Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-521/2023 30.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ötürülmüş müddətin bərpası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 3510.5 (üç min beş yüz on manat əlli qəpik) manat, təbii qazdan istifadəyə görə 10.3 (on manat otuz qəpik) manat, 55.61 (əlli beş manat altmış bir qəpik) manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 3641.41 (üç min altı yüz qırx bir manat qırx bir qəpik) manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilib, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 644.5 manat və 10.3 manat debitor borcu, ödənilmiş dövlət rüsumuna görə 20 manat və vəkil xərcinə görə 30 manat, cəmisi 704,8 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Azərbaycan X4 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadı ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.
5. İddiaçı şikayət verib, Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(105)-2246/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)- 1553/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. İddiaçı həmin qətnamədən yenidən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.
9. Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadı ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatət təmin edilməmişdir.
10. İddiaçı şikayət verib, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
11. Abşeron Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)1553/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsi 08 iyun 2022ci il tarixdə tərəflərə göndərilmiş, eyni zamanda elektron məhkəmə sistemindən çıxarışdan aydın olur ki, qətnamənin surəti İddiaçı elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilsə də, iddiaçı tərəfindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə daxil olmuşdur. Göründüyü kimi iddiaçı apellyasiya şikayətini qətnaməni qəbul etdiyi xx.xx.2022-ci il tarixdən 1 ay müddətində verməli olduğu halda, müddəti 1 aydan çox ötürməklə, xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə vermişdir. Hazırda İddiaçı apellyasiya şikayəti və apellyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatət ilə məhkəməyə müraciət etmişdir. İddiaçı apellyasiya şikayətinin verilmə müddətini üzürlü səbəbdən ötürülməsini əsaslandırmamışdır və bu barədə sübutu da məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət üzrsüz səbəbdən buraxılmış, iddiaçı tərəfindən müddətin bərpa edilməsi üçün qeyd etdiyi hallar müddətin bərpası üçün əsas vermir. Ona görə də, vəsatət təmin edilməməlidir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Şikayətin dəlilləri
15. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin nümayəndəsi kimi iddia ərizəsini tərtib edərək məhkəməyə elektron kabinet vasitəsi ilə yerləşdirmiş, məhkəmə iclaslarında da iştirak etmiş, həmin iş üzrə qəbul edilmiş qərarlardan da şikayət vermək hüququ iddiaçı tərəfdən ona həvalə edilmişdir. Məhkəmə tərəflərə qətnaməni göndərərkən iddiaçının nümayəndəsinə də eyni vaxtda, yəni xx.xx.2022-ci il tarixdə göndərməli idi. Lakin məhkəmə xx.xx.2022-ci il tarixli qətnaməsini xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemində olan kabinetimə yerləşdirməklə, qətnamədən apellyasiya şikayətinin vaxtında verilə bilməsinin qarşısını almışdır. xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemində olan kabinetinə yerləşdirilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qətnaməsindən onun tərəfindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə daxil edilmişdir. Hesab edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi üçün məhkəmə qərarından şikayət etmək hüquqları məhdudlaşdırılmamalı və məhkəmənin qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
16. Şikayətiə qarşı yazılı etiraz və vəsatət verilmişdir.
17. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
19. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin;
10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364.1-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Şikayətdən görünür ki, apellyator İddiaçı Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir.
24. Belə ki, öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 1553/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsi 08 iyun 2022-ci il tarixdə tərəflərə göndərilmiş, həmin qətnamənin 11 iyun 2022-ci il tarixdə Cavabdeh tərəfindən alınmasını təsdiq edən poçt göndərişinin çatdırılması barədə xəbərnamə olsa da, iş materiallarında iddiaçıya təqdim edilməsi barədə heç bir rəsmi sənəd mövcud deyildir.
25. Bundan əlavə iş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi İddiaçı məhkəmədə təmsil etmiş Nümayəndə məxsus elektron kabinetə xx.xx.2022-ci il tarixdə yerləşdirilməsi göstərilsə də, qətnamənin imzalanmasının (elektron çıxarışın yuxarı sol küncündə) 27 iyul 2022-ci il tarixdə həyata keçirilməsi müəyyən olunur (i/m səh 190).
26. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadı və bununla əlaqəli Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2246/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli, qərardadının olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi, tam hüquqlu məhkəmə kimi bu pozuntunu davam etdirmədən, müddətin üzrlü olub-olmamsına xüsusi diqqət yetirməlidir.
27. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlar baxımından birinci instansiya məhkəməsinin hazırki mövqeyi ilə razılaşmır və qeyd edir ki, qətnamənin elektron kabinetə yerləşdirilməsi ilə imzalanma tarixinin (yerləşdirmə tarixi xx.xx.2022-ci il, imzalanma tarixinin isə xx.xx.2022-ci il) fərqli olması proses iştirakçısının əleyhinə şərh oluna bilməz.
28. Belə ki, mülki işin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sisteminə daxil olmuşdur.
29. Bundan əlavə işdən görünür ki, iddiaçı ikinci dəfə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərkən, müddətin bərpası ilə bağlı vəsatət də vermiş, lakin sonda müraciətləri müsbət həll olunmamışdır.
30. Göründüyü kimi iddiaçı tərəf sözügedən məhkəmə qətnaməsindən ilk vaxtdan apellyasiya şikayəti vermək hüququndan istifadə etmək istəsə də, sonda elektron kabinetdən istifadə ilə yaranmış çətinliklərlə əlaqədar olaraq qanunvericiliyin tələblərinə tam riayət edə bilməmiş, texniki səbəblərdən vaxt itkisinə yol vermiş, bu səbəbdən də prosessual müddəti özündən asılı olmayaraq üzürlü olaraq ötürmüşdür.
31. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
32. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi səbəbi ilə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamış, apellyasiya şikayətini geri qaytarakən işin yuxarıda qeyd olunan ziddiyyətli hallarına diqqət yetirməmişdir.
33. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.
34. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadı tam, həmin qərardadla bağlı məhkəmənin 16 dekabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadı qismən- “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilərək, Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qətnaməsindən “apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə” verilmiş vəsatət təmin olunaraq, apellyasiya şikayəti baxılamsı üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadı tam, həmin qərardadla bağlı məhkəmənin 16 dekabr 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qərardadı qismən- “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)-1553/2022 nömrəli qətnaməsindən “apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə” iddaçı İddiaçı” tərəfindən verilmiş vəsatət təmin edilsin. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.