Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-502/2025 16.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Qanuni nümayəndə, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərdən 57292 manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(060)-864/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi İşin halları:
1. Cavabdeh2 iddiaçının keçmiş arvadı, Cavabdeh1 isə qızıdır.
2. AZ-İ 460077 saylı, 01 iyul 2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamə ilə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikaha xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 244 nömrə ilə qeyd edilmişdir.
3. İddiaçı ilə cavabdeh Aynur Rayevanın birgə nikahından olan övladları hərbi qulluqçu X4 xx.xx.2020-ci il tarixində 44 günlük Vətən müharibəsində şəhid olmuşdur.
4. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-11316 nömrə ilə qeydə alınmış AR-İİ 207472 saylı, 11 dekabr 2020-ci il tarixli etibarnamə ilə İddiaçı Cavabdeh2 “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi... bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək... haqqında əqdləri bağlamağı, ...bank orqanlarından, plastik kartı, pin paketi almağı və adından digər bank əməaliyyatlarını etməyi, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlak, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bütün bank orqanlarında istənilən bank əməliyyatlarını aparmağı, hesablar açmağı, hesablar üzərində sərəncam verməyi, ona çatası kompensasiya məbləğini almağı və adından digər bank əməliyyatlarını etməyi, ...banklarda onun adından çıxış edərək, hesab açmağı, müqavilələri imzalamağı, hesabı bağlamağı, hesab dövriyyəsi, eyni zamanda digər zəruri əməliyyatlar haqqında məlumat əldə etməyi, mədaxil, məxaric, o cümlədən nağdlaşdırma əməliyyatlarını icra etməyi, plastik kart sifariş etməyi, müraciət etməyi, sənəd götürməyi, ...və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi” etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmişdir.
5. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-10296 nömrə ilə qeydə alınmış AR-İİ 509815 saylı, 01 noyabr 2021-ci il tarixli etibarnamə ilə İddiaçı Cavabdeh1 “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi ...və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi” etibar etmişdir. Etibarnamə 70 il müddətinə verilmişdir.
6. 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı Sahib oğluna və səlahiyyətli orqanlara ünvanladığı xx.xx.2023-cü il tarixli 1088№-li məktubda notariat ofisində tərəfindən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin xx.xx.2022-ci il tarixli 8İ-23007 nömrəli reyestrlə təsdiq edilmiş ərizə, eyni tarixli 1089№-li məktubda isə Cavabdeh2 xx.xx.2020-ci il tarixdə verilmiş etibarnamənin xx.xx.2022-ci il tarixli 8İ-23009 nömrəli reyestrlə təsdiq edilmiş ərizə əsasında ləğv olunduğu bildirilmişdir.
7. İddiaçı Sahib oğlunun "xxxx" ASC-də olan ******************** saylı hesabından 17 oktyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə qeyd olunan hesaba 17391 manat məbləğində kompensasiya məbləği, xx.xx.2021-ci il tarixdə Yaşat Fondu tərəfindən 2500 manat məbləğində pul vəsaiti, xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyi İşlər İdarəsi tərəfindən 901,22 manat məbləğində kompensasiya köçürülmüş, həmin vəsaitlərin AR-İİ 207472 saylı, xx.xx.2020-ci il tarixli etibarnamə əsasında nümayəndə tərəfindən məxaric edildiyi qeyd edilmişdir.
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 10 iyun 2024-cü il tarixli Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi ilə bağlı məktubunda "xxxx" ASC-nin Nazirliyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş rəsmi ödəniş siyahısına əsasən xx.xx.2020-ci il tarixində vəfat etmiş hərbi qulluqçu X1 qanun üzrə vərəsə və ya vərəsələrinə xx.xx.2021-ci il tarixində 11000 manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin (ləğv prosesindədir) 19 iyul 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 29 oktyabr 2020-ci il tarixində vəfat etmiş hərbi qulluqçu X7 şirkətin mühasibatlıq sistemində xx.xx.2021-ci il tarixində şirkət tərəfindən 11000 manat sığorta ödənişi edilmişdir. Sığorta ödənişinin 5500 manat məbləği Cavabdeh2 adına, 5500 manat hissəsi isə İddiaçı adına köçürülmüşdür.
9. "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən verilmiş 29 mart 2021-ci il tarixli TT**********7085500 saylı kassa məxaric orderindən görünür ki, İddiaçı məxsus 5500 manat məbləğində vəsait etibarnamə əsasında Cavabdeh2 ödənilmişdir.
10. "xxxx" ASC tərəfindən verilmiş 17 dekabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən X17 LLC-yə məxsus hesaba 5448 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüş və ödənişin təyinatı bölməsində Kia Optima 2013 qeyd edilmişdir.
11. İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Kia Optima markalı, 90VY770 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 21000 manata Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır.
12. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən “Kia Optima” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə 727569 nömrəli gömrük vəsiqəsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir.
13. "xxxx" MMC tərəfindən tərtib edilmiş AV xx-xx-2023 saylı, 19 sentyabr 2023-cü il tarixli hesabatdan görünür ki, **-VV-*** dövlət qeydiyyat nişanlı, “Kia Optima minik” markalı avtomobilin bazar dəyəri 19 sentybar 2023-cü il tarixinə 22400 manat məbləğində müəyyən edilmişdir.
14. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə, saat 19.00 radələrində Sumqayıt şəhəri Corat bağlar massivi bağ evi 787 ünvanında aralarında yaranmış mübahisə zamanı Cavabdeh2 əl zərbələri ilə vuraraq sonuncuya sol almacıq nahiyyənin sol gözaltı nahiyyəni əhatə edən qaçır şişkinliyi və sol gözün ağlı qişasına qansızma, hər iki bazunun qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Həmin hökmlə iddiaçı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir.
15. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, fərdi yaşayış evinin tikinti təmir işlərinin ümumi dəyərinin 34000 manat məbləğində müəyyən edilməsi, həmin məbləğ üzərində ½ hissədə iddiaçı və cavabdehin paylarının müəyyən edilməsi qət edilmiş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilərək, iddiaçının Corat bağları ərazisində 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinə maneəsiz köçürülməsi qət edilmiş, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
17. Cavabdeh2 birinci instansiya məhkəməsinə ünvanladığı 06 mart 2024-cü il tarixli ərizədə göstərmişdir ki, mənzilə və avtomobilə xərclənən məbləğlər 7500 manat məbləğində gömrük xərclərindən (Kia Optima markalı avtomobilin xaricdən coopart vasitəsilə gətirilməsi üçün banka ödənilən ilkin məbləğ), 12000 manat evin təmirinə xərclənən məbləğ (eyvanın artırılaraq tam təmir edilməsi, metlaqla döşənməsi, evin dam örtüyünün təmiri (şiferin yenilənməsi), evin və həyətyanı sahənin rənglənməsi, darvazanın önünə beton tökülməsi, 3 otaq, koridor və mətbəxin parketlənməsi, divarların rənglənməsi və.s), 3000 manat şəhid abidəsi (evin qarşısında mərmər materialında abidə), 4500 manat 1-ci il üçün ehsan məclisinə xərclənən məbləğdən (Qubadlı restoranı), 3000 manat 2-ci il üçün ehsan məclisinə xərclənən məbləğdən (Billur restoranı), 2000 manat xiyaban üçün alınan güllər (şəxsi büdcə ilə düzəldilən çələnglər), 1800 manat yataq mebeli (çarpayı, güzgülü polka, kamod, geyim polkası (qarderob)) 1500 manat divan, 1600 manat kondisioner, 1250 manat LG markalı paltaryuyan, 3 il ərzində keçirilən ehsan məclislərinə çəkilən xərclərdən (iftar süfrəsi, zəfər günü, anım günü, 20 yanvar və.s) ibarətdir.
18. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 19 mart 2024-cü il tarixli məktubunda İİ Vətən müharibəsində şəhid olmuş X3 dəfn, hüzn mərasimlərinin və qəbir üstünün götürülməsinin təşkili ilə əlaqədar ayrılmış vəsait Sumqayıt şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına həyata keçirildiyi, bununla bağlı hər hansı rəsmi arayışın verilməsi mümkün olmadığı göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq “cavabdehlərdən 46792 manat məbləğində pul vəsaitinin alınaraq ona qaytarılması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 46792 manatdan əlavə Yaşat fondu tərəfindən verilmiş 10000 manat vəsaitin və AR ƏƏSMN tərəfindən verilmiş 11000 manat vəsaitin yarısının, yəni 10500 manat pulun Cavabdeh2 alınaraq ona ödənilməsi, 46792 manat pulun isə hər iki cavabdehdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
20. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X9 44 günlük Vətən Müharibəsində şəhid olmuşdur. 2021-ci ildə o, KİA Optima markalı 90VY770 dövlət qeydiyyat nişanlı avtomaşını öz adına almış və həmin maşına dair texniki pasport onun adına olmuşdur. O, təxminən xx.xx.2021-ci ildə qızı olan cavabdeh Qanuni nümayəndə adına həmin avtomobili idarə etmək hüququ əsasında etibarnamə vermişdir ki, o olmadığı vaxtlarda maşını idarə edə bilsin. Onun işi daimi olaraq xarici dövlətlə bağlı olduğundan aldığı maşını da müvəqqəti olaraq onun istifadəsinə vermişdir. 2022-ci ildə o Azərbaycana məzuniyyətə gəlmiş və o, onun iş yerinə gedərək gəldiyini bildirmiş və maşının açarını ondan istəmişdir. Bu zaman o, maşının açarını ona verməmiş və bildirmişdir ki, maşın onundur, həmin maşını adına keçirmişdir. O, maşının açarını ondan tələb etdikdə o, açarı ona vermiş və barəsində polisə şikayət edərək bildirmişdir ki, guya o maşını oğurlamışdır. Bundan sonra maşını idarə edən zaman onu Yol Polis əməkdaşları saxlamış və Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyevin qəbuluna aparmışlar. Onun pulu ilə alınmış bu maşın cərimə meydançasına salınmış, sonra da cavabdeh Qanuni nümayəndə qaytarılmışdır, hazırda da maşını o idarə edir. O, onun adına vermiş olduğu etibarnaməni də ləğv etdirmiş, lakin cavabdeh yenə də maşını idarə etməkdə davam etmişdir. O bundan sonra vəkilə müraciət etmiş, həmin maşınla bağlı AR DİN BDYPİ-yə sorğu göndərilmiş və həmin sorğuya xx.xx.2023-cü il tarixdə cavab məktubunda göstərilmişdir ki, cavabdeh Qanuni nümayəndə AR DİN BDYPİ-də rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli AE014970 saylı alqı-satqı müqaviləsinə əsasən həmin maşını öz adına rəsmiləşdirmiş və texniki pasportu öz adına keçirmişdir. Maşını Qanuni nümayəndə adına alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirmiş şəxs onun keçmiş həyat yoldaşı Cavabdeh2 olmuş və o, bu maşını 21000 manata satmışdır. O, Cavabdeh2 etibarnaməni xx.xx.2020-ci ildə vermiş və xx.xx.2022-ci ildə isə həmin etibarnaməni ləğv etdirmiş, etibarnamə qüvvədə olduğu müddətdə cavabdeh bu etibarnamədən sui istifadə etməklə alqı-satqı müqaviləsi bağlamış və ona məxsus olan maşını 21000 manata satmışdır. Lakin bu vəsaiti ona çatdırmamışdır. Halbuki etibarnamə əsasında hərəkət edən şəxs öz xeyrinə deyil, həmin etibarnamə ilə səlahiyyətləri ona vermiş şəxsin xeyrinə hərəkət etməlidir, yəni etibarnamə ilə əldə etdiyi vəsaiti əmlakın sahibinə verməlidir. Bundan başqa cavabdeh bu etibarnamədən suiistifadə etməklə onun Azərbaycan Beynəlxalq Bankında olan kart hesabına mədaxil edilmiş vəsaitləri də alaraq ona verməmişdir. Belə ki, oğlunun şəhid olması ilə bağlı həmin hesaba xx.xx.2021-ci ildə daxil olmuş 17391 manat kompensasiyanı xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə hesabına daxil olmuş 2500 manat vəsaiti xx.xx.2021-ci ildə, hesabına xx.xx.2021-ci ildə mədaxil edilmiş 901, 22 manat məbləğində pulu isə xx.xx.2021-ci ildə hesabdan çıxarmışdır. Bundan başqa 20 ay hər ay 250 manat Prezident təqaüdünü də adına olan kartdan çıxarmışdır ki, bu da ümumilikdə 5000 manat təşkil edir. Cavabdehlər bir ailədə yaşadıqları üçün onlar bu vəsaitləri onun adına olan kart hesabından və kartdan çıxarmaqla öz şəxsi məqsədlərinə sərf etmiş, cavabdeh Qanuni nümayəndə öz adına mənzil almışdır. Bununla da cavabdehlər ona maddi ziyan vurmuşlar ki, o da həmin ziyanı onlardan tələb edir. Bu səbəbdən də cavabdehlərin ona ümumi borcu (21000+17391+901,22+5000)=46792 manat təşkil edir ki, həmin vəsait də cavabdehlərdən alınaraq ona qaytarılmalıdır.
21. Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 21000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək mübahisəli avtomobilə dair alqı-satqı müqaviləsi bağlamış, həmin əqd əsasında avtomaşını digər Cavabdeh1 21.000 manata satmış və pulu iddiaçıya verməmişdir. Məhkəmə iclasında Cavabdeh2 avtomobilin xarici dövlətdən alındığını və bununla bağlı 7000 manat məbləğində gömrük ödənişi etdiyini və maşının ümumilikdə 17000 manat məbləğində alındığını və vəsaitin tərəfindən ödənildiyini bildirmişdir. Lakin qeyd etdiyi dəlilləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəməyə təqdim edilmiş "xxxx" ASCnin 17 dekabr 2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, KİA Optima markalı avtomobilə görə İddiaçı tərəfindən “Bank of Georgia” vasitəsilə 5448 ABŞ dolları “X17” LLC hesabına köçürülmüşdür. Belə olan halda, məhkəmə iddia tələbinin 21000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab etmişdir. 21000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı avtomaşına görə pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etsə də, onun tələbi yalnız Cavabdeh2 münasibətdə əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən avtomobil üzərində sərəncam verilməsinə dair etibarnamə yalnız Cavabdeh2 verilmiş, sonuncu isə həmin etibarnamə əsasında iddiaçıya məxsus nəqliyyat vasitəsini qızı Cavabdeh1 adına rəsmiləşdirmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 36292 (17391+901,22+2500+5000)+10500) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutulmasına dair hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən ona məxsus pul vəsaitlərinin bank hesabından çıxarılması, habelə ona məxsus plastik kart vasitəsilə çıxarılması ilə bağlı Cavabdeh2 etibarnamə verilmişdir. Cavabdeh tərəfindən həmin etibarnamə əsasında qeyd olunan vəsaitlər iddiaçıya məxsus bank hesabından və plastik kartdan çıxarılmışdır. İddiaçı tərəfindən cavabdeh sözügedən pul vəsaitlərinin bank hesabından çıxarılması və eyni zamanda həmin vəsaitləri kart vasitəsilə çıxarması ilə bağlı cavabdehə vəkalətnamə versə də, artıq həmin vəsaitin iddiaçıya qaytarılması şərtilə verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında nikah 2018-ci ildə pozulmuşdur. Onlar 2020-ci il tarixdə övladları şəhid olduqdan sonra münasibətləri bir müddət yaxşı olmuş və iddiaçı tərəfindən cavabdehə adı çəkilən etibarnamə verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən pul vəsaitinin bankdan çıxarılması ilə bağlı etibarnamə verilməsi və eyni zamanda pul vəsaitlərinin kart vasitəsilə çıxarılması üçün kartın da məhz cavabdehə verilməsi və cavabdehin qeyd edilən vəsaitlərin ona məxsus hesabdan çıxarılmasından sonra uzun müddət susması (xx.xx.2021-ci il tarixdən), aralarındakı münasibətlər gərginləşdikdən sonra qeyd edilən vəsaitləri tələb etməsi həmin pul vəsaitlərinin hər hansı formada istifadəsi ilə bağlı tərəflərin arasında razılıq olduğunu ehtiva edir. Əks halda, iddiaçı məhkəməyədək həmin pulu cavabdehlərdən tələb etmiş olardı. Eyni zamanda iddiaçının cavabdehə belə bir etibarnamə verməsi nikahları pozulsa da övladları şəhid olduqdan sonra onların bir araya gəldiyini, münasibətlərinin normal olduğunu göstərir. Qeyd edilən hal eyni zamanda cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı və cavabdehin səmimi fotoşəkilləri ilə də təsdiq olunur. Məhkəmə eyni zamanda qeyd etmidir ki, iddiaçı ilə cavabdeh arasında sözügedən pul vəsaitlərinin iddiaçıya geri qaytarılması şərtilə razılaşmanın olması iddiaçının vaxtilə münasibətləri gərgin olmuş, yəni nikahları pozulmuş keçmiş arvadına bank hesabından və ya kart vasitəsilə pul vəsaitlərinin çıxarılıb ona verilməsini etibar etməsi (daha yaxın qohumlarının olmasına rəğmən) baxımından ağlabatan görünmür. Məhkəmə iddia tələbinin Cavabdeh1n aid hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb olunan vəsaitlərin onun tərəfindən çıxarılmasını, habelə həmin vəsaitlərin onun tərəfindən istifadə edilməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Beləliklə subyektiv hüquq baxımındn Cavabdeh1 hazırki iddiaya cavab verməli olan şəxs deyildir.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 359.1, 362.1, 777.1, 782.1, MPM-in 106.1-ci maddələri ilə əsaslandırmışdır.
24. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməklə iddianın tam təmin olunması, 10500 manat pulun Cavabdeh2, 46792 manat pulun isə hər iki cavabdehdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Eyni zamanda Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin və apellyasiya şikayətlərinə etirazların dəlilləri
26. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin istinad etdiyi normalar cavabdehin iddiaçı üçün onun adına olan hesab nömrəsinə daxil olan vəsaitləri və adına olan bank kartından çıxarmış olduğu vəsaitləri tam həcmdə iddiaçınınvəkalətverənin tələb etdiyi anda qaytarmalı olmasına əsas verdiyi halda məhkəmə əsaslı iddianı rədd etmişdir. Cavabdeh iddiaçının adına daxil olan bütün pul vəsaitlərini özü çıxarmış, hətta bu barədə iddiaçıya bildirməmişdir. Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı Sahib oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, notariat ofisində tərəfindən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə verilmiş 7E-10296 nömrəli reyestrlə təsdiq edilmiş “Bu şəxsə məxsus bütün əmlak və hüquqlar”a dair etibarnamə xx.xx.2022-ci il tarixdə tərəfindən verilmiş 8İ-23007 nömrəli reyestrlə təsdiq edilmiş ərizəsi əsasında ləğv edilmişdir. Bundan başqa, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 7E-11316 nömrə ilə qeydə alınmış AR-İİ 207472 saylı, 11 dekabr 2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakı ilə bağlı hüquqları, eyni zamanda ona çatası olan pul və kompensasiya vəsaitlərini almağı etibar etmiş və həmin etibarnaməni də xx.xx.2022-ci ildə ləğv etdirmişdir. Göründüyü kimi, Cavabdeh2 da bilirdi ki, onun aldığı pul vəsaitləri və kompensasiyalar iddiaçıya çatmalıdır və artıq bu etibarnamə əsasında bu vəzifə cavabdehin üzərinə qoyulmuş, lakin cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarmamışdır. Məhkəmə iddia tələbini həmin pul vəsaitləri ilə bağlı tələbə münasibətdə rədd edərkən göstərmişdir ki, guya tərəflər mehriban münasibətlərdə olublar və hazırki iddia tələbi də məhkəməyə bu səbəbdən gec verilmişdir. Halbuki tərəflər arasında mübahisə 2022-ci ildən davam edir, mənzil, maşın, mülklə bağlı məhkəmə icraatında mülki işlər olmuş və bu gün də davam edir. Sumqayıt Şəhər Məhkəməsinə iddiaçı xx.xx.2023-cü ildə iddia ərizəsi ilə müraciət edərək hazırda dəyərini tələb etdiyi avtomaşına dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını iddia etmiş və həmin mülki işə baxılan zaman iddia tələbini dəyişməklə cavabdehlərdən həm maşının dəyərini, həm də digər pul vəsaitlərini iddia etmiş, lakin bu iddialara bir yerdə baxılmasının mümkünsüz olması ilə bağlı məhkəmənin qərardadı əsasında iddia tələbinin artırılması və dəyişdirilməsi barədə ərizə geri qaytarılmış, bu səbəbdən də iddiaçı bütün iddiaları birləşdirməklə yenidən məhkəməyə müraciət etmişdir və hazırki mülki iş də məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuşdur, lakin məhkəmə bu halları və tərəflər arasındakı mübahisənin uzun müddət davam etməsinə baxmayaraq iddianın gec verilməsi nəticəsinə gələrək iddia tələbini öz subyektiv yanaşması əsasında şərh etmişdir. Halbuki iddiaçı istənilən vaxt ona çatası olan vəsaiti həmin vəsaiti almış şəxsdən geri tələb edə bilər. Cavabdehin vəsaitləri şəhid övladlarının yas, hüzn mərasimlərinə sərf etməsi dəlili ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş cavabdan da aydın olmuşdur ki, mərhumun bütün xərcləri Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən qarşılanmışdır. Bundan başqa məhkəmə iddiaçının xaricdə işlədiyini və Azərbaycan Respublikasına arabir gəldiyini və bu səbəbdən də cavabdehin onun adına daxil olan vəsaitlərdən gec xəbər tutduğunu nəzərə almamışdır, belə ki, cavabdeh həmin vəsaitlər barədə iddiaçıya bildirməmiş və hətta 11000 manat sığorta vəsaitinin alınması və Yaşat fondundan 10000 manat vəsaitin verilməsini iddiaçı məhkəmə prosesində cavabdehin deməsindən sonra bilmiş və buna görə də iddianın həcminin artırılması barədə ərizə verilmişdir. Lakin məhkəmə işdə olan sənədlərlə və sübutlarla iddia tələbini tam təmin etməli olduğu halda iddianı yalnız maşının dəyəri hissəsində təmin etmiş və iddia olunan vəsaitin böyük bir hissəsini təmin etməmişdir. Göründüyü kimi bu sübutlar, cavabdehin etirafı, iddiaçıya məxsus olan kartdan vəsaitlərin çıxarılması ilə bağlı məhkəmə tərəfindən tələb olunan görüntülər və cavabdehin etirafı iddia tələbinin tam əsaslı olmasına dəlalət etdiyi halda məhkəmə iddianı qismən təmin etmiş, sübutları düzgün qiymətləndirməmişdir.
27. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı olan İddiaçılə 1993-cü ildə bağladıqları nikah 2018-ci ilin avqust ayında mübahisəsiz qarşılıqlı razılaşma əsasında pozulmuşdur. Onlar boşansalar da 2022-ci ilin mayınadək heç bir mübahisələri olmamış, qarşılıqlı hörmət əsasında münasibətləri davam edib (bunu baş etibarnamə verməsi də təsdiqləyir). Özü də ölkə xaricində yaşayır. Lakin daha sonra münasibətləri pisləşdi. X15 markalı nəqliyyat vasitəsini də öz istəyi ilə satıb pulunu şəhid olmuş oğlunun xatirəsini yaşatmağa xərcləməyini xahiş etmişdir. Çünki o avtomobil onun adına alınsa da, ikisi də pul qoymuşdular. İddiaçının iddiası da onun polis əməkdaşları tərəfindən saxlanması, ona fiziki zərər vurması və evin əmlakını sındırması ilə bağlı olub. Məhkəmə ikisinin pulu hesabına maşını aldığına sübut olacaq materialları dəqiq təhlil etməmişdir. İlkin ödənişin verilməsi X11 verilən 10.000 AZN məbləğ hesabına olmuşdur. İddiaçı AR ƏƏSMN-də işsiz kimi qeydiyyatdadır, xaricdən isə nağd şəkidə o qədər pulun keçirilməsi qadağandır. Məhkəmə bu kimi halları araşdırmamışdır və məhkəmə X14 göndərilən məktubun cavabını gözləmədən qərar qəbul etmişdir. Gömrük xərclərini -7500 manatı o ödəmişdir. Yararsız vəziyyətdə xaricdən gələn avtomobilin təmirinə “Mamed” servisdə 3500 manat o xərcləmişdir. Məhkəmədə də bunu sübut edəcək şahidləri olduğunu da bildirmişdir. Bundan əlavə maşını əgər öz mənafeyinə istifadə etsə, ya bağışlama yolu ilə sənədləşdirərdi, ya da əldə etdiyi məbləğə özünə mülk alardı (bunu mülkiyyətində heç bir daşınmaz əmlakın olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayış sübut edir). Yəni maşını satıb öz mənafeyinə xərcləmədiyi aşkardır. Çünki bu təhlil maşının pulunun öz razılığı ilə verildiyinə sübutdur. Ümumilikdə iddiaçının hər şeydən xəbəri var idi və belə etməyini özü istəmişdir. Onun istəyinə əsasən 21000 manat pulun 16000 manatını götürüb oğlunun il mərasimlərinə, ehsan süfrələrinə, onun xatirəsinin yaşadılmasına xərcləmişdir. Qalan pulu isə evə gələn zaman sənədləri ilə birgə götürmüşdür. İddiaçı sanki heç nədən xəbəri yoxmuş kimi özünü aparıb, ondan oğullarına xərclədiyi pulları istəyir. Alqı-satqının üzərindən 1 il 3 ay keçəndən sonra mübahisələndirilməsi, bunun sonradan planlaşdırıldığına dəlalət edir.
Cavabdehin apellyasiya şikayətinin dəlillərinə iddiaçının etirazı:
28. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehin apellyasiya şikayətinə etiraz təqdim edərək etirazda iddia ərizəsində göstərilən dəlillərə və işin birinci instansiya məhkəməsində baxılması zamanı müəyyən edilmiş hallarına və məhkəmənin qətnaməsinə istinad edərək göstərmişdir ki, 11 dekabr 2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh2 həvalə etdiyi tapşırıqlar arasında ona çatası pul vəsaitini və ona çatası kompensasiyanı almaq tapşırıgı da yer almışdır, lakin cavabdeh həmin pul vəsaitlərini və kompensasiya məbləğini alsa da, iddiacıya verməmiş və etibarnamə üzrə ona həvalə edilmiş tapşırıgı yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdə iddiacının vəkili və nümayəndəsi olaraq tərəfindən Kia Optima markalı, 90VY770 dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırılmış və daha sonra iddia həcminin artırılması barədə ərizə verilərək cavabdehlərdən maşının dəyərinin və bankdan çıxarılan pulların qayrtarılması tələbi irəli sürülmüşdür. Məhkəmə tərəfindən həmin iddia icraata qəbul olunmadığı ücün ərizə əsasında sənədlər məhkəmə qərardadı ilə geri qaytarılmış və yenidən hazırki iddia ilə müraciət olunmuşdur və 1 il 6 ay davam edən məhkəmə araşdırmasından sonra məhkəmə hazırki qətnaməni qəbul etmişdir. Etibarnamə iddiaçı tərəfindən bir niyyətlə-şəhid ailələrinə verilən mənzil məsələsinin həlli məqsədi ilə verilmiş və etibarnamə verilən zaman iddia olunan həmin pul vəsaitləri iddiaçının hesabına nəinki daxil olmuş, heç iddiaçının adına kart hesabı da olmamışdır. Fotolara gəldikdə isə söhbət övladları şəhid olan şəxslərdən gedir və onların toplum qarşısında mehriban görünmələri başa düşülən hal kimi qəbul olunmalıdır və iddia tələbinin rədd edilməsi üçün bir əsas kimi qəbul edilməməlidir. Bundan başqa, qeyd olunan vəsaitlər iddiaçının adına ABB bankda açılan hesaba daxil olan, çıxarılan zaman iddiaçı Azərbaycanda olmamış, qısa bir müddətdə gəlib-qayıtmış və bu məbləğdə pulların cavabdeh tərəfindən çıxarılmasından xəbərsiz olduğu üçün hətta qızına xaricdən pul vəsaitləri də göndərmişdir. Cavabdeh birinci instansiya məhkəməsində də çıxarılan vəsaitləri iddiaçıya vermədiyini etiraf etmiş və həmin vəsaitləri müxtəlif məqsədlərə sərf etdiyini bildirsə də, bununla bağlı sübut təqdim etməmişdir. Cavabdeh həmin pulun bir hissəsinə ev əşyaları alındığını qeyd etmiş, lakin iddiaçı 2022-ci ilin aprel ayından həmin evə buraxılmamış, yalnız məhkəmə qətnaməsindən sonra 2024-cü ildə evə köçürülmə baş tutmuş və həmin vaxt ev tamamilə boşaldılmış vəziyyətdə olmuş, hətta birgə nikah dövründə alınmış əmlaklar da evdən çıxarılmış, kombi sökülmüş, buna görə də iddiaçı kirayə mənzil tutmaq məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 359.1, 777.1, 782.1-ci maddələrinə istinad etsə də, əsaslı iddia tələbini rədd etmiş və bu da qətnamənin qanunsuz olmasına dəlalət edir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
29. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
30. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddıə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 928. Şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir. 34. Maddə 926.1. Sığorta ödənişi dedikdə, sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası başa düşülür. 35. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
32. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Qanun Maddə 2.1.5. Sığorta ödənişini almaq hüququ olan şəxs qismində sığortaolunan və ya onun vərəsələri göstərilmişdir. Maddə 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Maddə 5. Sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin 100 faiz nisbətində verilir.
33. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinin Azərbaycan Respublikası Mülk Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsinin tələbi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. İddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində, cavabdehin apellyasiya şikayətində isə iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(060)-864/2024 nömrəli qətnaməsi qisməniddianın təmin olunan hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək Cavabdeh2 9245 manat tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair hazırkı iddiası 2 hissədən: 1. ona məxsus avtomobilin dəyəri olan 21.000 manatın; 2. ona çatası kompensasiya və digər ödənişlərin, habelə kartından çıxarılmış vəsaitlərin cavabdehlərdən alınaraq ona ödənilməsi hissələrindən ibarətdir.
38. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin 2-ci hissəsi ilə bağlı aparılmış araşdırmanın və tədqiq edilmiş sübutların qiymətləndirilməsinin nəticəsi olaraq birinci instansiya məhkəməsinin iddianın həmin hissədə rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı və işin hallarına uyğun hesab etməklə həmin hissədə iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
39. İlk növbədə qeyd olunmalıdır ki, yuxarıda istinad olunan sübutlara əsasən iddiaçının bank hesabına xx.xx.2021-ci il tarixdə 17391 manat məbləğində kompensasiya məbləği, xx.xx.2021-ci il tarixdə Yaşat Fondu tərəfindən 2500 manat məbləğində pul vəsaiti, xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyi İşlər İdarəsi tərəfindən 901,22 manat məbləğində kompensasiya köçürülməsi və həmin vəsaitlərin xx.xx.2020-ci il tarixli etibarnamə əsasında Cavabdeh2 tərəfindən məxaric edilməsi, habelə 11000 manat sığorta ödənişinin İddiaçı adına köçürülmüş 5500 manat hissəsinin də xx.xx.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən alınması işin mübahisəsiz halıdır. İddiaçıya məxsus kart vasitəsilə müxtəlif vaxtlarda çıxarılan (hər dəfə 250 manat olmaqla) ümumilikdə 5000 manat məbləğində pul vəsaitinə münasibətdə isə cavabdeh özü də həmin kartdan müəyyən vaxtlarda istifadə etdiyini etiraf etmiş və sözügedən plastik kartdan istifadə etməsi "xxxx" ASC tərəfindən təqdim edilmiş fotoşəkillərlə də təsdiqini tapmışdır.
40. İddiaçı qeyd edilən vəsaitlərin cavabdeh tərəfindən alınmasından əvvəldən xəbərsiz olduğunu, bu halın sonradan ona məlum olduğunu və ona çatası pul vəsaitlərinin hamısının qaytarılmalı olduğunu iddia edir, Cavabdeh2 isə qeyd edilən vəsaitlərin onun tərəfindən alınmasından iddiaçının məlumatlı olduğunu, vəsaitlərin bir hissəsinin qızları üçün avtomobil alınmasına, bir hissəsinin isə evlərinin təmirinə və məişət avadanlıqlarının alınmasına, şəhid olmuş övladlarının xatirəsinə həsr olunmuş tədbirlərə, məclislərin təşkilinə, abidəsinin hazırlanmasına xərcləndiyini, bütün bu tədbirlərin hamısının iddiaçının iştirakı ilə, onunla birgə həyata keçirdiklərini, iddiaçının ona qarşı cinayət törətməsi səbəbindən münasibətləri pisləşdikdən sonra isə hazırda həmin vəsaitləri tələb etdiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh olan iddiaçının qızı Cavabdeh1 isə ona qarşı olan iddianı qəbul etməyərək anası Cavabdeh2 izahatlarına uyğun izahat vermişdir.
41. Bundan əlavə Cavabdeh2 məhkəmə kollegiyasına yazılı izahat təqdim etmiş və izahatda göstərmişdir ki, 2018-ci il tarixdən boşansa da, boşanma mübahisəsiz qarşılıqlı hörmət əsasında olub, daim məzuniyyətə gələndə onlarla qalmışdır. 2020-ci il oktyabrın 31-də oğlunun şəhid olduğu xəbərini aldılar və dəfn etdilər. Bu zaman o özü Azərbaycanda deyildi. Oğluna görə ümumilikdə X11 10.000 manat, ƏƏSMN tərəfindən 11.000 manat, kəşfiyyatçı olduğundan 34.000 manat Müdafiə Nazirliyindən, toplam 55000 manat ikisinə birlikdə ödəniş edilmiş, onun 22.000 manatını maşına, 33000 manatı da oğlunun anısını yaşatmağa və evin təmirinə xərcləmişdir. Zatən özü Azərbaycanda yaşamırdı, bundan sonra xaricdə yaşayacaqdı. Proseslər bu ardıcıllıqla baş verib: 1. ona verilən etibarnamənin ev alınması ilə bağlı olan hissəsi ilə bağlı: etibarnamə xx.xx.2020-ci ildə verilib, ancaq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xx.xx.2021-ci ildə imzalanıb və bu Sərancamın icrası Sumqayıt şəhəri üzrə 7 aydan sonra başlayıb. Yəni ona etibarnamə verdiyi zaman evdən söhbət belə getməyib. 2. Maşının gətirilməsi prosesi: ilkin olaraq xx.xx.2020-ci il tarixdə maşın “Copart” saytında hərraca çıxarıldı və qızının danışdığı “Lion motors” şirkəti tərəfindən oynanıldı və uduldu. Maşın udulduğu halda 10 gün ərzində maşının hərrac qiyməti ilə ABŞ-dan Gürcüstana transport xərci şirkətə ödənilməli idi. Bu səbəbdən İddiaçı ona etibarnamə verdi ki, maşın gələn zaman maşını qızı Cavabdeh1 adına rəsmiləşdirsin. Çünki qızına verdiyi baş etibarnamə ilə öz xeyrinə rəsmiləşdirə bilməzdi. Maşının qızına alınmasının məqsədi də sağlığında oğlunun qızına hamının yanında hər şeyini ona verir deməsi və buna görə ona ömürlük etibarnamə verməsi idi. Yəni bu oğlunun son arzusu idi. 3. Maşının xərclərinə gəldikdə isə, 10.000 manat (X11 verilmiş, 5000 onun, 5000 cavabdehin) ilkin ödəniş, Potidən Bakıya gəlməsi üçün 300 dollar (510 manat) hansı ki gürcülərə etibarnaməni o vermişdir, daha sonra 2021-ci ilin martın 18-i maşın ölkəyə qəzalı şəkildə gəlmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı onu İlqarla danışdığı kimi qızının adına sənədləşdirmək istəsə də, ona əməkdaşlar bildirdilər ki, ilkin ödəniş kimin adına olubsa onun adına rəsmiləşdirilməlidir. Bu zaman sənədlərdən də göründüyü kimi 7500 manat, 500 manat isə texpasportun və nömrənin alınmasına, 3500 manat isə təmirinə ümumilikdə 22.010 manat, təkcə özü 17.010 manat xərcləmişdir. 4. Dediyi üzrə əgər ölkə xaricindən pul vəsaitini nağd şəkildə gətiribsə, xarici və ya milli valyutanı gətirib maşını alıbsa, bu zaman birincisi ümumiyyətlə, 20.000 manat və ya ona dəyər xarici valyuta ekvivalentini yazılı bəyannamə olmadan ölkəyə keçirə bilməz, ancaq Dövlət Gömrük Xidmətindən sorğu olunsa, görünəcək ki, zatən belə bəyannamə mövcud deyil. Bundan da əlavə maşının gətirilmə, təmir və sənədləşdirmə işlərinə 22.010 manat xərclənib. 5. ƏƏSMN tərəfindən verilən sığorta ödənişinə gəldikdə isə bu ödəniş xx.xx.2021-ci ildə verilib, bu ödənişin verilməsini bilməməsi qeyri-mümkündür, çünki boşanma faktı olduğundan vərəsəliklə bağlı məsəslə həll olmalı, daha sonra ödəniş köçürülməli idi. Buna görə də şəxslər ayrılıqda sənəd toplayıb vərəsəlik müəyyən olunmuşdur. İddiaçı işləmədiyindən hara gedirdi, onunla birgə gəlirdi. O, xaricdən “qohumqonşuya görə evə gəldiyini deyən biri” cavabdehin ad gününə kimi gözləyib, onu təbrik edib, xx.xx.2021-ci il tarixdə xaricə getdi. Bununla bağlı aeroportdakı fotoşəkli də təqdim edir. 6. xx.xx.2021-ci ildə xaricdən yenidən gəlmiş, qonşuların aktından və xx.xx.2020-ci il tarixli şəkildən də göründüyü kimi evin il mərasiminə kimi hazırlıq məqsədilə 3 otaqlı ev içli-çöllü yenidən hər şey sökülüb təmir olunmuş, parketlər, dam örtüyü, oboylar, kafel, həyətdə metlax hasarı sökülüb, yerində abidə tikilmiş və s. Bu səbəbdəndir ki, boşanma 2018-ci ildə olsa da, həmin evə 2023-cü ildəki halının təmir və tikinti xərcləri, yəni 34.000 manat məhkəmə qətnaməsinə əsasən aralarında bölünmüşdür. 7. İcra hakimiyyətinin 3, 7, il mərasimlərinin dövlət tərəfindən qarşılandığı sənədlərinə qaldıqda onlar 2500 manat civarı il mərasimində pul vermişdilər, təkcə mərasim evinə verilmişdi o pul. 1-ci ilində 500 nəfərə yaxın adam iştirak etmişdi. 8.xx.xx.2021-ci il tarixdə ölkəyə gələn, xx.xx.2021-ci il tarixədək onlarla eyni evdə qalan İddiaçı gəldiyi həftə Şəki, Oğuz, Zaqatala rayonlarına getdilər, qayıdandan sonra özü şəxsən aparıb gözünü əməliyyat elətdirdi. 9.Maşını qızının adına keçirmək məsələsinə qaldıqda isə, 2021-ci ilin martında alınan maşının növbəti texniki baxış müddəti 2022-ci ilin aprelinə düşürdü, xərclər çox çıxmasın deyə, apreldə alqı-satqı şəklində rəsmiləşdirdilər(bağışlama notariusda olmalı idi deyə, geri qayıtmaq istəmədilər). Belə bir halın baş verə biləcəyinin ehtimalını düşünməmişdilər, gözləməzdilər. Çünki iddiaçının hər şeydən xəbəri var idi. Əgər nəyisə mənimsəmək fikri olsaydı, onu bağışlama və ya dəyərindən daha aşağı alqı-satqı edərdi. İstər hökmdə, istərsə də baxış iclasında dəfələrlə özü öz diliylə maşını qızına aldığını etiraf etmişdir. 10. Pensiya kartına qaldıqda isə, pensiya verilməsini bilməməsi absurddur, çünki öz qardaşı şəhididir, 30 ildir pensiya alırlar. 11.Sonuncu mübahisə zamanı xx.xx.2022-ci il tarixda evi dağıdıb, 5000 manatı götürmüşdür. 12.Sumqayıt Şəhər Məhkəməsində sübutları təqdim edə bilməməyinin əsas səbəbi odur ki, ağır ayaq əməliyyatı olmuşdu, yataq xəstəsi idi, qızı da ona baxırdı. Yekunda bildirir ki, ilk iclasdan sona qədər demişdir ki, ödənişlər (10.000 manatdan başqa) cavabdeh tərəfindən onun istəyi əsasında oğluna xərclənmişdir. Bunun əksini sübut edə biləcək nəsə təqdim etməyiblər, çünki yoxdur. Sadəcə onun məqsədi onları həyatdan bezdirməkdir, evi dağıtdı, şəhid atası adına layiq olmayan hərəkətlər elədi. 30 ilin evdar xanımı, oğlundan sonra işləməyə məcbur oldu, bu günki gündə hələ də onun sındırdığı əşyaları alır, qazancını qəpiyinə kimi oğluna ən yaxşı süfrələr açır, qəbr üstünə 2 aydan bir ən bahalı, ən qəşəng çələng, gül büketləri alır. İddiaçı isə öz cibindən 1 çöp də almayıb. Bu insanın hər şeydən xəbəri var idi, maşını sübut edə bilməyəcəyini birinci iddianın məhkəmə gedişatından bildiyindən, özünü bilməməzliyə qoyub dəfələrlə məbləği artırdılar ki, məhkəmə heç olmasa məbləğin bir hissəsini təmin etsin.
42. Kollegiya qeyd edir ki, MPM-in yuxarıda istinad olunan 88, 217, 218-ci maddələrinə, habelə çəkişmə prinsipinə görə məhkəmə tərəflərin təqdim etdikləri faktlar (hallar) əsasında hüquqi nəticəyə gəlir. Məhz buna görə də apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində yoxlamaq hüququna malikdir.
43. Bununla belə tərəflərin müvafiq maddi hüquq normalarına istinad edibetməməsindən asılı olmayaraq məhkəmə tərəfindən “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən iddiaçının dəlilləri və cavabdehlərin etirazlarının müvafiq maddi hüquq normasının dispozisiyasında nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun olub-olmaması həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalıdır.
44. Kollegiya ilk növbədə iddiaçının Cavabdeh2 tələb etdiyi şəhid olmuş övladlarına görə ödənilmiş 11000 manat sığorta ödənişinin 5500 manat hissəsinə münasibətdə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə və bu kateqoriya mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə 11000 manat sığorta ödənişinin miras əmlak olmamaqla yanaşı onun təyinatının sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlməsi, ödənişin hüquqi təyinat və məqsədinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılması olması ilə bağlı mövqeyi nəzərə alınaraq hesab edir ki, iddiaçı mərhumun atası olsa da, uzun müddət onunla birgə təsərrüfat şəraitində yaşamadığından onun ölümünə görə verilən sığorta ödənişini almaq hüququ olan ailə üzvü hesab edilə bilməz. Bu səbəbdən də iddiaçının tələbinin cavabdehdən 5500 manatın tutulmasına dair hissəsi birinci instansiya məhkəməsinin gəldiyi nəticədən əlavə qeyd edilən əsasla da təmin olunmamalıdır.
45. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, eyni yanaşma iddiaçının tələb etdiyi xx.xx.2021-ci il tarixdə Yaşat Fondu tərəfindən onun hesabına köçürülmüş 2500 manat məbləğində pul vəsaitinə, habelə bununla bağlı hər-hansı sübut təqdim edilməsə belə Cavabdeh2 öz izahatı ilə etiraf etdiyi X16 tərəfindən ödənilmiş 10.000 manata münasibətdə də (sonuncu qeyd edilən vəsaitin məhz qızları üçün alınan avtomobilin ilkin ödənişi qismində iddiaçı tərəfindən ödənildiyini iddia edir) tətbiq edilməlidir. Belə ki, həmin vəsaitlər də öz mahiyyətinə görə məhz mərhum şəhid X12 birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin (hazırkı halda cavabdehlər) məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılmasına yönəlmişdir.
46. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən həmin vəsaitlərin, habelə iddiaçının bank hesabına köçürülmüş digər vəsaitlərin və ona məxsus hesabdan Cavabdeh2 tərəfindən müvafiq aylar üzrə kart vasitəsi ilə çıxarılan vəsaitlərin qaytarılmasına dair birinci instansiya məhkəməsinin tərəflər arasında yuxarıda qeyd edilən etibarnamə əsasında tapşırıq münasibətlərinin mövcud olması, lakin iddiaçının həmin tapşırıq üzrə Cavabdeh2 aldığı pul vəsaitlərinin məhz ona verməsi şərti ilə razılaşmanın mövcudluğunu sübut edə bilməməsi, habelə tərəflərin müvafiq vəsaitlərin alınmasından sonra da uzun müddət bir yerdə olmaları, şəhid övladlarının anım mərasimlərində və xatirə abidəsinin inşa edilməsində birgə iştirak etmələri ilə bağlı gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir.
47. Bununla bağlı əlavə olaraq qeyd edilməlidir ki, Cavabdeh2 tərəfindən həm birinci instansiya məhkəməsinə, ham də apellyasiya baxışı zamanı təqdim olunmuş qonşuların iştirakı ilə tərtib olunaraq imzalanmış aktlarda onun tərəfindən mərhum şəhid X12 bağlı müxtəlif tarixlərdə məclislərin, digər tədbirlərin təşkil edilməsi, abidə tikdirilməsi öz əksini tapmışdır. İddiaçı iddia ərizəsində cavabdehlər tərəfindən əldə edilmiş vəsaitlərin öz şəxsi məqsədlərinə sərf etmələri, cavabdeh Qanuni nümayəndə öz adına mənzil almalarını, bununla da ona maddi ziyan vurduqlarını göstərsə də, həmin dəlilləri təsdiq edən hərhansı sübut təqdim etməmiş, əksinə qeyd edilən dəlillər cavabdehlərin təqdim etdiyi sübutlarla təkzib olunmuşdur.
48. Apellyasiya baxışı zamanı tərəflərin izahatları və verilmiş suallara cavablar və iddiaçının ölkəyə giriş-çıxışına dair pasport qeydləri əsasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı 11 dekabr 2020-ci il tarixli etibarnamə ilə cavabdehə müvafiq səlahiyyətləri və tapşırığı verdikdən sonra xx.xx.2021-ci ildə ölkəni tərk etmiş, daha sonra isə xx.xx.2021-ci il tarixdə ölkəyə gələrək cavabdehlərlə birgə müxtəlif rayonlara səfər etmiş, özünün qeyd etdiyi kimi, şəhid abidəsinin inşasında, daha sonra isə övladının il mərasimində də iştirak etmiş (iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində bu barədə bildirməsə də, cavabdeh bununla bağlı müxtəlif fotoşəkillər təqdim etmiş, cavabdeh izahatında qeyd edilən faktları etiraf etmişdir), xx.xx.2021-ci il tarixdə ölkəni tərk etmişdir. Qeyd edilən tarixlərdə isə artıq iddiaçının cavabdehlərdən tələb etdiyi bütün vəsaitlər onun hesabına daxil olmuş və Cavabdeh2 tərəfindən müvafiq etibarnamə əsasında məxaric olunmuşdur. Belə olan halda iddiaçının həmin vəsaitlərin cavabdeh tərəfindən alınmasından məlumatsız olması barədə mövqeyi inandırıcı olmamaqla, aralarındakı münasibətlər gərginləşdikdən sonra (bax: bu qərarın 14-cü bəndi) qeyd edilən vəsaitləri tələb etməsinin həmin pul vəsaitlərinin hər hansı formada istifadəsi ilə bağlı tərəflərin arasında razılıq olmasını ehtiva etməsi, daha yaxın qohumlarının olmasına rəğmən sözügedən pul vəsaitlərinin iddiaçıya geri qaytarılması şərtilə razılaşmanın olmasının iddiaçının nikahları pozulmuş keçmiş arvadına bank hesabından və ya kart vasitəsilə pul vəsaitlərinin çıxarılıb ona verilməsini etibar etməsinin ağlabatan olmaması barədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin yuxarıda təsvir edilən halları ilə uyğunluq təşkil edir. İşin müəyyən edilmiş yuxarıda qeyd edilən halları baxımından məhkəmə kollegiyası iddiaçının hazırkı tələbini həmçinin hüquqdan sui-istifadə kimi qiymətləndirir. Belə ki, Mülki Məcəlləyə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır və buna yol verilmir (Mülki Məcəllənin 560.1., 560.2, 560.3.4-cü maddələri).
49. İddia tələbinin avtomobilin dəyəri olan 21.000 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsinə gəldikdə isə, kollegiya qeyd edir ki, iddiaçının həmin tələbi hər iki cavabdehə qarşı yönəlsə də, birinci instansiya məhkəməsi tərəfindən yalnız Cavabdeh2 münasibətdə təmin olunmuşdur. İddiaçı apellyasiya şikayətində həmin hissəni də mübahisələndirməklə 21000 manatın daxil olduğu 46792 manatın hər iki cavabdehdən müştərək qaydada alınmasını tələb edir, Cavabdeh2 isə yuxarıda (bax: 27-ci bənd) istinad edilən dəlillərə əsasən iddianın həmin hissədə də rədd edilməli olmasını bildirir.
50. Apellyasiya şikayətlərinin müvafiq dəlillərinə münsibətdə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının adına xx.xx.2021-ci il tarixdə qeydiyya alınmış “Kia Optima” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinın İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına rəsmiləşdirilməsi, yəni onun 21000 manata Cavabdeh1 satılması işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Cavabdeh1 avtomobilə görə digər Cavabdeh2 məhz 21000 manat ödədiyini, Cavabdeh2 da həmin vəsaiti aldığını bildirmişlər. Cavabdeh2 özü apellyasiya şikayətində avtomobilin dəyəri olan 21000 manat pulun 16000 manatını iddiaçının razılığı ilə götürüb oğlunun il mərasimlərinə, ehsan süfrələrinə, onun xatirəsinin yaşadılmasına xərclədiyini, qalan pulun isə iddiaçının evə gələn zaman sənədləri ilə birgə götürdüyünü bildirmişdir.
51. Kollegiya qeyd edir ki, avtomobilin məhz iddiaçı tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli etibarnamə əsasında həmin etibarnamədə nəzərdə tutulmuş səlahiyyətlər daxilində Cavabdeh2 tərəfindən real olaraq 21000 manata satılması tərəflər arasında avtomobilə münasibətdə də tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin və məntiqi olaraq da Mülki Məcəllənin yuxarıda istinad edilən 782.1-ci maddəsinə əsasən vəkalət alan (Cavabdeh2) tərəfindən tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə (İddiaçı) vermək vəzifəsinin mövcudlğunu özündə ehtiva edir. Belə ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
52. Belə olan halda ilk növbədə iddiaçının apellyasiya şikayətinin 21000 manat pu da daxil olmaqla 46792 manatın Cavabdeh1 da müştərək qaydada tutulmasına dair dəlilləri əsassız hesab olunmalıdır. Belə ki, iddiaçı həmin məbləğin Cavabdeh2 tərəfindən alınaraq ona ödənilməməsini bildirməklə yanaşı, digər Cavabdeh1 hansı əsasla tələb etməsini heç bir sübutla əsaslandıra bilməmişdir.
53. Cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə əsasən iddianın təmin edilən hissəsi üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qeyd edilən hissədə Cavabdeh2 münasibətdə tam məbləğdə - yəni 21000 manata münasibətdə təmin etməkdə düzgün hüquqi nəticəyə gəlməmiş, bu hissədə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamışdır.
54. Belə ki, cavabdehin iddiaçı ilə birgə avtomobili məhz qızları Cavabdeh1 üçün almaları və iddiaçının özünün şəxsi vəsaiti olmadığından avtomobilin hərracdan alınması üçün ilkin ödənişin məhz X16 tərəfindən verilən 10000 manat hesabına həyata keçirilməsi barədə dəlilləri iddiaçı tərəfindən təkzib edilir və iddiaçıl həmin avtomobil üçün ilkin ödənişin məhz öz şəxsi vəsaiti hesabına aparıldığını bildirir. İddiaçı uzun müddət xaricdə yaşamasına və işləməsinə baxmayaraq övladının şəhid olmasından az müddət keçdikdən sonra öz şəxsi istifadəsi üçün minik avtomobilin alınmasının zərurliyi barədə məhkəmə kollegiyasının sualına hər-hansı əsaslandırılmış cavab verməmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası tərəfindən tələb olunaraq öyrənilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əlaqədar cinayət işinin materiallarında iddiaçı həm polis orqanlarına, həm də məhkəmə iclası zamanı verdiyi izahatlarda “...xx.xx.2022-ci il tarixdə səhər saatlarında qızı Surayənin iş yerinə gedərək, vaxtı ilə ona aldığı maşını idarə etmək üçün ona verməsini istədiyini, lakin Surayənin maşını verməkdən imtina etdiyini...” bildirmişdir. Bununla belə iddiaçı avtomobili qızına məhz sürmək üçün aldığını, əks halda elə birbaşa sonuncunun adına alınmasının mümkünlüyünü bildirmişdir.
55. İşin yuxarıda qeyd edilən halları, o cümlədən xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı (bax: 10-cu bənd) əsasında mübahisə predmeti olan avtomobilin alınması üçün 5448 ABŞ dolları məbləğində pul vəsaitinin məhz iddiaçı tərəfindən köçürülməsini nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd edilən avtomobilin onlara dəstək kimi verilmiş 10000 manat hesabına ilkin ödəniş edilməklə iddiaçıya da məlum olduğu kimi məhz qızları Cavabdeh1 üçün alınması barədə dəlillərinin iş materialları ilə öz təsdiqni tapmadığı qənaətinə gəlir. Əksinə, iş materialları ilə həmin avtomobilin məhz İddiaçı tərəfindən 5448 ABŞ dolları ödənilməklə alınmasına dair mötəbər sübut vardır.
56. Bununla yanaşı apellyasiya baxışı zamanı cavabdehin təqdim etdiyi yazılı izahatı və iddiaçının verilmiş suallara cavabları əsasında müəyyən edilmişdir ki, qeyd edilən avtomobil üçün iddiaçı tərəfindən 5448 ABŞ dolları ödəniş edildikdən sonra, iddiaçı xx.xx.2021-ci ildə ölkəni tərk etmiş, avtomobil isə ölkəyə 2021-ci ilin mart ayında daxil olmuşdur. Cavabdeh2 izahatlarında avtomobilin Gürcüstandan ölkəyə gətirilməsinə 300 ABŞ dolları daşıma xərci, gömrük rəsmiləşdirilməsinə 7500 manat, texniki pasportun və nömrənin alınmasına 500 manat, təmirinə isə 3500 manat xərclədiyini bildirmişdir. İddiaçı həmin vaxt ölkə xaricində olduğundan avtomobilin ölkəyə gətirilməsi, gömrük rəsmiləşdirilməsi, qeydiyyata alınması və təmiri ilə bağlı proseslərdə iştirak etmədiyini bildirmiş, eyni zamanda avtomobilin ölkəyə zədəli vəziyyətdə ( sağ tərəfi əzilmiş, şüşəsi sınmış) gəlməsini, daşıma xərclərinin 300 deyil, maksimum 150 ABŞ dolları ola biləcəyini, avtomobilin gömrük rəsmiləşdirilməsi və təmiri üçün bütün xərclərin özünün qarşı tərəfə nağd şəkildə verdiyi pul hesabına həyata keçirildiyini bildirmişdir. Cavabdeh2 isə avtomobillə bağlı bütün xərclərinin şəhid övladı üçün verilmiş vəsaitlər hesabına həyata keçirdiyini, iddiaçının ona bu məqsədlə hər-hansı məbləğ ödəmədiyini bildirmişdir.
57. İddiaçı apellyasiya baxışı zamanı cavabdehə yalnız xx.xx.2020-ci il tarixdə 790 Avro pul köçürülməsini təsdiq edən bank sənədi təqdim etmiş, daha sonra isə həmin məbləğin övladının yas mərasimi ilə əlaqədar evə gələnlərin olduğu üçün süfrə açılması məqsədi ilə verildiyini bildirmişdir.
58. Beləliklə, işin yuxarıda təsvir edilən vəziyyətində məhkəmə kollegiyası hesab edir ki, iddiaçının avtomobilin alınması üçün ilkin olaraq ödədiyi 5448 ABŞ dolları vəsaitdən başqa həmin avtomobillə bağlı digər xərclərdə iştirakı öz təsdiqni tapmadığından, əksinə cavabdehin bununla bağlı təqdim etdiyi bir sıra sübutlarla (avtomobilin daşınması üçün Gürcüstan vətəndaşlarının adına verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə, təmir xərcləri ilə bağlı xx.xx.2024-cü il tarixli akt) və iddiaçının öz izahatı ilə dolayısı ilə təsdiqini tapdığından avtomobilin satılmasına görə Cavabdeh2 əldə etdiyi 21000 manat puldan onun özünün avtomobil üçün çəkdiyi xərclər – gömrük rəsmiləşdirilməsi üçün 7500 manat, qeydiyyat və dövlət nömrə nişanının alınması üçün 500 manat, təmir üçün 3500 manat və daşınma üçün 255 manat olmaqla cəmi 11755 manat çıxılmaqla qalan 9245 manatın ondan tutularaq iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən Mülki Məcəllənin 783.1-ci maddəsinə istinad edir. Həmin maddəyə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini ödəməlidir. Məhkəmə xərclərin məbləğini müəyyənləşdirərkən tərəflərin yuxarıda qeyd edilən məzmunlu izahatlarını, o cümlədən avtomobilin gömrük rəsmiləşdirilməsi və qeydiyyatı ilə bağlı xərclərin (müvafiq olaraq 7500 və 500 manat) çəkilməsinin hər iki tərəfin qəbul etdiyini və həmin xərclərə dair sübutlar təqdim olunmasa da, müvafiq məbləğlərin real rüsum və digər ödənişlərə uyğunluğunu, cavabdehin təmirlə bağlı 4000 manat pul ödənilməsinə dair təqdim etdiyi xx.xx.2024-cü il tarixli aktı, iddiaçının həmin məbləğlə razılaşmasa da təmirin məbləği ilə bağlı hər-hansı sübut təqdim etməməsini, cavabdehin sonuncu izahatlarında təmir xərclərini 3500 manat göstərməsini, iddiaçının daşıma xərclərinin 300 ABŞ dolları deyil 150 ABŞ dolları (təqribən 255 manat) olması barədə izahatlarını nəzərə almışdır. Kollegiya həmçinin qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan 9245 manat iddiaçının avtomobilin alınması üçün ödədiyi ilkin məbləğə (5448 ABŞ dollarına (təqribən 9261 manat) də uyğundur.
59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini qismən əsaslı hesab etməklə iddianıın yuxarıda göstərilən həcmdə qismən təmin edilməli olması nəticəsinə gəlir.
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(060)-864/2024 nömrəli qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 9245 (doqquz min iki yüz qırx beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.