Məhkəmə qərarları › İş №2(105)-512/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-512/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-512/2025 05.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2(074)-457/2025 nömrəli qərardadından İddiaçı X3-Bank Kredit Təşkilatı tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X3-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2(074)-457/2025 nömrəli qərardadı ilə İddiaçı X3-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı X3-Bank Kredit Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (mədaxil qəbzi nömrəsi **********43 olan) 30 manat rüsumun İddiaçı X3-Bank Kredit Təşkilatına (VÖEN **********) qaytarılması qərara alınmışdır (hakim Natiq İsmayılov). Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2(074)-457/2025 nömrəli qərardadı onunla əsaslanıdırılmışdır ki, iş materiallarından görünür ki, Cavabdeh2 ********** saylı VÖEN əsasında əsas fəaliyyət növü üzrə sahibkarlıq fəaliyyəti göstərir. Həmçinin iş materiallarında olan İddiaçı X3-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, kredit verən kredit alana sonuncunun biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə kredit vermişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, mövcud mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə kommersiya mübahisəsi hesab olunur. Ona görə də hazırki işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını MPM-in 1-ci, 24.2-ci və 26.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Həmin qərardaddan İddiaçı X3-Bank Kredit Təşkilatı şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2(074)-457/2025 nömrəli qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməklə hazırki iddia tələbinin məhkəmə icraatına qəbul edilməklə mahiyyəti üzrə baxılmasının təmin olunmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, e-2(074)-457/2025 nömrəli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2(074)-457/2025 nömrəli qərardadından İddiaçı X3-Bank Kredit Təşkilatı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Natiq İsmayılov). Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilən şikayətin mümkün hesab olunmasının açıq məhkəmə iclasında yoxlanılmasını zəruri hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə İddiaçı X3-Bank Kredit Təşkilatı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.3-cü maddəsinin tələbinə əsasən apellyasiya icraatına qəbul edilməməli, həmin şikayətin aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi üçün şikayət iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, həmin maddəyə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2(074)-457/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mövcud mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına və kommersiya mübahisəsi hesab olunduğuna görə geri qaytarılmışdır. Göründüyü kimi mübahisə məhkəmə aidiyyəti ilə bağlı olduğundan hazırki şikayətə də yuxarıda qeyd edilmiş qanunvericiliyin tələbi baxımından kassasiya instansiya məhkəməsi tərəfindən baxmalıdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2(074)-457/2025 nömrəli qərardadından İddiaçı X3-Bank Kredit Təşkilatı tərəfindən verilmiş şikayətin birinci instansiya məhkəməsi tərəfindən səhvən apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 400, 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şamaxı Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, e-2(074)-457/2025 nömrəli qərardadından İddiaçı X3-Bank Kredit Təşkilatı tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin və həmin şikayət aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi üçün iş materialları ilə birlikdə Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar