Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-521/2025 06.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-3745/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.200 (on min iki yüz) manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırmaqla bağlı ödənilmiş 120,6 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ömrü boyu ailəsi, oğlu üçün yaşamış, daim onların rifahını təmin etməyə çalışmışdır. Dəfələrlə oğlu, Cavabdeh bu günədək müxtəlif vaxtlarda ümumilikdə 10000 (on min) manatdan çox borc vermişdir. Onun verdiyi borclarla Vüsal özünə avtomobillər alıb. Sonda 2024-cü il sonuncu avtomobilini satsa da, borcunu qaytarmayıb. Bu azmış kimi ata kimi ona hörtməsizlik edir, qoca yaşında onun, anasının qayğısına qalmır. Qazancını kənar şəxslərə xərcləyir. Onlar isə ahıl yaşında dolanmağa çətinlik çəkirlər. 2015-ci ildə Vüsal piyada çətinlik çəkdiyini, özünə avtomobil almaq istədiyini bildirdi və ondan borc pul istədi. O, da 4600 manat məbləğində pul vəsaitini ona borc kimi vermişdir. Həmin pula Vüsal özünə VAZ 21015 markalı avtomobil almışdır. Təxmini 1-2 ay sonra avtomobillə qəza törətdi, avtomobil zədəli vəziyyətə düşdü. Həmin avotomolin təmiri üçün 1300 manat əlavə borc istədi, o da atası kimi məcbur qalıb vermişdir. Təxminən bir il yarım sonra Vüsal yenidən avtoqəza keçirtdi və avtomobilin təmiri üçün pul vəsaiti olmadığından ondan 1500 manat borc aldı. 2018-cü ildə Cavabdeh onun verdiyi borcla aldığı (Mitsubishi Airtrek markalı) avtomobili sataraq, əldə etdiyi gəliri ilkin ödəniş kimi ödəməklə lizinq müqaviləsi əsasında Saipa markalı 77HJ587 dövlət qeydiyyat nişanlı avtomobil aldı. Bundan sonra münasibətləri korlanmağa başladı. Çünki Vüsal onun borcunu qaytarmaq əvəzinə ondan xəbərsiz ucuz qiymətə, dəyər dəyməzinə avtomobiləri satıb baha qiymətə yenisini alırdı. Lizinq ödənişlərini də vaxtı vaxtında ödəyə bilmir, dəfələrlə onu narahat edirdi. Sonuncu dəfə lizinq borcunu ödəyə bilmirdi, anasının və Cavabdeh təkidləri nəticəsində lizinq borcunun ödənilməsi üçün 2800 (iki min səkkiz) manat məbləğində borc vermişdir. Oğlu daimi, yüksək gəlirli işi olmadığına görə, həm də ailədə anasının təkidlərinə görə məcbur qalıb borcu qaytarması üçün möhlət vermişdir. Amma borclunun son hərəkətləri, onu, anasını təhqir etməsi, onlara baxmamasını, qeydlərinə qalmaması artıq onları başqalarından asılı vəziyyətə salıb. Cavabdeh ona ümumilikdə 10.200 manat borcu var.
3. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, cavabdeh iddiaçıya barışmaq üçün 1000 manat pul təklif etsə də, iddiaçı bununla razılaşmamışdır.
4. Məhkəmə iclasında Cavabdeh iddianı tam qəbul edərək izahatında bildirmişdir ki, 2015-ci ildə atası ona borc pul vermiş, həmin pula maşın almış, lakin qəza törətdiyi üçün, həmçinin işdən çıxdığı üçün maddi vəziyyəti pisləşmiş və borcunu qaytara bilməmişdir. Ümumilikdə atasına 10200 manat borcu olduğunu etiraf etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-3745/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia təmin edilərək, Cavabdeh 10200 (on min iki yüz) manat məbləğində borc və 120,60 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan 10200 manat pul almasını etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 10200 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 329.2, 385.1, 386.1, 442, 443.1, 448.2, 739, 740.1, 882.1, Mülki Prosessual Məcəllənin 77.1, 106.1, 106.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd edilir ki, guya Cavabdeh atası İddiaçı oğluna 2015-ci ildən başlayaraq 10200 manat məbləğində borca pul vermişdir. İddiaçı oğluna 2015-ci ildə verdiyi 4600 manat borcun üzərindən nə az nə çox 9 ilə yaxın vaxt keçmişdir. Sonradan həmin il 1-2 ay keçdikdən sonra yenidən 1300 manat pul vermişdir. Həmin verilən pulun üzərindən də 9 ilə yaxın vaxt keçmişdir. 2017-ci ildə isə 1500 manat borca pul vermişdir və üzərindən 7 ilə yaxın vaxt keçmişdir. 2018-ci ildə isə guya lizinq borcunun ödənilməsi ilə bağlı 2800 manat borca pul vermişdir. Bununda üzərindən 6 ilə yaxın vaxt keçmişdir. Göründüyü kimi, ən birinci borca verilən pulun üzərindən 9 il, ən sonuncu borca verilən pulun üzərindən isə 6 ilə yaxın vaxt keçmişdir. MM-nin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasındakı borca pul verilməsini şifahi əqd olaraq qəbul edərsək əgər, bu özü-özlüyündə də bir müqavilədir və bağlanmış əqdin üzərindən xeyli müddət keçmişdir. Lakin, məhkəmə buna heç diqqət etməmişdir. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qətnamədə qeyd olunur ki, 2015-ci ildə Vüsal piyada çətinlik çəkdiyini, özünə avtomobil almaq istədiyini bildirdi və onda borc pul istədi. O da 4600 manat məbləğində pul vəsaitini ona borc kimi vermişdir. Həmin pula Vüsal özünə VAZ 21015 markalı avtomobil almışdır. Təxmini 1-2 ay sonra avtomobillə qəza törətdi, avtomobil zədəli vəziyyətə düşdü. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə əgər verilmiş borc məbləği 3000 manatdan yuxarıdırsa müqavilə yazılı formada bağlanmalıdır. Bu o deməkdir ki, İddiaçı Cavabdeh 2015-ci ildə verdiyi 4600 manat məbləğində borc pulu əlbəəl deyil, yazılı formada müqavilə əsasında verməli idi. Lakin İddiaçı məhkəməyə həmin pulu Cavabdeh verməsi ilə bağlı nə yazılı formada borc müqaviləsi, nə də ki, bunu əyani sübut edəcək hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə isə öz qətnaməsində qeyd edir ki, “Məhkəmə iclasında Cavabdeh iddianı tam qəbul etdi. O bildirdi ki, pulu iddiaçıdan alıb öz ehtiyacları üçün xərcləmişdir. Maddi imkanı zəif olduğu üçün borcunu qaytara bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc alaraq, qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək borc məbləğini ona ödəməmişdir.” Bu zaman sual yaranır ki, əgər borcun verilməsi, eləcə də həmin borc pulun hansı məqsədlər üçün istifadə olunması ilə bağlı ortada əyani sübut yoxdursa hansı araşdırmadan söhbət gedə bilər. Bundan başqa, qeyd etmişdir ki, iddiaçı cavabdehin atasıdır. Buradan da belə bir qənaətə gəlinir ki, qaldırılmış iddia məqsədli şəkildə qaldırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3745/2024 saylı qətnaməsi əsasında təmin edilmiş iddia tələbi formal qaldırılmış iddia tələbidir. Çünki iddiaçı (ata) İddiaçı tərəfindən cavabdeh (oğlu) Cavabdeh qarşı qaldırılmış iddia planlaşdırılmış bir iddiadır və onun hal-hazırda Cavabdeh qarşı qaldırdığı iddia tələbini (əmlak bölgüsü) pərdələmək niyyəti güdür. O, xx.xx.2024-cü il tarixində Cavabdeh “avtomobil üzrə payların müəyyən edilməsi, müəyyən edildikdən sonra satılması və satışdan əldə olunan pulun hissələrə uyğun bölünməsi tələbi”nə dair təklif ərizəsi ilə müraciət etmişdir. Müraciətinə cavab verilmədiyindən xx.xx.2024-cü il tarixində mediasiya təşkilatın
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, oğlu Cavabdeh ona qarşı hörmətsizlik etmiş, son bir neçə ildən etibarən bugünədək də onu oğlu kimi qəbul etmir. Bütün bunların səbəbi isə məhz gəlini Maraqlı şəxs olmuşdur. Onun sağlam vaxtlarında ər-arvad birləşib əlində ovucunda nə var idisə əlindən aldılar, onu isə aldatdılar. Bu gün isə nə ona, nə yoldaşına hayan olmurlar. Ona görə də, o, hər ikisini evindən qovmuşdur və indi harada nə ilə məşğuldurlar ona maraqlı deyil. Vüsal bir neçə dəfə məhkəmə vaxtı və məhkəmədən sonra onunla barışmağa cəhd etsə də, arvadı heç bir addım atmadı, səhvlərini başa düşmədilər. O da icra şöbəsindən məcburi qaydada pulun tutularaq qaytarılmasını tələb etmişdir. Artıq Vüsal və Cəmilə görəndə ki, o, borcu onlara bağışlamır və Cəmilənin maaşından da o pulu tutdaracaq bu yola əl atıblar ki, qətnaməni ləğv elətdirsinlər. Vüsal və Cəmilənin bu günə ona 9100 manat borcu qalıb. 1100 manat təxminən icra şöbəsi vasitəsilə Vüsalın borcundan tutulub. O, Abşeron Rayon Məhkəməsində vəkildən Vüsalla arvadı Cəmilənin də məhkəməyə verməsini istəmiş, amma niyəsə qətnamədə təkcə Vüsalın adı qeyd edilmişdir. Amma Cəmilədən də həmin pul tutulmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. (...)
15. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
16. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
24. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh X3 apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.
28. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, apellyator Maraqlı şəxs ilə hazırki iş üzrə Cavabdeh əvvəllər ər-arvad olmuş, lakin sonradan münasibətləri uyğun gəlmədiyindən boşanmaq qərarına gəlmişlər. Nikahları 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən ləğv edilməklə bu barədə 16 may 2024-cü il tarixli, AZ-İ 484891 nömrəli “nikahın pozulması haqqında” şəhadətnamə verilmişdir.
29. Bundan sonra Maraqlı şəxs xx.xx.2024-ci il tarixli ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək “birgə nikah dövründə əldə olunmuş “X8” markalı, B/ili 2018-ci il, ağ rəngli, Ban nömrəsi NAS831100J5780972 olan **-HJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bölünərək 1/2 hissəsinə onun və 1/2 hissəsinə Cavabdeh payının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınmasını” xahiş etmiş və hazırda həmin mülki iş Abşeron Rayon Məhkəməsinin icraatındadır.
30. Hazırkı iş üzrə iddiaçının tələbi Cavabdeh borc olaraq verdiyi 10.200 (on min iki yüz) manat məbləğində pul vəsaitinin geri qaytarılmasından ibarətdir.
31. Yuxarıda qeyd edildiyi kimi borc məbləği könüllü ödənilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh məhkəmə prosesində iştirak etmiş, mövcud borcu etiraf etmiş və o, heç bir əks arqument gətirmədən ədalətli qərar qəbul edilməsini xahiş etmiş (iş v. 28), son nəticədə isə iddia təmin edilmişdir.
32. Bunan sonra Cavabdeh Maraqlı şəxs qarşı “birgə nikah dövründə yaranmış Cavabdeh ümumi borcu olan 10200 (on min iki yüz) manat pul vəsaitinin bərabər şəkildə bölünərək, 1/2 hissəsinin yəni 5100 (beş min yüz) manat borcun Maraqlı şəxs alınaraq ona verilməsi” tələbi ilə qarşılıqlı iddia ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.
33. Daha sonra Maraqlı şəxs (iş üzrə cavabdehin keçmiş arvadı) sözügedən qətnamənin mövcudluğundan xəbər tutmuş və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmaya dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunulan şəxs qismində tanıyaraq, onun tərəfindən verilmiş apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
34. İşin sadalanan hallarından müəyyən edilir ki, Maraqlı şəxs mübahisəli qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmasına dair vəsatətin əsası ondan ibarətdir ki, ümumiyyətlə tərəflər arasında hər hansı borc münasibəti mövcud olmamışdır. Sadəcə ər-arvad kimi onların ailə münasibətləri kəsildiyindən, nikahları rəsmi qaydada pozulduğundan, ən əsası onlar arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair məhkəmə mübahisəsi mövcud olduğundan, iş üzrə cavabdeh hazırkı “məhkəmə işini” süni və məqsədli şəkildə yaratmış, sonda da borcu etiraf etməklə Abşeron Rayon Məhkəməsinin 2(012)-3745/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin qəbul edilməsinə nail olmuşdur.
35. Kollegiya apellyator Maraqlı şəxs tərəfindən “birgə nikah dövründə əldə olunmuş “X8” markalı, B/ili 2018-ci il, ağ rəngli, Ban nömrəsi NAS831100J5780972 olan **-HJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin bölünərək 1/2 hissəsinə onun və 1/2 hissəsinə Cavabdeh payının müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması” verilmiş iddia tələbinin məhkəməyə daxil olma tarixi ilə hazırki iddianın məhkəməyə verilməsi tarixlərini də müqayisəli təhlil etmiş, bu zaman müəyyən edilmişdir ki, hazırki “borc” tələbinə dair iddia ərizəsi məhkəməyə Maraqlı şəxs “əmlakın bölünməsinə dair” tələb üzrə bildiriş (mediasiya prosesinin tətbiqi barədə) alındıqdan sonra verilmiş, sadəcə hazırki iddia üzrə cavabdeh iddianı “etiraf” etdiyindən proses daha tez yekunlaşmışdır.
36. Belə olan halda sözügedən qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması halı istisna edilmir. Başqa sözlə Abşeron Rayon Məhkəməsinin 2(012)- 3745/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi yalnız Cavabdeh münasibətdə deyil, həmçinin Maraqlı şəxs münasibətdə də öhdəliklər yaradır. Hətta Cavabdeh tərəfindən Maraqlı şəxs qarşı həmin 10200 (on min iki yüz) manat pul vəsaitinin bərabər şəkildə bölünərək, 1/2 hissəsinin yəni 5100 (beş min yüz) manat borcun Maraqlı şəxs alınaraq ona verilməsi” tələbi ilə qarşılıqlı iddia ərizəsi əsasında artıq məhkəməyə müraciət edilmişdir.
37. Kollegiya hesab edir ki, hazırki halda, iş üzrə tərəflərin arasında həll edilməli olan mübahisənin olması, habelə iddiaçının həqiqətən qanunla qorunan öz hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək zərurətinin yaranması mülki iş materialları ilə istisna edilir.
38. Məhkəmə kollegiyası iş üzrə cavabdehin etirafını da iddianın təmin edilməsi istiqamətində həlledici arqmenti kimi qəbul etmir.
39. Belə ki, MPM-in 52.2-ci maddəsində nəzərdə tutulmuş iddianın etiraf edilməsi cavabdehin ona qarşı iddiaçı tərəfindən irəli sürülən iddia tələbini qəbul etməsində ifadə olunur. İddianı etiraf etməklə cavabdeh iddiaçı ilə məhz onun göstərdiyi hüquq münasibətlərində olmasını təsdiq edir və könüllü olaraq prosessual müdafiədən imtina edir.
40. MPM-in 191.2-ci maddəsinə əsasən, hakim cavabdehə iddianın etiraf edilməsinin mahiyyətini izah etməli və bu hərəkətin nəticələrini ona bildirməlidir.
41. Lakin qanunvericilik bu halda da məhdudiyyətlər müəyyən etmişdir. Belə ki, məhkəmə iddianın tam etiraf edilməsinin könüllü, qanuna uyğun olduğunu və kənar şəxslərin mənafeyini pozmadığını müəyyən etdikdə qəbul edir, əks halda məhkəmə belə hərəkətləri qəbul etmir.
42. İşin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin keçmiş arvadını, yəni hazırki apellyatoru işə cəlb etmədən verilmiş və etiraf əsasında işə baxmaqla 3-cü şəxsin hüquq və vəzifələrinə toxunan qətnamə qəbul etmişdir.
43. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia etdiyi borc məbləğini cavabdehin ümumiyyətlə hər hansı bir əks arqument gətirmədən etiraf etməsini, iddianın predmetinə dair tərəflər arasında əslində hər hansı mübahisənin olmamasını nəzərə almadan, sonda hazırki apellyatoru üçüncü şəxs kimi məhkəməyə cəlb etmədən mahiyyəti üzrə işə baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir.
44. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin aşağıdakıları qeyd edir.
45. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
46. Hazırki iş üzrə iddiaçı iddia tələbində 10200 manat pul vəsaitini cavabdehə borca verdiyini qeyd etsə də, bunu sübut edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh etirafı nəticəsində iddianı təmin etmişdir.
47. Kollegiya həmçinin qeyd edir ki, əgər doğrudan da tərəflər arasında borc münasibəti mövcud olmuşdursa və bu münasibəti cavabdeh etiraf edirsə, bu hal sonuncunun məhkəmə qərarı olmadan da məhkəmədən kənar qaydada borcunu ödəməsini istisna etmir.
48. Beləliklə göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və iş üzrə mübahisənin həllinə dair düzgün nəticəyə gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin e-2(012)-3745/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərərk iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin e-2(012)-3745/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.