Məhkəmə qərarları › İş №2(105)-527/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-527/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-527/2022 10.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı «Azərbaycan Beynəlxalq Bankı» Açıq Səmhdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 363-cü maddəsinin tələblərinə uyğunluğu məsələsinə Sumqayıt şəhərində, Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim N.Ə.İsmayılov) iddiaçı «Azərbaycan Beynəlxalq Bankı» Açıq Səmhdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunması, iddiaçıya iddia ərizəsində göstərdiyi məsələ ilə bağlı müvafiq notariusa müraciət etməli olduğunun izah edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı» Açıq Səmhdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçının nümayəndəsi E.Məmmədov şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbində göstərilən kredit müqaviləsi və ipotekaqoyanla cavabdeh arasında olan sonrakı ipoteka müqaviləsi 27 dekabr 2019-cu il tarixdə bağlandığından həmin tarixdən qüvvədə olan «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə uyğun olaraq predmetlərinə tutmanın yönəldilməsi yalnız notariusun icra qeydi əsasında həyata keçirilə bilər. Yəni qeyd edilmiş tələb məcburi hesab edilmədiyindən onlar tərəfindən qeyd edilmiş tələb ilə bağlı məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən MPM-nin tələbləri pozulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2021ci il tarixli 2(074)-1366/2021 saylı qərardadı ləğv olunması və iddianın Şamaxı Rayon Məhkəməsinin icraatına qəbul edilməsi barədə qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, aşağıda şərh olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməlidir, qərardad ləğv olunmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin 5.1-ci bəndini əsas tutaraq, kredit müqaviləsinin və ya bu müqavilənin 3.2.1-ci və 3.2.3-cü yarımbəndi ilə nəzərdə tutulmuş əsaslarını nəzərə alıb, iddia ərizəsini imtina edib geri qaytarmışdır. İddia tələbində göstərilən kredit müqaviləsi və ipotekaqoyan cavabdeh arasında olan sonrakı ipoteka müqaviləsi 27 dekabr 2019-cu il tarixdə bağlandıgından, həmin tarixdən qüvvədə olan «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə uygun olaraq ipoteka predmetlərinə tutmanın yönəldilməsi yalnız notariusun icra qeydi əsasında həyata keçirilə bilər. Yəni qeyd edilmiş tələb məcburi hesab edilmədiyindən iddiaçı tərəfindən qeyd edilmiş tələb ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsindən əlavə, kredit borcunun tutulması haqqında tələbi də mövcuddur. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinad edilməklə hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina olunması yol verilməzdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.2ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: İddiaçının nümayəndəsi X3 şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(074)-1366/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı «Azərbaycan Beynəlxalq Bankı» Açıq Səmhdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar