Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-57/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(012)-70/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(012)-70/2019 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qaşı kredit bocunun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilib, Cavabdeh 16.12.2009-cu il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 124.755.00 manat (o cümlədən: əsas borc üzrə 111.829.00 manat, 0% borcu və 5%- lə hesablanmış faiz borcu üzrə 12.926.00 manat), 19.07.2010-cu il tarixli, 03 saylı kredit müqaviləsi üzrə 37.742 manat (o cümlədən: əsas borc üzrə 27.978.00 manat, müqavilənin müddətinin bitmə tarixinə faiz borcu 1530 manat, 5%-lə hesablanmış faiz borcu üzrə 8234 manat), 30.12.2014-cü il tarixli, İKM 04 saylı kredit müqaviləsi üzrə 106.461.00 manat (o cümlədən: əsas borc üzrə 91850.00 manat, müqavilənin müddətinin bitmə tarixinə faiz borcu üzrə 5146 manat və müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz borcu 9465 manat) məbləğində pul və rüsuma görə 30 manat məbləğində pulun alınıb İddiaçı ASC-yə ödənilməsi və ekspertiza tədqiqatının dəyəri cəmi 400 manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1nin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(012)-70/2019 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh bankın xeyrinə 16.12.2009-cu il tarixli, 01 saylı kredit müqaviləsi üzrə əsas borcu 111.829 manat, müqavilənin icra müddətinin bitmə tarixi 21.12.2013-cü il tarixinə faiz borcu 0 manat, müqavilə müddəti bitdiyi vaxtdan sonra illik borca 5 faiz hesablanmış 12 926 manat, cəmi 124 755 manat, 19.07.2010-cu il tarixli, 03 saylı kredit müqaviləsi üzrə əsas borc 27 978 manat, müqavilə müddəti bitdiyi 19.07. 2012-ci il tarixinə faiz borcu 1530 manat, həmin vaxtdan sonra illik borca 5 faiz hesablanmış faiz borcu 8234 manat, cəmi 37 742 manat və 30.12.2014-cü il tarixli, 04 saylı kredit müqaviləsi üzrə əsas borc 91 850 manat, müqavilə müddəti bitdiyi 30.12.2015-ci il tarixinə hesablanmış 5146 manat faiz borcu, müqavilə müddəti bitdiyi vaxtdan sonra illik borca 5 faiz hesablanmış 9465 manat, cəmi 106.461 manat borcun və 30 manat ödənmiş dövlət rüsumuna görə pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğvetmə prosesində olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 16.12.2009-cu il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 22 faiz hesablanmaqla 150.000 manat, 19.07.2010-cu il tarixli, 03 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 8 faiz hesablanmaqla 40.000 manat və 30.12.2014-cü il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 18% hesablanmaqla 91.850 manat məbləğində kredit verilmişdir. 16.12.2009-cu il tarixli, 01 saylı kredit müqaviləsinə 15.03.2010-cu il və 21.12.2011-ci il tarixli əlavələr edilmiş və həmin əlavələrə əsasən kreditin faiz məbləği dəyişdirilərək illik 14% müəyyənləşdirilmiş,kredit müqaviləsinin müddəti isə 21.12.2013-cü il tarixə kimi uzadılmışdır. Hər üç müqavilə üzrə krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürsə də Cavabdeh həmin müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş və edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş və ödəniş etməməklə müqavilənin şərtlərini pozmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 29 noyabr 2019-cu il tarixli qətnaməsini qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.Belə ki, bankın müəyyən etdiyi siyahı üzrə həyata keçirilmiş ödənişlər düzgün heablanmamış, əsas borcla yanaşı, faiz bocu da olduqca şişirdilmişdir. Bank tərəfindən kredit müqaviləsinin ləğv olunması barədə tələb irəli sürülməmişdir. Bununla yanaşı bank tərəfindən məhkəməyə kredit müqaviləsinin son icra müddətinədək olan əsas və faiz borcunun məbləği də heablanmamış, məhkəməyə bu barədə hesabat təqdim olunmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirimədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan 16.12.2009-cu il tarixli, 01 saylı kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 22 faiz hesablanmaqla 150000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 19.07.2010-cu il tarixli, 03 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 8 faiz hesablanmaqla 40000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 30.12.2014-cü il tarixli, 04 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 18 faiz hesablanmaqla 91850 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 16.12.2009-cu il tarixli, 01 saylı kredit müqaviləsinə 15.03.2010-cu il və 21.12.2011-ci il tarixli əlavələr edilmiş və həmin əlavələrə əsasən kreditin faiz məbləği dəyişdirilərək illik 14 faiz müəyyənləşdirilmiş, kredit müqaviləsinin müddəti isə 21.12.2013-cü il tarixə kimi uzadılmışdır. Maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 16.12.2009-cu il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 23.01.2018-ci il tarixinə əsas borcu 111.829 manat, müqavilənin icra müddətinin bitmə tarixi 21.12.2013-cü il tarixinə faiz borcu 0 manat, müqavilə müddəti bitdiyi vaxtdan sonra illik borca 5 faiz hesablanmış 12926 manat, cəmi 124.755 manat borcu vardır. Maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 19.07.2010-cu il tarixli, 03 saylı kredit müqaviləsi üzrə əsas borc 27 978 manat, müqavilə müddəti bitdiyi 19.07.2012-ci il tarixinə faiz borcu 1530 manat, həmin vaxtdan sonra illik borca 5 faiz hesablanmış faiz borcu 8234 manat, cəmi 37 742 manat borcu vardır. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 30.12.2014-cü il tarixli, 04 saylı kredit müqaviləsi üzrə əsas borcu 91.850 manat, müqavilə müddəti bitdiyi 30.12.2015-ci il tarixinə hesablanmış 5146 manat faiz borcu, müqavilə müddəti bitdiyi vaxtdan sonra illik borca 5 faiz hesablanmış 9465 manat, cəmi 106.461 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2019-cu il tarixli 18366 saylı rəyi ilə iş materiallarında olan hesabdan çıxarışlardan və 16.12.2009-cu il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən 21 dekabr 2011-ci il tarixli, 01 saylı Əlavə Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 13.03.2018-ci il tarixinə banka olan borcu 222.680.51 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 115.708.68 manat, faiz borcu üzrə 106971.83 manat. - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarışlardan və 19.07.2010-cu il tarixli, 03 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddia müddətinə, yəni 13.03.2018-ci il tarixinə banka olan borcu 54028.79 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 29942.19 manat, faiz borcu üzrə 23062.17 manat, cərimə borcu üzrə - 1024.43 manat. - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarışlarıdan və 30.12.2014-cü il tarixli, İKM 04 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh iddia müddətinə, yəni 13.03.2018-ci il tarixinə banka olan borcu 144390.53 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 91850.00 manat, faiz borcu üzrə 52540.53 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2019-cu il tarixli 12104 saylı rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatları və 16.12.2009-cu il tarixli, 01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 23 yanvar 2018-ci il tarixinə (maliyyə arayışında göstərilən tarixə) İddiaçı ASC-nə olan borcu 124.755.00 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 111.829.00 manat, faiz borcu üzrə 12.926.00 manat. - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 19.07.2010cu il tarixli, 03 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 23 yanvar 2018-ci il tarixinə (maliyyə arayışında göstərilən tarixə) İddiaçı ASC-nə olan borcu 37.742 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 27.978.00 manat, faiz borcu üzrə 9764.00 manat. - rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 30.12.2014-cü il tarixli, İKM 04 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 23 yanvar 2018-ci il tarixinə (maliyyə arayışında göstərilən tarixə) İddiaçı ASC-nə olan borcu 106.461.00 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 91850.00 manat, faiz borcu üzrə 9465.00 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2021-ci il tarixli, 9/3917 saylı rəyi ilə iş materiallarında olan hesabdan çıxarış məlumatları və 16.12.2009-cu il tarixli, 01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 23 yanvar 2018-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 124.755.76 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 111.829.76 manat, illik 5 faiz olmaqla 12.926.00 manat; 19.07.2010-cu il tarixli, 03 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 23 yanvar 2018-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 37.742,94 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 27.978.94 manat, faiz borcu 1530 manat, illik 5 faiz borcu 8234 manat; 30.12.2014-cü il tarixli, İKM 04 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 23 yanvar 2018-ci il tarixinə (maliyyə arayışında göstərilən tarixə) İddiaçı ASC-nə olan borcu 106.461.00 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 91850.00 manat, faiz borcu 5146 manat və illik 5 faiz borcu 9465.00 manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, (008)-1029/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı ASC-yə və X4 qarşı kredit müqavilələrinin etibarsız sayılması və digər şəxslə bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(103)- 6032/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, (008)-1029/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(102)-392/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(103)- 6032/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqavilələrinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı, hesabdan çıxarış və ekspert rəyləri ilə öz təsdiqini tapır. Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunmaması hallarını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2021-ci il tarixli, 9/3917 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Verilmiş apellyasiya şikayəti təmin edilmədiyi üçün ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(012)-70/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-57/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-57/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver