Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-532/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-43/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, “Paşa Sığorta” tərəfindən müəyyən edilmiş 8494 manat məbləğində ona dəymiş zərərin 3494 manatını və ödədiyi 55 manat dövlət rüsumunu Cavabdeh tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-43/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Gülsarə İmanova) iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 256.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı Heybətov X1 Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2(034)-43/2025 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-43/2025 saylı qərardadını ləğv edilərək, işin ictraatının yenilənməsi və işə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(034)-43/2025 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, bu barədə ona məhkəmə tərəfindən heç nə bildirilməmişdir. Məhkəmə ona DYP-dən və Paşa Sığortanın tərtib etdiyi rəyi ondan istəmiş, o, həmin sənədləri əldə edənə qədər məhkəmə nə qərar çıxarmış onun xəbəri olmamışdır. O, sənədləri əldə etdikdən sonra məhkəməyə yaxınlaşaraq həmin sənədləri təqdim edəndə ona bildirilmişlər ki, işi baxılmamış saxlamışlar. O, məcbur olaraq asan imza almış və məhkəmənin gedişatını elektron sistem üzərindən izləyərək qərardaddan şikayət vermək qərarına gəlmişdir. Onunla məhkəmə arasında anlaşılmazdıq yaranması nəticəsində bu məsələlər yarandığına görə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(034)-43/2025 saylı qərardadını o, qanunsuz hesab edir və həmin qərardad ləğv olunmalıdır. Cavabdehin məsuliyyətə cəlb olunması ilə bağlı protokol və qərar onda yoxdur. O, məhkəmə iclaslarında iki dəfə iştirak etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-43/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-43/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(034)-43/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əasən iddiaçı və cavabdeh xx.xx.2024-cü il tarixinə təyin olunmuş məhkəmənin hazırlıq iclasında iştirak etmiş, məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixinə təxirə salınmış, həmin iclasda yalnız cavabdeh iştirak edərək, məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixinə təyin olunmuş, həmin tarixli məhkəmə iclasında iddiaçı iştirak etmiş, cavabdeh üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işin təxirə salınmasını xahiş etdiyindən məhkəmə iclası xx.xx.2025-ci il tarıxinə təxirə salınmış, həmin tarixdə isə tərəflər məhkəmə iclasında iştirak etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin tarixli məhkəmə iclas potokolundan və məhkəmənin qərardadından isə görünür ki, birinci instansiya məhkəməsi tərəflərin məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbdən olub-olmamsına hər hansı bir qiymət verməmişdir. Göründüyü kimi iddiaçı məhkəmənin hazırlıq və baxış iclaslarında iştirak etsə də yalnız sonuncu məhkəmə baxışı iclasında iştirak etməmişdir. Qeyd olunan hallara əsasən isə iddiaçının sonuncu məhkəmə iclasında iştirak etməməsi Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinin tələbi baxımından təkrar məhkəmə iclasına gəlməmə kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsini Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlması əsassız olmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-43/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(034)-43/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.2, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-43/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(034)-43/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Zəngilan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-532/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-532/2025
12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver