il tarixli, 1xx/xx/108222/15 saylı kredit müqaviləsi üzrə 4326,02 manat faiz, 50 manat məbləğində cərimə, 859,74 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması barədə iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. İddia tələbi müqavilə üzrə faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulmasına dair hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-462/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-462/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver