Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-476/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə,Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı İKB-nın (hazırki "xxxx" ASC) nümayəndəsi X3, Cavabdeh1 hüquqi varisi X1 nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı İKB-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evdən istifadə hüququnun itirilmiş hesab olunmaqla evdən çıxarılma və mənzilin boşaldılması tələblərinə dair mülki üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı İKBnın müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evdən istifadə hüququnun itirilmiş hesab olunmaqla evdən çıxarılma və mənzilin boşaldılması tələblərinə dair iddiası qismən təmin edimiş, Cavabdeh1 ilə bağlanmış 21.08.2014cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsi üzrə 30.07.2015-ci il tarixədək ödənilməmiş 32772 ABŞ dolları əsas borc, 7882 ABŞ dolları faiz borcu və 831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 41485 ABŞ dolları məbləğində borc, iddia ərizəsinin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiacı İddiaçı İKB-nın xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən olunmaqla, açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunacaq məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evə dair Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir (hakim İlyas Mahmudov). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Sumqaytı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1/2021 saylı, 31.05.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsinin faiz cərimə borcunun tutulması və ipoteka predmeti olan evin dəyərinə dair hissədə dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 hüquqi varisi X4 və Cavabdeh2 32772 ABŞ dolları əsas borc, 4449.79 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 37321,79 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı məbləğində pulun alınaraq İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə (hazırda "xxxx" ASC) ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4956 saylı evin hərracda ilkin satış qiymətinin 144 min manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərcinin cavabdeh İddiaçı İKB-dən (hazırda "xxxx" ASC) tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi, iş üzrə qiymətləndirmə tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın İddiaçı İKB-dən (hazırda "xxxx" ASC) tutularaq "xxxx" MMC-nin VÖEN **********, Benefisiar bank: "xxxx" ASC, KOD 505817 VÖEN ********** Müxbir hesab AZ.75 NABZ******************** SWİFT BİK AZEGEAZ22 hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" ASC (İddiaçı İKB ASC) və Cavabdeh1 hüquqi varisi X4 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(102)-6103/2021 saylı qərarı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsinin «əmlakın ilkin satış qiymətinin 144.000 (yüz qırx dörd min) manat məbləğində müəyyən edilməsi» hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, Cavabdeh1 hüquqi varisi X1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İ Ş İ N H A L LA R İ: İddiaçı İKB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı İKB-nin Sumqayıt Filialı ilə Cavabdeh1 arasında bağlanmış 21.08.2014-cü il tarixli 4-M-1- 0-910-14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 28 ay müddətinə illik 26% ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 21.08.2014-cü il tarixli, 4-M-1-0-910-14 saylı İpoteka müqaviləsinə əsasən AR DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsinin MA seryalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı ev bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin təmini üsulu kimi zamin Cavabdeh2 arasında 21.08.2014-cü il tarixli, 4M-1- 0-910-14 saylı zaminlik mqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməyi öz üzərinə məsuliyyət götürmüşdür. Hal-hazırda Cavabdeh1 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsinə əsasən, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və müqavilə şərtlərini pozmuş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı İKB ilə Cavabdeh1 arasında 21.08.2014-cü il tarixli, 4-M-1-0-910-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 30.07.2015-ci il tarixədək hesablanmış müvafiq olaraq 32772 ABŞ dolları əsas borc, 7882 ABŞ dolları faiz borcu və 9831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 50485 ABŞ dolları, iddia ərizəsinin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmasına, tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh1 ilə bağlanmış 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı İpoteka müqaviləsinə əsasən ipoteka predmeti: Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiyməti 60.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılmasına və satışdan əldə olunan məbləğin İddiaçı İKB-nin xeyrinə ödənilməsi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə uyğun ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evdə qeydiyyatda olan Cavabdeh1 istifadə hüququ itirilmiş hesab edilməklə, həmin şəxslərin evdən çıxarılması və həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək göstərmişdir ki, məhkəmə işə baxarkən və qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qətnaməsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kredit Müqaviləsi üzrə o, İddiaçı İKB-nin hesabına 11.000 ABŞ dolları məbləğində pul ödəmişdir, lakin məhkəmə qətnaməsində bu barədə heç nə göstərilməmişdir. Bundan başqa, dəfələrlə keçirilmiş məhkəmə iclaslarında onun iştirakı təmin edilməmişdir.Onun xüsusi mülkiyyətində olan və Bank qarşısında ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi 0,16 ha torpaq sahəsi üzərində inşa edilmiş 7 otaqdan ibarət bağ evidir və hazırki bazar qiymətləri ilə hesablanarsa, ümumi dəyər qiyməti 60.000 manat deyil, 250.000 - 300.000 manat civarındadır. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 hüquqi varisi X1 nümayəndə və vəkili Vəkil göstərdi ki, ipoteka predmeti olan evin satış qiymətinin “X6” MMC-nin rəyinə uyğun müəyyən edilməsi ağlabatandırş. Bu səbəbdən birinci instajnsiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək ekspert rəyinə uyğun müəyyən edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı İKB-nın (hazırki "xxxx" ASC) nümayəndəsi X5 izahatında göstərdi ki, ipoteka predmetinin dəyərinin ipoteka müqaviləsində qeyd edildiyi kimi 60000 manat müəyyən edilməlidir. Bu səbbədən birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1/2021 saylı, 31.05.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsinin faiz cərimə borcunun tutulması və ipoteka predmeti olan evin dəyərinə dair hissədə dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 hüquqi varisi X4 və Cavabdeh2 32772 ABŞ dolları əsas borc, 4449.79 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 37321,79 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), iddia ərizənin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmış 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı məbləğində pulun alınaraq İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinə (hazırda "xxxx" ASC) ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4956 saylı evin hərracda ilkin satış qiymətinin 144 min manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərcinin cavabdeh İddiaçı İKB-dən (hazırda "xxxx" ASC) tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi, iş üzrə qiymətləndirmə tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın İddiaçı İKB-dən (hazırda "xxxx" ASC) tutularaq "xxxx" MMC-nin VÖEN **********, Benefisiar bank: "xxxx" ASC, KOD 505817 VÖEN ********** Müxbir hesab AZ.75 NABZ******************** SWİFT BİK AZEGEAZ22 hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı "xxxx" ASC (İddiaçı İKB ASC) və Cavabdeh1 hüquqi varisi X4 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(102)-6103/2021 saylı qərarı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsinin «əmlakın ilkin satış qiymətinin 144.000 (yüz qırx dörd min) manat məbləğində müəyyən edilməsi» hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, Cavabdeh1 hüquqi varisi X1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, Sumqaytı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)- 1/2021 saylı, 31.05.2021-ci il tarixli qətnaməsi «əmlakın ilkin satış qiymətinin 144.000 (yüz qırx dörd min) manat məbləğində müəyyən edilməsi» hissəsində ləğv edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən olunması hissəsini müzakirə edir. İş materiallarından görünür ki, İddiaçı İKB ilə Cavabdeh1 arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 28 ay müddətinə illik 26% ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə iddiaçı arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı İpoteka müqaviləsinə əsasən DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsinin MA seryalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı ev bank qarşısında ipoteka yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 60000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarından görünür ki, Kredit müqaviləsinin təmini üsulu kimi İddiaçı İKB ilə zamin Cavabdeh2 arasında 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən zamin kredit müqaviləsindən irəli gələn öhdəlikləri tamamilə icra etməyi öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı İKB tərəfindən dəfələrlə Cavabdeh1 21.08.2014-cü il tarixli 4-M-1-0-910-14 saylı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmiş, laklin, Cavabdeh1 iddiaçının xəbərdarlığına baxmayaraq İddiaçı İKB-yə olan borclarını ödəməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(102)-6103/2021 saylı qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən olunması hissəsində dəyişdirilməli, ipoteka predmeti Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin likvid dəyəri 115000 (yüz on beş min) manat müəyyən edilməlidir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, tərəflər ipoteka predmetini 60000 manat qiymətləndirmişlər. Həmin qiymətdən cavabdeh tərəf etiraz etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1/2021 saylı, 31.05.2021-ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4956 saylı evin hərracda ilkin satış qiymətinin 144 min manat müəyyən edilmiş, bu məbləğdən iddiaçı təşkilat narazı qalmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(102)-6103/2021 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsinin «əmlakın ilkin satış qiyməti 144.000 (yüz qırx dörd min) manat məbləğində müəyyən edilməsi» hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdirş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Məhkəmə kollegiyasının 18.01.2022-ci il tarixli, 2(105)-476/2022 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “B+Ş AUDİT” Konsaltinq MMC-nin 03.03.2022-ci il tarixli, A-02/18 saylı qiymətləndirmə hesabatından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı, 0,12 ha torpaq sahəsi olan 4956 saylı evin orta bazar dəyəri 135000 manat, likvid dəyəri 115000 manat müəyyən edilir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsini qətnaməsini evin dəyəri hissəsində dəyişdirilməli, ipoteka predmetinin likvid dəyəri ekspert rəyinə uyğun 115000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçı təşkilatın ekspert rəyi ilə razı olmaması, təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən olunması hissəsində dəyişdirilməli, ipoteka predmeti Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin likvid dəyəri 115000 (yüz on beş min) manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 3.84.0.3, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən olunması hissəsində dəyişdirilsin. İpoteka predmeti Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 142,7 kv.m. olan 3 otaqlı 4956 saylı evin likvid dəyəri 115000 (yüz on beş min) manat müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-476/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-476/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver