Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-526/2020 18.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Lətifə Məhyəddin qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı Cavabdeh Mehdi oğluna qarşı “pul” tələbinə dair ilk, Cavabdeh Mehdi oğlunun İddiaçı qarşı “əmlak” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-292/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-292/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, Cavabdeh Mehdi oğlundan 19400 (on doqquz min dörd yüz) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi, İddiaçı 2 ədəd qolbaq, 1 komplekt (sırğa, üzük) və 1 ədəd tək üzüyün və ya onların dəyərinin, yəni 1231 manatın tutularaq Cavabdeh Mehdi oğluna ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur (hakim V.Y.Ruvinov). Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı apelyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 2(028)-292/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh Mehdi oğlundan 19900 manat əsas borç və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh Mehdi oğlu qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı ona məxsus 2 ədəd qolbaq, 1 komplekt (sırğa, üzük) və 1 ədəd tək üzüyün və ya onların dəyərinin yəni 1231 manat tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh Mehdi oğlunun səmimiliyinə inanaraq 2017-ci ilin aprel ayından etibarən müxtəlif vaxtlarda geri qaytarmaq şərti ilə 19.900 (on doqquz min doqquz yüz) manat məbləğində borc vermişdir. Cavabdeh yaxın zamanda borcunu qaytaracağına söz versə də buna əməl etməmişdir. xx xxx 2019cu ildə öz xətti ilə borc sənədini imzalayaraq xx xxx 2019-cu il tarixədək borcunu qaytaracağına dair öhdəlik götürməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Bu səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Qubadlı Rayon Məhkəməsində mülki işin icraatı zamanı cavabdeh tərəfindən, qarşılıqlı iddia ərizəsi verilərək borc sənədinin əslinə uyğun olmadığı iddia edilmiş, lakin işə sədrlik edən, cavabdehin qeyd etdiyi xüsusat ilə bağlı heç bir hərəkət etmədən (xəttşünaslıq ekspertizası və s.), sənədi sübut kimi qəbul etməmiş, əksinə məsələyə tənqidi yanaşmışdır. Belə ki, cavabdeh tərəfindən borcu ifadə edən kifayət qədər sübutlar (borc sənədi, səs yazıları) olmasına baxmayaraq, işə sədrlik edən bunları görməzdən gəlmişdir. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(028)-292/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbimin tam təmin olunmasına dair yeni qətnamə qət edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən ilk iddia üzrə İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətimin təmin edilməsini, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və 2(028)-292/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbimin tam təmin olunmasına dair yeni qətnamə qət edilməsini, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən ilk iddia üzrə Cavabdeh Mehdi oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında göstərmişdir ki, o, İddiaçı 1940 manat borc almış və bu barədə yazılı qəbz vermişdir. İddiaçı həmin qəbzdə 1940 manatın sonuna «0» rəqəmini artırmış və 1940 manatı 19400 kimi qeyd etmişdir. İddiaçı da ona 1940 manat borc verməsi barədə yazılı qəbz vermişdir. İddiaçı polisə də müraciət etmiş, lakin sonra ərizədən imtina etmişdir. Hazırda İddiaçı ondan 19400 deyil, 19900 manat məbləğində pul tələb edir. Bütün bunlar onu göstərir ki, İddiaçı ondan əsassız olaraq pul tələb edir. O, özü İddiaçı 2 ədəd qolbaq, 1 komplekt (sırğa, üzük) və 1 ədəd tək üzük vermişdir və onların dəyəri 1231 manat təşkil edir. İddiaçı həmin əşyaları ona qaytarmaqdan imtina edir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Qubadlı Rayon Məhkəməsinin 2(028)-292/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ilkin iddia dair hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir, ilk iddia üzrə İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də şikayətdən və onun izahatından görünür ki, qətnamənin ilk iddia tələbinin təmin edilməməsi hissəsini mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə, ilk iddia tələbinin təmin edilməməsi hissəsində müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-292/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, mübahisələndirilən hissədə, ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, ilk iddia tələbi qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İş materiallarında olan və İddiaçı tərəfindən xx.xx.2019-cü il tarixdə öz dəstixətti ilə tərtib edilmiş və imzalanmış qəbzin əslinə əsasən İddiaçı Cavabdeh Mehdi oğluna 1940 (bir min doqquz yüz qırx) manat borc vermişdir. Birinci instansiya məhkəməsi xx.xx.2019-cü il tarixdə tərtib edilmiş və imzalanmış qəbzin əslində 1940 manat borc verilməsini müəyyən edərək ilk iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə qanunvericilik normalarını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə iddiaçı tərəfindən yazılmış qəbzdə 19400 manat yazılması barədə dəlillərə tənqidi yanaşaraq qəbzdə 1940 manat yazılmasını müəyyən etsə də, yekunda iddia tələbinin tam təmin edilməməsi nəticəsinə gəlmişdir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2019-cü il tarixdə öz dəstixətti ilə tərtib edilmiş və imzalanmış qəbzdən görünür ki, İddiaçı Cavabdeh Mehdi oğluna 1940 manat borc vermişdir. İş materiallarında olan Cavabdeh Mehdi oğlu tərəfindən xx.xx.2019-cü il tarixdə öz dəstixətti ilə tərtib edilmiş və imzalanmış qəbzdən görünür ki, İddiaçı 19400 manat borc almışdır. Bununla da müəyyən olunur ki, tərəflər arasıdna borc müqaviləsi yaranmış, ilk iddia üzrə iddiaçı cavabdehin ona 19400 manat borclu olmasını, cavabdeh isə iddiaçıya 1940 manat borclu olmasını, qəbzdə 1940 manatın sonuna əlavə olaraq “0” əlavə edilməsini, iddiaçıya olan borcunun qaytarılmasını bildirmişdir. Qeyd edilənlərədən tərəflər arasında borc münasibətlərinin yaranması təsdiqini tapır. Cavabdeh qəbzdə olan 19400 manat borc sözünü mübahisələndirərək iddiaçıdan 1940 manat borc almasını bildirmiş, sözügedən qəbzdə yazılmış 1940 manatın sonundakı “0” rəqəminin Cavabdeh tərəfindən icra edilib-edilməsinin aydınlaşdırılması üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 5319 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 57-ci səhifəsində olan Cavabdeh Mehdi oğlunun adınanda xx.xx.2019-cu il tarixli qəbzdə 19400 manat yazısında sonuncu “0” rəqəmi Cavabdeh mehdi oğlu tərtəfindən icra olunmuşdur. Ekspert rəyi ilə cavabdehin yazdığı qəbzdə olan mübahisə, 19400 manatın sonuncu “0” rəqəminin özü tərəfindən yazılmaması təkzib edilir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında hər hansı yazılı razılaşma və ya müqavilə olmasa da, iddiaçının cavabdehə borc pul verməsi cavadbeh Cavabdeh tərəfindən yazılmış qəbzlə təsdiqini tapır və bu hal işin mübahisə edilməyən halı olduğu üçün iddiaçının həmin pulu cavabdehdən tələb etməsi qanuni və əsaslı sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borçludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 740-cı maddəsində də nəzərdə tutulmuşdur ki, borc müqaviləsi şifahi bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsi var, onlar arasıdna borc münasibətlərinin olması cavabdeh tərəfindən yazılmış qəbzlə də təsdiq edilir. Bu qəbz cavabdehin öhdəliyinin yaranması üçün əsasdır. Borc müqaviləsi üzrə də aldığını pul şəklində qaytarması cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddiaçı qarşısında cavabdehlik daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 19400 manat pul tutulmalıdır. Məhkəmə kollegiyası cavabdehin iddia ərizəsinə etirazına dair dəlillərə qiymət verərək qeyd edir ki, cavabdeh tərəfindən yazılmış qəbzdə borc məbləğinin 19400 manat olması ekspert rəyi ilə təsdiq edilir. Bundan əlavə cavabdeh borc məbləğinin 1940 manat olması, həmin pulu da iddiaçıya qaytarmasını bildirsə də bunun təsdiq edəcək sübutu təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, cavabdeh 1940 manat pulun iddiaçıya qaytarılmasını sübuta yetirə bilməmişdir. Bundan əlavə iddia tələbi təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, apelyasiya şikayətinə görə ödənilmiş 15 manat da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.5-ci maddəsinə görə isə apelyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də MPM-in 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-292/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, mübahisələndirilən hissədə, ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh Mehdi oğlundan 19400 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu və apelyasiya şikayəti üçün ödənilmiş 15 manat məbləğində pul tutularaq İddiaçı verilməli, ilk iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İlk iddia üzrə İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-292/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, mübahisələndirilən hissədə, ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh Mehdi oğluna qarşı “pul” tələbinə dair ilk iddia tələbi qismən təmin edilsin. Cavabdeh Mehdi oğlundan 19400 (on doqquz min dörd yüz) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu və apelyasiya şikayəti üçün ödənilmiş 15 manat məbləğində pul tutularaq İddiaçı verilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 126 (yüz iyirmi altı) manat pul Cavabdeh Mehdi oğlundan tutularaq Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-526/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-526/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver