Məhkəmə qərarları › İş №2(105)-487/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-487/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-487/2022 18.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, ilkin İddiaçı, onun nümayəndəsi Vəkil1, qarşılıqlı iddiaçı X8, onun nümayəndəsi Vəkil2, üçüncü şəxs 09 saylı Notariat Ofisinin nümayəndəsi Vəkil3, tərcüməçi X3 iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə cavabdeh X6rşı müqavilə üzrə ödənilməli olan məbləğin, gecikdirilməyə görə faizin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı X4rşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı aldadılma yolu ilə bağlanmış əqdin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli, 2(012)-752/2020-004 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı X11 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı X1rşı müqavilə üzrə ödənilməli olan məbləğin, gecikdirilməyə görə faizin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia qismən təmin edilib, X7 ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın məzənnəsi ilə 66500 (altmış altı min beş yüz) ABŞ dolları əsas məbləğ, 5263 (beş min iki yüz altmış üç) ABŞ dolları əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi və ilk iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı X11 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2575/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), L.Məmmədova və G.Tağızadə) cavabdeh X8 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(105)-2575/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı X2rşı müqavilə üzrə ödənilməli olan məbləğin, gecikdirilməyə görə faizin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 66.500 (altmış altı min beş yüz) ABŞ dolları məbləğində əsas borc, gecikdirilməyə görə bank uçot dərəcəsinə uyğun olaraq 5431 (beş min dörd yüz otuz bir) ABŞ dolları olmaqla cəmi 71931 (yetmiş bir min doqquz yüz otuz bir) ABŞ dolları maddi zərərin, 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərərin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh X7 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X11 rəsmi nikahda olmuşlar. Sonradan onlar arasında olan nikah pozulmuşdur. Onların arasında olan, notarial qaydada təsdiq edilmiş 11 yanvar 2018-ci il tarixli razılaşma müqaviləsinin şərtlərinə əsasən X11 son ödəmə ayı 2019-cu ilin dekabr ayı olmaqla hər ay 3500 (üç min beş yüz) ABŞ dollarında pul vəsaitini İddiaçı bank hesabına maddi dəstək (aliment) kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin bu günə kimi X11 tərəfindən həmin məbləğdən 05.11.2018, 02.12.2018, 28.12.2018-ci il tarixlərində 3 dəfə İddiaçı bank hesabına köçürülmüş, 2019cu ilin fevral ayında bir dəfə cavabdehin özü tərəfindən, 2019-cu ilin noyabr ayında bir dəfə cavabdehin köməkçisi tərəfindən ödənilməklə cəmi 5 ayın pulu İddiaçı ödənilmişdir (2018-ci ilin noyabr, dekabr ayları və 2019-cu ilin yanvar, fevral və noyabr ayları üçün). Lakin 2019-cu ilin dekabr ayını da nəzərə alsa hazırda 19 ayın ödənilməli olan pulu 66.500 (altmış altı min beş yüz) ABŞ dolları məbləğ X11 tərəfindən iddiaçıya ödənilməli olsa da bundan yayınılmışdır. Beləliklə hər ay üçün gecikdirilmiş məbləğ üçün ayların sayına uyğun faiz dərəcələrini 2018-ci il yanvar ayı üçün 24 ay gecikdirmə mövcuddur. 21.9x24=526,5, 2018-ci il fevral ayı üçün. 23 ay gecikdirmə mövcuddur 21.9X23=503,7, 2018-ci il mart ayı üçün. 22 ay gecikdirmə mövcuddur 21.9X22=481,8, 2018-ci il aprel ayı üçün. 21 ay gecikdirmə mövcuddur 21.9X21=459,9, 2018-ci il may ayı üçün. 20 ay gecikdirmə mövcuddur 21.9X20=438, 2018-ci il iyun ayı üçün. 19 ay gecikdirmə mövcuddur 21.9X19=416,1, 2018-ci il iyul ayı üçün. 18 ay gecikdirmə mövcuddur 21.9X18=394,2, 2018-ci il avqust ayı üçün. 17 ay gecikdirmə mövcuddur 21.9X17=372,3, 2018-ci il sentyabr ayı üçün. 16 ay gecikdirmə mövcuddur 21.9X16=350,4, 2018-ci il oktyabr ayı üçün. 15 ay gecikdirmə mövcuddur 21.9X15=328,5, 2019-cu il mart ayı üçün. 10 ay gecikdirmə mövcuddur 21.9X210=219, 2019-cu il aprel ayı üçün. 9 ay gecikdirmə mövcuddur 21.9X9=197,1, 2019-cu il may ayı üçün. 8 ay gecikdirmə mövcuddur 21.9X8=175,2 2019-cu il iyun ayı üçün. 7 ay gecikdirmə mövcuddur 21.9X7=153,3 2019cu il iyul ayı üçün. 6 ay gecikdirmə mövcuddur 21.9X6=131,4, 2019-cu il avqust ayı üçün. 5 ay gecikdirmə mövcuddur 21.9X5=109,5, 2019-cu il sentyabr ayı üçün. 4 ay gecikdirmə mövcuddur 21.9X4=87,6, 2019-cu il oktyabr ayı üçün. 3 ay gecikdirmə mövcuddur 21.9X3=65,7, 2019-cu il dekabr ayı üçün. 1 ay gecikdirmə mövcuddur: 21.9. Cavabdeh iddiaçıya məxsus 66.500 (altmış altı min beş yüz) ABŞ dolları pulu qanunsuz olaraq özünə saxladığı yuxarıda hesablanmış müddətlərə uyğun olaraq 5431 (beş min dörd yüz otuz bir) ABŞ dolları pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı mənəvi istirablar keçirmişdir. Belə olan halda 20.000 (iyirmi min) manat mənəvi zərər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddiaçı X11 İddiaçı qarşı aldadılma yolu ilə bağlanmış əqdin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən tərəflər arasında bağlanılmış 11.01.2018-ci il tarixli razılaşma müqaviləsi aldatma yolu ilə bağlanılması və bağlanılması halında Notariat haqqında qanunun və Təlimatnamənin tələbləri nəzərə alınmadığı üçün etibarsız hesab edilməsi və iddiaçının Azərbaycan dilini bilməməsindən, cavabdehə edilən etibarından sui-istifadə etməsi və aldatma yolu ilə iddiaçının əmlak mənafelərinə zərər vuran müqavilə imzalatması onun mənəvi sarsıntı keçirilməsinə səbəb olduğu üçün 10.000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X1rşı olan iddia tərəflər arasında ailə münasibətləri ərzində hər hansısa narazıçılıqlar və ailə daxili münaqişələr yaşanmamışdır. Evliliyinin qarşılıqlı saf və ülvi məhəbbət hissləri əsasında qurulmasından dolayı Jamesdə cavabdehə qarşı tam güvən və etibar hissi yaranmışdır. Ailədaxili bağların güclü olması, Jamesin ailə institutuna möhkəm bağlılığı səbəbilə cavabdeh tərəfindən ona qarşı atılan addımlar onda hər hansısa şübhə oyatmamışdır. Bundan sui-istifadə edən cavabdeh Jamesi aldadaraq öz xeyirinə maddi mənfəət əldə etmək məqsədilə müqavilə imzalatdırmışdır. Belə ki, Jamesin işi və vətəndaşlığından dolayı mütəmadi olaraq Azərbaycan Respublikasının ərazisini tərk etməsi, Azərbaycanda olmadığı müddətdə əmlakının idarə edilməsi ilə əlaqədar ortaya çıxan çətinliyin aradan qaldırılması məqsədilə cavabdeh Jamesin ona bu məqsəd üçün etibarnamə verməsini təklif etmişdir. James isə həyat yoldaşının bu təklifini hər hansısa şübhə etmədən qəbul etmişdir. Daha sonra qeyd olunan məqsəd üçün onun adına ailə əmlakının idarə edilməsi və onun adına dəyəri 3500 ABŞ dollarından artıq olmayan əqdlərin bağlanılması səlahiyyətini ehtiva edən etibarnamənin tərtibi və rəsmiləşdirilməsi üçün onunla birlikdə cavabdehin təklifi ilə Bakı şəhəri 9 saylı notorius kontoruna getmişdir. Jamesin ABŞ və Kanada vətəndaşı olmasını, Azərbaycan dilini başa düşməməsini nəzərə alaraq cavabdeh sənədləşməni Azərbaycan dilində tərtibini təşkil etmişdir. Jameslə aralarında etibarnamə ilə əlaqədar razılaşmadan və ona etibar etməsindən sui-istifadə edərək aldatma yolu ilə öz xeyirinə özündə hər ay 3500 ABŞ dolları dəyərində vəsaitin onun hesabına köçürülməsini əks etdirən müqavilə imzalatdırmışdır. Notariat kontorunun notoriusu isə onların ailə üzvləri olmasını nəzərə alaraq ona sənədin məzmunu tərcümə etməmiş və ya hər hansısa tərcüməçinin xidmətini təqdim etməmişdir. Qeyd olunan sənədlə bağlı tərəflər arasında hər hansısa sonrakı müzakirə getməmiş və James cavabdeh tərəfindən aldadıldığını anlamamışdır. Bununla birlikdə aldadılma yolu ilə bağlanılmış müqavilə üzrə cavabdehin hər hansısa məbləğ tələbi olmamışdır. Daha sonra cavabdeh ailə münasibətlərinə xitam etmək və onunla münasibətlərinin dost olaraq davam etdirməklə bağlı fikrini iddiaçıya bildirmişdir. İddiaçı ilk öncə səbəblərini aydınlaşdırmağa, problemləri aradan qaldırmağa və ailəni qoruyub saxlamağa səy göstərmişdir. Cavabdeh isə onun uzun müddətli xarici səfərlərini və işinə daha çox diqqət ayırdığını əsas gətirərək ailə münasibətləri davam etdirmək niyyətində olmamasını bəyan etmişdir. Nəticə etibari ilə, tərəflər arasında nikah müqaviləsi 15 may 2019-ci il tarixində ləğv edilmişdir. Bundan sonra cavabdeh maddi yardıma ehtiyac olduğunu bildirərək Jamesə müraciət etmiş, James isə keçmiş ailə münasibətlərini və mövcud dostluqlarını nəzərə alaraq cavabdehə dəfələrlə maddi yardımlar etmişdir. Hətta bəzi hallarda cavabdeh ehtiyacının olduğu məbləğin 3500 ABŞ dolları olduğunu bildirərək, gələcək tələbləri üçün real zəmin formalaşdırmışdır. Müxtəlif adlar və problemlər adı altında iddiaçının etimadını sui-istifadə edən cavabdeh bənzər müraciətlərini davam etdirməkdən çəkinməmişdir. James isə cavabdehin hər dəfə bu cür iri məbləğdə ehtiyacının yaranmasını real hesab etməyərək bir müddət sonra cavabdehin mütəmadi xarakter alan xahişləri üzrə ödəniş etməkdən imtina etmişdir. James tərəfindən ödənişlər edilməməsini görən cavabdeh əvvəlcədən hazırladığı plan üzrə iddiaçını aldatma yolu ilə bağlatdırdığı müqavilə üzrə öz çirkin əməllərini həyata keçirməyə başlamışdır. Cavabdeh tərəfindən Jamesə irəli sürülən xahişlər öz etik müstəvisindən çıxaraq tələblərə çevrilmiş, ödəniş həyata keçirilmədiyi təqdirdə məhkəməyə verəcəyi ilə hədələmişdir. Sözügedən müqavilənin olmasından xəbərsiz olan James ödəniş etməyəcəyin bildirmişdir. Bundan sonra iddiaçıya cavabdehin nümayəndəsi tərəfindən sözüngedən aldatma yolu ilə bağlanmış müqavilə üzrə 66500 ABŞ dolları dəyərində vəsaitin ödənilməsi tələbi ilə məktub ünvanlanmış və ödənişin edilməyəcəyi təqdirdə bir sıra addımların atılacağı barədə təhdid edilmişdir. Qeyd olunan məsələ üzrə başlanılmış məhkəmə iclasında cabahdeh tərəfindən aldatma yolu ilə bağlanılmış müqavilə ilə tanış olunmuşdur. Bu hadisə Jamesi dərindən sarsıtmış və onun etibarından sui-istifadə edilməsi onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Bütün bu hadisələr aldatma yolu ilə bağlanılmış əqdin etibarsız hesab edilməsi və Jamesin yaşamaqda olduğu mənəvi böhran 10.000 manat məbləğində kompensasiya edilməsi zərurəti yaranmışdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı X11 Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 06 mart 2020-ci il tarixli qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbinə görə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəflər arasında 27.01.2017-ci il tarixli St.John şəhərində bağlanmış boşanmaq müqaviləsi və Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış 11.01.2018-ci il tarixli boşanmaq müqaviləsinə düzgün hüquqi qiymət verməmişdir. O, 9 saylı notariat kontorunda bağlanılmış 11.01.2018-ci il tarixli müqavilənin məzmunundan Azərbaycan dilini bilməməsi səbəbindən xəbərsiz olmuşdur və müxtəlif tarixlərdə (05.11.2018-ci il, 02.12.2018-ci il, 28.12.2018-ci il) onun tərəfindən edilən ödənişlər həmin əqd üzrə onun hansısa öhdəliklərin yerinə yetirilməsinə yönəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı X11 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilmiş 9 saylı Notariat Ofisinin nümayəndəsi Vəkil3 izahatında bildirdi ki, tərəflərin təmsil etdiyi notariat ofisinə gəldiklərini və bu zaman qarşılıqlı iddiaçının özü ilə gətirdiyi tərcüməçi vasitəsilə həmin müqavilənin tərtib olunduğu və müqavilənin məzmununun ona izah edildiyini və həmin müqavilənin surətinin tanış olmaqla, sonuncu tərəfindən imzalanmaqla, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və ilkin iddia tələbinin gecikdirilməyə görə faizin tutulması və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissələrində iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən təmin, qarşılıqlı iddia tələbinin təmin edilməməsini X11 notariusa etibarnamə vermək niyyətilə getsə də, aldadılaraq razılaşma müqaviləsinə imza etdirildiyini iddia etməsinin iş materialları ilə öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan qarşılıqlı iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan qarşılıqlı iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən əsaslandırma ziddiyyətli olmaqla, tam olmadığı, çünki məhkəmənin 27.01.2017-ci il tarixli boşanma müqaviləsinə istinad etməsi, həmin müqavilənin etibarlılığına şübhə etməməsini ehtiva edir. Əgər məhkəmə mübahisələndirilən müqavilə ilə eynilik təşkil edən 27.01.2017-ci il tarixli boşanma müqaviləsinə istinadən mübahisələndirilən müqaviləni etibarlı sayırdısa, bu halda eyni şərtlərlə sonradan yeni müqavilənin bağlanmasının zəruriliyinin nədən irəli gəldiyini də müəyyən etməli olmasını, cavabdehin müqavilənin təsdiqlənməsinin qanunazidd olduğunu qeyd edərək, cavabdehin sazişin tərtib edildiyi Azərbaycan dilini bilmədiyini, notarius tərəfindən cavabdehə tərcümə olunmadığını bildirməsinə baxmayaraq cavabdehin bu dəlilini ümumiyyətlə araşdırmadığını və qiymət vermədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Hazırkı iş üzrə mübahisələndirilən hissədə ilkin iddia tələbi müqavilə üzrə ödənilməli olan məbləğin, gecikdirilməyə görə faizin ödənilməsi, qarşılıqlı iddia tələbi isə əqdin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, İddiaçı ilə X11 12.08.2010-cu il tarixdə rəsmi nikahda olmuş, sonradan tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuşdur. Baxılan iş üzrə mübahisələndirilən hissədə ilkin iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 39-cu maddəsi, qarşılıqlı iddianın qanuni əsasını isə Mülki Məcəllənin 339.2. və 339.3-cü maddələri təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbini özündən asılı etdiyindən ilkin olaraq qarşılıqlı iddia tələbinə hüquqi qiymət verilməsi zəruridir. İşdən görünür ki, qarşılıqlı iddiaçı mübahisələndirdiyi müqavilə üzrə son ödəmə tarixi 2019-cu ilin dekabr olmaqla, ilkin iddiaçıya hər ay 3500 ABŞ dolları məbləğində aliment kimi ödəməsini öhdəsinə götürmüş, həmin müqavilə üzrə sonuncuya 2018-ci ilin noyabr, dekabr ayları və 2019-cu ilin yanvar, fevral və noyabr ayları üçün ümumilikdə 5 dəfə pul ödəniş etmiş olsa da, sonrakı dövrlərə ödəniş etməmişdir. Qarşılıqlı iddiaçı qeyd olunan əqdin etibarsızlığının əsası kimi razılaşmanın bağlanmasından xəbərsiz olması, həmin sənədin məzmununun ona izah edilməməsi, tərcüməçinin köməyindən istifadə edilməməsi, ilkin iddiaçının ona olan etibarından suiistifadə edərək aldatma yolu ilə bağlandığına istinad etmişdir. Lakin ilkin iddiaçının nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi nikahın pozulması haqqında iddia ərizəsindən və Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, 21.11.2018-ci il tarixli müraciətdə hazırkı iş üzrə qarşılıqlı iddiaçı həmin prosesdə nümayəndəsi vasitəsilə təmsil olunarkən həmin ərizədə İddiaçı ilə aralarında notarial qaydada razılıq sazişi bağlandığını vurğulamış və həmin müqavilənin surətini belə iddia ərizəsinə əlavə etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının həmin müqavilədən xəbərsiz olduğu, həmin sənədi məzmunu ilə tanış olmadığı, həyat yoldaşının ona olan etibarından sui-istifadə edərək aldatması barədə dəlili öz təsdiqini tapmamışdır. Tərcüməçinin köməyindən istifadə edilməməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, “Notariat haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”nın 9-cu hissəsinin ikinci və üçüncü abzaslarında 11.06.2018-ci il tarixli 261 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişiklik edilənədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir. Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədə ona məlum olan dildə imza edir. Bununla bağlı məhkəmə kollegiyasının iclasında dindirilmiş Notariat Ofisinin nümayəndəsi Vəkil3 izahatında qarşılıqlı iddiaçının notariat ofisinə gələrək mövcud sazişin bağlanması üçün müraciət etdiyini və bu zaman qarşılıqlı iddiaçının özü ilə gətirdiyi tərcüməçinin iştirakı ilə həmin müqavilənin tərtib olunduğu və müqavilənin məzmunun ona izah edildiyini, eləcə də həmin müqavilənin surəti ilə tanış olmaqla, sonuncu tərəfindən imzalandığını və notariat hərəkətlərinin aparılmasının nəticələri barədə ona xəbərdarlıq edildiyini bildirmiş və bu həmin müqavilənin etibarsızlığı üçün əsas olmadığını qeyd etmişdir. Mübahisələndirilən müqavilə ilə eynilik təşkil edən 27.01.2017-ci il tarixli boşanma müqaviləsinə istinadən mübahisələndirilən müqaviləni etibarlı sayıldığı halda eyni şərtlərlə sonradan yeni müqavilənin bağlanmasının zəruriliyinin nədən irəli gəldiyini də müəyyən edilməli olması barədə kassasiya instansiya məhkəməsinin göstərişinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ilkin İddiaçı 11.01.2018-ci il tarixli ikinci müqavilənin bağlanmasının səbəbi kimi əvvəlki müqavilə üzrə boşanmanın Kanadada həyata keçiriləcəyi hal üçün nəzərdə tutulduğunu, sonrakı müqavilənin isə Stephen Jameslə Azərbaycanda boşanmaları barədə razılığa gəldikləri üçün bağladıqlarını bildirmişdir. İş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, qarşılıqlı iddiaçı 21.11.2018-ci il tarixli Suraxanı Rayon Məhkəməsinə daxil olmuş ərizəsində məhz həmin sazişə istinad etməklə bir daha bu əqddən məlumatlı olduğunu, lakin həmin əqdin etibarsızlığı barədə iddia tələbi ilə məhkəməyə 12.02.2020-ci ildə, yəni 1 illik müddəti ötürməklə müraciət etməsinin səbəbini izah edə bilməmişdir. Mülki Məcəllənin 354.2. maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qarşılıqlı iddiaçı əqdi mübahisələndirmək üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 11.01.2018-ci il tarixli razılaşma müqaviləsinin etibarsızlığı barədə qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin 10.000 manat mənəvi zərərin tutulması barədə qarşılıqlı iddia tələbinə gəldikdə də hesab edir ki, müqavilə etibarsız hesab edilmədiyindən və eləcə də qarşılıqlı iddiaçı bu müqavilənin bağlanmasına görə ona mənəvi zərərin vurulmasını təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etmədiyindən, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilə bilməz. İlkin iddia tələbinin 66.500 ABŞ dolları tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, Ailə Məcəlləsinin 39-cu, Mülki Məcəllənin 385.1, 389, 390, 425.1., 442-ci maddələrinin tələblərinə əsasən ilkin iddia tələbini bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İlkin iddia tələbinin gecikməyə görə faizin ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, ilkin iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi qismən ilkin iddia tələbinin gecikməyə görə faizin ödənilməsi və qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilməli, həmin hissələrdə ilkin və qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli qətnaməsi qismən ilkin iddia tələbinin gecikməyə görə faizin ödənilməsi və qarşılıqlı iddia tələbinə aid hissələrdə ləğv edilsin və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin İddiaçı ilkin iddia üzrə cavabdeh X6rşı gecikdirilməyə görə faizin ödənilməsi hissəsində ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddiaçı X4rşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 11.01.2018-ci il tarixli razılaşma müqaviləsinin etibarsız hesab edilməsi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar