Məhkəmə qərarları › İş №2(105)-550/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-550/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-550/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) cavabdehlər Nəcəfov Elvı̇ n Münası̇ b oğlu və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: illik 5% faiz borcu tutulması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X5 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndələri Nümayəndə2 və X2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) cavabdehlər Nəcəfov Elvı̇ n Münası̇ b oğlu və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2(060)-4438/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsi üzrə cəmi 7817.62 (yeddi min səkkiz yüz on yeddi manat 62 qəpik) manat məbləğində borcun - bundan 4850.22 (dörd min səkkiz yüz əlli manat 22 qəpik) manat əsas, 2344.97 (iki min üç yüz qırx dörd manat 97 qəpik) manat faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 622.43 (altı yüz qırx iki manat 43 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 98.18 (doxsan səkkiz manat 18 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh2 arasında 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 36 (otuz altı) ay müddətinə, illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 7980 (yeddi min doqquz yuz səksən) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 15 sentyabr 2017-ci il tarixli 2221/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə bank tərəfindən cavabdehlərə dəfələrlə şifahi müraciət edilməsinə və 13 may 2022-ci il tarixli **********968 saylı bildiriş məktubu ilə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq, cavabdehlər kredit borcun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bu səbəbdən dəCavabdeh2 15 sentyabr 2017-ci il tarixli 2221nömrəli kredit müqaviləsi üzrə 14 aprel 2023-cü il tarixə banka ödənilməmiş cəmi 7817.62 (yeddi min səkkiz yüz on yeddi manat 62 qəpik) borcu vardır. Bundan 4850.22 (dörd min səkkiz yüz əlli manat 22 qəpik) manatı əsas, 2344.97 (iki min üç yüz qırx dörd manat 97 qəpik) manatı faiz və 622.43 (altı yüz iyirmi iki manat 43 qəpik) manatı kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 7980 manat məbləğində kredit vermişdir.

5. 15 sentyabr 2017-ci il tarixli, 2221/1 saylı zaminlik müqaviləsindən görünür ki, Bank İddiaçı ASC ilə Cavabdeh2 oğlu arasında bağlanılmış 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi imzalanmışdır.

6. 10.05.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsinə əsasən 4850.22 manat əsas, 2344.97 manat faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 622.43 manat faiz borcu olmaqla, cəmi 7817.62 manat məbləğində borcu vardır.

7. 13.05.2022-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə cavabdehlərə yazılı bildiriş ünvanlanmışdır.

8. 15.09.2017-ci il tarixi kassa məxaric orderindən görünür ki, Cavabdeh2 7980 manat pul vəsaitini İddiaçı ASC-dən qəbul etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6977 saylı rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2020-ci il tarixə, hesablanan borc aşağıdakı kimi müəyyən edilir, o cümlədən: əsas borc üzrə 4970.42 manat, faiz borcu üzrə 1076.10 manat.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2(060)- 4438/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh2 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsi üzrə 4850,22 (dörd min səkkiz yüz əlli manat iyirmi iki qəpik) manat əsas, 1076,10 (bir min yetmiş altı manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 5926,32 (beş min doqquz iyirmi altı manat otuz iki qəpik) və iş üzrə ödənilmiş dövlət rüsumunun 75 (yetmiş beş) manat hissəsinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq Cavabdeh2 76 (yetmiş altı) manat, iddiaçı ləğv prosesində olan İddiaçı ASCdən 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 739.1, 739.2, 442, 443.1, 445.2.1, 472.1, 470.1, 477 və 477.0.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.4 və 216- 220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

12. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti (Ləğv Prosesindədir) apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2(060)-4438/2023 nömrəli qətnaməsini qismən, təmin edilməyən kredit müqaviləsi üzrə faiz məbləği və əldən çıxmış fayda olaraq, illik 5 (beş) faiz hissəsində ləğv edilməsi və LPO “AmrahBank" ASC-nin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbləri baxımından əldən çıxmış fayda olaraq, kreditorun xeyrinə borcludan faiz məbləğinin tutulmaması hissəsində qətnamə əsassızdır və ləğv edilərək həmin hissədə də iddia təmin edilməlidir. Bundan başqa, kredit müqaviləsi üzrə kredit borc məbləği barədə məhkəməyə təqdim etdikləri maliyyə arayışı, hesabdan çıxarış məlumatları əsasında ekspertizanın rəyinə əsasən faiz borcu hissəsində olan azalma da əsassızdır və hesab edir ki, iddia tələbi həmin hissədə də tam təmin edilməlidir. Göründüyü kimi, borclunun kreditorun pul vəsaitlərini özündə saxlamasından və ya istifadə etməsindən asılı olmayaraq, illik 5 faiz üçün əldən çıxmış faiz məbləğini də ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə iş materiallarında olan kredit və maliyyə sənədlərinə əsasən, borclunun kreditor qarşısında əldən çıxmış faydanın hüquqi mahiyyətini nəzərə almamış və illik 5 (beş) faiz üçün sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir. Yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Yuxarıda qeyd olunanlardan aydın olur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-4438/2023 saylı qətnaməsinin şikayət verilən hissədə qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən Azərbaycan Respublikası MPM-nin 357-362-ci və 385-ci maddələrinə əsasən qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilməli və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

16. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

17. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən - təmin edilməyən kredit müqaviləsi üzrə faiz məbləği və əldən çıxmış fayda olaraq, illik 5 (beş) faiz hissəsində ləğv edilməsi və LPO “AmrahBank" ASC-nin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

19. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

20. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərədə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.

21. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

26. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

27. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

28. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

29. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında göstərilmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər tam araşdırmamış, mübahisə predmeti ilə bağlı mübahisələndirilən - illik 5% hesablanmaqla gecikdirilmiş müddətə görə faiz borcu tələbinin rədd edilməsi- hissədə tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamışdır.

31. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 36 ay müddətinə 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

32. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsi üzrə 4850,22 (dörd min səkkiz yüz əlli manat iyirmi iki qəpik) manat əsas, 1076,10 (bir min yetmiş altı manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 5926,32 (beş min doqquz iyirmi altı manat otuz iki qəpik) və iş üzrə ödənilmiş dövlət rüsumunun 75 (yetmiş beş) manat hissəsinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

33. Məhkəmə iddia tələbini təmin edilməyən hissədə -faiz borcu və illik 5% hesablanmış faiz borcu – onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində cavabdehdən 4850.22 manat əsas, 2344.97 manat faiz borcunun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6977 saylı rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 4970.42 manat əsas, 1076.10 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir.

34. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia tələbi müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 622.43 manat borcun cavabdehlərdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Konstitusiya Məhkəməsınin 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin fəaliyyəti xx.xx.2020-cı il tarixindən dayandırılmış, cavabdehlə bağlanan kredit müqavilənin müddəti isə xx.xx.2020-cı il tarixdə bitmişdir. Başqa sözlə, iddiaçı bank 2020-cı il tarixindən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola və kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu (illik 5%) tələb etməsi əsassızdır.

35. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyəti (Ləğv Prosesindədir) apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2(060)-4438/2023 nömrəli qətnaməsini qismən, təmin edilməyən kredit müqaviləsi üzrə faiz məbləği və əldən çıxmış fayda olaraq, illik 5 (beş) faiz hissəsində ləğv edilməsi və LPO “AmrahBank" ASCnin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslıdır.

37. Belə ki, məhkəmə kollegiyası faiz borcunun tam təmin olunması hissədə apellyatorun dəlilini əsaslı hesab etmir.

38. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsi faiz borcunun 1076,10 manat məbləğində müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, cavabdehin araşdırılan müqavilə öhdəliyi üzrə 1076,10 manat faiz borcu olduğu müəyyən edilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən hissədə iddianı qismən təmin etməklə birincin instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

40. Kollegiya illik 5 (beş) faiz hesablanmaqla gecikdirilmiş müddətə görə faiz borcunun tutulması hissədə isə apellyasiya şikayətinin dəlilini əsaslı hesab edir.

41. Məhkəmə kollegiyası birinci istansiya məhkəməsinin illik 5 (beş) faiz hesablanmaqla faiz borcunun tutulması hissədə iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə və əsaslandırma ilə razılaşmır, hesab edir ki, məhkəmə maddi hüquq normalarının təfsirində səhvə yol vermişdir.

42. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

43. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir.

44. Qeyd olunan normadakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir.

45. İşin müəyyən edilmiş hallarından göründüyü kimi araşdırılan mübahisə üzrə kreditor (iddiaçı) gecikdirilmiş vaxt üçün 5 % ödənilməsini tələb etmişdir.

46. Kollegiya hesab edir ki, öhdəliyin pozulması səbəbindən kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmiş, illik 5 (beş) faiz üçün sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmiş, bu hissədə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

48. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsaslı olmaqla, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2(060)-4438/2023 nömrəli qətnaməsi iddia tələbinin kredit müqaviləsi üzrə illik 5%-lə hesablanmış 622.43 (altı yüz qırx iki manat 43 qəpik) manat faiz borcunun təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin (Ləğv Prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2(060)-4438/2023 nömrəli qətnaməsi qismən - illik 5%-lə hesablanmış 622.43 (altı yüz qırx iki manat 43 qəpik) manat faiz borcunun təmin edilməməsi hissədə ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 622.43 (altı yüz qırx iki manat 43 qəpik) manat faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar