Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-477/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(060)-5147/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 51.000 manat pul borcunun ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, fərdi əməklə məşğul olur. X10 onun bibisi oğludur. Elçinin bir neçə ildir ki, Ramil adlı dostu ilə birlikdə geyim satışı mağazaları işlətmələrindən məlumatı vardır. Belə ki, Elçin Cavadov əvvəllər Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “LTB” geyim mağazasını işlətmiş, 2017-ci ildə öz istəyi ilə işdən çıxmışdır. Bir müddətdən sonra Elçin demişdir ki, Ramil adlı şəxslə tanış olmuş, Ramil geyim satışı mağazası işlədir, bundan sonra Ramillə birlikdə işləməyə başlamışdır. Bir müddətdən sonra Ramil onların ailəsi ilə tanış olmuş, ailələri arasında münasibət yaranmış, bir-birilərinin evinə gediş-gəliş etmişlər. Elçin Ramillə işlədiyi dövrdə Bakı şəhərində bir neçə və Sumqayıtda da geyim mağazaları olmuşdur. 2018-ci ildə Elçinlə Ramil Bakı şəhəri, Azadlıq prospektində mağaza açmışlar. Elçin Cavadov həmin mağazada mağaza müdiri olmuşdur. Daha sonra həmin mağazanı bağlamış və 9 ay sonra 2019-cu ilin mart ayında birlikdə Bakı şəhəri, Qara Qarayev prospekti 81 ünvanında mağaza açmışlar. Həmin vaxtı Elçin Cavadov öz avtomobilini satıb toplamda 40000 AZN pulu mağazaya yatırmaq üçün Ramilə vermişdir. Həmin vaxtlarda mağaza Ramilin yeznəsi Mahirin adına idi. Daha sonra Elçinlə Ramil Bakı şəhəri, Tarqovı küçəsində mağaza açmışlar. 2022-ci ilin dekabrında artıq mağazaların sayı 7-yə çatmışdı. 2021-ci ildə Elçin Ramilə yeni şirkət açmaq istədiyini bildirmiş və Elçin və Ramil E. and R. Group MMC-ni qurmuşlar. Şirkətin adından da göründüyü kimi E. Elçinin adını, R. isə Ramilin adını ifadə edir. Elçin Cavadov şirkəti qurarkən Ramilə özünü də təsisçi kimi yazacağını bildirdikdə Ramil Elçinə onu təsisçi kimi yazacağı təqdirdə qardaşının şərik olmalarını bildikdə narazılıq edəcəyini və gələcəkdə onlara kömək etməyəcəyini bildirmişdir. Elçin də Ramili özünə qardaş bilib ona inanaraq təsisçi Ramili, direktor kimi isə özünü qeyd etdirmişdir. Bundan başqa, Tarqovuda mağazada yanğın baş verərkən X1 evini sataraq həmin pulu mağazanın təmirinə vermişdir. Elçin Cavadov 2022-ci ilin avqustunda Ramilə onun payını hesablayaraq ayırıb şirkətin nizamnaməsində qeyd etməyini tələb etdikdə o, yenə də qardaşını bəhanə gətirərək bunu etməmişdir. Daha sonra Elçin Bakı Şəhəri, Qara Qarayev prospektində yerləşən mağazanın 1-ci mərtəbəsini E and R Group MMC-dən icarəyə götürmüşdür. Razılaşmaya görə Elçin əlavə olaraq mağazadakı avadanlıqlara görə Ramilə 30000 ABŞ dolları (51000 AZN) verməli olmuşdur. Bu barədə Elçin Cavadov onunla söhbət etmiş və həmin pulu da ondan almışdır. Elçin Cavadov hər ay onun kartına öz qazancından 1000 AZN pul göndərmişdir. Daha sonra X11 dayısı oğlu İbrahimdə pul varsa ona pul borc verməyini demişdir. Elçin məbləği soruşduqda Ramil 60.000 AZN borc pul istədiyini bildirmişdir. Bundan sonra Elçin ona zəng vurmuş və Ramilin ondan borc pul istədiyini bildirmişdir. O isə, Ramilin borcu nə vaxt qaytaracağını Elçinə bildirmişdir. Elçin ona bildirmişdir ki, Ramilin ona deməsinə görə ən geci 3 aya borcu qaytaracaqdır. Daha sonra Ramil özü onunla əlaqə saxlayaraq pul verməyini xahiş etmiş və ən gec 3 aya qaytaracağını söyləmişdir. Daha sonra Elçin Cavadov onunla Bakı şəhəri 4-cü mikrorayon ərazisində görüşmüş və ondan 30.000 ABŞ dolları və 7.000 AZN pul götürərək ofisdə Ramilə vermişdir. Münasibətlərin getdikcə korlandığını gördükdə o Elçindən Ramilin ona olan borcunu verməsini tələb etmişdir. 2023-cü ilin aprelin 1-i tarixində şirkətə məxsus Mazda 9 avtomobilini Elçin Meyvəlidə satarkən o oraya gələrək maşını satıb pulunu Ramilin ona olan borcunu verməsini istəmişdir. Elçin Ramilə zəng vurmuşdur. Ramil meyvəliyə gələrək ondan ona vaxt verməyini istəmiş və pulun bir hissəsini 4 Aprel 2023-cü il tarixində, qalan hissəsini 2023-cü il 9 aprel tarixində Elçin Avropaya gedənədək verəcəyini bildirmişdir. Lakin bu günə qədər də dəfələrlə pulunu tələb etsə də, Ramil pulu ona vermir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(060)-5147/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(060)-5147/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və Cavabdeh 51.000 AZN pul borcunun onun tərəfindən ona geri ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək onunla əsaslandırmışdır ki, o, fərdi əməklə məşğul olur. X10 onun bibisi oğludur. Elçinin bir neçə ildir ki, Ramil adlı dostu ilə birlikdə geyim satışı mağazaları işlətmələrindən məlumatı vardır. Belə ki, Elçin Cavadov əvvəllər Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “LTB” geyim mağazasını işlətmiş, 2017-ci ildə öz istəyi ilə işdən çıxmışdır. Bir müddətdən sonra Elçin demişdir ki, Ramil adlı şəxslə tanış olmuş, Ramil geyim satışı mağazası işlədir, bundan sonra Ramillə birlikdə işləməyə başlamışdır. Bir müddətdən sonra Ramil onların ailəsi ilə tanış olmuş, ailələri arasında münasibət yaranmış, bir-birilərinin evinə gediş-gəliş etmişlər. Elçin Ramillə işlədiyi dövrdə Bakı şəhərində bir neçə və Sumqayıtda da geyim mağazaları olmuşdur. 2018-ci ildə Elçinlə Ramil Bakı şəhəri, Azadlıq prospektində mağaza açmış və Elçin Cavadov həmin mağazada mağaza müdiri olmuşdur. Daha sonra həmin mağazanı bağlamışlar və 9 ay sonra 2019-cu ilin mart ayında birlikdə Bakı şəhəri, Qara Qarayev prospekti 81 ünvanında mağaza açmışlar. Həmin vaxtı Elçin Cavadov öz avtomobilini satıb toplamda 40000 AZN pulu mağazaya yatırmaq üçün Ramilə vermişdir. Həmin vaxtlarda mağaza Ramilin yeznəsi Mahirin adına idi. Daha sonra Elçinlə Ramil Bakı şəhəri, Tarqovı küçəsində mağaza açmışlar. 2022-ci ilin dekabrında artıq mağazaların sayı 7-yə çatmışdı. 2021-ci ildə Elçin Ramilə yeni şirkət açmaq istədiyini bildirmiş və Elçin və Ramil E. and R. Group MMC-ni qurmuşlar. Şirkətin adından da göründüyü kimi E. Elçinin adını, R. isə Ramilin adını ifadə edir. Elçin Cavadov şirkəti qurarkən Ramilə özünü də təsisçi kimi yazacağını bildirdikdə Ramil Elçinə onu təsisçi kimi yazacağı təqdirdə qardaşının şərik olmalarını bildikdə narazılıq edəcəyini və gələcəkdə onlara kömək etməyəcəyini bildirmişdir. Elçin də Ramili özünə qardaş bilib ona inanaraq təsisçi Ramili, direktor kimi isə özünü qeyd etdirmişdir. Bundan başqa, Tarqovuda mağazada yanğın baş verərkən X1 evini sataraq həmin pulu mağazanın təmirinə vermişdir. Elçin Cavadov 2022ci ilin avqustunda Ramilə onun payını hesablayaraq ayırıb şirkətin nizamnaməsində qeyd etməyini tələb etdikdə o yenə də qardaşını bəhanə gətirərək bunu etməmişdir. Daha sonra Elçin Bakı Şəhəri, Qara Qarayev prospektində yerləşən mağazanın 1-ci mərtəbəsini E and R Group MMC dən icarəyə götürmüşdür. Razılaşmaya görə Elçin əlavə olaraq mağazadakı avadanlıqlara görə Ramilə 30000 ABŞ dolları (51000AZN) verməli olmuşdur. Bu barədə Elçin Cavadov onunla söhbət etmiş və həmin pulu da ondan almışdır. Elçin Cavadov hər ay onun kartına öz qazancından 1000 AZN pul göndərmişdir. Daha sonra X11 dayısı oğlu İbrahimdə pul varsa ona pul borc verməyini demişdir. Elçin məbləği soruşduqda Ramil 60.000 AZN borc pul istədiyini bildirmişdir. Bundan sonra Elçin ona zəng vurmuş və Ramilin ondan borc pul istədiyini bildirmişdir. O isə, Ramilin borcu nə vaxt qaytaracağını Elçinə bildirmişdir. Elçin ona bildirmişdir ki, Ramilin ona deməsinə görə ən geci 3 aya borcu qaytaracaqdır. Daha sonra Ramil özü onunla əlaqə saxlayaraq pul verməyini xahiş etmiş və ən gec 3 aya qaytaracağını söyləmişdir. Daha sonra Elçin Cavadov onunla Bakı şəhəri 4-cü mikrorayon ərazisində görüşmüş və ondan 30.000 ABŞ dolları və 7.000 AZN pul götürərək ofisdə Ramilə vermişdir. Qeyd etmişdir ki, 30.000 ABŞ dolları pulun İddiaçı tərəfindən Elçin Cavadov vasitəsilə Cavabdeh borc olaraq verilməsini məhkəməyə təqdim edilmiş iki ədəd diskə yazılmış səs yazıları da təsdiq edir. Həmin səs yazılarının hər birində Cavabdeh İddiaçı 30.000 ABŞ dolları pul borclu olduğunu etiraf etməklə yanaşı, həmin pulu da qaytaracağına vəd verir. Məhkəmə prosesində də Cavabdeh həmin səslərin ona məxsus olmasını təsdiq etmişdir. Həmin səs yazısını məhkəməyə təqdim etmişlər. Qeyd etmişlər ki, 30.000 ABŞ dolları pulun İddiaçı tərəfindən Elçin Cavadov vasitəsilə Cavabdeh borc olaraq verilməsini məhkəməyə təqdim edilmiş iki ədəd diskə yazılmış səs yazıları da təsdiq edir.1-ci hazırlıq iclasında cavabdehin vəkilinə səs yazılar təqdim edildi. Növbəti 2-ci hazirlıq iclasında cavabdehin vəkili Ramilin səslərə qulaq asdığını və səs yazıların ona, yəni Ramilə aid olmadığını israrla bildirmişdir. Daha sonra cavabdehin vəkili hətta Ramilin Zauru tanımadığını bildirmişdir. Daha sonra sonuncu hazırlıq iclasında cavabdeh özü gələrək iclasda səs yazıların ona məxsus olduğunu etiraf etmişdir. 3 hazırlıq iclasında israrla səs yazının Ramilə aid olmadığını və Ramilin ümumiyyətlə Zauru tanımadığını deyən Ramil daha sonra gələrək səsin ona aid olduğunu bildirmiş və hakim buna heç bir münasibət bildirməmişdir. Cavabdeh bildirmişdir ki səs yazısında ödəyəcəyəm dediyi pullar Elçinin Zaura olan borcudur. Səs yazısında isə Ramil Zaura borcu qaytaracağını deyir Elçinə yox. Ramilin bunu deməsi onun Zaura borclu olmasını bir daha sübut edir. Həmin səs yazılarının hər birində Cavabdeh İddiaçı 30.000 ABŞ dolları pul borclu olduğunu etiraf etməklə yanaşı, həmin pulu da qaytaracağına vəd verir. Məhkəmə prosesində də Cavabdeh həmin səslərin ona məxsus olmasını təsdiq etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X5 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4149/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, X5 əmək müqaviləsinə xitam verilməsı barədə "E AND R GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 83 saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçı X5 "xxxx" Məhdud Məsuliyyətlı Cəmiyyətində tutduğu əvvəlki vəzifəsinə bərpa edilməsi, 2023-cü ilin aprel ayı üçün işlədiyi müddətə görə (25 gün) ödənılməyən əmək haqqının cavabdeh "E AND R GROUP” MMC-dən tutularaq iddiaçı X6 ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 2023-cü ilin aprel ayı üçün (25 günə gorə) ödənilməyən əmək haqqının 40 (qırx) faizı miqdarında pul vəsaitinin tutularaq iddiaçı X6 ödənilməsi, ezamiyyə xərclərinə görə 1830 (bir min səkkiz yüz otuz) manat, yol xərclərınə görə 1561 (bir min beş yüz altmış bir) manat məbləğində pul vəsaitinin cavabdeh E AND R GROUP” MMC-dən tutularaq iddıaçı X7 ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində onu da qeyd etmişdir ki, iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Belə ki, İddiaçı tələb etdiyi borc məbləğini şəxsən E.Cavadova verdiyini, həmin vaxt Cavabdeh orada olmadığını bildirmişdir. Şahid qismində məhkəmədə dindirilən E.Cavadov da həmin halı, yəni İddiaçı borc məbləğini ona verdiyini təsdiqləmiş, lakin onun həmin pulu aparıb Cavabdeh verdiyini bildirmişdir. Məhkəmə bu qənaətə gələrkən Sumqayıt şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını da nəzərə alır. Belə ki, həmin qərarın məzmunundan görünür ki, iddiaçı İ.X2 Cavabdeh şikayət ərizəsinə baxılarkən verdiyi izahatında Elçinə 30000 ABŞ dolları məbləğində pulu borc verdiyini, həmin pulu təxminən 2-3 ay müddətinə ona qaytarmalı olduğunu bildirmiş, Cavabdeh borc verməsi barədə hər hansı izahat verməmişdir. Məhkəməyə təqdim edilən səs yazıları ilə bağlı isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin səs yazılarında olan söhbətlərin əksəriyyəti X10 ilə Cavabdeh arasında olmaqla onlar İddiaçı tərəfindən Cavabdeh 51000 manat və ya daha artıq məbləğdə borc verildiyini təsdiq edən əsaslı şübhədənkənar mötəbər sübut hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əsasən tərəflər arasında hər hansı müqavilə öhdəliklərinin olması sübuta yetirilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı da izahatında bildirmişdir ki, bibisi oğlu Elçin Cavadov ona Cavabdeh pula ehtiyacı olduğunu demiş və iddiaçı buna görə Elçinə borc pul vermişdir. Buna görə də iddiaçı və cavabdeh arasında müqavilə münasibətləri mövcud olmamışdır. Belə ki, MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçı iddia tələbində onunla cavabdeh arasında 51000 manat məbləğində borc münasibətlərinin mövcudluğunu mübahisələndirir. Lakin iş materiallarına əsasən bu təsdiq olunmur. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq,müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(060)-5147/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-477/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-477/2024
08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver