Məhkəmə qərarları › İş №2(105)-473/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-473/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-473/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi X5, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alğı-satqı müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-925/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim İ.Mahmudov) xx.xx.2016-cı il tarixli, 2(060)- 925/2018 nömrəli qətnaməsi ilə X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Dilyar oğluna, üçüncü şəxslər “TERM” Kompaniyasına, “xxxx” ASC-yə, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqavilələrinin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi X4 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Abasov, A.Abbasov, T.Məmmədov) xx.xx.2018-ci il tarixli, 2(105)-20/2018 nömrəli qətnaməsi ilə X5 nümayəndəsi X2 apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)- 925/2018 nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunması, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsinin, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 və “xxxx” ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnun, habelə “xxxx” ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, X5 apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 5 manat dövət rüsumunun Cavabdeh3 tutularaq ona qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh2 və üçüncü şəxs “xxxx” ASC kassasiya şikayətləri vermişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.İbayev, A.Kalbalıyev, Ə.Əliyev) xx.xx.2018-ci il tarixli, 2(102)-5246/18 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayətinin qismən, üçüncü şəxs “”xxxx” ASC-nin kassasiya şikayətinin isə təmin edilməsi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Tağızadə, T.Quliyev, E.Rəhimov) xx.xx.2018-ci il tarixli, 2(105)-5367/2018 saylı qətnaməsi ilə X5 nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)- 925/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. X6 və vəkili Vəkil1 iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əhmədova, Ə.Rüstəmov, Ə.Nurməmmədov) 2(102)-1405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə X5 və vəkili Vəkil1 kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)- 3567/2018 nömrəli qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı alğı-satqı müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-6(k)/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1405/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının və həmin qərarla əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3567/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Dilyar oğluna, üçüncü şəxslər “TERM” Kompaniyasına, “xxxx” ASC-yə, Sumqayıt şəhər 1 saylı notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “alğısatqı müqavilələrinin və hüququn dövlət qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından bağlanmış alğı-satqı müqaviləsinin, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 və “xxxx” ASC arasında bağlanmış 13011-0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələrinin, həmin müqavilələr əsasında qeyd edilən mənzil üzərində Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnun, habelə “xxxx” ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə inşa edilmiş 3 saylı evin, 25 saylı mənzili “TERM” Kompaniyası tərəfindən xx xxxxxx 2005-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ona satılmışdır. Bu mənzilə görə “TERM” Kompaniyasına ********* manat (köhnə) pul ödəmiş və mənzil onun mülkiyyətinə verilmişdir. Lakin mənzildə təmir işləri apara bilməmiş, ora köçməmiş və mənzil boş qalmışdır. “TERM” Kompaniyasının keçmiş direktoru Cavabdeh3 adlı şəxs mənzilə dair sənədləri saxtalaşdıraraq mənzili yaxın qohumu (qayınatası) Cavabdeh1 adına keçirmişdir. Lakin “TERM” Kompaniyasına mənzillə bağlı Cavabdeh1 tərəfindən hər hansı ödəniş edilməmiş, kompaniyanın bank hesabına vəsait köçürülməmişdir. xx xxxxxx 2013-cü il tarixdə Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair mülkiyyət hüququ DƏDRX-nin 2 saylı Ərazi İdarəsində Cavabdeh1 adına qeydə alınmışdır. Bundan sonra, mübahisəli mənzil xx xxxx 2013-cü il tarixdə bağlanmış 13011-0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələrinə əsasən, Cavabdeh1 tərəfindən yaxın qohumu Cavabdeh2 satılaraq, “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müddəti xx xxxx 2018-ci ilədək nəzərdə tutulmuş yüklülüklə bağlı AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən “xxxx” ASC-nin adına müvafiq reyestrdən çıxarış verilmişdir. Qeyd olunan mənzillə bağlı “TERM” Kompaniyasının bütün sənədlərində Q.S.Mamedovun adı qeyd olunmuşdur. Lakin “TERM” Kompaniyasının keçmiş direktoru Cavabdeh3 qanunsuz əməlləri nəticəsində həm Kompaniyanın, həm də onun hüquqları pozulmuşdur. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçının nümayəndəsi X4 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmaqla, şəxslərin hərəkətlərindəki cinayət əməlləri barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə bütün faktiki halları araşdırmamış, bununla da əsassız nəticəyə gəlmişdir. Məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, guya mənzil üçün ödənilmiş pullar onun Etibar adlı qardaşına qaytarıldıqdan sonra, Cavabdeh1 satılmışdır. Məhkəmə həmin şəxsin onun qardaşı olubolmamasını, pulun qaytarılıb-qaytarılmamasını araşdırmamışdır. Bundan başqa, qətnamədə qeyd olunur ki, onun mübahisəli mənzillə əlaqəsi olmamış, mənzili tanımamış, mənzili 2005-ci ildə alsa da, hazırkı vaxta kimi onu təmir etdirməmişdir. Bu dəlil hüquqi cəhətdən tam əsassızdır. Vicdanlı alıcı kimi qəbul olunan, əslində isə digər cavabdehlərlə əlbir olan Cavabdeh2 mübahisəli mənzillə heç bir əlaqəsi yoxdur. Mübahisəli mənzil onun mülkiyyətindən saxta sənədlər vasitəsilə çıxarıldığından onun iddiası əsaslıdır və bu iddianın rədd olunması barədə məhkəmə qətnaməsi əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən X6 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 iddiaçını tanımadığını, onunla hər-hansı əlaqəsinin olmadığını bildirirərək, apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs “TERM” Kompaniyasının nümayəndəsi X10 apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-cı maddəsinə əsasən digər tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 567-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan “TERM” kompaniyası ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədən və ona əlavə edilmiş öhdəlikdən və mənzillərin satış cədvəlindən görünür ki, iddiaçı Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinin dəyərinin ilkin hissəsini ödəməklə tikintisini “TERM” kompaniyasına həvalə edir. Mənzil sahəsi 87,1 kv.m olmaqla 2 otaqlıdır, qiyməti 106 697 500 manat, ilkin payın qiyməti 93 100 000 manat, qalıq məbləğ isə 13 597 500 manatdır. Həmin mənzilin dəyəri xx.xx.2005-ci il tarixinə tam ödənilmişdir. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli maliyyə arayışından görünür ki, “TERM” kompaniyası tərəfindən tikilmiş Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinin pay dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzili xx.xx.2013-cü il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, sonuncuya Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinin alınması üçün bank tərəfindən 300 ay müddətinə, illik 8%-lə 25 000 manat kredit verilir. xx.xx.2013-cü il tarixli, 13011-0187/130215 saylı mənzilin alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzili Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmış və alıcı tərəfindən xx.xx.2013-cü il tarixli, 13011-0187/130215 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi “xxxx” ASC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Mənzilin satış qiyməti 45000 manatdır, mənzilin dəyərinin 20000 manatı alıcı-ipoteka qoyan Cavabdeh2 tərəfindən, 25000 manatı isə kreditor-ipoteka saxlayan “xxxx” ASC tərəfindən ödənilir. Bu məqsədlə bank borcluya 25 il müddətinə illik 8% ödəməklə 25000 manat məbləğində kredit verir. İpoteka predmeti kimi mənzil 43000 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzili xx.xx.2013-cü il tarixdən Cavabdeh2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzili xx.xx.2013-cü ildən xx.xx.2038-ci ilədək “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-34/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh3 “TERM” kompaniyası tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilin alğısatqı əsasında X1 baxmayaraq, saxta sənədləşmə əsasında qayınatasının adına rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 178.3.2, 179.3.2, 308.2-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azdlıqdan mərhum edilmiş və həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007ci il 26 sentyabr tarixli Qərar). Mülki iş materiallarından müəyyən edilir ki, “TERM” kompaniyası tərəfindən inşa edilmiş Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzili xx.xx.2005ci il tarixli müqavilə əsasında iddiaçı X3 və iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilərək mənzilin dəyəri “TERM” kompaniyasına tam olaraq ödənilmişdir. Lakin buna baxmayaraq, həmin mənzil kompaniyanın direktoru Cavabdeh3 tərəfindən saxta sənədlərlə, görünüş üçün bağlanılmış yalan və uydurma müqavilələr əsasında qohumları: cavabdeh-qaynatası Cavabdeh1, daha sonra isə ipoteka krediti əsasında cavabdeh-bibisi oğlu Cavabdeh2 satılmış, mənzil “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd etmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mübahisəli mənzilin dəyərini tam ödəməklə Q.Mamedov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Cavabdeh3 isə “TERM” kompaniyası adından mubahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Belə olan halda, “TERM” kompaniyasının direktoru Cavabdeh3 başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzilin Cavabdeh1 satılması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünün və Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının x xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh3 mübahisəli mənzilin “TERM” kompaniyası tərəfindən İddiaçı satılmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlak hüquqlarını təkrarən əldə etmək məqsədilə həmin mənzilin Cavabdeh1 məxsus olması barədə saxta maliyyə arayışı və “ətraflı” arayışları tərtib edərək Cavabdeh1 adına “hüquqların dövlət qeydiyyatı haqqında” çıxarış almış, sonradan mənzilin qohumu Cavabdeh2 satılmasını və “xxxx” ASC-yə girov qoyulmaqla sonuncunun adına güzəştli şərtlərlə 25.000 (iyirmi beş min) manat ipoteka krediti rəsmiləşdirilməsini təşkil etmiş və həmin vəsaiti özünün şəxsi ehtiyacları üçün sərf etmişdir. Hökmün surətindən həmçinin görünür ki, Cavabdeh2 ifadəsində bildirmişdir ki, Cavabdeh3 onun bibisi oğludur. Təxminən 2013-cü ilin əvvəllərində Vüqar ona müraciət edərək, işlədiyi “TERM” kompaniyası tərəfindən inşa edilən yeni yaşayış binasından yeni mənzil aldığını bildirmişdir. Vüqar yeni aldığı evin qaynatası Kərimin adına olduğunu və həmin evi banka girov qoymaqla özü üçün ipoteka kredit götürmək istədiyini söyləmiş və kreditin götürülməsində ona köməklik göstərməsini xahiş etmişdir. Təmənnasız olaraq Vüqara köməklik göstərmək qərarına gəlmiş, bu qaydada həmin mənzil “xxxx” ASC-yə girov qoyulmaqla Kərimin adından ona satılmış və bu qaydada bankdan 25000 manat ipoteka krediti götürülmüşdür. Həmin krediti bankdan götürdükdən sonra tam şəkildə Vüqarın özünə vermişdir. Lakin, Vüqarın kredit məbləğini hara sərf etdiyini bilməmişdir. Kredit götürüldükdən sonra hazırkı vaxta kimi aylıq 192 manat məbləğində kredit borcunu hər ay Vüqarın özü banka ödəmişdir. Həmin kredit 25 illik müddətinə götürülmüş və kredit məbləğini Vüqarın özü götürüb öz mənzilini də girov qoyduğu üçün kredit ödəməyi Vüqarın özü öhdəsinə götürmüşdür. Təxminən 2014-cü ilin sonlarında isə mənzillə bağlı bir neçə dəfə Sumqayıt Şəhər Məhkəməsinə çağırılmış, lakin məhkəməyə getməmişdir. O, Vüqarın sözlərindən mənzilin faktiki olaraq ona məxsus olmasını hesab edib qohum olduğu üçün ona təmənnasız köməklik göstərmək məqsədilə adına ipoteka krediti götürülməsinə razılıq vermişdir. Bu işdə heç bir maddi marağı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mənzilə dair “TERM” kompaniyası adından Cavabdeh1 ilə bağlanmış alğı-satqı müqaviləsi, eləcə də Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi görünüş üçün bağlanmış, əslində nə Cavabdeh1, nə də Cavabdeh2 həmin mənzili almaq niyyəti olmamışdır. Həmin alğı-satqı müqavilələrində məqsəd mübahisəli mənzili faktiki olaraq Cavabdeh3 mülkiyyətinə keçirmək olmuşdur. Həmin müqavilələr üzrə alıcılar (Cavabdeh1, Cavabdeh2) mənzilin dəyərini ödəməmiş, mənzili qəbul etməmişlər. Halbuki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə gorə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə isə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, X11 mübahisəli mənzilin dəyərini “TERM” kompaniyasına ödədiyindən, həmin müqavilənin ləğvi üçün əsaslar da olmamışdır. Mübahisəli mənzilə dair “TERM” Kompaniyasının adından Cavabdeh3la Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsi və Cavabdeh1 oğlu ilə Cavabdeh2 arasında bağlanmış 13011-0187/130215 saylı alğı-satqı müqaviləsi uydurma, yalan əqd olaraq görünüş üçün bağlandığı üçün əhəmiyyətsiz əqd olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddiaçının qeyd olunanlara əsasən mübahisəli mənzil üzərində istifadə və sahiblik hüququ vardır. İş materiallarından görünür ki, Cavabdeh3 mənzilin faktiki alıcısı X11 deyil, onun qardaşı Etibar adlı şəxs olduğunu və mənzilin satışını da onun tələbi əsasında həyata keçirdiyini göstərsə də, həmin halı təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Cavabdeh3 mübahisəli mənzilə dair Cavabdeh1 ilə “TERM” kompaniyasının adından alğı-satqı müqaviləsi bağlayarkən həmin mənzil iddiaçıya məxsus olmuş, onun qeyd edilən mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. Eləcə də, mübahisəli mənzilin Cavabdeh1 vasitəsilə bir ay keçmədən Cavabdeh2 satılması da görünüş üçün olmuş və bu fakt Cavabdeh3 cinayət işi üzrə məhkəmə qərarı ilə öz təsdiqini bir daha tapmışdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, alğı-satqı müqavilələri görünüş üçün bağlandığından, həmin əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmuş Cavabdeh3 kompaniya adından mübahisəli mənzil barəsində sərəncam vermək səlahiyyəti olmadığından, mənzilin həqiqi dəyəri ödənilmədiyindən Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından Cavabdeh3la Cavabdeh1 oğlu arasında bağlanmış alğı-satqı müqaviləsi və 07 mart 2013cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda Cavabdeh1 oğlu ilə Cavabdeh2 və “xxxx” ASC arasında bağlanmış 13011-0187/130215 saylı alğı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Mülki Məcəllənin 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər iki qrupa ayrılır – mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339-cu maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, aldatma və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən, uydurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri). İddia tələbinin xx xxxx 2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda Cavabdeh1 oğlu ilə Cavabdeh2 və “xxxx” ASC arasında bağlanmış 13011-0187/130215 saylı alğı-satqı müqaviləsi ilə yanaşı həmin tarixli ipoteka müqaviləsinin də etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka qoyulmuş mübahisəli mənzil Cavabdeh3 tərəfindən əvvəlcə qanunsuz yolla digər Cavabdeh1 adına rəsmiləşdirildikdən sonra, həmin mənzilin Cavabdeh2 “xxxx” ASC-dən götürülmüş kredit hesabına alğı-satqısı təşkil edilmiş və mənzil banka ipotekaya qoyulmuşdur. Mübahisəli mənzil barədə “TERM” Kompaniyasının adından Cavabdeh3la Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsi və Cavabdeh1 oğlu ilə Cavabdeh2 və “xxxx” ASC arasında bağlanmış 13011-0187/130215 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, mübahisəli mənzilin ipotekası ilə bağlı müqavilə də etibarsız hesab olunmalıdır. İddia tələbinin mənzil üzərində Cavabdeh1 oğlunun və Cavabdeh2 mülkiyyət hüququnun, habelə “xxxx” ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi hissəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, alğı-satqı müqavilələri və ipoteka müqaviləsi etibarsız hesab edildiyindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq aparılmış dövlət qeydiyyatları da etibarsız hesab edilməlidir. Apelyasiya şikayətinin şəxslərin hərəkətlərindəki cinayət əlamətləri barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, mübahisə ilə bağlı təqsirkar şəxs məsuliyyətə cəlb edilmişdir. Bu səbəbdən, apelyasiya şikayətinin qeyd olunan hissədə təmin edilməsi üçün əsas yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-925/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsi, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 və “xxxx” ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və “xxxx” ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı etibarsız hesab edilməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-925/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 44-cü məhəllədə yerləşən 3 saylı evin 2 otaqlı, ümumi sahəsi 87.1 kv.m təşkil edən 25 saylı mənzilinə dair “TERM” Kompaniyasının adından Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsi, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat kontorunda Cavabdeh1 ilə Cavabdeh2 və “xxxx” ASC arasında bağlanmış 13011- 0187/130215 saylı alğı-satqı və ipoteka müqavilələri, həmin müqavilələr əsasında mübahisəli mənzil üzərində Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı və “xxxx” ASC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatı etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar