Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-544/2024 03.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı xxxxnın Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçı xxxxnın nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-893/2023 nömrəli qətnaməsindən iddiaçı xxxx tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsi ilə müəyyən olunur ki, 09 iyul 2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi uzrə 18529,49 ABŞ dolları məbləğində əsas borc, 09 iyul 2018-ci il tarixədək hesablanmış 9094,38 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 01 aprel 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 700 ABŞ dolları məbləğində penyanın, cəmi 28323,87 ABŞ dollarının qətnamənin icra olunan gunə Azərbaycan manatı məzənnəsi ilə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi uzrə çəkilmiş xərclərin cavabdehlər Cavabdeh və Cəlilov Təbrik Nurmət oğlundan birgə qaydada iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının xeyrinə tutulması, tələbin 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan cavabdeh Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.metr yaşayış, 122,5 kv.metr yardımçı sahədən ibarət olmaqla umumi sahəsi 257,7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh 09 iyul 2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi uzrə iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının qarşısında 28323,87 ABŞ dolları məbləğində borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cəlilov Təbrik Nurmət oğlu, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.metr yaşayış. 122,5 kv.metr yardımçı sahədən ibarət olmaqla umumi sahəsi 257,7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 198000 manat müəyyən edilməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-327/2021 saylı qətnaməsindən görünür ki, Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməsi, Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri. Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.nı yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən. 2 mərtəbəli. 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 190000 (bir yüz doxsan min) manat müəyyən edilməsi, qətnamə borc məbləğlərinin cavabdeh Cəlilov Təbrik Nurmət oğlundan da tutulmasına dair olan hissədə də ləğv edilməsi, iddianın təmin edilməmiş qalan hissələrində qətnamənin iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
3. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3891/2021 saylı qərarından görünür ki, iddiaçı ASC "Xalq" Bankı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(105)-327/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(1051-197/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı ASC “Xalq” Bankın verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsinin - «X1ma məxsus Ousar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 190000 (bir yüz doxsan min) manat müəyyən edilsin» hissəsində dəyişdirilməsi, Qusar şəhəri, Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən 2 mərtəbəli 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin likvid dəyərinin 140370 (yüz qırx min üç yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi, iddianın qismən təmin edilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1664/2023 saylı Qərarından görünür ki, "Xalq Bank" ASC-nin, Cavabdeh və Cəlilov Təbrik Nurmət oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-197/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. "Bakı Hərrac Mərkəzi" MMC-nin 179/23 №-li protokolundan və Bank ilə Hərrac təşkilatçısı arasında 31 avqust 2023-cü il tarixdə bağlanmış İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilədən görünür ki, ipoteka predmeti satılmadığına görə əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 89 485,87 (səksən doqquz min dörd yüz səksən beş manat 87 qəpik) manat məbləğində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, **********43914 saylı Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 4 763,62 (dörd min yeddi yüz altmış üç ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 100,99 (bir yüz manat 99 qəpik) manat məbləğində çəkilmiş xərcin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı (bundan sonra "Bank” və ya “İddiaçı” adlandırılacaq) ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********43914 saylı Kredit müqaviləsinə (bundan sonra "Kredit müqaviləsi” adlandırılacaq) müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz) faiz ödəmək şərtilə 25 450 (iyirmi beş min dörd yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq" Bankı ilə Cəlilov Təbrik Nurmət oğlu arasında sonuncuya məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən, 2 mərtəbəli 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 09 iyul 2014-cü il tarixli **********43914/ip №-li ipoteka müqaviləsi (bundan sonra - “İpoteka müqaviləsi”) bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə ASC “Xalq" Bankı «xx.xx.2014-cü il tarixli **********43914 №-li Kredit müqaviləsi üzrə borc məbləğinin Borc alandan tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi və s. haqqında» iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Qusar rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, 09 iyul 2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi uzrə 18529.49 ABŞ dolları məbləğində əsas borc, 09 iyul 2018-ci il tarixədək hesablanmış 9094,38 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 01 aprel 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 700 ABŞ dolları məbləğində penyanın, cəmi 28323.87 ABŞ dollarının qətnamənin icra olunan gunə Azərbaycan manatı məzənnəsi ilə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi uzrə çəkilmiş xərclərin cavabdehlər Cavabdeh və Cəlilov Təbrik Nurmət oğlundan birgə qaydada iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının xeyrinə tutulması, tələbin 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan cavabdeh Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla umumi sahəsi 257,7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh 09 iyul 2014 cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi uzrə iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq" Bankının qarşısında 28323.87 ABŞ dolları məbləğində borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cəlilov Təbrik Nurmət oğlu, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, 09 iyul 2014-cü il tarixli, **********43914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.metr yaşayış. 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla umumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 198.000 manat müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı ASC “Xalq" Bankı tərəfindən apellyasiya şikayəti verilmiş. Sumqayıt Apellyasiva Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli. 2(105)- 327/2021 saylı qətnaməsinə əsasən iddiaçı xxxxn apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsinə ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişiklik edilməsi, Cəlilov Təbrik Nurmət oğluna məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135,2 kv.m yaşayış, 122,5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.m təşkil edən, 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 190000 (bir yüz doxsan min) manat müəyyən edilməsi, qətnamə borc məbləğlərinin cavabdeh Cəlilov Təbrik Nurmət oğlundan da tutulmasına dair olan hissədə də ləğv edilməsi, iddianın təmin edilməmiş qalan hissələrində qətnamənin iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı ASC "Xalq” Bankı həmin qətnamədən kassasiya şikayəti vermiş və Ali Məhkəmənin MK-nın xx.xx.2021-ci il tarixli, 2(102)-3891/2021 saylı qərarı ilə iddiaçı ASC "Xalq" Bankı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın 2(105)- 327/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Yenidən iddiaçı ASC "Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə baxmış Sumqayıt Apellvasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(1051- 197/2022 saylı qətnaməsinə əsasən iddiaçı ASC “Xalq” Bankın verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 nömrəli qətnaməsinin - «X1ma məxsus Ousar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.m yaşayış, 122.5 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257,7 kv.m təşkil edən 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 190,000 (bir yüz doxsan min) manat müəyyən edilsin» hissəsində dəyişdirilməsi, Qusar şəhəri, Babək küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.m yaşayış, 122,5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.m təşkil edən. 2 mərtəbəli. 7 otaqlı. 32 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin likvid dəyərinin 140.370.0 (yüz qırx min üç yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi, iddianın qismən təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı "Xalq Bank" ASC, cavabdehlər Cavabdeh və Cəlilov Təbrik Nurmət oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxan Ali Məhkəmə xx.xx.2023- cü il tarixli, 2(102)-1664/2023 saylı Qərarı ilə "Xalq Bank" ASCnin, Cavabdeh və Cəlilov Təbrik Nurmət oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-197/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "Bakı Hərrac Mərkəzi" MMC (bundan sonra "Hərrac təşkilatçısı" adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda ipoteka predmeti satılmadığından o əldə edilməsi üçün Banka təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Əmlakın alqı-satqısı Hərrac təşkilatçısı və Bank tərəfindən imzalanmış Hərracın yekunları haqqında 179/23 №-li protokolla və Bank ilə Hərrac təşkilatçısı arasında 31 avqust 2023-cü il tarixdə bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 89 485.87 (səksən doqquz min dörd yüz səksən beş manat 87 qəpik) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən İddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anma qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki. «kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmçinin, Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki. "icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki. göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur". Qeyd olunana əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixədək (xx.xx.2023-cü il) faizlər formasında əldən çıxmış faydanın hesablanmasında illik 5% faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr (xx.xx.2018-xx.xx.2023) üçün müvafiq məbləğ 4 763,62 (dörd min yeddi yüz altmış üç ABŞ dolları 62 sent) ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə İddiaçı tərəfindən Cavabdehə xx.xx.2023-cü il tarixli, QSR-XO- 26.9.2023-001 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.
9. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-893/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Anar Qasımov).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 527.1, 528, 529.4, 560.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyi ilə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 82.3 və 233.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı ASC “Xalq” Bankı apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-893/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 50,5 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən tutulmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. Belə ki, məhkəmə xx.xx.2014-cü il tarixli, **********43914 saylı Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 4763,62 (dörd min yeddi yüz altmış üç ABŞ dolları 62 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulmasına dar iddia tələbinə münasibət bildirirək qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(105)-197/2022 nömrəli qətnaməsi ilə ipotekaya qoyulmuş əmlaklar hesabına ödənilməli olması müəyyən edilən borc məbləği tələbkar (kreditor) olaraq ASC "Xalq" Bankın "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair" müqavilə əsasında əmlakın əldə edilməsi ilə ödənilmiş və iddiaçı tərəf (tələbkar-kreditor) öhdəliyin bu cür icrasını qəbul etmişdir. Lakin iddiaçı xx.xx.2014-cü il tarixli **********43914 saylı kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5 faiz dərəcəsi ilə hesablanmış 4763,62 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin ödənilməsi ilə bağlı tələb irəli sürmüşdür (qətnamənin 8-ci səhifəsinin sonuncu abzası). Bu qənaətə məhkəmə Mülki Məcəlləsinin 527.1-ci, 528-ci və 529.4-cü maddələrinə istinadən gəlmişdir.
13. Məhkəmə həmin mövqeyi sərgiləməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MülkiMəcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildəşərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında da müəyyən edilmişdir ki, ...öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Həmçinin ASC “Xalq” Bankının iddiaçı olduğu digər bir iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli2-2(102)- 555/2023 saylı Qərarında sərgilədiyi mövqeyə görə “.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin hüquqi mövqeyinə istinadən hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsində məqsəd pul öhdəliyi üzrə borcun qaytarılmasına nail olmaq olduğundan ipoteka predmeti müvafiq qaydada ipoteka saxlayan tərəfindən əldə olunanadək, yaxud ipoteka predmetinin başqa şəxslərə satışından daxil olan vəsait ipoteka ilə təmin olunmuş öhdəlik üzrə borcun ödənilməsi üçün kreditora verilənədək həmin borcun qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi artmaqda davam edir. Qeyd etmək lazımdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “İpoteka predmetinə tutmanın yönəldilməsi və ona xitam verilməsi” adlanan V fəslinin müddəalarından aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi ipoteka saxlayan tərəfindən ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilməsi ilə başlayır və məntiqi ardıcıllıqla davam edərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi ilə, o cümlədən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilməklə başa çatır. Bu baxımdan, borcverən bankla borcalan şəxs arasında mövcud olmuş kredit münasibətləri üzrə yaranmış əvvəlki məhkəmə mübahisəsinə qanuni qüvvəyə minmiş qətnamə ilə son qoyulsa da, əvvəlki mübahisə üzrə iddiaçının əsas borc, faiz borcu, cərimə borcu tam və ya qismən təmin olunsa da və tələb ipoteka predmetinə yönəldilsə də, borcverən bank ipoteka predmeti icra qaydasında satılanadək həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməkdə haqlıdır”. Göründüyü kimi iddia tələbinin kifayət qədər hüquqi əsaslandırılmasına baxmayaraq, Məhkəmə cavabdehdən əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsinin tələb edilməsininin qanuni və əsaslı olmamasına dair səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verib təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
21. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
22. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
23. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
31. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-893/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-893/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən çəkilmiş xərc də iddiaçıdan tutulmalıdır.
37. İddiaçı hazırki tələbinin əsasını tərəflər arasında bağlanılmış yuxarıda qeyd olunan kredit müqaviləsinin 5.1-ci bəndi, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır.
38. İddianı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı oxşar tələblə (xx.xx.2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin borc alandan tutulması) müraciət etmiş və həmin hissədə iddianı rədd edən məhkəmələrin mövqeyi belə olmuşdur ki, qüvvədə olan qanunvericilik normalarına əsasən ipoteka predmetinə tutma yönəldilməsi proseduru müəyyən edildiyindən və qanunla ipoteka ilə təmin edilmiş öhdəlik üzrə qətnamə könüllü icra edilmirsə, qətnamənin icrası tələbin ipoteka predmetinə yönəlməsi və icra məmuru tərəfindən ixtisaslaşdırılmış təşkilat vasitəsilə həyata keçirilir. Belə olan halda əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsinin hərrac keçirmək vəzifəsini daşımayan cavabdehin üzərinə qoyulması qanuni və əsaslı deyildir. Bundan əlavə, ipoteka predmetini hərracda satmaq mümkün olmadıqda, ipoteka saxlayanın (Bankın) ipoteka predmetini satış dəyərindən 40 faiz aşağı əldə etmək hüququ vardır və ipoteka saxlayan həmin hüquqdan 30 gün müddətində istifadə etmədikdə ipotekaya xitam verilir. Bununla yanaşı, işin hallarına görə məhkəmə, bu xüsusata da qiymət verərək hesab edir ki, iddiaçı (ipoteka saxlayan) ipoteka predmetini əldə etmək hüququndan qanunla nəzərdə tutulmuş müddət ərzində istifadə etdiyi halda, onun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,3, 399,4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsaslanmaqla real zərər və yaxud əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququ da itirilmiş olur. Çünki, ipoteka predmetinin hərracda satılmaması və ya onun ipoteka saxlayan tərəfindən əldə edilməsi – borc alan (cavabdeh) tərəfindən törədilmiş mülki hüquq pozuntusu hesab edilə bilməz.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında əvvəlki məhkəmə mübahisə kredit və ipoteka müqavilələri üzrə yaranmış borcun (əsas, faiz və penya(cərimə)) tutulması ilə bağlı olmuşdur. Hal-hazırda isə iddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5 % faiz dərəcəsi ilə hesablanmış 4 763,62 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin ödənilməsi ilə bağlıdır.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıdakı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı ASC “Xalq” Bank ilə Cavabdeh arasında kredit müqaviləsi üzrə borc münasibətləri olmuş, cavabdeh borcun ödənilməsini gecikdirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, illik 5 faiz hesablanmaqla, faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
41. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
43. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
45. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı öhdəliyin cavabdeh tərəfindən vaxtında icra edilməməsi nəticəsində illik 5% həcmində gecikdirilmiş vaxt üçün faiz borcunu tələb etməkdə haqlıdır.
46. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi baxımından gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində cavabdehdən tutulmalı və tutulma məbləği əsas borc olan 18529,49 ABŞ dollarına xx.xx.2018-xx.xx.2023-cü il müddətinə 5 faiz hesablanaraq, 4763,62 ABŞ dolları cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 4763,62 ABŞ dolları faiz borcu Cavabdeh tutmamaqla düzgün hüquqi nəticəyə gəlməmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməli, 4763,62 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, 100,99 manat məbləğində dövlət rüsumun əvəzi və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 50,5 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı xxxxnın apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-893/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli, **********43914 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2018-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə ödənildiyi xx.xx.2023-cü il tarixinə qədər illik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 4763,62 (dörd min yeddi yüz altmış üç ABŞ dolları altmış iki sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun əvəzi olan 100,99 (bir yüz manat doxsan doqquz qəpik) manat, apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun əvəzi olan 50,5 (əlli manat əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.