Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-490/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X8 və X4 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5304/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 3952,11 (üç min doqquz yüz əlli iki manat, on bir qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmə xərclərinin iş üzrə tərəflər arasında bölüşdürülməsi və ödənilmiş 141,23 (bir yüz qırx bir manat, iyirmi üç) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manatı cavabdehdən tutularaq iddiaçıya verilməsi, qalan 91,23 (doxsan bir manat, əlli üç qəpik) manatı isə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X9 İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 15900 manat məbləğində kredit götürmüşdür. Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat ofisi tərəfindən verilmiş 978 №-li, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. 2023-cü ilin iyunun 24-dək X7 banka 29 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 14504,16 manat əsas, 2019,37 manat faiz borcu, 2209,07 manat cərimə borcu olmaqla, ümumilikdə 18732,6 manat borcu vardır. X7 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2209,07 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 552,27 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyunun 24-dək X7 14504.16 manat əsas, 2019.37 manat faiz, 552.27 manat cərimə borcu olmaqla, ümumilikdə 17075.8 manat məbləğində borcu vardır. İşin hallarından da görünür ki, 31 avqust 2022-ci il tarixində vəfat edən X7 sağ qalmış arvadı Cavabdeh, onların nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak “X14 Azərbaycan” QSC-nin tərəfindən verilən 14 noyabr 2022-ci il tarixli, 02034 nömrəli məktuba əsasən, X7 cari AZN hesablarının 18 oktyabr 2022-ci il tarixinə qalıqları 13173.73 manatdan ibarətdir. İddia tərəfi məhkəməyə müraciət edərkən borcun mövcud olması və ödənilməməsi ilə bağlı zəruri sənədlər təqdim etmiş, lakin cavabdeh tərəfindən borcun olmaması ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Belə ki, iş üzrə qəbul edilmiş qətnamə işin hallarına uyğun olaraq qəbul olunmamışdır. xx.xx.2022-ci il tarixində vəfat etmiş X9 29 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Yelo Bank ASC-dən illik 17 faizlə, 36 ay müddətinə 15.900 manat məbləğində kredit götürmüşdür. Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat ofisi tərəfindən verilmiş 29 aprel 2023-cü il tarixli arayışdan görünür ki, 31 avqust 2022-ci il tarixində vəfat etmiş X7 vərəsəsi Cavabdeh onların nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. 2023-cü ilin iyunun 24-dək X7 banka 29 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə 14504.16 manat əsas, 2019.37 manat faiz, 2209.07 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 18732.6 manat borcu vardır. X7 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 2209.07 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunana maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % məbləğində yəni, 552.27 manat məbləğində tələb olunur. Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 25 mart 2023-cü il tarixli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”-nin surətindən görünür ki, 31 avqust 2022-ci il tarixində vəfat etmiş X7 vərəsələri- Cavabdeh 3/10 hissədə, X5 1/10 hissədə, X6 1/10 hissədə irs almalıdırlar. X1 və X6 yetkinlik yaşına çatmadıqlarına görə, miras əmlakdan faktiki sahibliyi Cavabdeh həyata keçirir. Odur ki, 29 aprel 2022-ci il tarixli kredit müqaviləsi üzrə tələb miras əmlaka tam həcmdə yönəlməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli 2(060)-5304/2023 nömrəli qətnaməsi ləğv olunaraq iddia təmin edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni Cavabdeh borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etsə də, şikayətin məzmunundan görünür ki, apellyator qətnaməni iddianın təmin edilməyən, yəni miras əmlaka tam yönəldilməsini mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İddiaçı ASC ilə X9 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin bağlanması, sonuncunun xx.xx.2022-ci il tarixdə vəfat etməsi, onun ölümündən sonra Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları Mələk və Ruslan Quliyevlərin mirasdan pay almaları işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Mövcud tələb üzrə cavabdeh bu halı mübahisələndirmədiyindən, iddiaçı Mülki Məcəllənin 385.1, 442 və 448.1, 739-cu maddələrinə əsasən, bu tələblə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Məlum olduğu kimi Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı). 25 mart 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2022-ci ildə vəfat etmiş X7 vərəsələri- Cavabdeh 3/10 hissədə, X5 1/10 hissədə, X2 1/10 hissə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak, “X14 Azərbaycan” QSC-nin tərəfindən xx.xx.2022-ci il tarixli, 02034 nömrəli məktubuna əsasən, X7 cari AZN hesablarının xx.xx.2022-ci il tarixinə qalıqları 13173,73 manatın 1/2 hissəsindən ibarətdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Lakin mübahisəni həll edən birinci instansiya məhkəməsi yalnız borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi Cavabdeh müəyyən etmiş, Andrey Frolovun digər vərəsələrini isə nəzərə almamışdır. Halbuki digər vərəsələr Mələk və Ruslan Quliyevlər də miras əmlakda 1/10 hissədə pay almışlar. Mülki Məcəllənin 28.1. və 28.3. maddələrinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Mülki Prosessual Məcəllənin 49.3., 49.4. maddələrinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin, o cümlədən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Həmin Məcəllənin 72.1. maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Qanunvericiliyə qeyd olunan tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslər müstəqil olaraq prosesdə iştirak edə bilməsələr də, X5 və X6 borclu (miras qoyan) X7 kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi onlara düşən pay həcmində iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mələk və Ruslan Quliyevlərin hər birinin miras əmlakda 1/10 hissədə pay aldığını nəzərə alaraq borclunun bank hesabındakı 13173,73 manat pulun 1/10 hissəsi 1317,373 manat təşkil etdiyindən, hər ikisinə münasibətdə 2634,76 manat (1317,373+1317,373=2634,7462634,76) pul tutularaq iddiaçıya ödənilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Cavabdeh yetkinlik yaşına çatmayan X5 və X3 miras əmlakda paylarına düşən (1317,373+1317,373=2634,7462634,76) 2634 (iki min altı yüz otuz dörd) manat 76 (yetmiş altı) qəpik məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-490/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-490/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver