Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-497/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1715/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1715/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(067)-562/2020 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 120 manat məbləğində sabit pul şəklində alimentin və Yusif Şamilov 3 yaşına çatanadək hər ay 60 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Anar Sadıqov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-562/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 200 manat məbləğində sabit pul şəklində aliment və xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq hər ay 250 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,, qətnamə əsassızdır. Belə ki, iddiaçı göstərmişdir ki, güya spirtli işki aludəçisidir, Sokar şirkətində işləyir, kəndli təsərrüfatı, torpaq sahələri, bağları var. Şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğuldur. İddiaçının göstərdiyi bu dəlillər əsassızıdr, heç bir yerdə işləmir, bağı, torpağı yoxdur, avtomobili də yoxdur. xx.xx.2020-ci il tarixdə uşağın saxlanması üçün 100 manat və əlavə 500 manat pul tutulub. Eyni zamanda uşaqda heç bir xəstəlik yoxdur, Övrə xəstəliyi allergik xəstəlikdir uşaqlarda 2-3 yaşınadək olur, müalicəsi də ucuzdur. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1715/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2020-ci ildən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul şəklində aliment və Yusif Şamilov 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə təyin olunan aliment məbləği uşağın tələbatını ödəmir. Övladı Yusif xəstədir. Ona «Övrə» diaqnozu qoyulmuşdur. Hazırki aliment onun xəstəxana xərclərinə belə çatmır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1715/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Şamilov Nazim Teymur oğlunun etibarnaməsi kserosurət olduğundan məhkəmə kollegiyasının iclasında onu nümayəndə qismində izahatı alınmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1715/2020 saylı qətnaməsi Yusif Şamilov 3 yaşına çatanadək hər ay 60 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-562/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2020-ci ildən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul şəklində aliment və Yusif Şamilov 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan DSMF-nun Xaçmaz rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh ƏƏSMN-nin yanında DSMF-nun Xaçmaz rayon şöbəsindən İİİ qrup əlilliyə görə hər ay 110 manat ömürlük müavinət alır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinadən iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1,76.1.1, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilsə də, birinci instansiya məhkəməsi aliment məbləğini qismən artıraraq 120 manat müəyyən edərkən cavabdehin də maddi vəziyyətini nəzərə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək, 120 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinin artırılaraq 120 manat müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə Yusif Şamilov 3 yaşına çatanadək hər ay 60 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı İddiaçı tələbində Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-562/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 200 manat məbləğində sabit pul şəklində aliment və xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq hər ay 250 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki qətnamədən görünür ki, məhkəmə tələbin xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq hər ay 250 manat məbləğində pulun tutulması olmasına baxmayaraq iddia tələbindən kənara çıxaraq Yusif Şamilov 3 yaşına çatanadək hər ay 60 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal yoxdur. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilməyən tələb üzrə qətnamə çıxarmaqla maddi və prosessual hüquq normalarını pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnаmənin qeyd edilən hissədə ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc olaraq hər ay 250 manat məbləğində pulun tutulmasına dair hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı uşağın xəstəliyi ilə əlaqədar əlavə xərcin tutulmasını tələb etsə də, buna dair sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, iddiaçı uşağın xəstəliyi ilə bağlı əlavə xərclərin tutulmalı olmasını sübuta yetirə bilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş çeklər və reseptlər uşağın xsətəliyini təsdiq edəcək sübut kimi qiymətləndirilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəillərini qismən əsaslı sayaraq hesab edirki, şikayətin dəlilləri birinci instansiya məhkəsinin qətnaməsinin Yusif Şamilov 3 yaşına çatanadək hər ay 60 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi hissəsində ləğvi üçün əsasdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)- 1715/2020 saylı qətnaməsi Yusif Şamilov 3 yaşına çatanadək hər ay 60 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-1715/2020 saylı qətnaməsi Yusif Şamilov 3 yaşına çatanadək hər ay 60 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-562/2020 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 120 manat məbləğində sabit pul şəklində alimentin tutulması – dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-497/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-497/2021
09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver