Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-508/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: vərəsənin kreditor qarşısında məsuliyyəti) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi X8 (Əhmədova) iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit müqaviləi üzrə yaranmış borc məbləğinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(067)-2578/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, X5 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4084.41 manat əsas, 1003.50 manat faiz borcu olmaqla, cəmi 5087.91 manat borcun və ödənilmiş 70.88 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X9 arasında xx.xx.2022-cu il tarixli EE000203255 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X7 illik 15.9 %-lə, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, X5 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş, xx.xx.2023-cü il tarixində cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X5 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 4084.41 manat əsas, 1003.5 manat faiz borcu olmaqla, cəmi 5087.91 manat borcu qalmışdır. Cavabdeh mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-24710/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan X9 arasında bağlanmış 13 aprel 2022-ci il tarixli, CLEE000203255 saylı Kredit müqaviləsindən müəyyən olunur ki, X7 illik 15.9 %-lə, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir.
5. 10 mart 2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan bacısı Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AA833645 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi **********0273, mühərrikin nömrəsi 40620F63078828 və buraxılış ili 2006-cı il olan QAZ 31105 115 MİNİK markalə, 10UG645 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
6. 09 iyul 2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrası ilə bağlı xəbərdar edilmişdir.
7. 26 iyul 2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan X1 13 aprel 2022-ci il tarixli, CL-EE000203255 saylı kredit müqaviləsi üzrə 26 iyul 2024-cü il tarixə banka olan borcu əsas məbləğ üzrə 4084.41 manat, faiz üzrə 1003.50 manat olmaqla, cəmi 5087.91 manat məbləğində təşkil edir.
8. 01 avqust 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 70.88 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(067)- 2578/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abiyeva) iddia tələbinin təmin edilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan X9 arasında bağlanmış 13 aprel 2022ci il tarixli, CLEE000203255 saylı kredit müqaviləsi üzrə yaranmış əsas məbləğ üzrə 4084.41 manat, faiz üzrə 1003.50 manat olmaqla, cəmi 5087.91 manat borc pul və ödənilmiş 71.28 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389, 390.1, 397.1, 398.1, 399.1, 399.3, 399.4, 405.1, 406, 442, 445.2.1, 445.3, 445.7, 448.1, 449.1, 449.2, 449.4, 467, 558.1, 739.1, 739.2, 1243.2, 1243.3, 1153, 1151.1 və 1306-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 107, 119.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(067)-2578/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, qətnamədən də göründüyü kimi iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC iddiasını onunla əsaslandırır ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə borc alan X15 arasında bağlanmış 13 aprel 2022-ci il tarixli, CLEE000203255 kredit müqaviləsi üzrə X7 illik 15.9 faizlə 24 ay müddətinə 5000 manat məbəğində kredit verilmişdir, X9 xx.xx.2022-ci ildə vəfat etmişdir, onun mirası qəbul etmiş vərəsəsi olaraq Cavabdeh xx.xx.2023-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ona görə də borca görə məsuliyyət Cavabdeh üzərinə düşür. Məhkəmə iddianı təmin edərkən kredit müqaviləsinə və vərəsəlik hüququ haqqında şəhadətnaməyə istinad etmişdir. Məhkəmə Mülki Məcəllənin müqavilə və öhdəliklərə aid müddəalarını qətnaməyə köçürməklə qətnaməni əsaslandırmağa çalışmışdır. Halbuki, onun bank qarşısında heç bir öhdəliyi olmamış və kredit müqaviləsi mövcud deyil. Bundan başqa məhkəmə Mülki Məcəllənin vərəsəliyə aid 1243-cü maddəsinə istinad etsə də, həmin Məcəllənin 1306.1-ci maddəsinə istinad etməyi “yaddan çıxarmışdır”. Daha sonra qətnamədə göstərilir: “Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, borcalan X9 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 13 aprel 2022-ci il tarixli, CLEE000203255 saylı kredit müqaviləsi üzrə kredit və ona hesablanmış faizləri ödəməməklə kreditor qarşısında borcun ödənilməsi ilə bağlı vəzifəsini icra etməmiş və bununla da Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş, sonradan isə 07 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. X1 ölümündən sonra onun bank qarşısındakı borc öhdəliyinin icrası ilə bağlı 10 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən X5 vərəsəsi kimi tanınmış və miras əmlak olan pul vəsaitindən tam hissədə pay almış bacısı Cavabdeh məsluliyyət daşıyır”. Bəri başdan qeyd edir ki, qətnamədə göstərildiyinin əksinə olaraq pul vəsaiti miras qalmamışdır. Miras qalmış əmlak yalnız köhnə QAZ 31105 markalı minik maşını olmuşdur, onu da 2700 manata sataraq, əlavə də biraz özündən pul qoymaqla mərhum qardaşı X5 məzar daşını qoydurmuşdur. Məhkəmə mərhum qardaşı X5 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi rəsmiləşdirərkən kredit alması zamanı sığortalanma barədə iddiaçıdan heç bir sənəd tələb etməmişdir. Halbuki, qətnamədən də göründüyü kimi qardaşı krediti alarkən krediti ona zaminsiz vermişlər. Yəqin ki, kreditor sığorta edilməsinə güvənərək zamin tələb etməmişdir. Məhkəmə bu halı aydınlaşdırmamışdır. Özü “Azneft” İB “Neft Daşları” NQÇİ-də operator işləyir, məhkəmə işə baxan dövrdə növbədə Neft Daşlarında olduğuna görə məhkəmə iclasında iştirak edə bilməmiş və sübutlarını təqdim edə bilməmişdir. Qərarda göstərilir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları” və öhdəliklər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Miras qalmış əmlak yalnız köhnə QAZ 31105 markalı minik maşını olmuşdur, onu da sataraq, əlavə də biraz özündən pul qoymaqla məzar daşını qoydurmuşdur. Mərhumdan ona hər hansı digər miras qalmamışdır. Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli rəsmi arayışından da görünür ki, mərhum X5 adına daşınmaz əmlak aşkar edilməmişdir. Belə bir əmlak olsaydı, məhkəmənin qətnaməsində də göstərilərdi. Göründüyü kimi miras əmlakdan ona hər hansı miras aktivi qalmadığına görə mərhumun borclarına görə məsuliyyət daşımır. Məhkəmə mərhum qardaşı X5 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi rəsmiləşdirərkən kredit alması zamanı sığortalanma barədə iddiaçıdan heç bir sənəd tələb etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi Talıbova (Əhmədova) Ləman Vüqar qızı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1, 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
21. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan X9 arasında bağlanmış 13 aprel 2022-ci il tarixli Kredit müqaviləsinə əsasən X7 illik 15,9 %-lə, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X5 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 4084.41 manat əsas, 1003.5 manat faiz borcu olmaqla, cəmi 5087.91 manat borcu qalmışdır. 10 mart 2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan bacısı Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak QAZ 31105 115 MİNİK markalı, 10UG645 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İddiaçı, vərəsə Cavabdeh kredit öhdəliyinin icrası ilə bağlı məsuliyyət daşıdığını iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
22. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan X9 arasında bağlanmış 13 aprel 2022-ci il tarixli, CLEE000203255 saylı kredit müqaviləsi üzrə yaranmış əsas məbləğ üzrə 4084.41 manat, faiz üzrə 1003.50 manat olmaqla, cəmi 5087.91 manat borc pul və ödənilmiş 71.28 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, borcalan X9 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 13 aprel 2022-ci il tarixli, CLEE000203255 saylı kredit müqaviləsi üzrə krediti və ona hesablanmış faizləri ödəməməklə kreditor qarşısında borcun ödənilməsi ilə bağlı vəzifəsini icra etməmiş və bununla da Mülki Məcəllənin 739.1ci maddəsinin tələblərini pozmuş, sonradan isə 07 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. X1 ölümündən sonra onun bank qarşısındakı borc öhdəliyinin icrası ilə bağlı 10 mart 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən X5 vərəsəsi kimi tanınmış və miras əmlak olan pul vəsaitindən tam hissədə pay almış bacısı Cavabdeh məsuliyyət daşıyır. Ona görə də X6 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(067)-2578/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyatorun şikayətinin dəlili ondan ibarətdir ki, qardaşından miras qalmış əmlak yalnız köhnə QAZ 31105 markalı minik maşını olmuşdur, başqa miras qalmamışdır. Bu səbəbdən də o, mərhumun borclarına görə məsuliyyət daşımır.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
28. Kollegiya ilk növbədə qeyd edir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
29. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar.
30. Araşdırılan mubahisədən göründüyü kimi cavabdeh, X2nun vərəsəsi olmaqla, sonuncudan qalmış mirası qəbul etmişdir.
31. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından (faiz borcunun tutulması istisna olmaqla) düzgün qiymət vermişdir.
32. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Sübutetmə vəzifəsinin bölgüsü baxımından kollegiya hesab edir ki, hazırki halda borun mirasdan çox olmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Bu mövqe Mülki Məcəllənin 1307-ci maddəsinin tələbindən irəli gəlir.
34. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
35. Göründüyü kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, digər halda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
36. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində miras kütləsinin yalnız QAZ 31105 markalı minik maşınından ibarət olduğunu bildirsə də borc məbləğinin mirasdan çox olduğunu təsdiq edən, o cümlədən mirasın notarius tərəfindən siyahıya alınması barədə heç bir sübut təqdim etməmişdir.
37. Bu göstərilənlərə əsasən kollegiya, hər hansı miras aktivi qalmadığına görə mərhumun borcları üzrə məsuliyyət daşımaması barədə apellyatorun dəlilini əsassız hesab edir.
38. Bununla yanaşı kollegiya faiz borcunun tutulması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
39. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş sübutlarla (hesabdan çıxarış) müəyyən edildi ki, X2nun ölüdüyü- 07 sentyabr 2022-ci il tarixə kredit öhdəliyi üzrə faiz borcu olmamışdır, borclu hər ay ödəniş cədvəlinə uyğun olaraq öhdəliyi icra etmişdir.
40. Mülki Məcəllənin Maddə 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
41. Məhkəmə kollegiyası Mülki Məcəllənin 1151.1-ci maddəsinə istinadən işin faktiki hallarına qiymət verərək hesab edir ki, faiz borcunun tutulması hissədə iddia tələbi əsaslı deyildir. Cavabdeh qanun üzrə vərəsə kimi borclu öldüyü məqamadək mövcüd olan mirass passivinə görə öhdəliyin icra edilməsi üçün mülki məsuliyyət daşıyır. Odur ki, faiz borcunun tutulması hissədə iddia tələbi təmin oluna bilməz.
42. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(067)-2578/2024 nömrəli qətnaməsi qismən- faiz məbləği üzrə 1003.50 manat pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi faiz borcuna görə 1003.50 manat pulun tutulması hissədə təmin edilməməli, qətnamə mübahisələnirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, e-2(067)-2578/2024 nömrəli qətnaməsi qismən - iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan X9 arasında bağlanmış 13 aprel 2022-ci il tarixli, CLEE000203255 saylı kredit müqaviləsi üzrə yaranmış faiz məbləği üzrə 1003.50 manat pulun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi faiz borcuna görə 1003.50 manat pulun tutulması hissədə təmin edilməsin. Qətnamə mübahisələnirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.