Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-557/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,İddiaçı2, iddiaçı X4 nümayəndəsi X9,Cavabdeh iştirakları ilə, iddiaçı X10 və İddiaçı2 Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1483/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1483/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı2 xeyrinə 55.500 (əlli beş min beş yüz) manat və X4 xeyrinə isə 40.550 (qırx min beş yüz əlli) manat məbləğində pulun tutulması qət edilmişdir (hakim Azər İsmayılov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1483/2020 saylı qətnaməsinin ləğv edilməsi,iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: X1 və İddiaçı2 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı2 xeyrinə 55.500 manat və X4 xeyrinə isə 40.550 manat olmaqla, cəmi 96.050 manat məbləğində pulun onların xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırdı ki, məhkəmə iclasları barədə məlumatı olmamışdır. Məhkəmə onun iştirakı olmadan işə baxmışdır. İddia tələbinə gəldikdə isə iddia ərizəsində göstərilən və qətnamədə də qeyd olunan həmin hallar tamamilə yalan və böhtandır, o, heç bir ev tikintisi ilə məşğul olmur ki, onlara ev təklif etsin, ikincisi isə onlar həmin pulu ödəməli olan şəxsi də çox yaxşı tanıyırlar. Çünki onlar çox yaxşı bilirlər ki, qeyd olunan kredit müqaviləsi onu adına formal olaraq bağlanmışdır. Hər iki iddiaçı nümayəndəsi olduğu və Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X6 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə zərərçəkmiş şəxs olmuşlar.Həmin cinayət işinə məhkəmədə baxılması zamanı X13 həbsdə olmuşdur və həmişə də bütün ziyanları ödəyəcəyini bildirmişdir. X13 həbsdə olduğu üçün onun həbs cəzası almaması və zərərçəkənlərin pulunu ödəyə bilməsi üçün qeyd olunan kredit müqaviləsi formal olaraq onun adından bağlanmışdır və hər iki iddiaçı razı olmuşdur ki, bu vasitə ilə Yasəmən həbs olunmasın və çıxdıqdan sonra onların pulunu hissə-hissə ödəsin. Bu qeyd olunanların tam həqiqət olduğunu, həm kredir müqaviləsinin həm də hər iki iddiaçının notarial qaydada X13 tərəfindən onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir iddia və tələblərinin olmadığını və gələcəkdə də olmayacağmı bildirmələri verdikləri ərizələrinin eyni notariusda və eyni tarixdə verilməsi bir daha təsdiq edir. Hətta kredit müqaviləsinin onun adından formal olaraq, bağlandığını bilən 13 saylı dövlət notariat kontorunun dövlət notariusu X11 həmin gün Kürdəxanıda həbsdə olan X13 ilə danışmış və Yasəmən pulları çıxandan sonra özünün ödəyəcəyini bildirmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Cavabdeh 2 ildən artıqdır müqavilədə göstərilən öhdəliklərini yerinə yetirmir, hər gün bir yalan deyərək pulu ödəməkdən boyun qaçırır və nə məqsədləsə yalnız onları aldadadaraq vaxt qazanmaq niyyətindədir. Ona görə də məcburiyyət qarşısında qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Belə ki, cavabdeh özünü tikinti sektorunda olan iş adamı kimi təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Ağ şəhərdə, Yasamal rayonunda və Abşeron rayonunda binaların, həmçinin villaların tikintisi ilə məşğuldur. Normal şərtlərlə ucuz qiymətə onlara ev satacağını demişdir. Müxtəlif vaxtlarda o, cavabdehə 60.000 manat, Gülnarə Cəlalova isə 48.000 manat pul vermişdir. Cavabdeh onlara gah Yasamal rayonunda yerləşən tikintisi yarımçıq qalmış binalari, daha sonra Ağ şəhərdə tikilməkdə olan binaları göstərərk onların pullarının həmin mənzillər üçün az olduğunu, əlavə olaraq onlardan 30-35.000 manat ödəmələrini bildirmişdir. Bu zaman onlar başa düşmüşlər ki, cavabdeh onları aldadır, digər pullar kimi bu pulları da alıb onları süründürəcək. Ona görə də onlar pulu cavabdehdən tələb etmişlər. Cavabdeh nağd pulu olmadığını, pulları tikintiyə xərclədiyini, tezliklə inşa edilən binaların, villaların satılaraq pulları ödəcəyini demişdir. Onlar 2017-ci ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu 13 saylı Notariat Kontoruna gedərək ümumilikdə 108.000 manat pula dair kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsinə əsasən cavabdeh Ələkbər X2 12 ay müddətinə hər ay 4000, ona isə hər ay 5000 manat ödəyəcəyi barədə kredit müqaviləsi bağlanılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Süründürməçilik edərək pulları ödəməkdən boyun qaçırır. Sonuncu telefon danışığı zamanı pulu ödəməyəcəyini bildirib demişdir ki, müqavilələr var, polisə, ya məhkəməyə müraciət edə bilərsiz. Ona görə də pullar məhkəmə qətnaməsi əsasında tutularaq ödənilməlidir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X4 nümayəndəsi X14 apelyasiya şikayətinin dəlillərinə etiraz edib bildirdi ki, cavabdehi şəxsən tanımamışdır. X8 qızıdır. Qızı Yasəməni tanıyırdı. Yasəmənin onlara borcu var idi. Amma ödəyib qurtarıb. Cavabdeh qızını aldadıb. Bu hadisələrə görə qızının ailəsi dağılıb. Hazırda səhhəti proseslərdə şəxsən iştirak etməsinə imkan vermədiyindən bu gün iddiaçı Gülnarə Cəlalovanı burada o təmsil edir. Yasəmənin onlara olan borcunun hazırda mübahisənin predmeti olan borca heç bir aidiyyətiyoxdur. O borc artıq ödənilib və Yasəmənlə heç bir mübahisələri qalmayıb. Cavabdeh gah ev tikmək, gah mərmər alveri etmək adı ilə onları aldadıb. Notarial qaydada bağlanılmış müqavilə var. Cavabdeh borcu ödəməlidir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1483/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, X10 və İddiaçı2 cavabdehə 108.000 manat məbləğində pul borc vermiş, cavabdeh krediti xx.xx.2018-ci il tarixədək borc verənlərə hər ayın 25 günü İddiaçı2 5000 manat və X7 isə 4000 manat qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi qeyd edilən edilən müqaviləyə istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Eyni zamanda iş materiallarında olan xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, X10 və İddiaçı2 cavabdehə 108.000 manat pulu Cavabdeh borc kimi vermiş, cavabdeh borcu xx.xx.2018-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən məbləğdən İddiaçı2 4500 manat, Gülnarə Cəlalovaya 7450 manat pulun qaytarılmasını iddiaçılar iddia ərizəsində göstərmişlər və cavabdehdən İddiaçı2 xeyrinə 55500 manat, Gülnarə Cəlilovanın xeyrinə 40550 manatın tutulmasını xahiş etmişlər. Göründüyü kimi, cavabdehin iddiaçıdan 108000 manat alması iş materiallarında olan müqavilə ilə sübuta yetirilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X19 Məhkəməsinin «X3rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar öz tələbini tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə sübuta yetirmişlərr. Bundan başqa, iddiaçıların istinad etdiyi borc müqaviləsi hazırda qüvvədədir. Hər hansı şəxs tərəfindən mübahisələndirilməmiş, müqavilənin ləğvinə dair hər hansı məhkəmə qərarı qəbul edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf şikayətində qeyd edilən pul məbləğinin özünün borcu olmaması, həmin pulun nümayəndəsi olduğu şəxsin borclu olmasını, eləcə də borc məbləğinin qaytarılmasını bildirsə dəbuna dair sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, Bununla da cavabdeh qeyd etdiyi xüsusatları sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1483/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1483/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-557/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-557/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver