Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-567/2024 16.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərcin tutulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X19 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərcin tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(012)-4506/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2(105)-1502/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüldlü X15, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutulması, alimentin xx.xx.2005-ci il təvəllüldlü X10 münasibətdə X11, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X16 münasibətdə isə İddiaçı verilməsi, qətnamənin xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün tutulması hissəsində dərhal icra edilməsi, xx.xx.2005-ci il təvəllüldlü X10 münasibətdə alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və əlavə xərcin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarının dəyişdirilərək, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ½ hissəsi miqdarında alimentin, xx.xx.2009-cu il təvəllüdlü X5 müayinə və müalicəsi üçün əlavə xərc olaraq Cavabdeh onun xeyrinə hər ay 200 manat sabit pul məbləğində əlavə xərcin və mediasiya üçün ödədiyi 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1502/2022 nömrəli, xx.xx.2022 tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X15, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavadeh Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutulması müəyyən edilmişdir. xx.xx.2005-ci il təvəllüdlü X7 hazırda 18 yaşı tamam olduğu üçün ona təyin edilmiş alimentin tutulmasına xitam verilmişdir. xx.xx.2009-cu il təvəllüdlü X4, kifoz xəstəliyi ilə bağlı daim müalicə alır. Ayaqları üçün fizotrapiya və digər müalicələr götürür. Bundan əlavə olaraq gözlərində yaranan zəifliklə əlaqədar olaraq müalicəyə və əməliyyata ehtiyacı vardır.
4. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(012)-4506/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)- 1502/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X14 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаları üçün Cavabdeh İddiaçı qızının хеyrinə hər ay qazancının (başqa gəlirlərinin) yarısı hissəsi miqdarında alimentin tutulması, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi alimentin tutulması hissəsində iddia əriəzəsinin təmin edilməsi nəticəsinə gəldikdə hesab etmişdir ki, hazırda X10 münasibətdə X8 xeyrinə tutulan aliment Lalə Məmmədova yetkinlik yaşına çatdığı üçün dayandırıldığından cavabdehin qazancı və başqa gəlirləri yalnız digər uşaqlara münasibətdə aliment olaraq təyin edilməlidir.
6. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi barədə iddia ərizəsini təmin etməkdən imtina edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Hazırki tələb üzrə iddiaçı, X5 xəstə olması ilə bağlı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən heç bir sübut təqdim etməmiş, yalnız uşağın skalioz, kifoz xəstəliyi olmasını əsas gətirmişdir ki, həmin xəstəliyin ağır xəstəlik olmasını müəyyən edən sənədlər məhkəməyə təqdim edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, 34-cü maddəsinin İV hissəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 76.1.2.2, 81.1, 112.1-ci maddələri, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 № qərarının tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X3 üçün təyin edilmiş alimentin məbləğinin onun qazancının və başqa gəlirlərinin ¾ hissəsi miqdarında müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən onun X17 ilə birgə nikahından doğulmuş 24 avqust 2020-cü il təvəllüdlü X6 mənafeyini nəzərə almamışdır. Qüvvədə olan ailə qanunverciliyinə əsasən 3 və daha artıq uşaq olduqda aliment ödəyən valideynin aylıq gəlirinin yarısı hissəsindən dolanacaq təminatı, yəni aliment almaq hüququ vardır. İşə baxmış birinci instansiya məhkəməsi isə qanunverciliyin tələbini nəzərə almadan onun aylıq gəlirinin yarı hissəsini bötüvlükdə yalnız əvvəlki nikahından doğulmuş 3 azyaşlı uşağın alimentinin ödənilməsinə tutmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz verməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.4. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
14. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
15. Maddə 76.1. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
16. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2. Yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
18. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
21. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2024-cü il tarixli qərardadı ilə Cavabdeh verdiyi apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi artırılmaqla müəyyən edilmiş alimentin məbləği hissəsində mübahisə doğurduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qətnamənin mübahisələndirilən hissəsində yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
26. Məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməldir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübut etmə öhdəliyini yaradır.
27. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı müəyyən olunduqdan sonra xx.xx.2005-ci il təvəllüldlü X15 yetkinlik yaşına çatdığı üçün onun saxlanması üçün tutulan aliment dayandırılmışdır.
28. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 2470.35 manat pensiya, həmçinin müharibə veteranı adı alması ilə əlaqədar 80 manat pensiya alır.
29. Alimentin məbləği ilə bağlı kollegiya qeyd edir ki, Ailə Məcəlləsinin 76-cı maddəsinə əssən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
30. Belə olan halda, cavabdehdən uşağın saxlanılması üçün hər ay tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləğinin cavabdehin qazancının yarısı miqdarında müəyyən edilməsi Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbinə, yəni 3 uşağa görə tutulmalı olan alimentin miqdarına uyğundur və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
31. Apellyasiya şikayətinin cavabdehin başqa nikahdan doğulmuş 24 avqust 2020-cü il təvəllüdlü uşağının mənafeyinin nəzərə alınmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verildikdə uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Lakin cavabdeh hazırda həmin uşağın saxlanması üçün ondan alimentin tutulduğu barədə müvafiq aktı məhkəməyə təqdim etməmişdir.
32. Digər tərəfdən, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
33. Tərəflərin birgə nikahından doğulmuş 3 yetkinlik yaşına çatmayan uşaqlar anaları İddiaçı yanında qaldığından, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsi tələb edildiyindən və rəsmi olaraq aylıq qazanca malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən alimentin Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə uyğun olaraq təyin edilməsi barədə gəldiyi nəticə əsaslıdır.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
35. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(012)-4506/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.