Məhkəmə qərarları › İş №2(105)-565/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-565/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-565/2021 15.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladı ilə birlikdə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2017-ci ildə Zöhrə adlı qızları anadan olmuşdur. O, ailə qurarkən cavabdehin atası Tacəddin Mahmudova məxsus olan ünvan 2 ünvanındakı evə gəlin köçmüşdür. O, gəlin köçərkən qaynatası vəfat etmişdi. Hazırda adı çəkilən həmin evdə faktiki olaraq həyat yoldaşı yaşayır. O, bu evdən yaşamaq hüququ istəyir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh bildirmişdir ki, ev onun adına qeydə alınmayıb. Ev mərhum atasının adınadır, hazırda o mübahisəli evdə yaşayır. O, iddianın evdə yaşamasına etiraz etməmişdir, iddiaçı özü evdən çıxıb getmişdir. Amma onun evdən istifadə hüququnun müəyyən edilməsinə o razılıq vermir, ona görə ki, ev ona məxsus deyil. Onun Cavabdehla heç bir etirazı etməmişdir. O, xahiş etmişdir ki, cavabdehin atasına məxsus ünvan 2 ünvanında yaşamaq hüququ tanınsın. O, cavabdehin atasına məxsus evin sənədlərini ala bilməmişdir. Məhkəmədən evin sənədlərini Xaçmaz rayon Reyestr Şöbəsindən alınmaqla ona köməklik göstərməsini xahiş etmişdir. Məhkəmə onun bu sözlərinə məhəl qoymamışdır. Məhkəmənin iş üzrə çıxardığı qətnamə qanunsuz və əsassızdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)- 1629/2020 saylı qətnaməsini ləğv edərək, yəni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının istifadə hüququnun tanınmasına dair evin cavabdehin adına olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər xx xxxx 2015-ci il tarixdə nikaha daxil olmuşlar və Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının hüququnun tanınması üçün tələb etdiyi ev cavabdehə məxsus deyildir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X2 xx xxxxxx 2021ci il tarixli **********92 saylı məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2-ci maddəsinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: (14.2.1.) Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. (14.2.2.) Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. (14.2.3.) Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. (14.2.4.) Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. (14.2.5.) Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. (14.2.6.) Başqa şəxsə zərər vurulması. (14.2.7.) Əsassız varlanma. (14.2.8.) Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qanunvericiliyin qeyd edilən normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia ona cavab verməli olmayan subyektə yönəldilmişdir. Cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəliyini şərtləndirən hüquqi fakt mövcud deyil. Hüquq münasibətləri müəyyən həyati faktların baş verməsi nəticəsində yaranır, dəyişir və ya xitam edilir. Hüquqi faktlar – hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam olunmasınını hüquq normaları ilə əlaqələndirdiyi konkret həyati hallardır. Hüquqi faktlar hüquq normasının hipotezasında ifadə edilir. Müəyyən subyektin hüquq və vəzifələrinin tanınıb-tanınmaması müvafiq hüquqi faktın olub-olmamasından asılıdır. Hüquqi fakt 2 cür olur: sadə, mürəkkəb. Hüquq münasibətlərində 1 hüquqi fakt çıxış edirsə sadə, 2 və daha artıq hüquqi fakt çıxış edirsə mürəkkəb tərkib adlanır.Hüquqi faktlar subyektin fərdi iradəsi ilə əlaqəsinə görə 2 qrupa bölmək olar: Hadisələr-insanların iradəsindən asılı olmadan baş verən hallardır. 2 hissəsə bölünür: mütləq və nisbi. Hərəkətlər – elə hüquqi faktlardır ki, onların baş verməsi insanların iradəsindən, şüurundan asılıdır. Qanunçuluq nöqteyi-nəzərindən baxsaq insanların əməlləri hüquqa uyğun və hüquqa zidd hərəkətlərə bölünür. Hüquqa uyğun hərəkətlər şəxslərdə hüquq normalarında nəzərdə tutulmuş hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur. Bölünür: Hüquqi aktlar – insanlar tərəfindən xüsusi müəyyən hüquq münasibətlərinə daxil olmaq məqsədilə törədilən hüquqa uyğunhərəkətlərdir; Hüquqi əməllər – xüsusi olaraq hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəlməsə də bu cür nəticələrə səbəb olan hüquqa uyğun hərəkətlərdir. Hüquqazidd hərəkətlər (hüquq pozuntusu) – elə hüquqi faktlardır ki, onlar hüquq normalarının tələblərinə zidd olur. Bütün bu pozuntular cinayət və xətalara bölünür. İntizam, inzibati, mülki-hüquqi xətalar fərqləndirilir.Hüquqi faktların əlamətləri: hüquqi faktlar konkret və fərdi hallardır. Konkret subyektlər tərəfindən edilir və konkret sosial, hüquqi məzmuna malik olurlar; hüquqi tənzimetmə predmetinə daxil olan ictimai münasibətlərin vəziyyəti haqqında məlumat daşıyır; müəyyən şəkildə, zahirdə ifadə olunurlar; Düzünə (hipoteza) və dolayı (dispozisiya və sanksiya) yolla hüquq normaları ilə nəzərdə tutulmalıdırlar. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Belə ki, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında »Avropa Konvensiyası müddəalarını və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarmm və azadlıqlarmm müdafıəsi haqqında» Avropa Konvensiyasmm iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbİqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azarbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarım da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirər. "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil. iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin həm-mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallanndan irəli gələ bilər (§68). Eyni zamanda, "Qavazov" Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarmda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası İddiaçı iş üzrə ona qaynatasının adına sənədlərin toplanmasında köməklik edilməsinə dair tələbinin məhkəmə tərəfindən nəzərə alınmaması barədə gətirdiyi dəlil qəbul etmir. İddiaçının tələbi yaşayış hüququnun tanınmasına olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-1629/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar