Məhkəmə qərarları › İş №2(105)-483/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-483/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-483/2024 03.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (üçüncü şəxslər X5 və X13 cəlb olunmaqla) qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, üçüncü şəxs X2 iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-657/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. AZ-T 026136 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 nikahları 06 yanvar 1982-ci il tarixdə Sumqayıt nikah evində rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Mirzəyeva” soyadını qəbul etmişdir.

2. 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X3 Şərif Allahverdi oğluna 83000 (səksən üç min) manat məbləğində borc pul vermişdir.

3. xx.xx.2021-ci il tarixli 2(060)-8395/2021 saylı Sumqayıt Şəhər Məhkəməsinin Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 72000 (yetmiş iki) min manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir.

4. xx.xx.2022-ci il tarixli 2(105)-954/2022 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı nümayəndəsi və vəkili X7 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 dekabr 2021-ci il tarixli 2(026)-8395/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4948/2022 sylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-954/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. xx.xx.2022-ci il tarixli 306899/2022-50-2-003 saylı icraata başlamaq haqqında məlumatdan görünür ki, icra sənədi üzrə borclu İddiaçı 72000 manat məbləğdə pul vəsaiti və 30 manat dövlət rüsumu tutlaraq tərəbkar X2 xeurinə ödənilməlidir.

7. 11 mart 2022-ci il tarixli e-2(060)-498/2022 saylı Sumqayıt Şəhər Məhkəməsinin Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 83800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pul və 342 (üç yüz qırx iki) manat dövlət rüsumu tutularaq iddiaçı X11 verilməsi qət edilmiş, İddiaçı X11 qarşı “kredit müqaviləsinin etibarsız sayılıb ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir.

8. 14 dekabr 2022-ci il tarixli 2(105)-2104/2022 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 11 mart 2022-ci il tarixli e-2(060)498/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

9. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1454/2022 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2104/2022 saylı 12 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh qarşı “pulun tutulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,X1 72000 manat məbləğində olan borcunun yarısının, yəni 36000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. İddiaçı Cavabdeh qarşı“pulun tutulması tələbinə” dair iddia ərizəsinə əlavə olaraq onun X1 72000 manat məbləğində olan borcunun yarısının, yəni 36000 manat məbləğində pulun, X11 olan 83800 manat məbləğində olan borcunun yarısının, yəni 41900 manat məbləğində pulun, ümumilikdə isə 77900 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. O, xx.xx.1982-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşdur. Onların çox uzun zamanlar birgə ailə təsərrüfatları olmuş və onlar birlikdə ailə təsərrüfatını idarə etmişlər. Onların birgə nikah dövründə Cavabdeh ilə onun kiçik təsərrüfatı mövcud olmuşdur. Lakin 2016-cı il tarixdə o, bu təsərrüfatını inkişaf etdirmək və bəzi ailə xərclərini ödəmək üçün borc almaq istəmişdir. Bunun üçün ona 72000 məbləğində pul lazım idi. Buna görə də o, qardaşı X4 müraciət etmişdir. O isə ona bu pulu borc kimi verə biləcəyini, lakin bunun üçün yazılı müqavilə bağlamalı olduğunu demişdir. O, buna razı olmuş və birgə təsərrüfatı adından bu müqaviləni qardaşı X5 ilə bağlamışdır. Nəticədə, onunla qardaşı X5 arasında 16 may 2016-cı il tarixli borc müqaviləsi bağlanmışdır. Bununla da, həyat yoldaşı Cavabdeh ilə onun kiçik təsərrüfatını genişlətmək və ailə xərclərini ödəmək üçün qardaşı ona 72000 manat borc pul vermişdir. Bu pulu onlar 16 may 2016-cı il tarixli borc müqaviləsinə əsasən 5 il müddətinə, yəni 16 may 2021-ci il tarixə qədər tam şəkildə qaytarmalı idilər. Lakin o, bu pulu qaytara bilmədiyinə görə qardaşı X5 ona və Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onlardan müştərək qaydada 72000 (yetmiş iki min) manat məbəğində borc pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bu iddia tələbi qismən təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan 72000 (yetmiş iki min) manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulub iddiaçı X4 ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 954/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4948/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmılşdır. Nəticədə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli Qusar rayon icra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarına əsasən ondan 72000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Nəzərə almaq lazımdır ki, sözügedən borc onun cavabdehlə birgə nikah dövründə yaranmışdır. Onlar birgə ailə təsərrüfatını idarə edərkən bu borcu almış və ailə xərclərinə sərf etmişlər. Lakin sonradan borcu ödəyə bilməmiş və bu məsələlərə görə də aralarında mübahisələr yaranmışdır. Bu borc öhdəliyi onların birgə öhdəliyində olan bir məsələdir. Amma cavabdeh öz öhdəliyindən, yəni borcu müştərək qaydada ödəməkdən boyun qaçırır. Yəni hazırki qanunvericiliyinə əsasən nikah dövründə ər və ya arvad tərəfindən götürülmüş öhdəlik birgə məsuliyyət yaradır. Buna görə sözügedən borc da cavabdehlə onun arasında birgə məsuliyyət yaratmalıdır. Çünki onlar həmin borcu məhz ailə xərcləri üçün birgə nikah dövründə almışlar. Bütün bunlara görə də X1 72000 manat məbləğində olan borcunun yarısı, yəni 36000 manat məbləğində pul Cavabdeh tutularaq ona ödənilməlidir.

13. İddiaçı iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, o Qusar Rayon Məhkəməsində Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda isə bu iş Qusar Rayon Məhkəməsinin icraatındadır. Lakin hal-hazırda bu iddiasına əlavə tələblər irəli sürməyə ehtiyac yaranmışdır. Bu əlavə aşağıdakılardan ibarətdir. O, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. O, xx.xx.1982- ci il tarixdə Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşdur. Onların çox uzun zamanlar birgə ailə təsərrüfatı olmuş və onlar birlikdə ailə təsərrüfatını idarə etmişlər. Onların birgə nikah dövründə Cavabdeh ilə onun kiçik təsərrüfatı mövcud olmuşdur. Lakin 2016-cı il tarixdə onlar bu təsərrüfatını inkişaf etdirmək və bəzi ailə xərclərini ödəmək üçün borc almaq istəmişlər. Bunun üçün onlara 72000 məbləğində pul lazım idi. Buna görə də o, qardaşı X4 müraciət etmişdir. Qardaşı isə onlara bu pulu borc kimi verə biləcəyini, lakin bunun üçün yazılı müqavilə bağlamalı olduğunu demişdir. O, buna razı olmuş və birgə təsərrüfatı adından bu müqaviləni qardaşı X5 ilə bağlamışdır. Nəticədə, onunla qardaşı X5 arasında 16 may 2016-cı il tarixli borc müqaviləsi bağlanmışdır. Bununla da, həyat yoldaşı Cavabdeh ilə onun kiçik təsərrüfatı genişlətmək və ailə xərclərini ödəmək üçün qardaşı ona 72000 manat borc pul vermişdir. Bu pulu onlar, 16 may 2016-cı il tarixli borc müqaviləsinə əsasən 5 il müddətinə, yəni 16 may 2021-ci il tarixə qədər tam şəkildə qaytarmalı idilər. Lakin onlar bu pulu qaytara bilmədiyinə görə qardaşı X5 ona və Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onlardan müştərək qaydada 72000 (yetmiş iki min) manat məbəğində borc pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bu iddia tələbi qismən təmin edildi. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8395/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan 72000 (yetmiş iki min) manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulub iddiaçı X4 ödənilməsi qət edildi. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-954/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4948/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlamlmılşdır. Nəticədə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8395/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli Qusar rayon icra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarına əsasən ondan 72000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bundan başqa 2021-ci ildə də ailədaxili və birgə təsərrüfatında maddi cəhətdən bəzi problemlər yaranmışdır. Buna görə də onlar yenidən borc alaraq vəziyyətlərini düzəltməyi qərara almışlar. Buna görə də o, yenidən xx.xx.2021-ci il tarixdə X13 adlı şəxslə 3M-997 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi imzalayaraq ondan 83800 manat məbləğində pulu borc almışdır. Lakin o, bu borcu da qaytara bilməmişdir. Buna görə də iddiaçı X13 cavabdeh kimi ona qarşı pul tələbinə dair ilkin iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ondan 83800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pulun və 342 (üç yüz qırx iki) manat dövlət rüsumunun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bu iddia tələbi təmin edildi. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan 83800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pul və 342 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X11 verilməsi qət edildi. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2104/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1454/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə də Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)- 498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlamlmılşdır. Nəticədə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-498/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan 83800 (səksən üç min səkkiz yüz) manat məbləğində pul vəsaiti və 342 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X9 xeyrinə ödənilməlidir. Nəzərə almaq lazımdır ki, sözügedən borclar onun cavabdehlə birgə nikah dövründə yaranmışdır. Onlar birgə ailə təsərrüfatını idarə edərkən bu borcları almış və ailə xərclərinə sərf etmişlər. Lakin sonradan borcları ödəyə bilməmiş və bu məsələlərə görə də aralarında mübahisələr yaranmışdır. Bu borc öhdəlikləri onların birgə öhdəliyində olan bir məsələdir. Amma cavabdeh öz öhdəliyindən, yəni borcu müştərək qaydada ödəməkdən boyun qaçırır.Yəni hazırki qanunvericiliyə əsasən nikah dövründə ər və ya arvad tərəfindən götürülmüş öhdəlik birgə məsuliyyət yaradır. Buna görə sözügedən borclar da cavabdehlə onun arasında birgə məsuliyyət yaratmalıdır. Çünki onlar həmin borcları məhz ailə xərcləri üçün birgə nikah dövründə almışlar. Bütün bunlara görə də X1 olan 72000 manat məbləğində borcunun yarısı, yəni 36000 manat məbləğində pul və onun X11 olan 83800 manat məbləğində olan borcunun yarısı, yəni 41900 manat məbləğində pul, ümumilikdə 77900 manat məbləğində pul Cavabdeh tutularaq ona ödənilməlidir. Yəni hazırki qanunvericiliyə əsasən nikah dövründə ər və ya arvad tərəfindən götürülmüş öhdəlik birgə məsuliyyət yaradır. Buna görə sözügedən borclar da cavabdehlə onun arasında birgə məsuliyyət yaratmalıdır. Çünki onlar həmin borcları məhz ailə xərcləri üçün birgə nikah dövründə almışlar. Bütün bunlara görə də X1 olan 72000 manat məbləğində borcunun yarısı, yəni 36000 manat məbləğində pul və onun X11 olan 83800 manat məbləğində olan borcunun yarısı, yəni 41900 manat məbləğində pul, ümumilikdə 77900 manat məbləğində pul Cavabdeh tutularaq ona ödənilməlidir.O, bu iddia tələbi ilə bağlı olaraq ümumi olaraq 353,7 manat məbləğində (77900x0,3%+120=233,7+120=353,7) dövlət rüsumu ödəməlidir. X1 olan 72000 manat məbləğində olan borcunun yarısının, yəni 36000 manat məbləğində pulun və X11 olan 83800 manat məbləğində olan borcunun yarısının, yəni 41900 manat məbləğində pulun, ümumilikdə isə 77900 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi verərək İddiaçı iddia ərizəsinin qanunsuz və əsasız hesab edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.

15. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-657/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Əli Cəlilov).

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.3, 213.4, 213.5, 214.1, 225.1, 225.2, 225.3, 225.5, 225.6, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 35, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 89.1, 89.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı Qusar Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-657/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi hesab etmişdir ki, nikah dövründə ər və ya arvadın kredit müəssisələrindən aldığı kreditin onların ümumi birgə əmlakına daxil olub-olmaması məsələsi ilə bağlı ilk növbədə əşya hüquq institutunun əmlak anlayışına aydınlıq gətirilməlidir. Əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Mülki Məcəllənin 391-ci maddəsində də tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilənin etibarsızlığı ilə bağlı müddəasında əmlak sözü məhz bu mənanı ifadə edir. Həmçinin Mülki Məcəllənin 6.1.3-cü maddəsində mülki qanunvericiliyin prinsipləri içərisində xüsusi qeyd olunan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipində də əmlak ifadəsi bu mənada istifadə olunmuşdur. Mülki Məcəllənin qeyd edilən maddəsində nəzərdə tutulan bu prinsiplə hər bir şəxsin (subyektin) digər şəxslərdən ayrı və müstəqil olaraq iqtisadi varlığa malik olduğu, bir subyekt olaraq ayrı və müstəqil şəkildə mülki hüquq və öhdəliklərin tərəfi (subyekti) olduğu vurğulanır. Bunun məntiqi nəticəsi olaraq Mülki Məcəllənin 1151.1-ci maddəsində vəfat edən fiziki şəxsdən qalan əmlakı ifadə edən miras əmlak müddəası da məhz bu mənada istifadə olunmuşdur. Beləliklə, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxıstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Ailə Məcəlləsinin 33-cü, eləcə də Mülki Məcəllənin 225.6-cı maddələrinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Göründüyü kimi, ər-arvad ümumi əmlakları üzərində əşya hüquqlarını mülki qanunvericiliyin birgə mülkiyyət qaydalarına uyğun olaraq həyata keçirməlidirlər. Ər-arvaddan hər hansı biri daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlayarsa, vicdanlılıq prinsipinə uyğun olaraq bu əqdin bağlanmasına digər tərəfin (ərin və ya arvadın) razılığının olmasına hüquqi ehtimal verilir. Daşınmaz əşyalara dair ərin və ya arvadın bağladığı sərəncam əqdinin etibarlı olması üçün isə digər tərəfin (yəni müvafiq olaraq arvadın və ya ərin) notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Birgə mülkiyyət qaydalarının pozulması ərin (arvadın) digər tərəf qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olur. Qanunvericilikdə ər-arvadın ümumi əmlakının bölgüsü ilə bağlı mülki hüquq subyektlərinin iradə azadlığına hər hansı məcburi məhdudiyyət qoyulmamışdır. Ailə Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, ər-arvadın ümumi əmlakı istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra onlardan birinin tələbi əsasında bölünə bilər. Həmçinin kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə əmlakın bölgüsü həyata keçirilir. Qeyd olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Belə ki, Mülki Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əmlakdakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulayır ki, ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərar). Hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmamasıməsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə yuxarıda qeyd edilmiş Qərarında da ifadə edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mirasa daxil olan əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilib-edilməməsi, yəni birgə mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar.

19. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Belə ki, iş materiallarında olan, AZ-T 026136 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 nikahları 06 yanvar 1982-ci il tarixdə Sumqayıt nikah evində rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Mirzəyeva” soyadını qəbul etmişdir. İşdə olan 21 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X3 Şərif Allahverdi oğluna 83000 (səksən üç min) manat məbləğində borc pul vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 2(060)-8395/2021 saylı Sumqayıt Şəhər Məhkəməsinin Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 72000 (yetmiş iki) min manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir İşdə olan xx.xx.2022-ci il tarixli 2(105)- 954/2022 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı nümayəndəsi və vəkili X7 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 dekabr 2021-ci il tarixli 2(026)- 8395/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4948/2022 sylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-954/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli 306899/2022-50-2-003 saylı icraata başlamaq haqqında məlumatdan görünür ki, icra sənədi üzrə borclu İddiaçı 72000 manat məbləğdə pul vəsaiti və 30 manat dövlət rüsumu tutlaraq tərəbkar X2 xeyrinə ödənilməlidir. İşdə olan 11 mart 2022-ci il tarixli e- 2(060)-498/2022 saylı Sumqayıt Şəhər Məhkəməsinin Qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 83800 (səksən üç min səkkiz yüz) manat məbləğində borc pul və 342 (üç yüz qırx iki) manat dövlət rüsumu tutularaq iddiaçı X11 verilməsi qət edilmiş, İddiaçı X11 qarşı “kredit müqaviləsinin etibarsız sayılıb ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. İşdə olan 14 dekabr 2022-ci il tarixli 2(105)-2104/2022 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qətnaməsindən görünür ki, ilkin iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 11 mart 2022-ci il tarixli e-2(060)498/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1454/2022 saylı qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2104/2022 saylı 12 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs X13 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

26. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

27. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

28. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

29. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

30. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

31. Maddə 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.

32. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

33. Maddə 32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

34. Maddə 35. Nikahda olduqları dövrdə ər arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarında asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

Apellyasiya baxışının hədləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, o, Qusar Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-657/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

46. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-657/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətlərinin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

50. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən təqdim olunmuş sübutlara və mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

51. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından sadalanan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının əmlakına dair iddiasının tam təmin edilməsi üçün əsaslı şübhələrdən kənar sübutlar kifayət deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə göstərilən qaydada iddianı təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

52. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06 yanvar 1982-ci il tarixdə nikah bağlanmış, tərəflərin nikahları pozulmamışdır. İddiaçı ayrı-ayrı vaxtlarda 16 may 2016-cı il tarixdə qardaşı Yavər Mirzəzadədən 72000 manat və 21 sentyabr 2021-ci il tarixində digər qohumu Laçın Bədəlovdan 83000 manat məbləğində pul vəsaitini borc götürmüşdür. Həmin pul vəsaitlərinin İddiaçı tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Hal-hazırda iddiaçı həmin borc müqavilələri üzrə yaranmış öhdəliklərin yarı hissəsinin əvəzini arvadından onun xeyrinə tutulmasını xahiş edir. İddiaçı iddiasını və apellyasiya şikayətini onunla əsaslandırır ki, sözügedən borclar onun cavabdehlə birgə nikah dövründə yaranmış, onlar birgə ailə təsərrüfatını idarə edərkən bu borcları almış və ailə xərclərinə sərf etmişlər.

53. Kollegiya İddiaçı apellyasiya şikayətinin əsas dəlili ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən Yavər Mirzəzadədən və Laçın Bədəlovdan alınmış pulların nikah dövründə ailə ehtiyaclarına sərf olunması, nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlməsi sübut olunmadığından, həmin öhdəliklər ər-arvadın ümumi öhdəliklərini təşkil edə bilməz.

54. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarın 3.14-cü bəndinə əsasən, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.

55. Həmin Qərarın 3.15-ci bəndinə əsasən, qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür.

56. Qeyd olunan Qərarın 3.16-cı bəndinə görə, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

57. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə düzgün qiymət verilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-657/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar