Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-506/2024 05.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Pı̇ rməmmədov Vüqar Əşrəfağa oğluna qarşı mülki iş üzrə (Açar sözlər: borcunun tutulması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Pı̇ rməmmədov Vüqar Əşrəfağa oğluna qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(027)-2278/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2699,49 manat məbləğində əsas borcun, 421,52 manat məbləğində faiz borcunun, 224 manat məbləğində cərimə borcunun, cəmi 3345,01 manat borcun və 54 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 84 ay müddətinə, illik 25% olmaqla 2700 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. 24 fevral 2022-ci il tarixli plastik kartın alınması üçün ərizədən görünür ki, Cavabdeh ona 60 ay müddətinə İddiaçı ASC-nin “X8 Credit Contactless” növlü plastik kartın verilməsini xahiş edərək, müqavilənin şərtlərinə riayət etməyi öhdəsinə götürmüşdür.
5. 24 fevral 2022-ci il tarixli 1AL/11569/85/19 nömrəli kredit sazişindən görünür ki, Cavabdeh kredit xəttinin maksimal məbləği və valyutası 10000 AZN dəyərində, kredit xəttindən ilkin olaraq istifadə edilməsi mümkün olan məbləğ 700 manat olmaqla 3801000AL1156919A85 saylı cari hesab və 2321000AL1156919A85 saylı ssuda hesabı açılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. Quba Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(027)-2278/2023 nömrəli qətnaməsi ilə (hakim Samir Məmmədov) İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiasının rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-2, 284-5.3, 284-6.1, 284-6.2, 284-3.2.3-284-3.2.5, 14.2, 77, 217.4 və 216-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
8. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(027)-2278/2023 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakimin iddia tələbi üzrə gəldiyi nəticə düzgün deyildir. Belə ki, kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə verilməsi üçün lazım olan bütün sənədlər məhkəməyə təqdim edilsə də, məhkəmə sübutlar siyahısının tamlığını düzgün analiz etməyərək, nəticədə iddia tələbinin rədd olunması hissəsində maddi və prosessual normalara riayət etməyərək məhkəmə qətnaməsi qəbul etmişdir. Quba Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmalı və ödənilən vəsaitin borc məbləğindən hesablanması müqavilə şərtlərinə uyğun hesablanılaraq qətnamə qəbul olunmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Hesab edir ki, Quba Rayon Məhkəməsi tərəfindən bu normanın tələbləri pozulmuş, sübutlar siyahısının tamlığı düzgün qiymətləndirilməmiş və nəticədə qərəzli nəticə yaradan qətnamə qəbul etmişdir. İddia tələbi üzrə qanunvericiliklə nəzərdə tutulmuş bütün sübutlar, həmçinin, xx.xx.2023-cü il tarixli Pretenziya məktubu və məktubun xx.xx.2023-cü il tarixində cavabdehə çatdırılmasını təsdiq edən 164798 saylı qəbz ərizə ilə birlikdə xx.xx.2023-cü il tarixində elektron məhkəmə informasiya sisteminə yerləşdirilmişdir. Məhkəmə təqdim edilən sübutları tədqiq etməyərək, iddia tələbini mahiyyəti üzrə heç bir əsas olmadan rədd olunması barədə qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
12. İş üzrə cavabdeh Pı̇ rməmmədov Vüqar Əşrəfağa oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə İddiaçı ASCnin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiasının rədd edilməsi qət edilmişdir.
19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, iddiaçı tərəf Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında 84 ay müddətinə, illik 25% olmaqla 2700 manat məbləğində kreditin verilməsini, həmin kredit müqaviləsi üzrə cavabdehin kredit borcunun yaranmasını bildirir və iddia tələbini xx.xx.2022-ci il tarixli kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənədlərlə əsaslandırır. Lakin işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə müqavilə bağlasa da, cavabdehlə kredit xətti müqaviləsi bağlayaraq, Cavabdeh 18 ay ərzində, hər ay yaranmış əsas borc məbləğinin 1/18 hissəsi ödəmək şərtilə 700 manat məbləğində kredit xətti açmışdır. Beləliklə də, iddiaçı tərəf iddia tələbini sübutu olan kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbini əsaslandıran heç bir mötəbər sübut olmadığı halda tələb təmin edilə bilməz.
20. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur.
22. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2(027)-2278/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.