Məhkəmə qərarları › İş №2(105)-534/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-534/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-534/2023 05.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi- sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), X17 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(034)-354/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxxx 1956-cı il tarixdə Quba rayonu, 1-ci Nüvədi kəndində doğulub və Quba rayonu, 1-ci Nüvədi kəndində pasport qeydiyyatındadır.

2. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin xx.xx.2020-ci il tarixli MAPS arayışından məlum olur ki, Cavabdeh1 xx xxxxxx 1967-ci il tarixdə Zəngilan rayonunda doğulub və Zəngilan rayonu, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev-149- da, Cavabdeh2 xx.xx.1966-cı il tarixdə Zəngilan rayonunda anadan olan, Zəngilan rayonu, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, ev-149-da qeydiyyatdadırlar.

3. AZ-İİ №099812 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 xx.xx.2020-ci il tarixdə kəskin miokard infarktından vəfat etmişdir.

4. Quba Rayon Məhkəməsinin 2(027)-184/2018 saylı 29 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması, istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilmiş, X6 Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 184,2 kv.m olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və X6 həmin evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 12 oktyabr 2011-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin və onun əsasında Quba rayonu İ Nügədi kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 184,2 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.

5. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4434/2018 nömrəli, 07 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, eyni faktlar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olması əsas gətirilərək apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-184/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsinin ləğv olunması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3287/2019 saylı, 13 may 2019-cu il tarixli qərarı ilə əvvəlki mülki iş üzrə qərarların hazırkı iş üzrə preyudisiyal əhəmiyyət daşımadığı, mülki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsas gətirilərək Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (105)-4434/2018 saylı, 07 dekabr 2018ci il tarixli qətnaməsini ləğv etmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3093/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsindən məlum olur ki, Quba Rayon Məhkəməsinin 2(027) - 184/2018 saylı, 29 may 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-21/2020 nömrəli 07 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-3093/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X6 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Quba rayon Notariat Kontoruna qarşı iddiası alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması hissəsində rədd edilmiş, mübahisə predmetinə müstəqil tələb irəli sürən üçüncü şəxslər X8 və İddiaçı Məhəmmədrəhim qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Quba rayon Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiasının rədd edilməsi, qalan hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

9. Quba Rayon Məhkəməsinin 2(027)-359/2014 saylı, 17 iyul 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdehlər X8 və qeyrilərinə qarşı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi və evdən çıxarılma tələbi təmin edilmiş, X4 və X6 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı Quba rayon Notariusunda Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması, AR ƏMDKY DƏDRX-nin Xaçmaz Ərazi idarəsi tərəfindən xx.xx.2011-ci ildə Cavabdeh2 verilmiş çıxarışın ləğv olunması cavabdehlər Cavabdeh2, Cavabdeh1, Quba rayon Notariusu Z.X.Dəmirov barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılmasına dair iddialarının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

10. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (1015)- 580/2015 nömrəli 04 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Quba rayon Məhkəməsinin 2 (027)- 559/2014 saylı 17 iyun 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 30 iyun 2016-cı il tarixli, 2(102)-2314/16 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-580/2015 saylı, 04 noyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a)Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 300 000 (üç yüz min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X10 alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi, yaşayış hüququnun tanınaraq və mənzilə köçürülməsi, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X8 və İddiaçı eyni daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizələri ilə Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-184/2018 saylı 29 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması, istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair iddiasının qismən təmin edilməsi, X6 Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 184,2 kv.m olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və X6 həmin evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Quba rayon Notariat Kontorunda bağlanmış 12 oktyabr 2011-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında Quba rayonu İ Nügədi kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 184,2 kv.m olan fərdi yaşayış evinə dair Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Həmin mülki iş üzrə işin faktiki halların qiymət verən məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 3-cü şəxs X3 aldığı etibarnamə əsasında ona məxsus Quba rayonu, İ Nügədi kəndində 0,12 ha torpaq sahəsində yerləşən 82 kv.m yaşayış 110,60 kv.m yardımçı sahələr olmaqla 192,60 kv.m ümumi sahədən, bir mərtəbədən və 4 otaqdan ibarət fərdi yaşayış evini 12 oktyabr 2011-ciil tarixli alqı-satqı müqaviləsi əsasında rəsmi nikahda olduğu həyat yoldaşı Cavabdeh2 75 000 manata satmışdır. Həmin alqı-satqı müqaviləsinin bağlanması ilə cavabdeh X11 qeyd olunan daşınmaz əmlakın 2/1 hissəsini əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Satışdan əldə edilmiş pul vəsaiti mülkiyyətçiyə, onun ailə üzvlərinə ödənilməmişdir. Cavabdeh1 həmin daşınmaz əmlakı 300.000 (üç yüz min) manata satacağına vəd vermiş, lakin onu dəyərindən dəfələrlə ucuz qiymətə sənədləşdirmişdir. Yəni Quba rayon notariusu X13 tərəfindən 12 oktyabr 2011-ci il tarixdə 4ə/01-255 reyestrlə təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi aldatma yolu ilə bağlanmışdır. Bu qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4434/2018 nömrəli 07 dekabr 2018-ci il tarixli qətnaməsi ilə eyni faktlar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının olması əsas gətirilərək apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-184/2018 saylı, 29 may 2018-ci il tarixli qətnaməsinin ləğv olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)- 3287/2019 saylı 13 may 2019-cu il tarixli qərarı ilə əvvəlki mülki iş üzrə qərarların hazırkı iş üzrə preyudisiyal əhəmiyyət daşımadığı, mülki işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsas gətirilərək Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (105)- 4434/2018 saylı 07 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv etmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 3093/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər həmin qətnamədən kassasiya vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 21/2020 nömrəli 07 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 2(105)-3093/2019 saylı, 06 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X6 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Quba rayon Notariat Kontoruna qarşı iddiasının alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması hissəsində rədd edilməsi, qalan hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması, mübahisə predmetinə müstəqil tələb irəli sürən üçüncü şəxslər X8 və İddiaçı Məhəmmədrəhim qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Quba rayon Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Ali Məhkəmənin iş üzrə qərarı onunla əsaslandırılmışdır ki, müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, İddiaçı mübahisəli əmlaka dair subyektiv hüquqları mövcud olsa da, onlar tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür. İşin mübahisə olunmayan hallarından göründüyü kimi mübahisə edilən əqd 2011-ci ildə bağlanmış və icra olunmuşdur. Yəni müqavilənin icrasının üzərindən 6 ilə yaxın müddət keçmişdir. Belə olan halda müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən qeyd olunan tələb üzrə məhkəməyə müraciət etmə müddəti ötürülmüşdür. 12 oktyabr 2011-ci il tarixdə 42/01-225 reyestrlə təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhər notariusu H.Qurbanov tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 7E/1596 saylı etibarnaməyə əsasən X4 adından çıxış edən Cavabdeh1, X4 adından mülkiyyətçisi olduğu Quba rayonu, İ Nügədi kəndində 0,12 ha xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 82 kv.m yaşayış, 102,2 kv.m yardımçı sahələr olmaqla, 184,2 kv.m ümumi sahədən bir mərtəbədən və 4 otaqdan ibarət fərdi yaşayış evini 75 000 manata Cavabdeh2 satmışdır. İşin əsli ondan ibarətdir ki, həmin daşınmaz əmlakın alqı-satqısı formal həyata keçirilmiş, əmlakın mülkiyyətçisi X1 Ramilə Xasay qızı tərəfindən aldadılaraq nə ona, nə də ailə üzvlərinə sonuncu tərəfindən heç bir ödəniş edilməmişdir. X1 Ramilə Xasay qızı tərəfindən aldadılaraq onun dələduzluq yolu ilə əldə etdiyi borclara cavabdehliyi üzərinə götürməyə dəfələrlə təşəbbüs göstərmiş, nəticə əldə edilmədiyinə görə onun qohumları tərəfindən borcun etirafı müqaviləsini imza etməyə və ona etibarnamə verməyə məcbur edilmişdir. Quba Rayon Məhkəməsində baxılmış 2(027)-359/2014 saylı mülki iş üzrə 01 may 2014-cü il tarixli məhkəmə iclas protokolunda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh2 izahatına bildirmişdir ki, “X8 qızı Aytən üçün Masazır ərazisində ev almaqdan ötrü təcili 25 000 manat verilməsini xahiş etmişdir. Daha sonra Tofiq Ağabalayev evinin diskə çəkilmiş video görüntülərini və evin qeydiyyat sənədlərini də gətirib vermiş və həmin vaxtı X7 əlavə olaraq 46 000 manat vermişlər. Nümayəndənin «iddianı uzun müddət ərzində niyə verməmisiniz? sualına” Tofiq Ağabalayev ondan möhlət istədiyinə görə iddia verməmişdir, həm də Tofiq deyirdi ki, evi ucuz satıb, evin qiyməti 150 000 manatdır. Evə görə Tofıqə ailə üzvlərinin yanında 25 000 manat vermişlər. Sonra 10 000 manat, etibarnamədən sonra da 36 000 manat vermişlər. Bütün pulları evində vermişlər”. Yenə həmin protokolda Cavabdeh1 izahatında bildirmişdir ki, “25 000 manat Tofiqin özünə vermişdir, sonra 10 000 və 36 000 manat vermişlər. 75 000 manat bank vasitəsilə verilmişdir”. Qeyd edilən məbləğin ödənilməməsi həmin izahatlarla təsdiq olunur. Etibarnamə 02 avqust 2011-ci il tarixdə verilmişdir. Borcun etirafı müqaviləsində X4 25 iyul 2011-ci il tarixdə Cavabdeh1 71 000 manat məbləğində borc pul aldığı və həmin pulu 07 oktyabr 2011-ci il tarixədək qaytarmağı öhdəsinə götürməsi qeyd olunub. Buna görə də Cavabdeh2, Cavabdeh1 izahatında pulun ödənilməsi barəsində göstərdikləri, həqiqətə uyğun deyildir. Bundan əlavə Cavabdeh2 izahatında daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilən evin qiymətinin həqiqətə uyğun olmadığını etiraf etmişdir. Fərdi yaşayış evini görmədən, onun yüklü olub-olmamasını öyrənmədən qabaqcadan 71 000 manat məbləğdə pulun ödəməsi ağlabatan deyildir. 2(027)-184/2018 saylı mülki işə əlavə edilmiş 12 oktyabr 2011-ci il tarixli 36 №li qəbzlə 75 000 manat pul "xxxx" ASC-nin Quba filialına köçürülmüş və həmin məbləğ məhz Cavabdeh1 tərəfindən qəbzə imza olunaraq çıxarılmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-359/2014 saylı mülki iş üzrə məhkəmə iclasında Cavabdeh1 izahatında “75 000 manat banka salıb çıxardığı”nı bildirir. Həmin alqı-satqı müqaviləsi fərdi yaşayış evinin Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün bağlanmışdır. Bununla da onlar etibardan istifadə etməklə, aldatmaqla başqasının 300 000 manat dəyərində olan əmlakını ələ keçirmişlər. Yəni alqı-satqı müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş şərtlər pozulmuş, müqavilə hədə təsiri altında bağlanmışdır, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 əmlakı əvəzsiz olaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Quba Rayon Məhkəməsinin 2 (027)-359/2014 saylı, 17 iyul 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdehlər X8 və qeyrilərinə qarşı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi və evdən çıxarılma tələbinin təmin edilməsi, X4 və X6 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı Quba rayon Notariusunda Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması, AR ƏMDKY DƏDRX-nin Xaçmaz Ərazi idarəsi tərəfindən xx.xx.2011-ci ildə Cavabdeh2 verilmiş çıxarışın ləğv olunması cavabdehlər Cavabdeh2, Cavabdeh1, Quba rayon Notariusu Z.X.Dəmirov barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılmasına dair iddialarının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 580/2015 nömrəli 04 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Quba rayon Məhkəməsinin 2 (027)-559/2014 saylı 17 iyun 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2016-cı il tarixli, 2(102)-2314/16 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-580/2015 saylı 04 noyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər qeyd olunan daşınmaz əmlakın satış pulunu indiyədək ödəməmişlər. Cavabdeh1 iddiaçının həyat yoldaşı Tofiq Ağabalayevə iyun ayında 35000 manat verdiklərini, sonra isə avqust ayında 36000 manat verdiklərini bildirir, lakin bu halları təstiq edən heç bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 izahatında qeyd olunan hallar iş materiallarında olan sübutlarla təkzib olunur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

14. Zəngilan Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(034)-354/2021 nömrəli qətnaməsi ilə (hakim G.İmanova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi qismən təmin olunub, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı iddiasında tələb etdiyi ******* manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olması barədə tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə araşdırması zamanı məlum oldu ki, iddiaçının Cavabdeh1 71000 manat məbləğdə borcu olduğundan iddiaçının mərhum əri Tofiq sağlığında borcun etirafı barədə müqaviləyə qol çəkmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli evə dair öz aralarında həmin evi 75000 manat qiymətləndirməklə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin evin alqı-satqısına dair 75000 manat pulu Cavabdeh1 özü iddiaçının ona 71000 manat borcu olduğuna görə bankdan çıxararaq götürmüşdür. Lakin cavabdeh 75000 manatdan 4000 manatın iddiaçının mərhum əri Tofiqə verməsini bildirsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə Cavabdeh1 iş üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd edir ki,tərəflər arasında mübahisəli evlə bağlı məhkəmə mübahisələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydada iddia irəli sürülərək uzun müddətlər davam etmişdir və iddia müddəti kəsildiyindən iddiaçı iddia müddətini ötürməmişdir. Beləliklə məhkəmə qeyd olunanları və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alıb, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi qismən təmin olunmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 88, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətlərinin dəlilləri

17. İddiaçı apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(034)-354/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçının apellyasiya şikayətinin dəlili iddia ərizəsi ilə anoloji məzmun daşıyır. Apellyasiya şikayətində qeyd olunur ki, iş materiallarında olan ayrı-ayrılıqda iki iddia üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktlarında mübahisəli fərdi yaşayış evinə dair satış məbləğinin iddiaçıya və onun ailə üzvlərinə ödənilməsi müəyyən edilməmişdir. İş materiallları əlaqəli şəkildə təhlil edildikdə cavabdehlərin izahatlarının birbirini təkzib etməsi müəyyən edilir. İşin real tərəfi ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evinə dair tərəflər arasında alqı-satqı müqaviləsi formal bağlanmış, iddiaçının mərhum əri Cavabdeh1 tərəfindən məqsədli şəkildə aldadılmış, ona borcun etirafı müqaviləsi imzaladılmış, həmçinin etibarnamə əldə edilmiş və son mərhələdə əmlak sonuncunun həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Məhkəmə işin bu hallarını lazımi qaydada araşdırmamış, iddia tələbini yalnız cavabdehin izahatına istinadla 4 min manat məbləğdə təmin etmişdir ki, məhkəmənin bu mövqeyini qəbul etmir. İddiaçı mübahisəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsindən uzun müddət məlumatsız olmuşdur. O mərhum ərinin dediyinə əsasən elə hesab edirdi ki, qeyd olunan əmlak Cavabdeh1 vasitəsi ilə 3000 min manat məbləğində satılacaqdır. Lakin sonrdan məlum olmuşdur ki, həmin əmlak qeyd olunan məbləğdən təxminən 4 dəfə aşağı məbləğə Cavabdeh1 tərəfindən əri Cavabdeh2 satılmışdır. Həmin məbləğin isə 71 min manatı mərhum Tofiq Ağabalayevin “borcuna” görə çıxılmışdır. Beləliklə mübahisəli fərdi yaşayış evinin dəyəri cavabdehlər tərəfindən ödənilmədən, habelə aldadılma yolu ilə sonuncular tərəfindən əldə edilmişdir. Məhkəmə isə bu hallara düzgün hüquqi qiymət verməmiş, əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

19. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(034)-354/2021 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin edilən hissəsində mövqeyi əsassızdır. Belə ki, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, “iddiaçının Cavabdeh1 71000 manat məbləğdə borcu olduğundan iddiaçının mərhum əri Tofiq sağlığında borcun etirafı barədə müqaviləyə qol çəkmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında mübahisəli evə dair öz aralarında həmin evi 75000 manat qiymətləndirməklə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin evin alqı-satqısına dair 75000 manat pulu Cavabdeh1 özü iddiaçının ona 71000 manat borcu olduğuna görə bankdan çıxararaq götürmüşdür. Lakin cavabdeh 75000 manatdan 4000 manatın iddiaçının mərhum əri Tofiqə verməsini bildirsə də, bu barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir.” Bu səbəbdən də məhkəmə həmin məbləğin iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən bu hissədə araşdırma düzgün aparılmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Belə ki, iş materiallarından məlum olduğu kimi hazırkı mübahisə predmetini təşkil edən fərdi yaşayış evinə dair tərəflər arasında eyni əsaslarla oxşar iddialar üzrə məhkəmə mübahisələri mövcud olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktları əsasında mübahisəli əmlaka dair alqı-satqı müqaviləsinin qanuni əsaslarla bağlanılması təstiq olunmuşdur. Sözügedən fərdi yaşayış evi hazırda Cavabdeh2 mülkiyyətindədir. Alqı-satqı müqaviləsi tam qanuni əsaslarla bağlanmış, müqavilə bağlanılmazdan bir gün əvvəl iddiaçının və qızlarının notarial qaydada razılıq ərizələri alınmışdır. Başqa sözlə alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin bütün tələblərinə riayət edilməklə bağlanılması digər mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktlarında öz təstiqini tapmışdır. Lakin Zəngilan Rayon Məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnaməsində AR MPM-in 82-ci maddəsinin tələblərini pozmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlara hazırkı iş üzrə məhkəmə araşdırması zamanı yenidən qiymət vermişdir. Bütün hallarda məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, cavabdehlərin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır. İşə baxan məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə öz mövqeyinin hüquqi əsası kimi iş materiallarında olan tərəflər arasında bağlanılmış borcun etirafı müqaviləsinə, habelə tərəflər arasında mövcud məhkəmə mübahisələri üzrə qəbul edilmiş məhkəmə aktlarına istinad etmiş, həmin aktları preyedusial əhəmiyyətli aktlar hesab etmiş və nəticədə hazırkı iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Son nəticədə, mübahisəli mənzilin alqı-satqı dəyərinin borcun etirafı müqaviləsindəki məbləğlə əvəzləşdirilməsi halını qəbul etmiş və qalan məbləğin yəni 4 min manatın cavabdehlərdən müştərək qaydada tutulması qənaətinə gəlmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, mübahisəli evin dəyərinin necə müəyyən olunduğu bəlli deyildir. Habelə cavabdehlərin izahatlarından alqı-satqı predmeti olan evə görə hər hansı məbləğin ödənilməsi müəyyən olunmur. Belə ki, cavabdehlər borcun etirafı müqaviləsində qeyd olunan 71000 min manat məbləği iki dəfə 35000 min manat və 36000 min manat olmaqla iki dəfəyə verdiklərini bildirirlər. Lakin iş materialları ilə bu hal təstiq olunmur. Mübahisəli fərdi yaşayış evinə dair iddiaçının mərhum həyat yoldaşı Tofiq Ağabalayev tərəfindən cavabdehə 02 avqust 2011-ci il tarixdə etibarnamə verilmişdir. Mübahisəli mənzil iddiaçı ilə onun ərinin birgə nikah dövründə əldə etdikləri əmlak olmaqla həmin əmlakda iddiaçının pay hüququ vardır. Lakin cavabdehlər iddiaçının mərhum ərini aldatmış və bütün sənədləşmələr formal şəkildə icra edilmişdir. Lakin işə baxan məhkəmə bu hallara qiymət verməmiş, yalnız daha öncə mövcud olmuş məhkəmə aktlarına istinad etməklə hüquqi əsası olan iddianı rədd etmişdir. Göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

23. Məhkəmə iclsında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə cavabdehlərin apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, iddiaçının aoellyasiya şikayətinə etiraz edərək bildirdi ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qismən əsassızdır. Məhkəmənin cavabdehlərdən iddiaçının xeyrinə 4000 min manat məbləğində pulun tutulması barədə mövqeyi əsassız olmaqla qəbuledilməzdir. Belə ki, iş materiallarından məlum olduğu kimi tərəflər arasında hazırkı mübahisə predmeti olan fərdi yaşayış evinə dair məhkəmə mübahisələri mövcud olmuş və qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən mübahisəli fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanması təstiq olunmuşdur. Sözügedən müqavilə və onun əsasında əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasına dair Çıxarış bu gün də qüvvədədir. İddia tələbi tamamilə əsassız olmaqla, formal mülahizələrdən ibarətdir. Bununla belə işə baxan məhkəmə heç bir tutarlı sübut olmadan, əsassız şəkildə cavabdehlərdən iddiaçının xeyrinə 4000 min manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir ki, həmin hissədə məhkəmə qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən nümayəndə cavabdehlərin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir

25. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar tərəfindən Zəngilan Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(034)-354/2021 nömrəli qətnaməsi ayrı-ayrı əsaslarla mübahisələndirilmiş və hər iki şikayətdə qətnmənin ləğv olunmasını xahiş edilmişdir.

27. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməməlidir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

30. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə əvvəlcə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə dair iddianın qanuni əsaslarını yoxlamalıdır. Məlum olduğu kimi, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

31. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (§ 43-44, 47).

32. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (məsələn, əmlak verməli, iş görməli və s.), müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi əsaslarından biri də müqavilədir (§ 45-46).

33. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn mülki hüquq münasibətləri vardır.

34. Belə ki, araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, mübahisə predmetini təşkil edən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 184,2 kv.m olan fərdi yaşayış evi İddiaçı mərhum əri Tofiq Ağabalayevə məxsus olmuşdur. xx.xx.2011-ci il tarixdə Tofiq Ağabalayev tərəfindən Cavabdeh1 etibarnamə verilmiş və həmin etibarnamə əsasında ona məxsus olan Quba rayonu İ Nügədi kəndində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 4 otaqlı ümumi sahəsi 184,2 kv.m olan fərdi yaşayış evi notarial qaydada təsdiq olunmuş xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 75 000 manata satılmışdır. Hazırda sözügedən daşınmaz əmlak Cavabdeh2 xüsusi mülkiyyətindədir.

35. Bundan sonra tərəflər arasında yuxarıda qeyd olunan çoxsaylı məhkəmə mübahisələri mövcud olmuş, hazırkı iş üzrə iddiaçı və onun ailə üzvləri tərəfindən eyni əsaslarla oxşar iddia tələbləri ilə (mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, həmin əmlaka dair cavabdehin adına rəsmiləşdirilmiş Çıxarışın ləğv edilməsi) məhkəməyə müraciət edilmiş, sonda iddia tələbləri təmin edilməmişdir. Sözügedən qətnamələr qanuni qüvvəsini almışdır. Başqa sözlə hazırkı iddia tələbinin əsası kimi istinad edilən xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi, habelə onun əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş **********41-10301 reyestr, xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış daha öncə eyni əsaslarla məhkəmədə mübahisələndirilmiş, lakin məhkəmə tərəfindən iddia tələbləri təmin edilməmiş, adıçəkilən sənədlər hazırda da qüvvədədir.

36. İddiaçı hazırkı iddia tələbində yuxarıda sadalanan halları, mövcud məhkəmə aktları ilə əlaqəli şəkildə sadalayaraq, iddiasının əsası qismində onun mərhum əri ilə cavabdehlər arasında mübahisəli əmlakın alqı-satqı dəyərinin 300000 manat məbləğində müəyyən edilməsini qeyd etmişdir ki, iddiaçı tərəfindən bu hissədə hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir.

37. Bundan əlavə işin apellyasiya icraatı zamanı müəyyən edilən hallarından görünür ki sözügedən alqı-satqı müqaviləsində qeyd olunmuş əmlakın dəyəri 75000 manat alqı-satqı zamanı notariusun depozit hesabı vasitəsilə həyat keçirilmiş, sonda həmin pul məbləği mülkiyyətçinin (T. Ağabalayevin) səlahiyyət verdiyi şəxs tərəfindən götürülmüşdür.

37. Göründüyü kimi sözügedən alqı-satqı müqaviləsi zamanında qanunvericiliyin tələblərinə riayət edilməklə rəsmiləşdirilmiş, iddiaçının mərhum əri də həmin müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur.

38. Mübahisənin bu halında kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı, yaxud haqsız olmasını, o cümlədən pulun kimə və hansı məqsədlə verilməsini araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız mübahisəli əmlakın daha artıq qiymətə satılması barədə iddiaçının mülahizəsindən və həmin məbləğin qaytarılması barədədir.

39. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının əri qeyd olunan müqaviləni könüllü bağlamaqla, müqavilədəki imzanı isə könüllü və öz iradə ifadəsi əsasında imza etməklə müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuş, buna dair həmin vaxt digər şərt irəli sürməmişdir.

40. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 63).

41. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir.

42. Hazırkı işin halları baxımından da iddia tələbini sübut etmək yükü bu halı iddia edən tərəf kimi iddiaçının üzərində olmuşdur.

43. Apellyasiya kollegiyası tərəflərin təqdim etdiyi sübutlar həcmində mübahisənin həllinə ədalətli və obyektiv yanaşma baxımından qeyd edir ki, iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-354/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsi qismən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat məbləğində pulun alınaraq, İddiaçı verilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə də təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-354/2021 nömrəli, 12 avqust 2021-ci il tarixli qətnaməsi qismən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4000 (dörd min) manat məbləğində pulun alınaraq, İddiaçı verilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi bu hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər (iddiaçı tərəf), üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar