Məhkəmə qərarları › İş №2(105)-509/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-509/2023

14.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-509/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Qafari və X3 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli e-2(012)-4297/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2465/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin artırılaraq, 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından 31 iyul 2012ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-29/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahından doğulmuş 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X5 ataları-iddiaçı Cavabdeh yanında saxlanılmaları qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2465/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 29/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə birgə nikahından doğulmuş 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X5 ataları Cavabdeh yanında saxlanılmaları, qarşılıqlı iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın mübahisələndirilən hissədə qismən təmin edilməsi, birgə nikahından doğulmuş 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X5 anaları-X2 yanında saxlanılması, 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X5 Cavabdeh alınaraq X4 verilməsi, Cavabdeh 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 130 manat miqdarında alimentin alınaraq X4 verilməsi, alimentin tutulmasının uşaqların atası Cavabdeh alınıb anası Fəridə Novruzovaya verildiyi vaxtdan hesablanması qət edilmiş, ilkin iddia 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X5 ataları-iddiaçı Cavabdeh yanında saxlanılmaları hissəsində və qarşılıqlı iddia mübahisələndirilən qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7270/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2465/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Həmin vaxtdan uzun müddət keçmiş, hazırda onun maddi vəziyyəti çox aşağıdır və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün tutulan 130 manat sabit pul məbləğində aliment uşaqların saxlanması üçün azlıq təşkil edir. Hazırda o, uşaqların geyim, qida və digər zəruri xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh isə uşaqların saxlanması üçün ona aylıq aliment miqdarından əlavə heç bir maddi yardım göstərmir. O isə uşaqların azyaşlı olmaları və daimi ana qayğısına ehtiyaclarının olması ilə əlaqədar heç bir yerdə işləyə bilmir. Qeyd edir ki, uşaqların saxlanması üçün 2022-ci ildə qanunvericilikdə nəzərdə tutulmuş minimum xərc 193 manat təşkil etdiyi halda, cavabdehdən hər uşaq üçün aylıq 130 manat alimentin tutulması ehtiyaclarının ödənilməsində həddindən artıq çətinliklər yaradır. Buna görə də hazırda cavabdehdən tutulan alimentin miqdarının artırılması zəruridir.

3. Cavabdehin nümayəndəsi Vəkil2 tərəfindən iddia ərizəsinə etiraz verilmişdir.

4. Cavabdehin nümayəndəsi Vəkil2 etirazı onunla əsaslandırmışdır ki, o, iddia tələbi ilə razı deyildir. Belə ki, iddiaçı cavabdehdən hər uşağın saxlanılması üçün 193 manat məbləğində aliment tələb etsə də, cavabdeh həmin pulu ödəmək iqtidarında deyildir. Cavabdeh MET-AK MMC-də işləyir, aylıq 410 manat əmək haqqı alır, ailəlidir və 1 övladı da var. Cavabdeh işlədiyi təqdirdə uşaqlarına görə aliment ödəməyə hazırdır. Lakin hazırkı dövrdə və vəziyyətdə cavabdehin 386 manat məbləğində aliment ödəməyi mümkünsüzdür. Məhkəmə tərəfindən iddianın tam təmin olunması cavabdehin üzərinə icrası mümkün olmayan vəzifələr qoyacaqdır. İddia ərizəsində cavabdehin əlavə heç bir maddi yardım göstərmədiyi iddia edilmiş və uşağı saxlamağa çətinlik çəkdiyi üçün aliment məbləğinin artırılması tələb edilmişdir. Lakin cavabdehin maddi vəziyyəti pis olduğu üçün banklardan kredit götürmüşdür. İddiaçı isə iddia ərizəsində bunları nəzərə almayaraq cavadehin imkanının olduğunu təkidlə bildirir. Uşağı saxlamaq borcu hər iki valideynin üzərinə düşür. Bir uşaq üçün müəyyən olunan aliment məbləği hər iki valideynin arasında bərabər şəkildə müəyyən edməlidir. İddiaçı tərəfin iddia ərizəsində maddi vəziyyətinin kəskin şəkildə asağı olması fikri isə tamamilə əsasızdır. İddiaçı 2020-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmiş və Abşeron Rayon məhkəməsi tərəfindən 2(012)-3844/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamənin qəbul edilməsi ilə yeni iddia ərizəsinin verilməsi arasında böyük bir zaman fərqi yoxdur. Belə ki, həmin müddətdən indiyə qədər cavabdehin maddi vəziyyətində heç bir artım olmamışdır. İddiaçı əsas gətirərək 2022-ci ildə bir uşağın yaşayış minimunun 193 manat olduğunu qeyd etmişdir, lakin nəzərə almamışdır ki, 2018-ci ildə bu məbləğ 154 manat olmuşdur. Yaşayış minimu məbləği 2018-ci il ilə 2019-cu il arasında 6 manat dəyişsə də cavabdehin maddi vəziyyətində heç bir yaxşılığa doğru dəyişiklik olmamışdır. Etiraza əlavə edilən bank kağızları göstərir ki, cavabdehin hazırda bank borcları var və bu borclar da alimenti ödəməyi üçün yaranan borclardır. Hər aylıq 132 manat kredit borcu və 2500 manat məbləğ olan kredit kartı məbləğindən ibarətdir. Qeyd edilənlərə əsasən, o, İddiaçı alimentin artırılması tələbinə dair iddiasının rədd olunmasını xahiş etmişdir.

5. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-29/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında Abşeron Rayon icra Hakimiyyəti başçısının Mehtiabad qəsəbəsi üzrə nümayəndəliyində 03 oktyabr 2011-ci il tarixdə 25 nömrə ilə qeydə alınmaqla bağlanmış nikah pozulması, birgə nikahdan 31 iyul 2012-ci ildə doğulmuş X9 və 09 iyul 2015-ci ildə doğulmuş X5 ataları Cavabdeh yanında saxlanılmaları, cavabdeh X2 Cavabdeh qarşı qarşılıqlı iddiasının qismən- nikahın pozulmasına dair hissədə təmin edilməsi, qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2465/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-29/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsi tərəflərin birgə nikahından doğulmuş 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X5 ataları-iddiaçı Cavabdeh yanında saxlanılmaları, qarşılıqlı iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın mübahisələndirilən hissədə qismən təmin edilməsi, tərəflərin birgə nikahından doğulmuş 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015- ci il təvəllüdlü X5 anaları-X2 yanında saxlanılması, 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X5 Cavabdeh alınaraq X4 verilməsi, Cavabdeh 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 130 manat miqdarında alimentin alınaraq X4 verilməsi, alimentin tutulmasının uşaqların atası Cavabdeh alınıb anası Fəridə Novruzovaya verildiyi vaxtdan hesablanması, ilkin iddianın 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X5 ataları Cavabdeh yanında saxlanılmaları hissəsində və qarşılıqlı iddianın mübahisələndirilən qalan hissəsində təmin edilməməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli e-2(012)- 4297/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2465/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulmasının hesablanması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

2. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, alimentin tələb olunan miqdarda cavabdeh tərəfindən ödəmək iqtidarında olması ilə bağlı sübutlar müəyyən edilmədiyindən, həmçinin cavabdehin ikinci nikahından bir yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq, alimentin miqdarı artırılaraq hər uşaq üçün 160 manat həddində müəyyən edilməlidir.

3. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 112.1.3, 119.1, 119.2, 14.2, 77.1, 217.3. 217.4, 218.3, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

4. Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli e-2(012)- 4297/2022 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Apellyator apellyasiya şikayətini iddia ərizəsinə verilmiş etirazla oxşar məzmunda əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

6. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

7. Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.

Apellyasiya baxışının hədləri

9. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh qətnamənin təmin olunmuş hissədə ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Odur ki, kollegiya hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli e- 2(012)-4297/2022 nömrəli qətnaməsi tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyasının 17.1-ci maddəsinə əsasən cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

11. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;

12. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;

14. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).

16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

21. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

24. Həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmi qeydə aldırmaqla ailə qurmuşlar. Birgə nikah münasibətlərindən iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Tərəflər münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 31 iyul 2012-ci il təvəllüdlü X9 və 09 iyul 2015-ci il təvəllüdlü X8 anaları-X2 yanında saxlanılmış, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 130 manat miqdarında alimentin alınaraq X4 verilməsi qət edilmişdir. Cavabdeh ikinci dəfə ailə qurmuş və bir yetkinlik yaşına çatmayan uşağı vardır. Hal-hazırda maddi vəziyyətində heç bir artım olmadığını, kredit öhdəliyinin olmasını əsas gətirərək məhkəmə qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

26. Göründüyü kimi məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilmiş, alimentin miqdarı dəyişdirilərək uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

28. Nəzərə alınsa ki, qanunla bir uşağın saxlanılması üçün müəyyən olunan minimum ehtiyac meyarı məhkəməyə müraciət edildiyi vaxt (2022-ci il) 193 manat təşkil etmişdir, cavabdehdən tutulan alimentin məbləği bir uşağa görə 160 manatdır.

29. Kollegiya hesab edir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Nəzərə alınmalıdır ki, Qanunla 2022-ci il üçün yaşayış minimumu bir uşağa görə 193 manat məbləğində müəyyən olunduğu halda, məhkəmə tərəfindən alimentin məbləği 160 manat sabit pul məbləğində müəyyən edilmişdir və qeyd edilən hal iddiaçı tərəfindən deyil, cavabdeh tərəfindən mübahisələndirilir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

31. Məhkəmə qeyd edir ki, cavabdehin yenidən ailə qurması və yeni nikahdan uşağının olması, habelə kredit öhdəliyinin olması onun hazırki aliment öhdəliyindən azad olunması, yaxud alimentin miqdarının artırılmasını istisna edən hal kimi çıxış edə bilməz.

32. Məhkəmə, cavabdehin bir valideyn kimi uşağını saxlamaq vəzifəsini, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması və diqqətəlayiq olan digər halları, ölkə ərazisində uşaqlar üçün müəyyən edilən minimum dolanışıq xərclərinin miqdarını, təyin edilmiş məbləğin ağlabatan məbləğ olmasını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin müəyyən olunmuş hissədə ləğv edilməsi üçün əsas yoxdur.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli e-2(012)-4297/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar