Məhkəmə qərarları › İş №2(105)-465/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-465/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-465/2021 30.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(060)-153/2019 saylı qətnaməsindən cavabdeh Borclu1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(060)-153/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin cavabdehlər Borclu1 və Borclu2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə cavabdeh Borclu1 arasında bağlanmış 26.02.2015-ci il tarixli, BAKU1-26517-11031 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə kredit müqaviləsinə əsasən 17183,55 ABŞ dolları əsas borc, 8051,92 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 25335,47 ABŞ dolları məbləğində kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilmədi haqqında bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan cavabdeh Borclu1 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409E ünvanında yerləşən bağ evinə və ona aid 0,03 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan bağ evinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi, həmin bağ evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Borclu1nın banka olan 17183,55 ABŞ dolları əsas borc, 8051,92 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 25335,47 ABŞ dolları məbləğində kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumunun iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi, tutmanın cavabdeh Borclu1 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409E ünvanında yerləşən bağ evinə və ona aid 0,03 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Borclu1 və Borclu2 həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, cavabdeh Borclu1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Borclu1 ilə imzalanmış 26 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031 saylı kredit müqaviləsinin ləğv edilməsi, Borclu1 26 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə 17183,55 ABŞ dolları əsas borc, 8051,92 ABŞ dolları faiz borcu, 10476,52 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 35711,99 ABŞ dolları məbləğində borcun və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada Borclu1 oglu və Borclu2 cəmiyyətin xeyrinə tutulması, Borclu1 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409E ünvanında yerləşən bağ evi və onun fəaliyyətini təmin edən 0,03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və o satıldıqdan sonra bir ay müddətində boşaldılması, Borclu1 və Borclu2 qeyd olunan mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə Borclu1 arasında ikinciyə illik 30%-dən artıq olmayan faizlə, 120 ay müddətinə 60000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində kreditin verilməsini nəzərdə tutan 26 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031 saylı kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Borclu1 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409E ünvanında yerləşən bağ evi və onun fəaliyyətini təmin edən 0,03 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 26 fevral 2015-ci il tarixli, BAKU1- 26517-11031+C********** saylı ipoteka müqaviləsi, Borclu2 ilə 26 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031+BAKU1-26519 saylı zaminlik müqaviləsi imzalanmışdır. 27 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031 saylı razılaşma ilə Borclu1 illik 23% olmaqla 20000 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin 48 ay müddətində hər ay 642 ABŞ dolları olmaqla qaytarılması müəyyən edilmişdir. 07 mart 2016-cı il tarixli, BAKU1-26517-11031 saylı razılaşmaya dəyişiklik edilməsinə dair sazişə əsasən Borclu1 verilmiş kreditin faiz dərəcəsi 23-dən 20-yə endirilmiş, kreditin qaytarılma müddəti əlavə olaraq 46 ay müddətinə uzadılmış və ödənişin son günü kimi 27.02.2023-cü il müəyyən edilmişdir. Lakin Borclu1 kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə ipoteka saxlayan tələbin ipoteka predmeti hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Borclu1 09 avqust 2018-ci il tarixinədək 26 fevral 2015ci il tarixli, BAKU1-26517-11031 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə 17183,55 ABŞ dolları əsas borc, 8051,92 ABŞ dolları faiz borcu, 10476,52 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 35711,99 ABŞ dolları məbləğində borcu yaranmış və ödənilməmişdir. “İpoteka haqqında” qanunun tələblərinə əsasən ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş sürətli poçt xidməti vasitəsilə ipoteka qoyana təqdim edilmiş və qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmışdır. İpoteka qoyan göstərilən bildirişi qanunvericiliklə nəzərdə tutulan qaydada mübahisələndirməmişdir. İpoteka predmeti olan ev kreditin qaytarılması üçün ipoteka qoyulmuş və rəsmi qeydiyyatda olan ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Daşınmaz əmlak bazarında mövcüd olan tələb-təklif nisbəti nəzərə alınaraq Borclu1 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409E ünvanında yerləşən bağ evi və onun fəaliyyətini təmin edən 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Borclu1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə iclaslarında iştirakı təmin olunmamış, iddia tələbinə qarşı öz etirazını və zəruri hesab etdiyi vəsatətləri vermək imkanlarından məhrum olunmuşdur. Məhkəmə tərəfindən mənzilin faktiki bazar qiymətinin müəyyən olunması ilə bağlı müvafiq ekspertiza keçirilməsi təmin edilməmiş, nəticədə iş üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 2015-ci ildə kredit müqaviləsi ilə müəyyən olunmuş qiymətlə 40000 manat qiymətləndirilmişdir. Halbuki evin real bazar qiyməti 60000 manat civarındadır. Eyni zamanda kredit müqaviləsi üzrə borc həddindən artıq şişirdilmiş, birbaşa iddiaçı tərəfindən hesablanmış məbləğdə müəyyən edilmişdir. İşin düzgün həlli üçün məhkəmə tərəfindən müvafiq məhkəmə mühasibatlıq ekspetizası keçirilməli idi. Məhkəmə həmçinin iddia tələbinin ipoteka predmeti olan mənzilə tutma yönəldildikdə və o, satıldıqda 1 ay ərzində onun Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409 E ünvanında yerləşən bağ evindən və ona aid 0,03 ha torpaq sahəsindən çıxarılması və həmin mənzilin boşaldılması hissəsində də səhv nəticəyə gəlmişdir. İpotekaya qoyulmuş yaşayış evi və ya mənzil satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər. Nəzərdə tutulmuş müddətdə, yəni ipoteka qoyulmuş yaşayış evi və ya mənzil satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Belə olan halda, göstərilən şəxslər məhz ipoteka qoyulmuş yaşayış evi və ya mənzil satıldıqdan sonra məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilər. Məcburi qaydada çıxarılma üçün bir sıra əsaslar olmalıdır, yəni mənzilə tutma yönəldilməli və o satılmalı, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalı, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədikləri halda hüquq sahibi olan şəxsi-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalı, bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə, baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. Həmin ev onların yeganə yaşayış sahəsidir, əgər onlar həmin evdən çıxarılarsa, faktiki olaraq yaşamağa başqa yaşayış sahələri olmayacaqdır. Cavabdeh Borclu1 apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti, cavabdehlər Borclu1 və Borclu2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsinə qismən, əsas və faiz borcuna, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qalan hissələrdə qətnamə cavabdeh Borclu1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış 26 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031 saylı kredit müqaviləsinə əsasən Borclu1 illik 30 faizdən artıq olmamaq şərti ilə 120 ay müddətinə maksimal məbləği 60000 ABŞ dolları olan kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Borclu1 arasında bağlanmış 27 fevral 2015-ci il tarixli, BAKU1- 26517-11031 saylı razılaşmanın surətindən görünür ki, Borclu1 illik 23 faiz ödəmək şərti ilə 48 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 26 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031+C********** saylı ipoteka müqaviləsinin surətindən görünür ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış Borclu1 illik 30 faizdən artıq olmamaq şərti ilə 120 ay müddətinə 60000 ABŞ dolları məbləğində kredit verilməsini nəzərdə tutan 26 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Borclu1 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409E ünvanında yerləşən bağ evi və 0,03 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 39000 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Borclu1 və Borclu2 arasında bağlanmış 26 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031+BAKU1-26519 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Borclu1 arasında bağlanmış 26 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin kimi Borclu2 kreditor qarşısında məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan BAKU1-26517-11031 saylı razılaşmaya dəyişiklik edilməsinə dair 07 mart 2016-cı il tarixli sazişin surətindən görünür ki, Borclu1 27 fevral 2015-ci il tarixdə illik 23 faizlə 48 ay müddətinə 20000 ABŞ dolları məbləğində verilmiş kreditin ödənilməmiş 17248,19 ABŞ dolları təşkil edən hissəsinin qaytarılması müddəti illik 20 faizlə hesablanmaqla 46 ay uzadılmış, ümumilikdə 84 ay müəyyən edilmiş, kreditin qaytarılmasının son tarixi 27.02.2023-cü il hesab edilmişdir. İş materiallarında olan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Borclu1 və Borclu2 arasında bağlanmış 04 mart 2016-cı il tarixli, BAKU1-26517-11031+BAKU1-26519 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Borclu1 arasında bağlanmış 26 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031 saylı kredit müqaviləsinin tərkib hissəsi olan və müddət dəyişdirilərək ödənilməmiş aylarının sayı 84 ay və faiz dərəcəsi 23 faizdən 20 faizə endirilən 27 fevral 2015-ci il tarixli, BAKU1-26517- 11031 saylı razılaşmasından irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün zamin kimi Borclu2 kreditor qarşısında məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 07 mart 2016-cı il tarixli sazişin surətindən görünür ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Borclu1 arasında bağlanmış 26 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031 saylı kredit müqaviləsinin 2.3-cü bəndinə, 3 saylı bölməsinin 3.1.4, 3.2.5 və 3.14.1-ci bəndlərinə, 4 saylı bölməsinin 4.3-cü bəndinə və 7 saylı bölməsinin 7.13-cü bəndinə dəyişiklik edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409 E ünvanında yerləşən 0,3 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 76,4 kv.m, yaşayış sahəsi 48,2 kv.m və yardımçı sahəsi 28,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Borclu1 adına 21 yanvar 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Borclu1 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409 E ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi 28 fevral 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin 21 fevral 2018-ci il tarixli bildirişinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra etmədiyinə görə Borclu1 tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 17 dekabr 2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Borclu1 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409 E ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 76,4 kv.m ümumi sahədən ibarət bağ evinin hazırda bazar qiyməti 40000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 20.04.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Borclu1 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409 E ünvanında yerləşən 0,3 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 76,4 kv.m, yaşayış sahəsi 48,2 kv.m və yardımçı sahəsi 28,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 20 aprel 2021-ci il tarixə bazar dəyəri 60000 manat, likvid dəyəri 55000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2312 saylı, 04.08.2021ci il tarixli rəyindən görünür ki, Borclu1 tərəfindən “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətindən alınmış kredit vəsaiti üzrə 09.09.2018-ci il tarixə ödənilməli olan borcu ümumilikdə 24375,91 ABŞ dolları, o cümlədən əsas borc üzrə 16994,96 ABŞ dolları, faiz borcu üzrə 7380,95 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə Borclu1 arasında bağlanmış 27 fevral 2015-ci il tarixli, BAKU1-26517-11031 saylı razılaşmaya əsasən Borclu1 illik 23 faiz ödəmək şərti ilə 48 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə Borclu1 hər ay əsas və faiz borcu kimi 642 ABŞ dolları, sonuncu ay isə 579,46 ABŞ dolları ödəniş etməlidir. “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətindən hazırki iddia ilə 2018-ci ilin avqust ayının 20-də məhkəməyə müraciət etmişdir. İş materiallarında olan hesabdan çıxarışdan, iş üzrə keçirilmiş ekspertizanın rəyindən görünür ki, Borclu1 ona verilmiş krediti və faizini ödəniş qrafiki üzrə müəyyən edilmiş məbləğdə ödəməmiş, eləcə də ödənişləri gecikdirmiş, 17.07.2017-ci il tarixdən sonra isə ödəniş etməmişdir. Qeyd edilən hallar Borclu1 tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, kredit müqaviləsininin ləğv edilməsi, cavabdehlərdən ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilmədi haqqında bildirişin qeydə alınması üçün 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan cavabdeh Borclu1 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409E ünvanında yerləşən bağ evinə və ona aid 0,03 ha torpaq sahəsinə yönəldilməsi, tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Borclu1 və Borclu2 həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirib həmin məbləği azaldaraq 100 ABŞ dolları müəyyən etmiş və bu zaman Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə kredit müqaviləsinə əsasən 17183,55 ABŞ dolları əsas borc, 8051,92 ABŞ dolları faiz borcu tutmuşdur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/2312 saylı, 04.08.2021ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Borclu1 “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinə olan əsas borcu 16994,96 ABŞ dolları, faiz borcu 7380,95 ABŞ dolları təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsas və faiz borcuna aid hissələrdə dəyişiklik edilməli, cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə ilə əsas borc üzrə 16994,96 ABŞ dolları, faiz borcu üzrə 7380,95 ABŞ dolları tutulmalıdır. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan cavabdeh Borclu1 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409E ünvanında yerləşən bağ evi və ona aid 0,03 ha torpaq sahəsinin ilkin satış qiymətini 40000 manat məbləğində müəyyən etmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 20.04.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Borclu1 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409 E ünvanında yerləşən 0,3 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 76,4 kv.m, yaşayış sahəsi 48,2 kv.m və yardımçı sahəsi 28,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 20 aprel 2021-ci il tarixə bazar dəyəri 60000 manat, likvid dəyəri 55000 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə qətnaməyə dəyişiklik edilməli, Borclu1 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409 E ünvanında yerləşən 0,3 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 76,4 kv.m, yaşayış sahəsi 48,2 kv.m və yardımçı sahəsi 28,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 manat müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Digər cavabdeh qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, əsas və faiz borclarına, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməli, qalan hissədə qətnamə cavabdeh Borclu1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat cavabdeh Borclu1 tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Borclu1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(060)-153/2019 saylı qətnaməsinə əsas və faiz borclarına və ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissələrdə dəyişiklik edilsin. Cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada iddiaçı “TBC Kredit” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə ilə 16994,96 (on altı min doqquz yüz doxsan dörd ABŞ dolları 96 sent) ABŞ dolları əsas və 7380,95 (yeddi min üç yüz səksən ABŞ dolları 95 sent) ABŞ dolları tutulsun. İpoteka predmeti olan Borclu1 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3409 E ünvanında yerləşən 0,3 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 76,4 kv.m, yaşayış sahəsi 48,2 kv.m və yardımçı sahəsi 28,2 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 (əlli beş min) manat müəyyən edilsin. Qalan hissələrdə qətnamə cavabdeh Borclu1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manat cavabdeh Borclu1 tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar