Məhkəmə qərarları › İş №2(105)-520/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-520/2023

31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-520/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehİddiaçı xeyrinə tərtib olunmuş akt üzrə1037.1 (min otuz yeddi manat on qəpik) manat, 30.77 (otuz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 1132.87 (min yüz otuz iki manat səksən yeddi qəpik) manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva). İddiaçı Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e2(012)-3652/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Hazırda həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən şikayət verilərək, Abşeron rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamənin elektron məhkəmə sisteminə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş, qətnamə qəbul edildiyi xx.xx.2022-ci il tarixdən 1 ay müddətində apellyasiya şikayətinin verilməli olduğu halda, müddəti 1 gün ötürməklə, xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə verilməsinə dair yanaşması yanlışdır. Məhkəmənin qətnaməsi xx.xx.2022-ci il tarixdə elekron məhkəmə sisteminə yerləşdirilmiş, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi Azərbaycan Respublikası MPM-nin 128.3-cü maddəsinə əsasən (prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır) 29 oktyabr saat 00:00-dan başlayır. Azərbaycan Respublikası MPMnin129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilirsə müddət ötürülməmiş hesab olunur. Göründüyü kimi məhkəmənin e-2(012)-3652/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş sonuncu gün, yəni xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilməklə apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. Məhkəmə qərardad qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin e-2(012)3652/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsinin 28 oktyabr 2022-ci il tarixdə tərəflərə göndərilməsi, Elektron məhkəmə sistemindən çıxarışa əsasən İddiaçı elektron kabinetinə 28 oktyabr 2022-ci il tarixdə yerləşdirilməsini, apellyasiya şikayətinin 28 oktyabr 2022-ci il tarixdə elektron məhkəmə sisteminə daxil olmasını, apellyasiya şikayətini qətnaməni qəbul etdiyi 28 oktyabr 2022-ci il tarixdən 1 ay müddətində verməli olduğu halda, müddəti 1 gün ötürməklə, 29 noyabr 2022-ci il tarixdə elektron məhkəmə sisteminə yerləşdirməsini, lakin apellyasiya şikayətini verən İddiaçı tərəfindən məhkəməyə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməməsini müəyyən edərək apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi iddiaçı təşkilatə elektron kabinetinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, şikayət vermə müddəti xx.xx.2022-ci il tarixdə bağlamış və xx.xx.2022-ci il tarixdə bitmişdir. Apellyasiya şikayəti isə xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanlanmışdır. bununla da apellyasiya şikayəti verilmə müddəti ötürülmüşdür. Bununla da müəyyən edilir ki, iddiaçı təşkilat qətnamədən apellyasiya şikayətinin 1 gün ötürülməklə elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanlamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının şikayətdə göstərdiyi dəlilləri əsassızdır və şikayətin təmin edilməsi üçün əsas deyil. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin e-2(012)-3652/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar