Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-496/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X2, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mersedes Benz-C 220 CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili ona məxsus olmuşdur. Etibarnamə əsasında onun oğlu X1 istifadəsindədir. xx.xx.2019-cu il tarixdə avtomobili rənglətdirmək üçün Cavabdeh2 məxsus avtotəmir sexində rəngsaz işləyən Cavabdeh1 təhvil verilmişdir. xx.xx.2019-cu il tarixdə 09:00 radələrində ona zəng gəlmiş və maşının yandığını bildirmişlər. O, sexə getdikdə avtomobilin yanğın söndürənlər tərəfindən söndürüldüyünü görmüşdür. xx.xx.2019-cu il tarixli FHN-nin DYNX Sumqayıt Regional DYNİ-nin yanğın haqqında aktına əsasən avtomobildə baş vermiş yanğın hadisəsinə səbəb kimi ustanın məsuliyyətsizliyi və obyekt sahibinin yanğın təhlükəsizlik qaydalarına riayət etməməsi nəticəsində elektrik naqillərində yaranmış qısaqapanmanın yaranmasından baş verməsi qeyd edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 2019-cu il tarixli icarə müqaviləsi əsasınla ona məxus «SAF-M» müstəqil kiçik müəssisəsinə məxsus Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən istehsalat binasının 1 boksun ayda 150 manat icarə haqqı ödəməklə digər Cavabdeh1 icarəyə vermişdir. İcarə müqaviləsinin surətini polisdə araşdırma aparılan zamanı da təqdim etmişdir. Onlar 2 dəfə icarə müqaviləsi bağlamış, təqdim etdiyi müqavidənin surəti ikincidir. İddiaçıya məxsus «Mersedes Bens-C 220 CDİ» markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxx 2019-cu il tarixdə mülkiyyətçinin oğlu E.Eyvazlının vasitəsi ilə digər Cavabdeh1 ondan icarəyə götürdüyü sex rəngləmək üçün gətirilməsi və onlar arasında hansı danışıqların olması barədə onda məlumat olmamışdır və ola da bilməzdi. Çünki o təmir işləri ilə məşgul olmur və təmin üçün avtomobil qəbul etmir. Birinci instansiya məhkəməsi ondan pul tutulması barədə qərar qəbul edərkən ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyətdə nəzərdə tutan Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsini əsas tutmuşdur. Məhkəmə qeyd edir ki, baş verən hadisə ilə əlaqədar «Azərbaycan Respublikası yangın təhlükəsizliyi qaydaları pozulmuşdur. Məhkəmə iş üzrə gəldiyi nəticə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq etməmişdir. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(028)-278/2020 saylı qətnaməsini ləğv edib iddia tələbinin ona aid hissəsində rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli rəyində göstərilmişdir ki, avtomobildə rənglənmə işləri aparılarkən texnoloji qurğularda və otaqlardan kənar istehsalat meydançalarında partlayış və yangın yarada bilən şəraiti istisna edən tədbirlərin görülməsi təmin edilməmiş, təmir işlərinin görülməsinə başlanandan əvvəl avtomobilin elektrik təchizatı akkumlyatordan ayrılmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərkən onun təqsirli olmagı müəyyən edilməmişdir. Həmçinin, avtomobilin bazar qiymətinin 8700 manat olduğu qeyd olunsa da, həm də avtomobil tam olaraq yaranmış və avtomobil iddiaçı tərəfindən təmir olunaraq istifadə olunmaqdadır. Digər tərəfdən texnoloji qurgularda və otaqlardan kənar istehsalat meydançalarında partlayış və yangın yarada bilən şəraiti istisna edən tədbirlərin görülməsinin təmin edilməsi onun vəzifəsi deyildir. Avtomobil rənglənmə işlərinin görülməsi üçün gətirilməmişdən əvvəl avtomobildə elektrik işləri görülmüş və avtomobilin həmin işlərin nasaz görülməsi ucbatından baş vermişdir. Eyni zamanda iddiaçı avtomobili özü saxlayıb, avtomobili bağlayıb və açaları götürüb getmişdir. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(028)-278/2020 saylı qətnaməsini ləğv edib iddia tələbinin ona aid hissəsində rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını, Cavabdeh1 apellyasiya şikayətini qəbul etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını, Cavabdeh2 apellyasiya şikayətini qəbul etdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili A.E.Qasımlı apellyasiya şikayətlərinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və şikayətlərin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehlər tərəfindən iddiaçıya maddi ziyanın vurulmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli ƏN-nin Məhkəmə Tibb Ekspertiza İdarəsinin rəyinə əsasən Mersedes Benz-C 220 CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilinin təyinatı üzrə istifadəyə tam yararlı normal vəziyyətdə orta bazar qiyməti 8700 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cü il tarixli ƏN-nin Məhkəmə Tibb Ekspertiza İdarəsinin rəydə qeyd olunmuşdur ki, Mersedes Benz-C 220 CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə görə baş vermiş yanğının mənbəyinin avtomobilin yuk bölməsinin daxilində olaraq və genişlənərək avtomobilin salonuna doğru yayılması, yanğının mənbə zonasında istilik ixrac edən qurğuların akkumulyatorun və uclarının izolyasiya örtüyü açıq vəziyyətdə olan arxa işıqların elertrik xətlərinin yerləşdiyini nəzərə alaraq yanğın qeyd olunan elertrik qurğularında baş vermiş və qəza halının (izolyasiya örtüyü açıq vəziyyətdə olan ucunun digər elertrik xəttinin ucuna, gövdəsinə və s. toxunması) təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmasından verə bilməsi bildirmişdir. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN01-2001) 1.2 bəndinin və “Rənqləmə işləri. Ümumi təhlükəsizlik tələbləri” 12.3.2005- 75 DÜST-ün 1.3 bəndinin tələbləri pozulmaqla şifahi razılaşma əsasında avtomobildə rənglənmə işlərini öz üzərinə götürmüş Cavabdeh1 tərəfindən pozulması bildirilmişdir. Məhkəmə kollegiyası cavabdehlərin bu hadisədə heç bir günahları olmadığı barədə gətirdiyi dəlilləri qəbul etmir. Azərbaycan Respublikası MM-nin 21-cı maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıçı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası cavabdeh S.S.Muradovun ona məxsus olan obyektin onun tərəfindən digər Cavabdeh1 icarə müqaviləsinin olduğu və bu onun məsuliyyətdən azad olunması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, fəaliyyət göstərən «SAF-M» müstəqil kiçik müəssisənin direktoru Cavabdeh2 gələcəkdə «İcarəçi» adlandırılacaq fiziki şəxs Cavabdeh1 ilə xx xxxxxx 2018-ci il tarixədək icarə müqaviləsi bağlanmışdır. Bundan əlavə olaraq bağlanmış icarə müqaviləsi Daşınmaz Əmlakda və Vergi İdarədə qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 13546 saylı rəyindən görünür ki, 1999-cu il buraxılışlı Mersedes Benz-C 220 CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilinin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 8700,00 manat müəyyən olunur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 14868 saylı rəyindən görünür ki, İddiaçı məxsus Mersedes Benz-C 220 CDİ minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə baş vermiş yanğının mənbəyi avtomobilin yuk bölməsinin daxilində olmuş və genişlənərək avtomobilin salonuna doğru yayılmışdır.Yanğının mənbə zonasında (yuk bölməsində) istilik ixrac edən qurğuların akkumulyatorun və uclarının izolyasiya örtüyü açıq vəziyyətdə olan arxa işıqların elertrik xətlərinin yerləşdiyini nəzərə alaraq yanğın qeyd olunan elertrik qurğularında baş vermiş qəza halının (izolyasiya örtüyü açıq vəziyyətdə olan ucunun digər elertrik xəttinin ucuna, gövdəsinə və s. toxunması) təsirindən yaxınlıqda yerləşən yanar materialların alışmaşından baş verə bilərdi. Baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikası yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN01-2001) 1.2 bəndinin və “Rənqləmə işləri. Ümumi təhlükəsizlik tələbləri” 12.3.005- 75 DÜST-ün 1.3 bəndinin tələbləri pozulmuşdur.Hadisə yuxarıda göstərilən səbəbdən baş verdiyi halda, avtomobildə rənglənmə işləri aparılarkən texnoloji qurğularda və otaqlardan kənar istehsalat meydançalarında partlayış və yanğın yarada bilən şəraiti istisna edən tədbirlərin görülməsini təmin etmədiyinə, konkret olaraq təmir işlərinin görülməsinə başlanandan əvvəl avtomobilin elertrik təchizatına akkumulyatordan ayırmadığına görə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN01-2001) 1.2 bəndinin və “Rənqləmə işləri, ümumi təhlükəsizlik tələbləri” 12.3.005- 75 DÜST-ün 1.3 bəndinin tələbləri şifahi razılaşma əsasında avtomobildə rənglənmə işlərinin aparılmasını üzərinə ğötürmüş Cavabdeh1 tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MM-nin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-nin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıçı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyət vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələnё pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin içrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-in 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(028)- 278/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-496/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-496/2021
22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver