Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-54/2021 11.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili X12, Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-1255/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-1255/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) İddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinə qarşı istehsalatda baş vermiş qəza nəticəsində işçinin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin təqsiri üzündən sağlamlığına vurulmuş zərərin əvəzi olaraq xx xxxxxx 2012-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2018-ci il tarixədək ödənişlər üzrə yaranmış 19200 manat məbləğində borcun və xx xxxxxxxx 2018-ci il tarixdən etibarən hər ay 240 manat məbləğində ödənişin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, M.Əzizbəyov adına Sumqayıt Səthi Aktiv Maddələr zavodu üzrə xx.xx.1973-cü il tarixli, 213 saylı əmrə əsasən kimya laboratoriyasına 5-ci dərəcəli laborant vəzifəsinə işə qəbul olmuş və zərərli maddələrinin (civə, xlor) kimyəvi analizlərini etmişdir. 1973-cü ilin aprel ayında zavodun 3 saylı (civə üsulu ilə xlorun alınması) sexinin laboratoriyasında xidməti vəzifəsini yerinə yetirən zaman istehsalat qəzası nəticəsində zəhərlənmə baş vermiş və nəticədə sağlamlığına zərər dəymişdir. Zəhərlənmə nəticəsində əmək qabiliyyətini itirdiyinə görə laboratoriyada əmək fəaliyyətini lazımınca yerinə yetirə bilməmiş və bu səbəbdən də, o, zavodun nəzdində olan 7 saylı yataqxanaya yüngül işə-tərbiyəçi vəzifəsinə keçirilmişdir. xx xxx 1975-ci il tarixdən ona İİİ qrup ümumi xəstəlik üzrə pensiya təyin edilmişdi və hazırda İİ qrup əlilik üzrə pensiya alır. Onun təyin olunmuş pensiyadan başqa gəliri yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 saylı zona TSEK-nın keçirdiyi ekspertizanın xx.xx.2012-ci il tarixli, 515 saylı müayinə aktına əsasən o, istehsalatda baş verən qəza nəticəsində peşə əmək qabiliyyətini 80% itirməklə müddətsiz İİ qrup peşə xəstəliyi üzrə əlil hesab olunmuşdur. İstehsalatda baş vermiş qəza nəticəsində onun sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh ərizəyə əlavə olunmuş sənədlərin qanunun tələblərinə cavab vermədiyini bəhanə gətirərək sağlamlığına vurulmuş zərərin əvəzini ödəməkdən imtina etmişdir. Cavabdeh bilərəkdən mövcud əmək qanunvericiliyinin tələblərinə məhəl qoymur və qanuna zidd hərəkətləri ilə ödəniş etməkdən boyun qaçırır. “Azərikimya” İstehsalat Birliyində çalışan 5-ci dərəcəli laborantın hazırki orta aylıq əmək haqqı 300 manat təşkil edir. Əmək qabiliyyətinin 80 faizi itirilməsi nəzərə alınmaqla, cavabdehin ona vurulmuş ziyanın əvəzi olaraq aylıq ödənişi 240 manat təşkil etməlidir. xx xxxxxx 2012-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2018-ci il tarixədək sağlamlığına vurulmuş ziyanın əvəzi olaraq cavabdeh ona 19200 manat məbləğində ödəniş etməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hazırki mülki işə baxarkən maddi və prosessual qanunvericiliyin tələblərini kobud və aşkar şəkildə pozmuş, nəticədə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən işin faktiki halları tam araşdırılmamış, həmçinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi səbəbindən qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, rəsmi sənədlərdən aydın görünür ki, ona xx.xx.2012-ci il tarixdən 12 saylı TSEK-nin qərarı ilə “Toksiki diffuz miokardit sinus ritminin pozğunluğu, sinus taxekardiyası, bronxial astma infeksion allergik forma tez-tez baş verən boğulma tutmaları ilə tənəffüs çatmamazlığı İİ dərəcə, revmatizm aktiv faza, mitral qapaq çatmamazlığı” diaqnozla peşə xəstəliyi səbəbindən müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. Tibbi müayinədən keçərkən onda ağ ciyərin zədələnməsinə xas olan asmatik kompanentli xroniki bronxit və ağ ciyərin emfizeması xəstəliyi müəyyən edilmişdir. Tibbi ədəbiyyatında olan məlumatlara görə bu qəbildən olan xroniki xəstəliklər yalnız zərərli amillərin nəticəsində baş verə bilər. O, işləyərkən gündəlik xlor birləşmələrinin analizlərini etdiyinə görə mütəmadi olaraq xlor buxarlanmasının təsirinə məruz qalırdı. İşlədiyi laboratoriyada zəhərlənmə nəticəsində əmək qabiliyyətini itirdiyinə görə o, M.Əzizbəyov adına Sumqayıt Səthi Aktiv Maddələr zavodunun nəzdində olan 7 saylı yataqxanaya yüngül işə-tərbiyəçi vəzifəsinə keçirilmişdir. Bundan əlavə, o, zavoda işə qəbul olunan zaman, bir qayda olaraq, tələb olunan həkim müayinəsindən keçərək sağlamlığı haqqında arayış təqdim etmişdir. Məhkəmə baxışı zamanı iddia ərizəsinə qarşı cavabdeh yalnız etiraz ərizəsini təqdim etmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X14 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə M.Əzizbəyov adına Sumqayıt Səthi Aktiv Maddələr zavodunun 1 nömrəli sexinin kimya laboratoriyasına 5-ci dərəcəli laborant vəzifəsinə qəbul edilmiş, xx xxx 1975-ci il tarixli əmrlə Mənzil-Kommunal İdarəsinin 7 saylı yataqxanasına tərbiyəçi vəzifəsinə keçirilmiş, xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatı ixtisara düşdüyünə görə) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2012-ci il tarixli arayışının surətindən görünür ki, Məhərrəmova Pakizə Xalıqverdi qızı peşə xəstəliyinə görə İİ qrup müddətsiz əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2012-ci il tarixli müayinə aktından çıxarışın surətindən görünür ki, İddiaçı əmək qabiliyyətini 80% itirməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən yaşa görə ömürlük əmək pensiyası alır, pensiyanın məbləği 199,90 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına X3 İnstitutunun xx xxxxxx 2019-cu il tarixli, 35/4 saylı məktubundan görünür ki, mülki işdə qaldırılmış tələb M.M.Əfəndizadə adına Əmək Gigiyenası və Peşə xəstəlikləri ETİ-nun klinikasında olan sənədlərdə öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı Xudaverdi qızı xx.xx.1973-cü il tarixdə Azərbaycan SSR M.M.Əfəndizadə adına Əmək Gigiyenası və Peşə xəstəlikləri ETİ-nun klinikasına müayinəyə göndərilmiş, xəstə müayinədən keçirilmiş və xx.xx.1973-cü il tarixdə (Xlorla kəskin zəhərlənməyə dair məlumatlar olmadığından) “Dəmirdefisitli anemiya” (ümumu xəstəlik kimi) diaqnozu ilə müalicə həkiminə göndərilmişdir. Xəstə İddiaçı Xudaverdi qızı xx.xx.1994-cü il tarixdə yenidən klinikaya göndərilmiş, təkrar müayinədən keçirilmiş və aşkar edilmiş “Astmatik komponentli xroniki bronxit. Ağ ciyərlərin emfizemasi. TC İ-İİ. Revmatizm, qeyri aktiv faza. Revmokardit. Mitral qapaq qüsuru. Nəzərə çarpan asteno-vegetativ sindrom” diaqnozlarının da peşə ilə əlaqəsi təsdiq edilmədiyindən xx.xx.1994-cü il tarixdə yenidən müalicə həkiminə göndərilmişdir. Hazırda yaranmış zərurətlə əlaqədar, mövcud olan sənədlərə istinad edərək bidirilir ki, İddiaçı Xudaverdi qızının istər 02.04.-xx.xx.1973-cü il tarixlərdə klinikada təsdiq edimiş “Dəmirdefisitli anemiya”, istərsə də 10.03.-xx.xx.1994-cü il tarixlərdə təsdiq edilmiş “Astmatik komponentli xroniki bronxit. Ağ ciyərlərin emfizemasi. TC İ-İİ. Revmatizm, qeyri aktiv faza. Revmokardit. Mitral qapaq qüsuru. Nəzərə çarpan asteno-vegetativ sindrom” diaqnozlarının peşə ilə əlaqəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli, 29 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən 12 saylı TSEK-nın qərarı ilə “Toksiki diffuz miokardit sinus ritminin pozğunluğu, sinus taxekardiyası. Bronxial astma infeksion allergik forma tez-tez baş verən boğulma tutmaları ilə. Tənəffüs çatmamazlığı İİ dərəcə. Revmatizm aktiv faza. Mitral qapaq çatmamazlığı” diaqnozla peşə xəstəliyi səbəbindən müddətsiz 2 dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx xxxxxx 1996-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Səthi Aktiv X5rşı səhhətinin pozulmasına görə vurulan ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, məhkəmə qərardadının icrası məqsədi ilə İddiaçı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə dəvət olunmuş, xx.xx.2020-ci ildə ekspertiza müayinəsinə başlanılmış, xəstənin hazırki vəziyyətinin dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Elmi X16 Xəstəlikləri İnstitutuna göndəriş verilmişdir. İddiaçı Ağ X6 xx.xx.2020-ci il tarixli rəyi ilə xx.xx.2020-ci il tarixdə Xidmətdə müayinə olunmuşdur. 12 nömrəli TSEK-in xx xxxx 2018-ci il tarixli, 30 nömrəli məktubundan məlum olur ki, İddiaçı xx.xx.2012-ci il tarixdə 12 nömrəli TSEK-də müayinə edilmiş və “Toksik diffuz miokardit, sinus ritminin pozğunluğu, sinus taxikardiyası, bronxial astma, infeksion-allergik forma, tez-tez baş verən boğulma tutmaları ilə, tənəffüs çatmamazlığı ikinci dərəcə, revmatizm aktiv faza, mitral qapaq çatmamazlığı” diaqnozu ilə peşə xəstəliyi səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Bu barədə TSEK-də müayinə iclaslarının qeydiyyat jurnalında 515 nömrəli aktla qeydiyyat aparılmışdır. İddiaçı xx.xx.2012-ci il tarixdə 12 nömrəli TSEK tərəfindən təyin edilmiş ikinci dərəcə əlilliyə səbəb olan xəstəliklərin 1973-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş zəhərlənmə ilə səbəbli əlaqəsini müəyyən edən tibbi sənədlər (X8 rəyi) olmadığından, 2012-ci ildə təyin edilmiş əlilliyin peşə ilə səbəbli əlaqəsi müəyyən edilmir. İddiaçı xx.xx.2012-ci il tarixdə 12 nömrəli TSEK-də təyin edilmiş 80 faiz əmək qabiliyyətinin itirilmə faizinin itirilməsinin 1973-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş zəhərlənmə ilə səbəbli əlaqəsini müəyyən edən tibbi sənədlər olmadığından, peşə ilə səbəbli əlaqəsi müəyyən edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin birinci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 239-cu maddəsinin birinci hissəsinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin üçüncü hissəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, habelə istehsal avadanlıqları və obyektlərində qəza zamanı işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Həmin Qaydaların 1.3-cü bəndinə görə istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət-əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı), işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. ”Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına X3 İnstitutunun xx.xx.2019-cu il tarixli, 35/4 saylı məktubundan görünür ki, mülki işdə qaldırılmış tələb M.M.Əfəndizadə adına Əmək Gigiyenası və Peşə xəstəlikləri ETİ-nun klinikasında olan sənədlərdə öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı Xudaverdi qızı xx.xx.1973-cü il tarixdə Azərbaycan SSR M.M.Əfəndizadə adına Əmək Gigiyenası və Peşə xəstəlikləri ETİ-nun klinikasına müayinəyə göndərilmiş, xəstə müayinədən keçirilmiş və xx.xx.1973-cü il tarixdə (Xlorla kəskin zəhərlənməyə dair məlumatlar olmadığından) “Dəmirdefisitli anemiya” (ümumu xəstəlik kimi) diaqnozu ilə müalicə həkiminə göndərilmişdir. Xəstə İddiaçı Xudaverdi qızı xx.xx.1994-cü il tarixdə yenidən klinikaya göndərilmiş, təkrar müayinədən keçirilmiş və aşkar edilmiş “Astmatik komponentli xroniki bronxit. Ağ ciyərlərin emfizemasi. TC İ-İİ. Revmatizm, qeyri aktiv faza. Revmokardit. Mitral qapaq qüsuru. Nəzərə çarpan asteno-vegetativ sindrom” diaqnozlarının da peşə ilə əlaqəsi təsdiq edilmədiyindən xx.xx.1994-cü il tarixdə yenidən müalicə həkiminə göndərilmişdir. Hazırda yaranmış zərurətlə əlaqədar, mövcud olan sənədlərə istinad edərək bidirilir ki, İddiaçı Xudaverdi qızının istər 02.04.-xx.xx.1973-cü il tarixlərdə klinikada təsdiq edimiş “Dəmirdefisitli anemiya”, istərsə də 10.03.-xx.xx.1994-cü il tarixlərdə təsdiq edilmiş “Astmatik komponentli xroniki bronxit. Ağ ciyərlərin emfizemasi. TC İ-İİ. Revmatizm, qeyri aktiv faza. Revmokardit. Mitral qapaq qüsuru. Nəzərə çarpan asteno-vegetativ sindrom” diaqnozlarının peşə ilə əlaqəsi yoxdur. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdə 12 nömrəli TSEK tərəfindən təyin edilmiş ikinci dərəcə əlilliyə səbəb olan xəstəliklərin 1973-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş zəhərlənmə ilə səbəbli əlaqəsini müəyyən edən tibbi sənədlər (X8 rəyi) olmadığından, 2012-ci ildə təyin edilmiş əlilliyin peşə ilə səbəbli əlaqəsi müəyyən edilmir. İddiaçı xx.xx.2012-ci il tarixdə 12 nömrəli TSEK-də təyin edilmiş 80 faiz əmək qabiliyyətinin itirilmə faizinin itirilməsinin 1973-cü ildə xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş zəhərlənmə ilə səbəbli əlaqəsini müəyyən edən tibbi sənədlər olmadığından, peşə ilə səbəbli əlaqəsi müəyyən edilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə biməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-1255/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abbasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-54/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-54/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver