Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-516/2021 18.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1, cavabdeh Hümbətov İsrael İsmayıl oğlunun hüquqi varisi, eyni zamanda Cavabdeh2, Cavabdeh4 iştirakı ilə, İddiaçı X4 ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qızı və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə pul, tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(012)-135/2018 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(012)-135/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı X4 ASC-nin xeyrinə 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 42945.45 ABŞ dolları, faiz borcu üzrə 34573 ABŞ dolları, cərimə borcu üzrə 60 ABŞ dolları, cəmi 77578.45 ABŞ dolları məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatının tutulması, tutmanın 19 dekabr 2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, əldə olunmuş vəsait hesabına 77578.45ABŞ dolları məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatının ödənilməsi, ipotekanın ilkin satış qiymətinin 88.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, Cavabdeh2 ilə İddiaçı İKB ASC arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli 24-G-1-0-887-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. (hakim Sevinc Quliyeva) Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 2(105)- 142/2020 saylı qətnaməsi ilə (apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsinə Cavabdeh1 münasibətdə dəyişiklik edilib və ondan ödəniş günü milli manata məzənnədə 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 42.945,45 ABŞ dolları, hesablanmış faiz borcuna görə 34.556,70 ABŞ dolları, cəriməyə görə 60 ABŞ dolları olmaqla, cəmi 77.562,15 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın 19 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 117,8 kv.metr olan 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti 88.000 manat müəyyən edilməklə həmin evin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, habelə Cavabdeh1la iddiaçı təşkilat arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Cavabdeh1 qətnamədən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(102)3369/2020 saylı qərarı ilə Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 2(105)-142/2020 saylı qətnaməsinin qismən- ipoteka predmetinin, yəni Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 117,8 kv.metr olan 09 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 88.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması, mübahisələndirilən qalan hissədə qətnamənin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İ Ş İ N H A L LA R İ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında bağlanmış 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə görə 03.10.2017-ci il tarixə ödənilməmiş 42945.45 ABŞ dolları məbləğində əsas, 23686.59ABŞ dolları faiz, 623.99 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 67256.03 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin qeydiyyatda alınması üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Cavabdeh2 tutulması, tutmanın kreditin təminatı kimi Cavabdeh3 məxsus Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızının həmin fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılaraq, evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, 42945.45 ABŞ dolları məbləğində əsas, 34573.23 ABŞ dolları faiz, 1412.57 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 78931.25 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Cavabdeh2 tutulması, tutmanın kreditin təminatı olan Cavabdeh3 məxsus Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, ipoteka predmeti satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızının həmin fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılaraq, evin boşaldılması və Banka təhvil verilməsi və Cavabdeh2 ilə İddiaçı İKB ASC arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli 24-G-1-0-887-14 saylı kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İş üzrə Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, onun 24 sentyabr 2018-ci il tarixə 42.945.45 ABŞ dolları əsas borc, 34.573 ABŞ dolları faiz borcu, 1412.57 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 78.931,25 ABŞ dolları məbləğində borcu mövcuddur. Faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinən gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmamaqla qanunvericiliyin tələblərinə ziddir. İşdən göründüyü kimi, kredit müqaviləsi 5 il müddətinə bağlanıb və müddətin son günü 19 dekabr 2019-cu ildir. Bank 24 oktyabr 2017-ci ildə yəni müqavilə müddəti bitənədək məhkəmədə hazırki iş üzrə iddianı qaldırmış və ondan digər ödəmələrlə yanaşı 34.573 ABŞ dolları faiz borcunun tutulmasını da tələb etmişdir. Bank ondan ödəniş cədvəlində göstəriləndən artıq məbləğdə faiz tələb etməsini iddia ərizəsində əsaslandırmamış və işə baxan məhkəmə də bunu nəzərə almayaraq heç bir əsaslandırma aparmadan tələb olunan məbləği ondan tutmuşdur. Bundan başqa, ipoteka ilə yüklü edilmiş əmlak 88.000 manat məbləğində qiymətləndirilmişdir. Lakin ipoteka ilə yüklü edilmiş əmlak 35.000 manat sıgortalanmışdır və sığorta müqaviləsinin müddəti 2019-cu il tarixdə bitir. Bununla da Bank tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 2(0123)-135/2018 saylı qətnaməsini ləğv edib, iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh Hümbətov İsrael İsmayıl oğlunun hüquqi varisi, eyni zamanda Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək ipoteka predmeti olan evin ilkin satış dəyərinin ekspert rəyinə uyğun müəyyən edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apelyasiya şikayətini müdafiə edərək ipoteka predmeti olan evin ilkin satış dəyərinin ekspert rəyinə uyğun müəyyən edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 ekspert rəyinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Hümbətov İsrael İsmayıl oğlu vəfat etdiyindən məhkəmə kollegiyası tərəfindən Cavabdeh2 onun hüquqi varis kimi tanınmışdır. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh5 qızı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasinin 13 yanvar 2020-ci il tarixli, 2(105)- 142/2020 saylı qətnaməsi ilə (apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsinə Cavabdeh1 münasibətdə dəyişiklik edilib və ondan ödəniş günü milli manata məzənnədə 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 42.945,45 ABŞ dolları, hesablanmış faiz borcuna görə 34.556,70 ABŞ dolları, cəriməyə görə 60 ABŞ dolları olmaqla, cəmi 77.562,15 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın 19 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 117,8 kv.metr olan 9 saylı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti 88.000 manat müəyyən edilməklə həmin evin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, habelə Cavabdeh1la iddiaçı təşkilat arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Cavabdeh1 qətnamədən kasasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(102)3369/2020 saylı qərarı ilə Cavabdeh2 kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 2(105)-142/2020 saylı qətnaməsinin qismən- ipoteka predmetinin, yəni Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 117,8 kv.metr olan 09 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 88.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması, mübahisələndirilən qalan hissədə qətnamənin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 2(105)- 142/2020 saylı qətnaməsi qismən, ipoteka predmetinin, yəni Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 117,8 kv.metr olan 09 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 88.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov küçəsi, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 117,8 kv.metr olan 09 saylı fərdi yaşayış evinin dəyəri hissəsində müzakirə edir. Belə ki, iş materiallarında olan 19 dekabr 2014-cü il tarixli, 24-G-1-0-887-14saylı kredit müqaviləsindən görünür ki, İddiaçı İKB ASC Cavabdeh2 60 ay müddətinə, illik 26 faizlə 44600ABŞ dolları məbləğində kredit vermişdir. (i.v.12) İş materiallarında olan Cavabdeh3 oğlu ilə İddiaçı X4 ASC arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli, 24-G-1-0-887-14 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi dəyəri 88000 manat məbləğində qiymətləndirilmiş Cavabdeh3 məxsus Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evi ipotekaya qoyulmuşdur. (i.v.18) İş materiallarında olan RX Seriyalı ******* saylı Çıxarışdan görünür ki, Cavabdeh3 məxsus Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin İddiaçı İKB ASC-nin xeyrinə yüklülüyü qeydiyyata alınmışdır.(i.v.38) İş materiallarında olan 19.12.2014-cü il tarixli kredit müqaviləsinə 31.03.2015-ci il tarixli əlavədən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti dəyişdirilərək 85 ay müəyyən edilmiş, kreditin bağlanma tarixi 19.01.2022-ci il müəyyən edilmişdir. (i.v.27) İş materiallarında olan İddiaçı İKB ASC tərəfindən 519/16 saylı 26.01.2016-cı il tarixli ərizədən görünür ki, tələbin ipotekaya yönəlməsi barədə bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. (i.v.35) İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 24 sentyabr 2018-ci il tarixə 42945.45 ABŞ dolları əsas, 34573 ABŞ dolları faiz, 1412.57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi borcu 78931.25ABŞ dolları təşkil edir. (i.v.122) İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 03.10.2017-ci il tarixə ödənilməmiş 42945.45 ABŞ dolları məbləğində əsas, 23686.59 ABŞ dolları faiz, 623.99 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 67256.03 ABŞ dolları borcun, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 24 sentyabr 2018-ci il tarixinə cavabdehdən 42945.45 ABŞ dolları məbləğində əsas, 34573.23 ABŞ dolları faiz, 1412.57 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 78931.25 ABŞ dolları borcun tutulmasını xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı təşkilatla borclu Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsində ipoteka ilə yüklü edilmiş əmlak 88.000 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(102)3369/2020 saylı qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 88000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin likvid dəyəri 120000 (yüz iyirmi min) manat müəyyən ediməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini 88000 manat müəyyən etmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 2(105)- 142/2020 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 88000 manat müəyyən edilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(102)3369/2020 saylı qərarında ipoeka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilərkən əmlakın likvid dəyəri deyil, real bazar dəyərinin əsas götürülməsinin əsassız olması göstərilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi əsası ilə ipoteka predmetinin ilkin satış dəyərinin müəyyən edilməsi hissəsində ləğv edilərək yenidən apelyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Məhkəmə kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(105)516/2021 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “B+Ş AUDİT” Konsaltinq MMC-nin 14.04.2021-ci il tarixli, A-01/12 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh3 məxsus Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin və torpaq sahəsinin hazırki vəziyyətdə orta bazar dəyəri 135000 manat, likvid dəyər 120000 manat təşkil edir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Birinci instansiya məhkəməsini qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin 88000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakın dəyəri ekspert rəyinə uyğun 120000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(012)-135/2018 saylı qətnaməsi ipoteka predmeti olan Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin ilkin satiş qiymətinin 88000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməli, Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin likvid dəyəri 120000 AZN müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, .84.0.3, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(012)-135/2018 saylı qətnaməsi ipoteka predmeti olan Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin ilkin satiş qiymətinin 88000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin likvid dəyəri 120000 (yüz iyirmi min) manat müəyyən edilsin. İQətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-516/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-516/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver