Məhkəmə qərarları › İş №2(105)-558/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-558/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-558/2024 22.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin cavabdehdən tutulması” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(031)-901/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq Cavabdeh- 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 903.43 (doqquz yüz üç manat qırx üç qəpik) manat faiz borcu, 618.66 (altı yüz on səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,785.67 (altı min yeddi yüz səksən beş manat altmış yeddi qəpik) manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 0.97 (doxsan yeddi) manat cərimə borcu olmaqla, cəmi 6.48 (altı manat qırx səkkiz qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-41022İB/2022 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Qeyd edilən ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixdə 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 22%, illik cərimə faizi 180% olmaqla, 5,500 (beş min beş yüz) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti ayrılmışdır. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizə üzrə 252 gün, 41010AZNFK********** saylı hesab üzrə texniki overdraft əməliyyatı üzrə isə 252 gün təşkil edir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 903.43 (doqquz yüz üç manat qırx üç qəpik) manat faiz borcu, 618.66 (altı yüz on səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,785.67 (altı min yeddi yüz səksən beş manat altmış yeddi qəpik) manat təşkil edir, gecikmə günün sayı – 252 - 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 0.97 (doxsan yeddi) manat cərimə borcu olmaqla, cəmi 6.48 (altı manat qırx səkkiz qəpik) manat təşkil edir, gecikmə günün sayı – 252. X2 əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X2 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 88 (səksən səkkiz) manat dövlət rüsumu ödəmişdir. Xahiş edir ki, Cavabdeh- 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 903.43 (doqquz yüz üç manat qırx üç qəpik) manat faiz borcu, 618.66 (altı yüz on səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,785.67 (altı min yeddi yüz səksən beş manat altmış yeddi qəpik) manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 0.97 (doxsan yeddi) manat cərimə borcu olmaqla, cəmi 6.48 (altı manat qırx səkkiz qəpik) manat məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair iddia ərizəsinə əlavə verərək Cavabdeh- 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 1.003.15 (bir min üç manat on beş qəpik) manat faiz borcu, 775.49 (yeddi yüz yetmiş beş manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 7,042.22 (yeddi min qırx iki manat iyirmi iki qəpik) manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 1.10 (bir manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.61 (altı manat altımış bir qəpik) manat məbləğində tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(031)-901/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 1.003.15 (bir min üç manat on beş qəpik) manat faiz borc, 75.49 (yetmiş beş manat qırx doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.342.22 (altı min üç yüz qırx iki manat iyirmi iki qəpik) manat məbləğində borcun, 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 1.10 (bir manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.61 (altı manat altımış bir qəpik) manat məbləğində tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 91 (doxsan bir) manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İlqar Cabbarov) Qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(031)-901/2023 nömrəli qətnaməsinin cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Mülki Məcəllənin 467-ci maddəsinin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəliyinə buraxılmışdır. Eyni zamanda maddədə “tənasübsüz” (uyğunluğu olmayan; əndazəsiz, uyğunsuz) deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də, amma hüquqi düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən əsas borcun cəriməyə olan nisbətinin ağlabatanlığının nəzərə alınması maddənin ruhundan duyulur. Məhkəmənin qeyd etdiyi əsaslandırıcı məqam üzrə bildirmişdir ki, burada məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da qətnamənin məzmununda qeyrimüəyyənlik yaratmışdır. Həmçinin borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qeyd etmişdir ki, qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq, məqsədi güdmüşdür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, öz qətnaməsində bu normaya istinad etməmiş, ümumiyyətlə cavabdehin risk dairəsinə aid olan öhdəlikləri düzgün müəyyən etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni Cavabdeh “cərimənin tutulması” hissəsində dəyişdirilməli, Cavabdeh 300 manat məbləğində cərimə borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan GTC-41022İB/2022 saylı razılıq ərizəsindən və xx.xx.2022-ci il tarixdə 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli 1.1.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-41022İB/2022 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Qeyd edilən ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2022-ci il tarixdə 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 22%, illik cərimə faizi 180% olmaqla, 5,500 (beş min beş yüz) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1980-ci ildə anadan olmuş, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 102-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir.- 0134075AZN74035 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,263.58 (beş min iki yüz altmış üç manat əlli səkkiz qəpik) manat əsas borc, 903.43 (doqquz yüz üç manat qırx üç qəpik) manat faiz borcu, 618.66 (altı yüz on səkkiz manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6,785.67 (altı min yeddi yüz səksən beş manat altmış yeddi qəpik) manat təşkil edir, gecikmə günün sayı – 252 - 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 5.51 (beş manat əlli bir qəpik) manat əsas borc, 0.97 (doxsan yeddi) manat cərimə borcu olmaqla, cəmi 6.48 (altı manat qırx səkkiz qəpik) manat təşkil edir, gecikmə günün sayı – 252. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh banka olan borcunun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini əsas və faiz borcuna dair hissədə mübahisələndirməmiş, mübahisə yalnız cərimə hissəsindədir. Məhkəmə kollegiyası əsas borca münasibətdə cərimə pulunun çox az tutulduğunu bildirirərək hesab edir ki, qətnamə dəyişdirilərək, cavabdehdən 300 manat məbləğində cərimə tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən “ Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(031)-901/2023 nömrəli qətnaməsi qismən, Cavabdeh “cərimənin tutulması” hissəsində dəyişdirilməli, Cavabdeh 300 manat məbləğində cərimə borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə borcuna aid hissədə dəyişdirilməsi qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(031)-901/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə qismən, yəni Cavabdeh “cərimənin tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh 300 manat məbləğində cərimə borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar