Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-560/2025 21.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi) X5 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə (sonuncu iclasda iştirak etmir) Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-600/2023 saylı hökmündən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmış, Cavabdeh3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, dərhal məhkəmə iclas zalından həbs edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Cavabdeh3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddianın vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsində qismən təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh3 tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş mənəvi ziyanla əlaqədar ondan 5000 manatın tutularaq İddiaçı ödənilməsi, mülki iddia ərizəsinin zərərçəkmiş şəxsin hüquq varisinə maddi ziyan vurulması hissəsində baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
2. 333030 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, varisi X10 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur və anası X2r.
3. AZ-İ 675330 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə ölmüşdür.
4. İcbari Sığorta Bürosunun məktubunun surətindən görünür ki, Büronun İnformasiya sistemində axtarış zamanı ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid xx.xx.2014-cü il tarixində sığorta şəhadətnaməsi aşkarlanmamışdır.
5. "xxxx" KB ASC-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, X1 "xxxx" KB ASC-də aktiv kredit öhdəliyi mövcud deyildir. Həmin şəxsin xitam olunmuş kredit öhdəlikləri barədə məlumat aşağıdakı kimidir: 9199tkBKX/13 saylı xx.xx.2013-cü il tarixli müqavilə üzrə 300 manat kredit xx.xx.2016-cı il tarixdə, 21619nkBKX/13 saylı xx.xx.2013-cü il tarixli 1500 manat kredit xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Kredit öhdəlikləri üzrə xx.xx.2014-cü il tarixindən sonrakı ödənişlər ödəmə terminalı (“paypoint”) vasitəsilə həyata keçirildiyi üçün həmin ödənişlərin kim tərəfindən edildiyini müəyyənləşdirmək mümkün deyildir.
6. Azərbaycan Respublikasının Mərkəzi Bankının “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ının tələblərinə əsasən kredit dosyesinə daxil olan sənədlər, kreditlər ödənildikdən və ya balansdan silindikdən sonra minimum 5 il müddətinə saxlanılır və bu müddət başa çatdıqdan sonra məhv edilir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan gğrünür ki, Nazirliyin əmək pensiyaçılarının məlumat bazasında olan məlumata əsasən mərhum X3 xx.xx.2008- ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2009-cu i! tarixindən yaşa görə əmək pensiyasının növü dəyişdirilərək ailə başçısını itirməyə görə əmək pensiyası növünə keçirilmişdir. X.Vəliyevanın vəfat etməsi səbəbindən əmək pensiyasının ödənişi xx.xx.2014-cü il tarixindən dayandırılmışdır.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, DİN Baş X16 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "X15 AVTOBUS" markalı **- TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdən Cavabdeh1 adında qeydiyyatdadır. Sözügedən nəqliyyat vasitəsinə xx.xx.2011-ci il tarixdə mülkiyyətçisi dəyişdirilmədən AB 495207 nömrəli yeni şəhadətnaməsi verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, törədilmiş cinayət hadisəsi nəticəsində vurulmuş 29500 manat maddi ziyanın və ödənilmiş 179 manat dövlət rüsumunun əvəzinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 tərəfindən törədilən cinayət nəticəsində ona maddi və mənavi ziyan vurulmuşdur. Belə ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixdə, saat 18:19 radələrində idarəyə etdiyi Cavabdeh1 MMC-yə məxsus olan “X15” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla X4 vurmuş, X6 aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Cavabdeh3 törətdiyi cinayət əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-600/2023 saylı hökmü ilə təqsirli bilinərək AR Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi mülki iddia verərək Cavabdeh3, Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini tələb etmişdir. Lakin məhkəmə mülki iddia tələbini qismən təmin edərək, yalnız mənəvi zərərin əvəzi kimi 5000 manat pulun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsini qərara almış, maddi tələbin mülki qaydada verilməsi hüququ izah olunmuşdur. Qeyd olunan hökmdən apellyasiya və kassasiya şikayətləri verilmişdir, lakin hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işinin materiallarında olan ittiham aktından və məhkəmə hökmündən görünür ki, Cavabdeh3 cinayət törətdikdən sonra, nə o, nə də onun qohumları dəfn işlərində və məsələlərdə mərhumun ailəsinə maddi köməklik göstərməmişlər. Qeyd olunan maddi ziyan aşağıdakı qaydada hesablanmışdır: anasının qəbrin götürülməsi və baş daşı qoyulması (mərmərdən) 3000 manat, qəbir yeri-800 manat, məsciddə yuyulması-300 manat, ölən gündən 3 gün məclisi - 5000 manat, qırx mərasimi - 1500 manat, il mərasimi-1000 manat, qadın və kişi mollaların məclislərdə iştirakı-500 manat, çadır quraşdırılması-600 manat, "xxxx" ASC-yə olan borcun ödənilməsi-1800 manat, sığorta pulun ödənilməməsi-5000 manat, pensiya ödənişlərindən məhrum edilməsi-10000 manat olmaqla, ümumilikdə maddi ziyan 29500 manat təşkil edir. Bu hadisə 2014-cü il tarixdə baş verdiyinə görə və uzun müddətdir ki, hüquq mühafizə orqanı cinayət törədən şəxsi məsuliyyətə cəlb edilməkdə çətinlik çəkdiklərinə görə, təbii olaraq çəkilmiş xərclərlə bağlı qəbzlər bu günə qədər qalmamışdır, lakin yuxarıda qeyd olunan xərclər dinimizin adətlərinə uyğun olaraq hamı üçün bəlli olan xərclərdir. Hamı üçün bəlli olan halları sübut etməyə isə ehtiyac yoxdur. İşin materiallarından və istintaq zamanı verilmiş ifadələrdən gürünür ki, Cavabdeh3 faktiki olaraq Cavabdeh1 MMC-də 2014-cü ilin yanvar ayında sürücü olaraq işləməyə başlamışdır. Bu faktı cinayət işi üzrə şahid qismində dindirilmiş X8 və Cavabdeh2 təsdiq etmişdilər. Mülki iddia həm təqsirləndirilən şəxsə, həm Cavabdeh1 MMC-yə, həm də Cavabdeh2 yönəldilə bilər. Belə ki, Cavabdeh3 rəsmi olmasa da, faktiki olaraq 2014-cü ilin yanvar ayından sürücü kimi Cavabdeh1 MMC-də işləmişdir. Cavabdeh1 MMC-nin öz növbəsində Cavabdeh3 sürücülük vəsiqəsi və avtomobili, avtobusu idarə etməyə hüququ olmayan şəxsi faktiki olaraq işə qəbul etməsi hüquq pozuntusudur, bundan əlavə, rəsmi olaraq Cavabdeh1 MMC-də dispetçer vəzifəsində işləyən cinayət işi üzrə şahid olan X8 və sürücü işləyən Cavabdeh2 öz hərəkətlərilə imkan vermişlər ki, sürücü vəsiqəsi olmayan, avtobusu idarə etmək hüququ olmayan şəxs Cavabdeh1 MMC-yə məxsus olan “X15” markalı **-TG-*** avtomobili Cavabdeh3 idarə etsin. İcbari Sığorta Bürosuna verilmiş vəkil sorğusu nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 MMCyə məxsus olan “X15” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus hadisə törədilən xx.xx.2014-cü il tarixdə sığortalı olmamışdır. Beləliklə sığorta hadisəsi ilə bağlı sığorta ödənişi də faktiki olaraq qanunsuz hərəkəti törətmiş şəxslər tərəfindən ödənilməlidir, yəni cavabdehlər tərəfindən sığorta hadisəsində ölüm faktı olduğu halda, standart icbari sığorta müqaviləsi əsasında 5000 manat ödəniş olunmalıdır. Həmin məbləğ də cavabdehlər tərəfindən ona ödənilməlidir.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsi ilə (hakim M.Abbasova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 maddi zərərin əvəzi kimi 12700 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128,1 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırılan hallardan müəyyən olundu ki, Cavabdeh3 təqsirli hərəkətləri nəticəsində xx.xx.2014-cü il tarixdə, saat 18:19 radələrində yol-nəqliyyat hadisəsi törədilmiş və iddiaçının anası X6 ölmüşdür. Qanuni qüvvəsini almış məhkəmə hökmü ilə Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddia vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh3 tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş mənəvi ziyanla əlaqədar ondan 5000 manatın tutularaq İddiaçı ödənilməsi, mülki iddia ərizəsinin zərərçəkmiş şəxsin hüquq varisinə maddi ziyan vurulması hissəsində baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah olunması qərara alınmışdır. Göründüyü kimi, Cavabdeh3 təqsirli hərəkəti nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı maddi ziyan dəymişdir. İddiaçı bu zərərin miqdarının ümumilikdə 29500 manat təşkil etdiyini göstərmişdir.
13. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edib ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı ərizəsində anasının qəbrin götürülməsi və baş daşı qoyulması (mərmərdən) üçün 3000 manat, qəbir yeri üçün 800 manat, məsciddə yuyulması üçün 300 manat, ölən gündən 3 gün məclisinədək 5000 manat, qırx mərasimi üçün 1500 manat, il mərasimi üçün 1000 manat, qadın və kişi mollaların məclislərdə iştirakı üçün 500 manat, çadır qurlaşdırılması üçün 600 manat xərc çəkdiyini bildirmişdir. İş materiallarında bu barədə mötəbər sübutlar (ödəmə qəbzi, hesab faktura və s.) olmasa da, məhkəmə hesab edib ki, tələb edilən vəsait ağlabatan olmaqla, hamıya bəlli olan hallardandır və məqbuldur. Bu səbəbdən məhkəmə 12700 manat məbləğdə maddi ziyanın əvəzinin cavabdehdən tutulması qənaətinə gəlmişdir.
14. İddia tələbinin kredit borcunun ödənilməsi ilə bağlı hissəsində məhkəmə qeyd edib ki, həmin məbləğdən mərhum X.İ.Vəliyeva bəhrələndiyi üçün qalan kredit borcu onun vərəsəsi tərəfindən ödənilməlidir. Avtomobilin sığortalanmamasına görə 5000 manat sığorta ödənişinin verilməsi barədə tələb isə əsassızdır, çünki icbari sığorta ödənişi etməmiş nəqliyyat vasitələrinin sahiblərinə bu barədə qanunvericiliyin tələblərinə uyğun maddi sanksiyalar və ya digər tədbirlər tətbiq edilir. Sığorta müqaviləsi mövcud deyilsə, hər hansı sığorta ödənişinin icrasından söhbət gedə bilməz.
15. Pensiya ödənişlərindən məhrum edilməsi üçün iddiaçıya 10000 manat zərərin dəyməsi barədə tələbə gəldikdə isə məhkəmə qeyd edib ki, bu hissədə də iddia əsasızdır, çünki mövcud qanunvericiliyə görə şəxsin ölümü ilə onun pensiya təminatına xitam verilir. Anasının ölümü nəticəsində pensiya ödənişinin kəsilməsinə görə iddiaçıya hansı qaydada və məbləğdə maddi ziyanın vurulmasını İddiaçı əsaslandıra bilməmişdir.
16. Bundan başqa, məhkəmə qeyd edib ki, maddi zərərin əvəzi yalnız cinayət hadisəsini törətməkdə təqsirli bilinən Cavabdeh3 tutulmalıdır, çünki onunla Cavabdeh1 MMC və ya Cavabdeh2 arasında hər hansı əmək münasibətləri yaranmamışdır.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.4, 106.1, 106.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə analoji məzmunda tərtib edilmişdir. Apellyator şikayətində qeyd edir ki, məhkəmə işi tam və ətraflı araşdırmamış, təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, istintaq materiallarında olan sübutlarla, izahatlarla sübut olunur ki, cinayət törədən Cavabdeh3 uzun müddət Cavabdeh1 MMC-də qeyri rəsmi işləmişdir, digər tərəfdən rəsmi şəkildə Cavabdeh1 MMC-də işləyən Cavabdeh2 qeyd olunan avtobusu idarə edilməsi üçün sürücülük vəsiqəsi olmayan Cavabdeh3 verərək öz əmək öhdəliklərini kobud sürətdə pozaraq cinayətin törədilməsinə yol açmışdır. Yəni Cavabdeh3 rəsmi olmasa da, faktiki olaraq 2014-cü ilin yanvar ayından sürücü kimi Cavabdeh1 MMC-də işləmişdir. Cavabdeh1 MMC-də dispetçer vəzifəsində işləyən cinayət işi üzrə şahid olan X8 və sürücü işləyən Cavabdeh2 öz hərəkətlərilə imkan vermişlər ki, sürücü vəsiqəsi olmayan, avtobusu idarə etmək hüququ olmayan şəxs Cavabdeh1 MMC-yə məxsus olan “X15” markalı **-TG-*** qeydiyyat nişanlı avtomobili idarə etsin. Bu fakt istintaqda verilmiş ifadələrlə təsdiq olunub və məhkəmə hökmündə öz təsdiqini tapmışdır. Beləliklə rəsmi olaraq sürücü və dispetçer vəzifəsində işləyən şəxslər tərəfindən öz əmək funksiyaları düzgün icra edilmədiyindən məhz yuxarıda qeyd olunan bədbəxt hadisəyə şərait yaradılmışdır. Beləliklə hesab edir ki, mülki iddia tələbi tam şəkildə təmin olunaraq vurulmuş ziyanın ödənilməsi öhdəliyi məhkəmə tərəfindən həm təqsirləndirilən şəxsin üzərinə, həm də delikt törətmiş Cavabdeh1 MMC-nin və avtobusu idarə etməyə imkan verən Cavabdeh2 üzərinə qoyulmalıdır. Qeyd olunan faktı məhkəmə tam və ətraflı araşdırmamış və vurulmuş ziyanın ödənilməsi öhdəliyini qanunsuz olaraq yalnız Cavabdeh3 üzərinə qoymuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı Cavabdeh3 tərəfindən yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda cəzaçəkmə müəssisəsində çəza çəkir, maddi durumu və sağlamlıq imkanları yaxşı deyil. İddia ərizəsində ondan müxtəlif adlarda şişirdilmiş məbləğlər tələb edilir. Bu halları təsdiq edən hər hansı sübut isə yoxdur. İddiaçı tərəfin ondan banka ödənilmiş borc vəsaitini tələb etməsi isə tamamilə əsassızdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsi xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyri-obyektiv qərar qəbul olunmuşdur. Məhkəmənin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində əsassızdır. İddia tələbini sığorta ödənişinə aid hissədə rədd edən məhkəmə göstərib ki, sığorta müvaqiləsi mövcud olmadığı təqdirdə, hər hansı sığorta ödənişinin icrasından söhbət gedə bilməz. Bu cür yanaşma tamamilə əsassızdır. Belə ki, əgər müvafiq müqaviləsi olsaydı, sığorta hadisəsi nəticəsində sığorta şirkəti tərəfindən ziyan vurulan tərəfə sığorta ödənişi ediləcəkdi. Belə bir müqavilə olmadığı üçün hazırda iddiaçı tərəf olaraq həmin məbləği cavadeh tərəfin ödəməsini tələb edir. Bundan başqa, iddiaçı anasının "xxxx" ASC-yə olan borcunun ödənilməsinə görə 1800 manat, pensiya ödənişlərindən məhrum edilməklə əlaqədar 10000 manat məbləğində pulun tutulmasını xahiş etsə də, məhkəmə bu hissələrdə də iddia tələbini təmin etməmişdir. Məhkəmə haqsız olaraq qeyd edib ki, qalan kredit borcu mərhumun vərəsəsi tərəfindən ödənilməlidir. Mərhumun kredit borcu üçüncü şəxsin məsuliyyətsizliyinin nəticəsi olaraq baş vermiş hadisə nəticəsində iddiaçının vərəsəsi tərəfindən ödənilmişdir. Ona görə də hesab edir ki, banka ödənilmiş pul cavabdeh tərəfdən iddiaçıya ödənilməlidir. İddia tələbinin pensiya ödənişləri ilə bağlı hissədə isə bildirir ki, şəxs yaşayacağı təqdirdə pensiya alacaqdı və onun əlil övladının xərcləri də təmin ediləcəkdi. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
22. İş üzrə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə vasitəsilə təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər.
23. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi;
14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
25. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Maddə 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Maddə 60.1.Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqdavə əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinindörddə üçündənartıq ola bilməz..
26. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi Maddə 7.0.36. zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır; Maddə 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətindən görünür ki, apellyator qətnamənin tam ləğv olunmasını xahiş etsə də, dəlillərində yalnız iddianın təmin olunmayan hissəsini mübahisələndirmiş və iddiasının tam təmin olunmasını xahiş etmişdir.
29. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsini yalnız mübahisələndirilən - iddianın təmin olunmayan hissəsində yoxlamağı vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İddia tələbi cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi ilə bağlıdır.
32. Qeyd edilkir ki, hazırkı iş üzrə qətnamə yalnız iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən araşdırma yalnız həmin hissədə aparılır. Tələbdən görünür ki, iddiaçı ümumilikdə 29500 manat tələb etmiş, bundan 12700 manat hissəsi təmin edilmiş, qalan 16800 manat hissəsi isə təmin edilməmişdir.
33. Baxılan işin faktiki hallarından müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-600/2023 saylı hökmünə əsasən Cavabdeh3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
34. Hökmə əsasən zərərçəkmiş şəxsin hüquq varisi tərəfindən verilmiş mülki iddia vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı hissədə qismən təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh3 tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin hüquq varisinə vurulmuş mənəvi ziyanla əlaqədar ondan 5000 manatın tutularaq İddiaçı ödənilməsi, mülki iddia ərizəsinin zərərçəkmiş şəxsin hüquq varisinə maddi ziyan vurulması hissəsində baxılmamış saxlanılması, zərərçəkmiş şəxsin hüquq varisinə törədilmiş cinayət nəticəsində maddi ziyan vurulması ilə əlaqədar müstəqil şəkildə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
35. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, mövqeyini aşağıdakı şəkildə əsaslandırır.
36. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya ilk növbədə qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürüldükdə həmin tələblərin birmənalı olaraq təmin (və ya tam təmin) olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
37. Nəzərə alınmalıdır ki, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
39. Birinci instansiya məhkəməsinin “iddianın təmin olunmayan” hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası qeyd edir ki, qeyd olunan iddia tələbi bu hissədə iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir mötəbər və tutarlı sübutla təsdiq olunmamışdır.
40. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, pensiya təminatı yalnız şəxsin özü üçün təyin olunmaqla mövcud qanunvericiliyə görə şəxsin ölümü ilə onun pensiya təminatına xitam verilir. Hazırkı halda sonuncunun ölümü nəticəsində pensiya ödənişinin kəsilməsinə görə iddiaçıya hansı qaydada və məbləğdə maddi ziyanın vurulması iddiaçı tərəfindən əsaslandırılmamışdır. Həmin pensiya ödənişlərinin şəxsin vəfat etdiyi vaxtdan mexaniki şəkildə hesablanmaqla cavabdehdən tələb edilməsi isə absurd iddiadır.
41. Avtomobilin sığortalanmamasına görə 5000 manat sığorta ödənişinin verilməsi barədə tələb isə əsassız hesab edən kollegiya bu hissədə də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, icbari sığorta ödənişi etməmiş nəqliyyat vasitələrinin sahiblərinə qanunvericiliyin tələblərinə uyğun maddi sanksiyalar və ya digər tədbirlər tətbiq edilir. Sığorta müqaviləsi mövcud olmadığından, hər hansı sığorta ödənişinin icrasından söhbət gedə bilməz.
42. Nəhayət, "xxxx" ASC-yə olan borcun ödənilməsi - 1800 manat hissəsinə münasibətdə isə yenə məhkəmə kollegiyası bildirir ki, həmin krediti mərhum X.İ.Vəliyeva sağlığında əldə etmiş, vərəsəsi qismində isə iddiaçı qaytarmışdır. Yəni həmin vəsaitin iddiaçı tərəfindən ödənilməsi vərəsəliklə bağlı mülki qanunvericiliyin tələblərindən irəli gəlir, konkret halda vərəsə mirasın aktivinə yiyələndiyi kimi, passivi qarşısında da cavabdehlik daşıyır.
43. Apellyasiya şikayətinin digər dəlili isə iddia tələbinin yalnız cavabdehlərdən Cavabdeh3 aid hissədə təmin edilməsidir ki, məhkəmə kollegiyası bu hissədə də iddia tələbini əsassız hesab edərək bildirir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 MMC, və Cavabdeh2 münasibətdə əsassız və qanunsuzdur. Çünki əvvəla baş vermiş yol nəqliyyat hadisəsində yalnız Cavabdeh3 təqsirləndirilən şəxs qismində tanınmışdır. Digər cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı baş verən hadisə ilə əlaqədar hər hansı maddə ilə ittiham irəli sürülməmiş habelə sonuncuların təqsirli bilinməsinə dair qüvvədə olan məhkəmə hökmü yoxdur.
44. Aparılan araşdırmanın nəticəsi olaraq kollegiya bir daha vurğulayır ki, yalnız iddiaçının əsaslandırılmamış və sübut olunmamış mülahizələrinə əsasən iddianın tam təmin edilməsi qəbul edilmiş məhkəmə aktının əsaslılığını və ədalətliliyini şübhə altına ala bilər. Apellyasiya icraatı zamanı da kollegiya tərəfindən iddiaçı tərəfə iddia tələbini təsdiq edəcək sübutların təqdim olunmasını yenidən təklif edilmiş, lakin iddiaçı tərəf tələbini dəstəkləyəcək hər hansı sübutu təqdim etməməklə, dəlillərini yalnız qeyrimüəyyən və dəqiqləşdirilməmiş şifahi izahatı ilə əsaslandırmağa çalışmışdır
45. Məsələnin həllinə yuxarıda göstərilən kontekstdən yanaşan kollegiya, iddia tələbinin rədd olunmuş hissəsinə münasibətdə işə baxan məhkəmənin mövqeyini işin faktiki hallarına uyğun hesab edərək qeyd edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3841/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı tərəf, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.