Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-47/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilk, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı kredit müqaviləsi üzrə tələbin təminata yönəldilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İlk iddia üzrə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı kredit müqaviləsi üzrə tələbin təminata yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-40/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı ASC tərəfindən Cavabdeh:
1. 05 dekabr 2014-cü il tarixli, 1568 nömrəli kredit müqaviləsi ilə illik 6,5 faizlə 12 ay müddətinə ******* manat məbləğində;
2. 14 yanvar 2015-ci il tarixli, 1651 nömrəli kredit müqaviləsi ilə illik 6,5 faizlə 12 ay müddətinə 530000 manat məbləğində;
3. 16 yanvar 2015-ci il tarixli, 1663 nömrəli kredit müqaviləsi ilə illik 6,5 faizlə 12 ay müddətinə ******* manat məbləğində;
4. 25 fevral 2015-ci il tarixli, 1792 nömrəli kredit müqaviləsi ilə illik 6,5 faizlə 12 ay müddətinə 920000 manat məbləğində və
5. 10 mart 2015-ci il tarixli, 1830 nömrəli kredit müqaviləsi ilə illik 6,5 faizlə 12 ay müddətinə 201000 manat məbləğində kredit verilmişdir.
6. Cavabdeh "xxxx" ASC-yə ünvanladığı 10 mart 2015-ci il tarixli ərizəsinə əsasən, o, biznesin genişləndirilməsi ilə əlaqədar "xxxx" ASC-dən götürdüyü 502500 manat məbləğində kredit vəsaitinin təminatı olaraq "xxxx" ASC-də yerləşdirilmiş əmanətin girov qoyulmasını xahiş etmişdir.
7. "xxxx" ASC və "xxxx" ASC arasında depozit münasibətlərinin rəsmiləşdirilməsini əks etdirən SWİFT 190 və 320 formatına aid elektron çıxarışlara əsasən "xxxx" ASC tərəfindən Cavabdeh verilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə yerləşdirdiyi depozit və ona hesablanacaq faizlər çıxış etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 49466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213392,60 manat, cərimə borcu üzrə 175247,10 manat olmaqla, cəmi 1358106,36 manat;
9. 1651 nömrəli 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 1703,11 manat, cəmi 1703,11 manat;
10. 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 3430,55 manat, cərimə borcu üzrə 541,71 manat, cəmi borc 3972,26 manat;
11. 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 502500 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 32662,50 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 115502,45 manat, cərimə borcu üzrə 94358,28 manat, ümumilikdə 745023,23 manat;
12. 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 201000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 11239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46207,60 manat, cərimə borcu üzrə 38469,17 manat, ümumilikdə 296915,94 manat;
13. 1568 nömrəli 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 77638,90 manat, cərimə borcu üzrə 4333,29 manat, ümumilikdə 81972,19 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqavilələrinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir.
15. İddiaçı Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 16 yanvar 2015-ci il tarixli, 25 fevral 2015-ci il tarixli və 10 mart 2015-ci il tarixli müqavilələr üzrə pul tələblərinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozitlərə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk tələbin əsasını təşkil edən kredit borcları təminatlı borclardır. Kredit müqavilələrinin 4.1-ci bəndində onların təminatı göstərilmişdir: 05 dekabr 2014-cü il tarixli müqavilə üzrə ayrılmış kredit ******* manat, təminat - bank qarantiyası; 14 yanvar 2015-ci il tarixli müqavilə üzrə ayrılmış kredit: 500000 manat, təminat - 500000 manat məbləğində depozit; 16 yanvar 2015-ci il tarixli müqavilə üzrə ayrılmış kredit: ******* manat, təminat - ******* manat məbləğində depozit; 25 fevral 2015-ci il tarixli müqavilə üzrə ayrılmış kredit: 920000 manat, təminat ******* manat məbləğində depozit; 10 mart 2015-ci il tarixli müqavilə üzrə ayrılmış kredit: 201000 manat, təminat - 11000000 manat məbləğində depozit. Belə olan halda, iddiaçının tələbi təminatlı olduğuna görə həmin tələb təminata yönəldilməlidir. "xxxx" ASC-yə sorğu verilmiş və sorğuya cavab olaraq "xxxx" ASC ilə "xxxx" ASC arasında depozit münasibətlərinin rəsmiləşdirilməsi SWİFT 190 və 320 formatı vasitəsilə həyata keçirildiyi bildirilmiş və buna dair elektron çıxarışlar təqdim edilmişdir. "xxxx" ASC-yə sorğu verilmiş və 24 avqust 2020ci il tarixdə sorğuya cavab olaraq kredit müqavilələri üzrə borc məbləğlərinin bir hissəsinin depozit məbləğləri hesabına ödənildiyi bildirilmişdir. Lakin depozit məbləğlərinin borc məbləğlərindən çox olduğunu nəzərə aldıqda hal-hazırda borc mövcud olmamalıdır.
17. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 avqust 2020-ci il tarixli rəyinə əsasən:
18. 05 dekabr 2014-cü il tarixli, 1568 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan kredit müqaviləsinin 4.1. bəndində qeyd edilən "xxxx" ASC tərəfindən verilmiş Bank Qarantiyası təqdim olunmadığından, borcalan Cavabdeh borcunu müəyyən etmək mümkün olmadı. Bundan başqa, iş materiallarında olan məlumatlardan göründüyü kimi "xxxx" ASC tərəfindən təqdim olunmuş SWİFT məktubunda aşağıdakılar qeyd edilmişdir: "xxxx" ASC tərəfindən X1 05 dekabr 2014 il tarixində 1 il müddətinə ******* AZN məbləğində verilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" tərəfindən "xxxx" ASC-yə yerləşdirdiyi 500000 manat məbləğində depozit və ona hesablanacaq faizlər çıxış edəcəkdir. Mərkəzi Xəzinədarlıq Departamenti.”
19. 14 yanvar 2015-ci il tarixli 1651 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan kredit müqaviləsinin 4.1. bəndində qeyd edilən "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş 500000 manat məbləğində depozit müqaviləsi təqdim olunmadığından, borcalan Cavabdeh borcunu müəyyən etmək mümkün olmadı. Bundan başqa, iş materiallarında olan məlumatlardan göründüyü kimi "xxxx" ASC tərəfindən təqdim olunmuş SWİFT məktubunda aşağıdakılar qeyd edilmişdir: "xxxx" ASC tərəfindən X1 14 yanvar 2015 il tarixində 1 il müddətinə 500000 AZN məbləğində verilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" tərəfindən "xxxx" ASC-yə 07 yanvar 2015-ci il tarixində yerləşdirdiyi 500000 manat məbləğində depozit və ona hesablanacaq faizlər çıxış edəcəkdir. Mərkəzi Xəzinədarlıq Departamenti.”
20. 16 yanvar 2015-ci il tarixli 1663 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan kredit müqaviləsinin 4.1. bəndində qeyd edilən "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş ******* manat məbləğində depozit müqaviləsi təqdim olunmadığından, kredit müqaviləsi üzrə borcalan Cavabdeh borcunu müəyyən etmək mümkün olmadı. Bundan başqa, iş materiallarında olan məlumatlardan göründüyü kimi "xxxx" ASC tərəfindən təqdim olunmuş SWİFT məktubunda aşağıdakılar qeyd edilmişdir: “"xxxx" ASC tərəfindən X1 16 yanvar 2015-ci il tarixində 1 il müddətinə ******* AZN məbləğində verilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" tərəfindən "xxxx" ASC-yə 16 yanvar 2015ci il tarixində yerləşdirdiyi ******* manat məbləğində depozit və ona hesablanacaq faizlər çıxış edəcəkdir. Mərkəzi Xəzinədarlıq Departamenti.”
21. 10 mart 2015-ci il tarixli 1830 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırkı ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan kredit müqaviləsinin 4.1. bəndində qeyd edilən "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş 11000000 manat məbləğində depozit müqaviləsi təqdim olunmadığından, kredit müqaviləsi üzrə borcalan Cavabdeh borcunu müəyyən etmək mümkün olmadı. Bundan başqa, iş materiallarında olan məlumatlardan göründüyü kimi "xxxx" ASC tərəfindən təqdim olunmuş SWİFT məktubunda aşağıdakılar qeyd edilmişdir: "xxxx" ASC tərəfindən X1 10 mart 2015 il tarixində 1 il müddətinə 201.000 AZN məbləğində verilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" tərəfindən "xxxx" ASC-yə 21 may 2014-cü il tarixində yerləşdirdiyi 11000000 manat məbləğində depozit və ona hesablanacaq faizlər çıxış edəcəkdir. Mərkəzi Xəzinədarlıq Departamenti.”
22. 25 fevral 2015-ci il tarixli 1792 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan kredit müqaviləsinin 4.1. bəndində qeyd edilən "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş ******* manat məbləğində depozit müqaviləsi təqdim olunmadığından, 25 fevral 2015-ci il tarixli 1792 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh borcunu müəyyən etmək mümkün olmadı. Bundan başqa, iş materiallarında olan məlumatlardan göründüyü kimi "xxxx" ASC tərəfindən təqdim olunmuş SWİFT məktubunda aşağıdakılar qeyd edilmişdir: "xxxx" ASC tərəfindən X1 25 fevral 2015-ci il tarixində 1 il müddətinə 920000 AZN məbləğində verilən kreditin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" tərəfindən "xxxx" ASC-yə 25 fevral 2015 il tarixində yerləşdirdiyi ******* manat məbləğində depozit və ona hesablanacaq faizlər çıxış edəcəkdir. Mərkəzi Xəzinədarlıq Departamenti.”
23. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 16 oktyabr 2020-ci il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh:
24. 1568 nömrəli 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 0 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 77638,90 manat faiz borcu, 4333,29 manat cərimə borcu, cəmi 81972,19 manat borcu;
25. 1651 nömrəli 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 0 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 1703,11 manat faiz borcu, cəmi 1703,11 manat borcu;
26. 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 0 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 3430,55 manat faiz borcu, 541,71 manat cərimə borcu, cəmi 3972,26 manat borcu;
27. 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 920000 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 49466,66 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış 213392,60 manat faiz borcu, 175247,10 manat cərimə borcu, cəmi 1358106,36 manat borcu;
28. 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 502500 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 32662,50 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış 115502,45 manat faiz borcu, 94358,28 manat cərimə borcu, cəmi 745023,23 manat borcu;
29. 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 201000 manat əsas borcu, müqavilə müddətinə hesablanmış 11239,17 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış 46207,60 manat faiz borcu, 38469,17 manat cərimə borcu, cəmi 296915,94 manat borcu vardır.
30. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-40/2021 nömrəli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) ilkin iddia tələbinin qismən təmin edilməsi, 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 3430,55 manat, cərimə borcu üzrə 541,71 manat olmaqla, cəmi 3972,26 manat borcun; 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 49466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213392,60 manat, cərimə borcu üzrə 175247,10 manat olmaqla, cəmi 1358106,36 manat borcun; 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 502500 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 32662,50 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 115502,45 manat, cərimə borcu üzrə 94358,28 manat olmaqla, cəmi 745023,23 manat borcun; 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 201000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 11239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46207,60 manat, cərimə borcu üzrə 38469,17 manat olmaqla, cəmi 296915,94 manat borcun, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması, ilkin iddia tələbinin “1568 nömrəli 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 77638,90 manat, cərimə borcu üzrə 4333,29 manat, cəmi 81972,19 manat borcun və 1651 nömrəli 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 1703,11 manat, cəmi 1703,11 manat borcun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair hissədə iddia müddəti keçdiyindən təmin edilməməsi, Cavabdeh “16 yanvar 2015-ci il tarixli, 25 fevral 2015-ci il tarixli və 10 mart 2015-ci il tarixli müqavilələr üzrə pul tələblərinin üçüncü şəxs tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozitlərə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
31. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı 05 dekabr 2014-cü il, 14 yanvar 2015-ci il, 16 yanvar 2015-ci il, 25 fevral 2015-ci il və 10 mart 2015-ci il tarixli kredit müqavilələri üzrə götürdüyü öhdəliklərə əməl edib kreditləri və onlara hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada ilkin iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Məhkəmə nəzərə almışdır ki, 05 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin icra müddəti 05 dekabr 2015-ci il tarixədək, 14 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin icra müddəti isə 07 yanvar 2016-cı il tarixədək müəyyən edilsə də, ilkin iddiaçı tərəfindən həmin müqavilələr əsasında pul məbləğlərinin tutulmasına dair iddia ərizəsi ilə yalnız 08 yanvar 2019-cu il tarixdə məhkəməyə müraciət edilmişdir. Cavabdeh hazırkı tələb üzrə həmin kredit müqavilələrinə münasibətdə iddia müddətinin ötürüldüyünü qeyd edib, bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir.
33. Belə olan halda, məhkəmə hesab etmişdir ki, kredit borcunun tutulması ilə bağlı ilkin iddia 05 dekabr 2014-cü il və 14 yanvar 2015-ci il tarixli kredit müqavilələri üzrə iddia tələbinə münasibətdə təmin edilməməli, 16 yanvar 2015-ci il, 25 fevral 2015-ci il və 10 mart 2015-ci il tarixli kredit müqavilələri üzrə iddia tələbi isə əsas borcun, müqavilə müddətinə hesablanmış faiz borcunun tutulması hissələrində əsaslı hesab olunaraq təmin edilməlidir.
34. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının tələb etdiyi cərimələr (dəbbə pulu) əsas borclara münasibətdə və borc məbləğlərinin gecikdirilərək indiyədək ödənilməməsi nəzərə alındıqda, tənasübsüz surətdə yüksək hesab oluna bilməz, ona görə həmin məbləğlərin azaldılması üçün qanuni əsaslar yoxdur, cərimə borcunun tutulması hissəsində də ilkin iddia əsaslı hesab olunaraq təmin olunmalıdır.
35. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, sözügedən kredit müqavilələrinin təminatı qismində hər hansı zaminlik, ipoteka (girov) müqaviləsi və ya qarşılıqlı iddiaçının qeyd etdiyi depozitlər çıxış etməmiş, bununla bağlı ayrıca da müqavilə imzalanmamışdır. Nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçının göstərdiyi əmanətlərə dair sənədlər 2014 və 2015-ci illərdə imzalanmış, cavabdehin əvəzləşdirmə tələb etdiyi əmanətlər hüquqi şəxsə, yəni "xxxx" ASC-yə məxsus olduğuna görə “Banklar haqqında” Qanunun müddəalarına uyğun olaraq qorunan əmanət hesab olunmur. Bununla yanaşı işə cəlb edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmədə göstərmişdir ki, depozit qoyulan pulun qarşısında girov öhdəliyi kimi qoyulduğu deyilən pul əslində girov öhdəliyi kimi deyil, qarantiya öhdəliyidir. Cavabdehin təqdim etdiyi sübutlarda isə belə yazılı öhdəliyə dair sənədlər mövcud deyil, istinad edilən girov müqavilələri cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla da məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddianın təmin edilməsi üçün qanuni əsaslar yoxdur.
36. Birinci instansiya məhkəməsi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.2, 376, 377.2 və 445.7, 449.1, 449, 460.1, 478-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır.
a) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
37. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-40/2021 nömrəli qətnaməsinin ləğv edilərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borc məbləğini müəyyən edərkən prosessual pozuntulara yol verərək düzgün olmayan qətnamə qəbul etmişdir. İş üzrə ekspert rəylərində borcun olmaması müəyyən edilsə də, məhkəmə ekspert rəylərinə qətnamədə münasibət bildirməmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşmamasını əsaslandırmalı və ya iş üzrə təkrar ekspertiza təyin etməklə borcun hansı həcmdə olmasını müəyyənləşdirməli idi. Kredit müqaviləsi üzrə hesabdan çıxarışlar da məhkəməyə təqdim edilmişdir. Bu halın özü də iddiaçının təqdim etdiyi maliyyə arayışlarının mötəbərliliyini şübhə altına alır. Məhkəmə borc məbləğini müəyyən edərkən prosessual pozuntulara yol verərək düzgün olmayan nəticəyə gəlmişdir.
39. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(105)-1850/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-40/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
40. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin.
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmə də bu ilkin iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsinə gəldikdə isə qeyd edir ki, cavabdeh göstərdiyi hallara dair hər hansı bir sübut təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
a) kassasiya instansiyası məhkəməsindəki icraat
43. Cavabdeh Quliyev Rauf Rövşən oğlu kassasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin Quliyev Rauf Rövşən oğluna münasibətdə təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3182/2022 nömrəli, 26 iyun 2022-ci il tarixli qərarı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli, 2(105)-1850/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
45. Məhkəmə kollegiyası ilk olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 269-cu maddəsinə əsasən girov - girov saxlayanın əşya hüququdur və borclunun girov saxlayan qarşısında başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Yəni borclunun öhdəliyi icra etmədiyi halda tələbin girov əmlaka yönəldilməsi kreditorun vəzifəsi deyil, hüququdur və o, həmin hüquqdan istifadə etməyə də bilər.
46. Lakin hazırki iş üzrə cavabdehin həm birinci instansiya, həm də apellyasiya məhkəməsində mübahisələndirdiyi məsələlərdən biri ondan ibarətdir ki, cavabdehin iddiaçı banka olan kredit borcları qismən girov olan "xxxx" ASC-nin "xxxx" ASC-də (İddiaçı ASCdə) olan depozit məbləğləri hesabına ödənilmiş və iddiaçı tərəfindən tələb olunan borc düzgün müəyyən edilməmişdir.
47. Məhz cavabdehin həmin dəlilləri ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir.
48. Lakin yuxarıda qeyd olunduğu kimi, ekspert depozit müqavilələrin təqdim edilməməsini əsas gətirməklə borcu hesablamaqdan imtina etmişdir.
49. Məhkəmələr də, iddiaçının təqdim etdiyi maliyyə arayışlarını əsas götürərək, iddianı qismən təmin etmişlər.
50. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparmağı cəhd etməmiş, iş materiallarında kredit müqavilələri üzrə hesabdan çıxarışlar əlavə olunduğu halda, təkrar ekspertiza keçirilməsi məsələsini tərəflərlə müzakirə etməmişdir.
51. Digər tərəfindən nəzərə alınmalıdır ki, ekspert rəyində də qeyd olunduğu kimi, "xxxx" ASC tərəfindən təqdim olunmuş SWİFT məktublarında "xxxx" ASC tərəfindən X1 verilən kreditlərin və ona hesablanacaq faizlərin təminatı kimi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə yerləşdirdiyi depozitlər və ona hesablanacaq faizlər çıxış etmişdir. Yəni üçüncü şəxsin depozit hesablarının cavabdehin kreditinin təminatı olması həmin sənədlərlə öz təsdiqini tapdığı halda, qeyd olunan depozitlərin hansı hissəsinin mübahisələndirilən kredit müqavilələrinin ödənilməsinə yönəldilməsini "xxxx" ASC-yə sorğu verməklə də müəyyən etmək olar.
52. Göründüyü kimi, apellyasiya məhkəməsi MPM-in 88, 101.7, 103.1-ci maddələrini pozaraq işdə olan ekspert rəyini düzgün qiymətləndirməmişdir.
53. Digər tərəfdən qeyd olunmalıdır ki, ilk iddiaçı 6 kredit müqaviləsi (1792 nömrəli, 25 fevral 2015-ci il tarixli; 1651 nömrəli, 14 yanvar 2015-ci il tarixli; 1663 nömrəli, 16 yanvar 2015-ci il tarixli; 201İNNW150690003 nömrəli, 10 mart 2015-ci il tarixli; 1830 nömrəli, 10 mart 2015-ci il tarixli və 1568 nömrəli, 05 dekabr 2014-cü il tarixli) üzrə borcun tutulmasını məhkəmədən xahiş etsə də, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi qətnamələrində yalnız 5 müqaviləyə istinad etmişlər. İş materiallarından görünür ki, 201İNNW150690003 nömrəli, 10 mart 2015-ci il tarixli müqavilə üzrə tələb MPM-in 53-cü maddəsinə əsasən 29 noyabr 2019-cu il tarixdə əlavə olunmuş, lakin həmin müqavilə və ya surəti və ərizə ilə birgə, nə də ki, sonradan məhkəməyə təqdim edilməmişdir.
54. Birinci instansiya məhkəməsi isə təqdim olunmamış kredit müqaviləsi üzrə yalnız iddiaçının tərtib etdiyi maliyyə arayışını əsas götürməklə borc məbləğini tutmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
55. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
56. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnamənin dəyişrilmədən saxlanılmasını xahiş etdi.
57. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
59. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
60. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
61. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
62. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
63. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
64. 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
65. 478-ci maddəsinə əsasən qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.
66. 480-ci maddəsinə əsasən qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir.
67. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
68. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
69. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
71. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
72. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
73. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
74. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
75. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
76. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
77. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
78. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
79. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
80. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
81. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
82. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...
83. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
84. Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
85. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3182/2022 nömrəli, 26 iyun 2022-ci il tarixli qərarı ilə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq və iş üzrə alınmış ekspert rəylərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.
87. İşdən görünür ki, tərəflər arasında 6 kredit müqaviləsi bağlanmışdır. İlk iddia üzrə iddiaçı həmin kredit müqavilələri üzrə yaranmış borc məbləğlərini tələb etmiş, xx.xx.2015ci il tarixli 1651 nömrəli və xx.xx.2014-cü il tarixli 1568 nömrəli müqavilələr üzrə iddia müddəti tətbiq edilərək, həmin müqavilələr üzrə tələblər birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Qətnamə bu hissədə mübahisələndirilməmişdir.
88. Təkrar apellyasiya icraatı zamanı depozitlərin hansı hissəsinin mübahisələndirilən kredit müqavilələrinin ödənilməsinə yönəldilməsi barədə məhkəməyə məlumat verilməsi üçün "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli sorğu göndərilmişdir. "xxxx" ASC sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli HD-97 nömrəli məktubla bildirmişdir ki, "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə müvafiq vəsaitlərin köçürülməsi SWİFT 190 və 320 formatı vasitəsilə həyata keçirilmiş və buna dair elektron çıxarışlar tərəflərindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmçinin qeyd etmişdir ki, müvafiq vəsaitlərin hansı hissəsinin mübahisələndirilən kredit müqavilələrinin ödənilməsinə yönəldilməsi barədə məlumatın İddiaçı ASC tərəfindən verilməsi məqsədəmüvafiq olar.
89. Ali Məhkəmənin qərarında olan göstərişlər əsasında məhkəmə kollegiyası tərəfindən yenidən araşdırılma aparılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il taixli, 2(105)-1918/2022 nömrəli qərardadı iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 may 2023-cü il tarixli, 9/8403 nömrəli rəyində qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1568 saylı kredit müqaviləsi üzə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2015-ci il tarixə əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 78,000,01 manat, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC (“borcalan”) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1651 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 1793,42 manat, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1663 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 3611,11 manat, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1830 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 201.000,00 manat, faiz borcu üzrə 13282,75 manat, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 920.000,00 manat, faiz borcu üzrə 49.632,77 manat müəyyən olunur.
90. Qeyd olunan ekspert rəyi mübahisənin həlli üçün kifayət qədər aydın və tam olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il taixli, 2(105)-159/2023 nömrəli qərardadı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və qeyd olunan suallar qoyulmuşdur: İddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli 201İNNW150690003 nömrəli kredit müqaviləsi üzrə götürülmüş pul vəsaitinin (502.500 manat) qaytarılmasına görə ümumilikdə nə qədər pul vəsaiti ödənilmişdir? 2. Cavabdeh 1663 nömrəli xx.xx.2015-ci il tarixli, 1792 nömrəli xx.xx.2015-ci il tarixli, 201İNNW150690003 nömrəli xx.xx.2015-ci il tarixli, 1830 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqavilələr üzrə "xxxx" ASC-yə olan borcuna görə "xxxx" ASC-nin "xxxx" ASC-də olan depozit hesablarından nə qədər məbləğdə pul vəsaiti silinmişdir (hər müqavilə üzrə ayrı-ayrılıqda göstərilməklə)? 3. 1663 nömrəli xx.xx.2015-ci il tarixli, 1792 nömrəli xx.xx.2015-ci il tarixli, 1830 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə icra müddəti başa çatdıqdan sonra xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik beş faizin məbləği müəyyən edilsin.
91. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 9/4871 nömrəli rəyində qeyd edilmişdir ki, birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki məhkəmə-mühasibat ekspertizasının keçirilməsi haqqında məhkəmə qərardadında ekspert qarşısında qoyulmuş birinci sualın həlli üçün aşağıdakı sənədlərin olması vacibdir: kredit müqaviləsinin və kredit ödəmə qrafiki barədə məlumatın (ödəniş cədvəli) əsli (“Banklarda kredit risklərinin idarə edilməsi Qaydalarına” Əlavə №1, “Kredit dosyesi” 12 və 25 bəndlərinə əsasən). Lakin hazırki ekspertiza tədqiqatına məhkəmə tərəfindən təqdim edilmiş “02” cild mülki iş materiallarında ekspert qarşısında qoyulmuş sualda qeyd edilən xx.xx.2015-ci il tarixli 201İNNW150690003 kredit müqaviləsi üzrə həmin müqavilənin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti, kredit ödəmə qrafiki mövcud deyildir. Bu səbəbdən, xx.xx.2015-ci il tarixli 201İNNW150690003 nömrəli kredit müqaviləsi üzrə ekspertiza tədqiqatının aparılması mümkün deyil. İkinci sual üzrə: xx.xx.2015-ci il tarixli, 1663 saylı kredit müqaviləsi - rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1663 saylı kredit müqaviləsi üzrə borcalanın kredit müqaviləsi müddətinin bitdiyi tarixə əsas borcu olmadığından xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün əsas borca illik 5% dərəcəsi ilə faiz borcu hesablanmır. xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə - rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə kredit müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% dərəcəsi ilə hesablanmış faiz məbləği aşağıdakı kimi müəyyən olunur: xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5% dərəcəsi ilə faiz borcu 213388,89 manat. Qeyd edilir ki, iş materialları ilə təqdim edilmiş ******************** nömrəli hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün xx.xx.2016-cı il tarixdə 1.000.000,00 manat və 50.166,66 manat, cəmi 1.050.166,66 manat məbləğində ödəniş aparılmışdır. Lakin ödənilmiş pul vəsaitləri kredit üzrə silinməmiş və hesabdan saxlanılmışdır. Həmin pul vəsaitləri xx.xx.2016-cı il tarixdə kredit borcu üzrə silindikdə, 80.533,89 (920.000 əsas + 49.632,77 faiz - 1.050.166,66 ödəniş) manat məbləğində artıq ödəniş yaranır. xx.xx.2015-ci il tarixli, 1830 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1830 saylı kredit müqaviləsi üzrə kredit müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% dərəcəsi ilə hesablanmış faiz məbləği aşağıdakı kimi müəyyən olunur: xx.xx.2016-cı ildən tarixdən xx.xx.2020-ci il tarixədək illik 5% dərəcəsi ilə faiz borcu 46202,08 manat.
92. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il taixli, 2(105)-47/2024 nömrəli qərardadı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və qeyd olunan suallar qoyulmuşdur: 1. Cavabdeh 1663 nömrəli xx.xx.2015-ci il tarixli, 1792 nömrəli xx.xx.2015-ci il tarixli, 201İNNW150690003 nömrəli xx.xx.2015-ci il tarixli, 1830 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə "xxxx" ASC-yə olan borcuna görə "xxxx" ASC-nin "xxxx" ASC-də olan depozit hesablarından silinmələr aparılmışdırmı? 2. Əgər silinmələr aparılmışdırsa hər müqavilə üzrə nə qədər məbləğdə pul vəsaiti silinmişdir (ayrı-ayrılıqda hansı borclara silindiyi göstərilməklə)? 3. Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 9/4871 nömrəli rəyində qeyd edilmiş xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün xx.xx.2016-cı il tarixdə 1.000.000,00 manat və 50.166,66 manat, cəmi 1.050.166,66 manat məbləğində ödəniş "xxxx" ASC-nin "xxxx" ASC-də olan depozit hesablarından aparılan ödənişdirmi?
93. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 9/2101 nömrəli rəyində birinci və ikinci suallar üzrə qeyd edilmişdir ki, iş materiallarında olan "xxxx" ASC-nin "xxxx" ASC-də olan depozit hesablan çıxarışlarından göründüyü kimi, "xxxx" ASC və Cavabdeh ilə bağlanmış 1663 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə 2.333,33 manat, xx.xx.2015-ci il tarixdə 4666,67 manat, xx.xx.2015-ci il tarixdə 5333,33 manat, xx.xx.2015ci il tarixdə 5.000,00 manat xx.xx.2016-cı il tarixdə 43.291,67 manat, xx.xx.2016-cı il tarixdə 541,67 manat və xx.xx.2016-cı il tarixdə 1.000.000,00 manat olmaqla ümumilikdə 1.061.166,67 manat;
94. 1792 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-cı il tarixdə 5.333,34 manat xx.xx.2015-cı il tarixdə 5.000,00 manat olmaqla ümumilikdə 10.333,34 manat;
95. 1830 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 1.100,00 manat silinmələr olmuşdur.
96. 201İNNW150690003 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə hazırkı məhkəmə-mühasibat ekspertizasının keçirilməsi haqqında məhkəmə qərardadında ekspert qarşısında qoyulmuş sualın həlli üçün aşağıdakı sənədlərin olması vacibdir:
97. kredit müqaviləsinin və kredit ödəmə qrafiki barədə məlumatların (ödəniş cədvəli) əsli (“Banklarda kredit risklərinin idarə edilməsi Qaydalarına” Əlavə №1, “Kredit dosyesi” 12 və 25 bəndlərinə əsasən).
98. Lakin hazırki ekspertiza tədqiqatına məhkəmə tərəfindən təqdim edilmiş “02” cild mülki iş materiallarında ekspert qarşısında qoyulmuş sualda qeyd edilən xx.xx.2015-ci il tarixli 201İNNW150690003 kredit müqaviləsi üzrə həmin müqavilənin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti, kredit ödəmə qrafiki mövcud deyildir.
99. Bu səbəbdən, xx.xx.2015-ci il tarixli 201İNNW150690003 nömrəli kredit müqaviləsi üzrə ekspertiza tədqiqatının aparılması mümkün deyil.
100. Üçüncü sual üzrə məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 9/4871 nömrəli rəyində qeyd edilmiş xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün xx.xx.2016-cı il tarixdə 1.000.000,00 manat və 50.166,66 manat, cəmi 1.050.166,66 manat məbləğində ödəniş "xxxx" ASC-nin "xxxx" ASC-də olan depozit hesablarından aparılan ödənişlərdir (cild İİ, vərəq 200, cədvəl məlumatları, sətir 588-589).
101. Dördüncü və beşinci suallar üzrə iş materiallarında olan Cavabdeh məxsus hesab çıxarışlarından göründüyü kimi, "xxxx" ASC ilə X4 ilə bağlanmış kredit müqavilələri üzrə borcalanın hesablarından hər hansı kredit ödənişləri aparılmamışdır. Başqa cavabdeh və ya digər şəxslər tərəfindən ödənişlərin olub- olmamasını hazırkı ekspertiza tədqiqatına təqdim edilmiş məlumatlar əsasında müəyyən etmək mümkün olmadı.
102. Kollegiya qeyd edir ki, tərəflər arasında kredit müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi lazımı qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. İddiaçının tələb etdiyi kredit borcunun məbləği iş üzrə təyin edilərək keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyləri ilə müəyyən edilmişdir.
103. Məhkəmə iclasında tərəflərin nümayəndələrinin izahatları ilə müəyyən edilmişdir ki, götürülmüş kredit vəsaitlərinə görə cavabdeh tərəfindən hər hansı ödəniş olmamış, o cümlədən tərəflər arasında ayrıca qarantiya müqaviləsi də bağlanılmamışdır. Lakin kredit müqavilələri üzrə edilmiş ödənişlər yalnız göstərilən depozit hesabından silinmələr əsasında həyata keçirilmişdir.
104. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" ASC Bakı İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərarı ilə müflis elan olunmuşdur. Ekspert rəyinə əsasən xx.xx.2015-ci il tarixli, 1792 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün xx.xx.2016-cı il tarixdə cəmi 1.050.166,66 manat məbləğində ödəniş aparılmışdır. Lakin ödənilmiş pul vəsaitləri kredit üzrə silinməmiş və hesabda saxlanılmışdır. Belə ki, "xxxx" ASC-nin depozit hesabında olan vəsaitlər "xxxx" ASC müflis elan olunduğu tarixdən sonra kreditor borcları kimi qeydiyyata alınmışdır. İddiaçı bankın nümayəndəsinin verdiyi yazılı məlumata əsasən müəyyən olunmuşdur ki, hal-hazırda "xxxx" ASC-nin Banka qarşı 2.152,206,00 manat kreditor tələbləri mövcuddur. Həmin tələblər “Banklar haqqında” qanunun 82.1.8-maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödəniləcəkdir.
105. “Banklar haqqında” Qanunun 72.1.5-ci maddəsinə görə, girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81-cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; Qanunun 81.4-cü maddəsinə görə isə, təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir.
106. Həmin Qanunun 78.1-ci maddəsinə görə, bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər.
107. Göründüyü kimi kredit öhdəliklərinin icrasının təminatı qismində çıxış edən depozitlər qorunan əmanət statusunda olmadıqda həmin əmanətlər “Banklar haqqında” Qanunun 82-ci maddəsində göstərilən növbəlilik qaydasında əmanət sahibinə geri qaytarılmalıdır.
108. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin edilməməsinə dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə yəni qarşılıqlı iddia üzrə iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli müqavilələr üzrə pul tələblərinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-də yerləşdirilmiş depozitlərə yönəldilməsi barədə tələbin təmin edilməməsi barədə nəticə mahiyyətcə düzgün olmuşdur.
109. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair rəyə əsasən 1792 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 920000 manat, müqavilə müddətinə hesablanmış faiz borcuna görə 49466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcuna görə isə 213388,89 manat, 1830 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 201000 manat, müqavilə müddətinə hesablanmış faiz borcuna görə 11239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcuna görə 46202,08 manat, 1663 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinə hesablanmış faiz borcuna görə 3430,55 manat ilk iddia üzrə cavabdehdən tutulmalıdır.
110. 201İNNW150690003 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin müqaviləni ilk iddia üzrə iddiaçı məhkəməyə təqdim edə bilmədiyindən, mövcud olmayan müqavilə üzrə şərtlərə istinadən əsas borc üzrə 502500 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 32662,50 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 115502,45 manat, cərimə borcu üzrə 94358,28 manat olmaqla, cəmi 745023,23 manat borcun ilk iddia üzrə cavabdehdən tutulması əsassız olmuşdur. Lakin iş materiallarında olan xx.xx.2015-ci il tarixli FJB**********047 nömrəli məxaric orderindən (İ cild səh. 28) görünür ki, həmin tarixdə cavabdeh tərəfindən 700.000 manat məxaric edilmişdir.
111. İşdən görünür ki, həmin tarixdə cavabdehlə 201000 manat kredit verilməsi haqqında 1830 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəf bu halı belə izah etmişdir ki, xx.xx.2015-ci il tarixində Cavabdeh ilə 2 kredit müqaviləsi imzalanmışdır. xx.xx.2015-ci il tarixli 1830 saylı müqavilə (müqavilə məhkəməyə təqdim olunub-201.000 manat) və xx.xx.2015-ci il tarixli, 20İİNNW150690003 saylı müqavilə (502.500 manat (müqavilə yoxdur)). Hər iki kredit müqaviləsi eyni gündə imzalandığına görə hesabdan 1 dəfə məxaric olunmuşdur.
112. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin tarixdə cavabdehə verilmiş 700.000 manatdan xx.xx.2015-ci il tarixli 1830 saylı müqavilə üzrə verilmiş 201.000 manat çıxılmalı və cavabdehdən iddiaçı bankın xeyrinə 499.000 manat (700.000- 201.000) məbləğində pul vəsaiti tutulmalıdır.
113. Cərimə borcunun tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.
114. Verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə məbləğinin tələb edilməsi əsaslıdır. Lakin müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunduğundan, bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.
115. Konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.
116. Belə olan halda, məhkəmə kollegiyası 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli və 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqavilələri üzrə cərimələrin məbləği barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etsə də, 1792 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcuna görə tutulmuş 175247,10 manat cərimənin 60.000 manat həddində müəyyən olunmasını və cavabdehdən tutulmasını ədalətli hesab edir və qeyd edir ki, iddiaçı bank tərəfindən tələb edilən cərimənin azaldılması cavabdehin müqavilə üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar.
117. Beləliklə göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçı bankın xeyrinə kredit müqavilələri üzrə tutulmalar aşağıdakı kimi olmalıdır:
118. 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920.000 manat, müqavilə müddətinə heablanmış faiz borcu üzrə 49.466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213.388,89 manat, cərimə borcu üzrə 60.000 manat olmaqla, cəmi 1.242.855,55 manat;
119. 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 201.000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 11.239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46.202,08 manat, cərimə borcu üzrə 38.469,17 manat olmaqla, cəmi 296.910,42 manat;
120. 1663 nömrəli 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 0 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 3430,55 manat, cərimə borcu üzrə 541,71 manat olmaqla, cəmi 3972,26 manat;
121. 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsi (təqdim edilməyən) üzrə 10 mart 2015-ci il tarixli məxaric orderi ilə verildiyi iddia olunan borc üzrə 499.000 manat.
122. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
123. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
124. 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
125. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
126. İşdən görünür ki, 16 yanvar, 25 fevral və 10 mart 2015-ci il tarixli müqavilələr üzrə iddia müddəti ötməmişdir. Digər tərəfdən, iddiaçı bank xx.xx.2016-cı il tarixli məhkəmə qərarına əsasən müflis elan edilənədək cavabdehin borc öhdəlikləri üzrə yuxarıda göstərilən depozit hesabından silinmələr də həyata keçirilmişdir. Odur ki, xx.xx.2019-cu il tarixdə verilmiş mövcud ilk iddia üzrə hazırda baxılan tələblərə dair iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
127. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
128. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
129. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-40/2021 nömrəli qətnaməsi qismən - 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213.392,60 manat, cərimə borcu üzrə 175.247,10 manatın, 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 502.500 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 32.662,50 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 115.502,45 manat, cərimə borcu üzrə 94.358,28 manat olmaqla, cəmi 745.023,23 manat borcun; 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46.207,60 manatın Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920.000 manat, müqavilə müddətinə heablanmış faiz borcu üzrə 49.466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213.388,89 manat, cərimə borcu üzrə 60.000 manat olmaqla, cəmi 1.242.855,55 (bir milyon iki yüz qırx iki min səkkiz yüz əlli beş manat əlli beş qəpik) manat; 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 201.000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 11.239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46.202,08 manat, cərimə borcu üzrə 38.469,17 manat olmaqla, cəmi 296.910,42 (iki yüz doxsan altı min doqquz yüz on manat qırx iki qəpik) manat; 10 mart 2015-ci il tarixli məxaric orderi ilə verilmiş 499.000 (dörd yüz doxsan doqquz min) manat Cavabdeh alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
130. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 manat ilkin iddia üzrə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-40/2021 nömrəli qətnaməsi qismən - 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213.392,60 manat, cərimə borcu üzrə 175.247,10 manatın, 201İNNW150690003 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 502.500 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 32.662,50 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 115.502,45 manat, cərimə borcu üzrə 94.358,28 manat olmaqla, cəmi 745.023,23 manat borcun; 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46.207,60 manatın Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. 1792 nömrəli 25 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 920.000 manat, müqavilə müddətinə heablanmış faiz borcu üzrə 49.466,66 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 213.388,89 manat, cərimə borcu üzrə 60.000 manat olmaqla, cəmi 1.242.855,55 (bir milyon iki yüz qırx iki min səkkiz yüz əlli beş manat əlli beş qəpik) manat; 1830 nömrəli 10 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 201.000 manat, müqavilə müddətinə hesablanmış faiz borcu üzrə 11.239,17 manat, müqavilə müddəti bitdikdən sonra 5% nisbətlə hesablanmış faiz borcu üzrə 46.202,08 manat, cərimə borcu üzrə 38.469,17 manat olmaqla, cəmi 296.910,42 (iki yüz doxsan altı min doqquz yüz on manat qırx iki qəpik) manat; 10 mart 2015-ci il tarixli məxaric orderi ilə verilmiş 499.000 (dörd yüz doxsan doqquz min) manat Cavabdeh alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İlkin iddia üzrə Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan - 150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.