Məhkəmə qərarları › İş №2(105)-513/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-513/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-513/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona olan üç min manat borcun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(060)-5321/2024 saylı qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat məbləğində borcun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(060)- 5321/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(060)- 5321/2024 saylı qətnaməsindən iş üzrə Cavabdeh verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırki şikayət məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyin, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun gəlmədiyindən geri qaytarılmalıdır. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5321/2024 saylı, 07 yanvar 2025ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı ilə hazırda həbsdədir. Buna görə də hər hansı bir hüquqi yardım almaq imkanı xaricindədir. Hüquqi yardım almaq üçün uzun müddət vaxt tələb olunur. Bu hal isə məhkəmə qətnaməsinin və qərardadının hüquqi qüvvəsini almasına səbəb olur və nəticədə vətəndaş kimi onun sözügedən iş üzrə müraciət və ya şikayət etmək hüququ itir. Azərbaycan Respublikası MPM-in 67-1.4-cü maddəsinə əsasən bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, MPM-in 67-1.4-cü maddəsində göstərilən şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Onu da qeyd edir ki, 2013-cü ildən işsizdir. 2016-cı ildən İİ qrup əlildir, İ Qarabağ müharibəsi əlilinin övladıdır, döyüşlərdə aldığı ağır yaralar nəticəsində valideynini vaxtsız itirmişdir. Himayəsində iki tələbə övladı var, 368 manat az təminatlı vətəndaş olaraq İİ qrup əliliyə görə təqaüd alır. Bildirir ki, ailə üzvləri arasında xüsusi qanuni biliyə malik olan şəxs yoxdur. Buna görə də notarial qaydada qanuni nümayəndə təyin etmək də imkanı xaricindədir. O, hazırda həbsdədir. Saxlanıldığı yerdə elektron texniki vasitələrdən istifadə emtək imkanı yoxdur. Elektron kabinetlə müraciət etmək imkanının olmaması onun hüquqularının məhdudladırılmasına səbəb olur. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2024 saylı, 07 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsini və qətnamədən veridiyi şikayətin Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.1-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Həmçinin, apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Bundan başqa, MPM-in 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə göndərilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdeh hazırda cəzaçəkmə müəssisəsində olsa da cəza çəkdiyi müəssisədə etibarnamə verməklə nümayəndə vasitəsi ilə adından prosessual hərəkətlərin aparılmasını təmin edə bilər. Eyni zamanda şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olmadığını iddia etdiyi halda dövlət hesabına vəkillə təmin edilmək üçün Mülki Prosessual Məcəllənin 67-1ci maddəsinə əsasən müraciət etmək hüququna malikdir. Dövlət hesabına hüquqi yardım almaqla əlaqədar isə məhkəmə aktlarından şikayət vermə müddətinin ötürülməsi isə şəxsə qeyd olunan hallarda buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsinə dair məhkəməyə müraciət etmək hüququnu müəyyən etməkdədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada tərtib edilmədiyindən və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5321/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar