Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-523/2023 05.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6582/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilməsi, 14450 (on dörd min dörd yüz əlli) manat pul və 80 (səksən) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 14450 manat maddi zərər və 133,65 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçaı xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı notarif ofisində rəsmiləşdirilən etibarnamə ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.550 manata “Hyundai Elantra minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşını almışdır. Avtomaşın digər Cavabdeh3 adına olmuşdur. Həmin avtomaşını Cavabdeh3 yaxın tanışı X2 üçün vermiş, baş etibarnaməni isə Radilin yanında işlərini görən Vəliməhəmməd adlı şəxsə vermişdir. Radil və Vəliməhəmməd bu maşını Bakı şəhəri, 28 saylı notariat ofisində verilən etibarnamə əsasında Cavabdeh1 satmış, avtomaşına görə etibarnaməni isə Cavabdeh2 adına rəsmiləşdirmişdir. xx.xx.2021-ci il tarixdə avtomaşını Cavabdeh1 14450 manata satmış, etibarnaməni isə Cavabdeh2 qalan müddətə, 11 ay 29 gün müddətinə, yəni xx.xx.2022-ci il tarixədək vermişdir. Avtomaşının satışı ilə bağlı pul həm Cavabdeh3, həm də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çatmışdır. Həmin vaxtdan da avtomaşın iddiaçıda olsa da, Cavabdeh3 avtomaşına dair verdiyi etibarnaməni ləğv etdirdiyinə görə iddiaçı avtomaşını idarə edə bilmir, öz adına rəsmiləşdirə və özgəninkiləşdirə bilmir. xx.xx.2022-ci il tarixdə Cavabdeh3 iddiaçını axtarıb tapmış və bidirmişdir ki, guya “Hyundai Elantra minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomaşını təmir etdirmək üçün Radil Çıraqova 1000 manat pul vermiş, lakin Radil onu aldadaraq avtomaşının idarə edilməsi üçün deyil, ondan yanındakı Vəliməhəmməd adlı şəxsin adına baş etibarnamə almışdır. Guya təsadüfən avtomaşının başqa adamın sürməyini görüb onun maşının ondan xəbərsiz satıldığını bilmiş və verdiyi etibarnaməni ləğv etdirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir. Qətnamə qismən qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi cavabdeh tərəfindən etibarnaməni ləğv etdirməsi, avtomobili iddiaçıdan alması, bunun nəticəsində cavabdehin əsassız olaraq varlanması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Bayramovun şikayəti üzrə 20 iyul 2017-ci il tarixli qərarı). “Hyundai Elantra minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh3 mülkiyyətində olması, sonuncu tərəfindən V.Vəlizadəyə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mübahisəli avtomobilə dair etibarnamə verməsi, onun tərəfindən də iş üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sərəncamverici etibarnamə verilməsi və bu etibarnamə əsasında Cavabdeh2 tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək etibarnamə verməsi, həmin etibarnamənin xx.xx.2022-ci il tarixdən qüvvədən düşməsi işin mübahisəsiz halıdır. İşin digər halı isə ondan ibarətdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən mübahisəli avtomobilin İddiaçı alınaraq Cavabdeh3 verilməsi qət edilmişdir. Baxılan iş üzrə iddia tələbi avtomobilə görə ödənilmiş pulun ona geri qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1091-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 1091.1 maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qanunun mənasından göründüyü kimi əsassız varlanma dedikdə, bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi baş verir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88ci maddələri). İşdən göründüyü kimi iddiaçıya verilmiş etibarnamə ləğv edilməklə, avtomobil ondan geri alınsa da, həmin avtomobili əldə etmək üçün onun ödəmiş olduğu 14550 manat ona geri qaytarılmamışdır. Halbuki işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, mübahisəli avtomobilə görə pul məhz Cavabdeh1 ödənilmiş və bu onun izahatında, apellyasiya şikayətində öz təsdiqini tapmışdır. Şikayətində cavabdeh həmçinin göstərmişdir ki, iddiaçıdan aldığı həmin pulu V.Vəlizadəyə vermişdir. Göründüyü kimi dəyərini ödədiyi avtomobil iddiaçıdan geri alınsa da, iddiaçının hüquqlarını kobud şəkildə pozaraq 14450 (on dörd min dörd yüz əlli) manat məbləğində pulu qaytarmamaqla, iddiaçıya maddi ziyan vurduğundan, iddiaçının hazırki tələblə məhkəməyə müraciət edərək iddia tələbində göstərilən məbləğində pulu tələb etməkdə haqlı olmuş və aşağı instansiya məhkəməsi də həmin məbləği Cavabdeh1 tutmaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-523/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-523/2023
05.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver