Məhkəmə qərarları › İş №2(105)-535/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-535/2021

11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-535/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim E.T.Məmmədov) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mülki işin ərazi aidiyyatı üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 5500 manat və 10800 manat olmaqla cəmi 16300 manat, digər Cavabdeh2 2000 manat məbləğində borcun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə onun arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx xxx 2020-ci il tarixli və xx xxx 2020-ci il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək mülki işin baxılması üçün aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ərizəsində göstərmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin Naxçıvan MR. Naxçıvan şəhəri, Qoçüstü, ev 7c, mənzil 26-da qeydiyyatda olmasını və MAPS arayışinı da ərizəyə əlavə etsə də nədənsə ərizəni Abşeron Rayon Məhkəməsinə vermişdir. Bundan başqa iddiaçı yaxşı bilir ki, o Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olmasına baxmayaraq uzun illərdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 6-da yaşayır. Lakin bütün bunlara baxmayaraq iddiaçı hansı maraq naminə ərizəni Abşeron Rayon Məhkəməsinə verməsi maraq doğurur. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən “qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə Cavabdeh1 şikayəti onunla əsaslandırmışdır ki, onun faktiki yaşayış yeri Bakı şəhəri, Binəqədi Rayon ərazisində yerləşir. Bu barədə o, müvafiq arayışı da məhkəməyə təqdim etmişdir. Bu barədə dəfələrlə məhkəməyə bildirilmişdir. İlk iddia üzrə ikinci cavabdeh tamamilə formal olaraq göstərilmişdir. O həmin cavabdehi tanımır, o da onu tanımır. Məhkəmə tərəfindən bir çox prosessual normaları pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməsi, mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə ilkin iddia İddiaçı və ilkin iddia üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Mülki işin materiallarından müəyyən edilir ki, ilkin iddia üzrə cavabdehlərdən biri olan Vahabov X3 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 1,ev 6-da rəsmi qeydiyyatdadır. Belə olan təqdirdə məhkəmə Azərbaycan Respublikası MPM-in 36.2-ci maddəsinə istinad edərək hesab edir ki, hazırki mülki işə Abşeron Rayon Məhkəməsində baxıla bilər və mülki işin Binəqədi Rayon Məhkəməsinə göndərilməsi üçün prosessual əsas yoxdur. Məhkəmə kollegiyası ilkin iddia üzrə Cavabdeh1 bu iş üzrə digər Cavabdeh2 tanımaması və onun ərizədə formal olaraq göstərilməsi barədə şikayətdə gətirdiyi dəlili şəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində göstərilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İlk iddia üzrə Cavabdeh1 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli, 2(012)- 3297/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar