Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-488/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı, tərcüməçi X2 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “pul tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)2080/2020 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)2080/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X4 7000 (yeddi min) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı) Qətnamədən cavabdeh X10 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)2080/2020 saylı qətnaməsinin ləğv edilməsi,iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 7000 (yeddi min) manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh X10 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir, onu əsassız hesab edir. İddiaçıdan həqiqətən də 15000 manat borc pul almış, aralarıdna olan razılaşmaya əsasən mülkiyyətində olan mənzili satandan sonra pulunu qaytarmalı imiş. Həmin mənzili satmış, pulunu tam ala bilmədiyi üçün iddiaçıdan aldığı pulu qaytara bilməmişdir. İddiaçıya olan 150xx xxxxxxxx 8000 manatı qaytarıb. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)2080/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, X8 müəyyən sosial problemlərin həll olunması üçün ondan borc pul istəmişdir. Cavabdehlə yaxşı münasibəti olduğundan kömək əlini uzadıb, qeyd etdiyi tarixdə 15000 (on beş min) manat borc pul vermişdir. Borc pulu verərkən aralarında müəyyən sənədləşmə aparılmasına ehtiyac yarandığından X8 pulun alınması barədə yazılı qəbz vermişdir. Qəbzdə göstərilir ki, 2 ay ərzində mülkiyyətində olan mənzilini satıb borcu qaytaracaqdır. Lakin həmin tarixdən 6 il keçsə də, X8 ona hissə hissə 8000 manat pul vermişdir. X8 özünə məxsus olan mənzili, avtomobili, torpaq sahəsini satsa da, ona olan borcunu bağlamaqdan imtina etmişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, bu günə qədər nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət edir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)2080/2020 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)2080/2020 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasın Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun xx.xx.2020-ci il tarixli, 31 saylı məktubundan görünür ki, vəkil X8 ilə Valentina Petrovna ilə aralarında borc verilməsi ilə əlaqədar qəbzə əsaslan pul mübahisəsi onun vəkillik fəaliyyəti ilə bağlı olmadığı üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan X6 xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, o, İddiaçı 15000 manat borc pul aldığını və həmin pul məbləğini 2 ay müddətinə qaytarcağını öz imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X8 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçı vəkil bürosunda xadimə işləyib. O, iddiaçıdan həqiqətən 15000 manat borc pul almışdır. Həmin vaxtı aralarında olan razılaşmaya əsasən o, mülkiyyətində olan mənzili satıb iddiaçının pulunu qaytarmalı idi. O, hazırda mənzilini tam sata bilməmişdir. Lakin o, borcundan 8000 manat iddiaçıya ödəmişdir. Hazırda maddi durumu yaxşı olmadığı üçün borcu qaytara bilmir. Birinci instansiya məhkəməsi qeyd edilən edilən qəbzə və cavabdehin izahatına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Eyni zamanda iş materiallarında olan xx.xx.2014-cü il tarixli ərizəsindən görünür ki, o, İddiaçı 15000 manat borc pul aldığını və həmin pul məbləğini 2 ay müddətinə qaytarcağını öz imzası ilə təsdiq etmişdir.. Göründüyü kimi, cavabdehin iddiaçıdan 15000 (on beş min) manat borc pul alması iş materiallarında olan qəbzlə sübuta yetirilir. Eyni zamanda həmin borcdan 8000 manat pulun qaytarılması iddiaçı ilə yanaşı cavabdehin də izahatı ilə təsdiq edilir. Bundan əlavə qeyd edilən məbləğdə borc alınması cavabdeh tərəfindən də etiraf edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X11 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini tərəflər arasında yazılmış qəbzlə sübuta yetirmişdir. Bundan başqa, 15000 manat məbləğində borcun alınması cavabdehin izahatı ilə, həmin puldan 8000 manatın qaytarılması isə həm iddiaçı, həm də cavabdehin izahatı ilə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf şikayətində aldığı 15000 manat borcundan 8000 manat borcunu qaytarmasını qeyd etməklə iddiaçıya 7000 manat borcunun qalmasını təsdiq etmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun da cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)2080/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)2080/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh X6 apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-488/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-488/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver