Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-516/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6732/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh R.Z. Şaxtaxtinskiydən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 13470 (on üç min dörd yüz yetmiş) manat 60 (altmış) qəpik əsas, 1409 (bir min dörd yüz doqquz) manat 68 (altmış səkkiz) qəpik faiz borcu, 87 (səksən yeddi) manat 93 (doxsan üç) qəpik cərimə, 0 (sıfır) manat komisiyon haqqına borcu, cəmi 14968 (on dörd min doqquz yüz altmış səkkiz) manat 21 (iyirmi bir) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 135 (bir yüz otuz beş) manat 31 (otuz bir) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6732/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 13470 (on üç min dörd yüz yetmiş) manat 60 (altmış) qəpik əsas, 1409 (bir min dörd yüz doqquz) manat 68 (altmış səkkiz) qəpik faiz borcu, 10 (on) manat cərimə borcu, cəmi 14890 (on dörd min səkkiz yüz doxsan) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 135 (bir yüz otuz beş) manat 31 (otuz bir) qəpik pulun iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Gülnarə Tağızadə). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6732/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə geri qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılan zaman müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6732/2023 nömrəli qətnaməsi 11 dekabr 2023-cü il tarixdə Cavabdeh elektron kabinetinə yüklənmiş, sonuncunun tərtib etdiyi apellyasiya şikayəti 12 yanvar 2024-cü il tarixdə, yəni prosesual müddət bir gün ötürülməklə həmin İnformasiya Sistemində yerləşdirilmiş, lakin həmin müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamış, prosessual müddətlə bağlı məsələyə münasibət bildirməmişdir. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(060)-6732/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-516/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-516/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver