Məhkəmə qərarları › İş №2(105)-561/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-561/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-561/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə,iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-6738/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-6738/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı İnvestisiya" Kommersiya Bankının xeyrinə milli manat ekvivalentində əsas borc üzrə 10.304,51 ABŞ dolları, faiz borcu üzrə 3.063,67 ABŞ dolları, ümumilikdə 13.368,18 ABŞ dolları və məhkəməyə müraciət etmək uçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması, 30 manat ödənilməli olan dövlət rüsuunun çatışmayan 10 manatının Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin X5 aid olan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Ceyhun Məmmədov) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İ Ş İ N H A L LA R İ: Kreditor İddiaçı X4 ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı, X2 xeyrinə cavabdehin borclu olduğu əsas borc üzrə 10.304151 ABŞ dolları, faiz borcu üzrə 3.063,67 ABŞ dolları, ümumilikdə 13.368,18 ABŞ dolları və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli əmri ilə kreditorun xahişi təmin edilmişdir. Həmin əmrdən narazı qalan Cavabdeh3 etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə xx.xx.2016-cı il tarixli əmrə ləğv edilərək, mülki işə mahiyyəti üzrə baxılması xx xxxx 2018ci il tarixinə təyin edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, onunla İddiaçı X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli «kredit müqaviləsi» nə əsasən ona 22 illik faiz hesablanmaqla 24 ay müddətinə 14.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 və Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli «zaminlik müqavilələri» bağlanmışdır. Lakin Cavabdeh3 onunla bağlanmış xx.xx.2015-ci il tarixli 4- M-1-122-15 saylı kredit müqaviləsi üzrə zaminliyi nəzərdə tutulmamışdır. Hal-hazırda Cavabdeh3 bank qarşısında heç bir öhdəliyi yoxdur. Qeyd edir ki, bu işə onun iştirakı və xəbəri olmadan baxılmışdır. Bu səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Hesab edirəm ki, məhkəmə qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul olunub. Borcunu ödəməkdən boyun qaçırmır. Aylıq ancaq 50-100 manat ödəyə bilər. Başqa heç bir yolu yoxdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-6738/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, kedit müqaviləsinə əsasən cavabdehə borc verilib, cavabdeh müqavilə üzrə öhdəliklərini hazırki günədək yerinə yetirmir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-6738/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə Cavabdeh2 və Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavadbehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-6738/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan İddiaçı X4 ilə Cavabdeh1 oğlt arasında bağlanmış 4-M-1-0-122- 15 saylı, xx.xx.2015-ci il tarixli “kredit müqaviləsi” nə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 22 (iyirmi iki) faiz hesablanmaqla 14.200 ABŞ dolları kredit verilmişdir və cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı X4 ilə Cavabdeh1 arasında bağlanmış 4-M-1-0-122-15 saylı, xx.xx.2015-ci il tarixli “kredit müqaviləsi”nin 1.8-ci bəndindən görünür ki, cavabdeh sonuncu ödəniş xx.xx.2017-ci ildən gec olmayaraq ödənilməlidir. İşdə olan İddiaçı X4 ilə Cavabdeh2 arasında bağlanmış 4-M-1-0-122-15 saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 14.200 ABŞ dolları borcuna görə zamin olmuş və bu məbləğin qaytarılmasına görə onunla birlikdə məsuliyyət daşıyır. İşdə olan İddiaçı X2 cavabdehlərə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdehlər borcun qaytarılmasına dair xəbərdar edilmişlər. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc üzrə 10.304,51 ABŞ dolları, faiz borcu üzrə 3.063,67 ABŞ dolları, ümumilikdə 13.368,18 ABŞ dolları borcu var. İş materiallarına əlavə edilmiş İddiaçı X2 xx.xx.2018-ci il tarixli 241 saylı arayışından görünür ki, Cavabdeh3 Cavabdeh1 ilə bağlanmış xx.xx.2015-ci il tarixli 4-M-1- 122-15 saylı kredit müqaviləsi üzrə zaminliyi nəzərədə tutulmamışdır. Hal hazırda Cavabdeh3 bank qarşısında heç bir öhdəliyi yoxdur. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmasını, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmasını, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsini, Cavabdeh2 ilə zainlik müqaviləsi bağlanmasını, Cavabdeh3 Cavabdeh1 ilə bağlanmış xx.xx.2015-ci il tarixli 4-M-1-122-15 saylı kredit müqaviləsi üzrə zaminliyi nəzərədə tutulmamasını müəyyən edərək, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.1, 448.1, 467, 470.1 və 472-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək iddia tələbini 10304,51 ABŞ dolları əsas və 3063,67 ABŞ dolları faiz borcu hissəsində təmin etməkdə də haqlı olmuşdur. Çünki iddiaçı ilə cavabdeh Abdullayev Araz arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdeh Araz Abdullayevin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə cavabdeh Araz Abdullayevin 10304,51 ABŞ dolları əsas, 3063,67 ABŞ dolları faiz borcu olması da iş materiallarında olan maliyyə arayışı (i.v.2) ilə təsdiqini tapır. Həmçinin məhkəmə kollegiyasının iclasında cavabdeh Araz Abdullayev borcunun inkar etmədiyini, hazırda ödəyə bilmədiyini, aylıq 50-100 manat ödəniş edə biləcəyini bildirməklə dolayısı yolla banka olan borcunu etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdehlərdən iddiaçının xeyrinə, ödənilməli olan 30 manat dövlət rüsumunun qalan 10 manatının cavabdehlərdən tutularaq dövlət büdcəsinə köçürülməsi barədə gəldiyi nəticə də Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri ümimi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Araz Abdullayevin apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-6738/2018 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-6738/2018 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar