Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-493/2023 05.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə çıxarılmış Qubadlı Rayon Məhkəməsinin 2(028)-494/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qubadlı Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim V.Ruvinov) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli SULMB- 05902 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4733,57 (dörd min yeddi yüz otuz üç manat, əlli yeddi qəpik) manat, faiz borcuna görə 559,3 (beş yüz əlli doqquz manat otuz qəpik) manat, cərimə borcuna görə 50 (əlli) manat olmaqla, cəmi 5342,87 (beş min üç yüz qırx iki manat, səksən yeddi qəpik) manat məbləğində pulun və 78,46 (yetmiş səkkiz manat qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC- nin xeyrinə tutulması, tələb xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Sumqayıt» filialı ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarma yönəldilməsi, kolye- 1 ədəd, çəkisi - 23,8 qr, əyarı -583; Qolbaq- 1 ədəd, çəkisi — 12,5 qr, əyarı -583; Komplekt- 1 ədəd, çəkisi - 21 qr, əyarı -583; Üzük- 1 ədəd, çəkisi - 5 qr, əyarı - 583; Boyunbağı+kulon- 2 ədəd, çəkisi — 9,3 qr, əyarı -583; Sırğa- 1 ədəd, çəkisi — 2 qr, əyarı -583; Tək sırğa- 1 ədəd, çəkisi - 1,4 qr, əyarı -583; Qolbaq- 1 ədəd, çəkisi - 1,29 qr, əyarı -583; Sırğa- 1 ədəd, çəkisi - 3,3 qr, əyarı -750; Üzük- 5 ədəd, çəkisi - 23 qr, əyarı - 750; Cəmi: 102,59 qr. Həmin qızıl-zinət əşyaları açıq hərracdan sataraq əldə edilmiş vəsaitdən xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı kredit müqaviləsi üzrə cəmi 5342,87 (beş min üç yüz qırx iki manat, səksən yeddi qəpik) manat məbləğində pulu və 78,46 (yetmiş səkkiz manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilməsi, həmin məbləğ yetərli olmadığı halda qalan borcu Cavabdeh ümumi qaydada tutulması, qalan hissədə iddia rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 4733,57 (dörd min yeddi yüz otuz üç manat, əlli yeddi qəpik) manat, faiz borcuna görə 559,3 (beş yüz əlli doqquz manat otuz qəpik) manat, cərimə borcuna görə 552,5 (beş yüz əlli iki manat əlli qəpik) manat olmaqla, borcun cəmi məbləği 5845,37 (beş min səkkiz yüz qırx beş manat, otuz yeddi qəpik) manat məbləğində pulun və 78,46 (yetmiş səkkiz manat qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına, tələblərin xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Sumqayıt» filialı ilə cavabdeh - Cavabdeh arasında xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi: Kolye- 1 ədəd, çəkisi - 23,8 qr, əyarı -583; Qolbaq- 1 ədəd, çəkisi — 12,5 qr, əyarı -583; Komplekt- 1 ədəd, çəkisi - 21 qr, əyarı -583; Üzük- 1 ədəd, çəkisi - 5 qr, əyarı -583; Boyunbağı+kulon- 2 ədəd, çəkisi — 9,3 qr, əyarı -583; Sırğa- 1 ədəd, çəkisi — 2 qr, əyarı -583; Tək sırğa- 1 ədəd, çəkisi - 1,4 qr, əyarı -583; Qolbaq- 1 ədəd, çəkisi - 1,29 qr, əyarı -583; Sırğa- 1 ədəd, çəkisi - 3,3 qr, əyarı -750; Üzük- 5 ədəd, çəkisi - 23 qr, əyarı -750; Cəmi: 102,59 qr. Həmin qızıl-zinət əşyalarını açıq hərracdan sataraq əldə edilmiş vəsait xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 5845,37 (beş min səkkiz yüz qırx beş manat, otuz yeddi qəpik) manat məbləğində pulun və 78,46 (yetmiş səkkiz manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli SULMB-05902 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə illik 29 % olmaqla 24 ay müddətinə 5750 (beş min yeddi yüz əlli) manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh ilə saxlanc girov müqaviləsi bağlanılmışdır. Ödəniş cədvəli əsasında cavabdeh hər ay 318,56 manat ödəniş etməli olduğu halda öz öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Hazırda cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. xx.xx.2022-ci il tarixədək cavabdehin banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4733,57 manat əsas borcu, 559,30 manat faiz borcu, 552,5 manat dəbbə pulu, cəmi 5845 (beş min səkkiz yüz qırx beş) manat 37 (otuz yeddi) qəpik borcu olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qubadlı Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təmin edilmiş iddia məbləği faizlər və cərimə də daxil edilməklə cəmi 5342,87 manat, həmçinin dövlət rüsumu 78,46 manat təşkil edir. Bu birlikdə 5420,33 manat təşkil edir. Qətnamənin özündə də qeyd edildiyi kimi xx.xx.2021-ci il tarixli, SULMB-05902 saylı kredit müqaviləsinə görə banka ümumi dəyəri 8983,64 manat dəyərində qızıl-zinət əşyalarını saxlanca vermişdir. Saxlanca verilmiş qızılzinət əşyalarının dəyəri borc məbləğindən yüksək olmasına baxmayaraq məhkəmə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə xitam verməmiş, düzgün hesablama aparmadan qət etmişdir ki, yetərli olmadığı halda qalan borc cavabdehdən ümumi qaydada tutulmalıdır. Müqavilə üzrə borc bazar qiymətinən 8983,64 manat müəyyən edilmişdir. Onun iddiaçıya borcu qətnamə qəbul edilən günə dövlət rüsumu ilə birlikdə 5420,33 manat təşkil etmişdir. Onun iddiaçıya olan borcundan saxlanca verdiyi qızıl-zinət əşyalarının dəyəri 3563,31 manat artıqdır (dövlət rüsumu ilə birlikdə). İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, hazırda borcu ödəməsini nəzərə alaraq qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 18 oktyabr 2022ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Mülki Məcəllənin 385.1. və 386.1. maddələri). Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İş materiallarında olan İddiaçı ASC-nin 05 aprel 2023-cü il tarixli RB-05/PK-1161 № məktubuna əsasən qeyd olunmuşdur ki, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması tələbinə dair mülki iş üzrə borc tam icra edilmiş, girovda olan qızıl-zinət əşyaları cavabdehə qaytarılmışdır. Hal-hazırda Cavabdeh qarşı xx.xx.2021-ci il SULMB-05902 saylı kredit müqaviləsi üzrə heç bir tələb yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan İddiaçı ASC-nin məktublarına əsasən cavabdeh tərəfindən banka olan borcu ödənilmiş, bu səbəbdən də göstərildiyi kimi cavabdehin banka borcu qalmamışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliyi icra olunduğundan, iddia tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-493/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-493/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver