Məhkəmə qərarları › İş №2(105)-571/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-571/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-571/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4293/2023 nömrəli, 10 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 9501 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 müddətin bərpası barədə ərizə vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4293/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(060)-4293/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, borclular Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada iddiaçının xeyrinə 10468,64 ABŞ dolları əsas, 324,86 ABŞ dolları faiz, 20,17 ABŞ dolları cərimə olmaqla, cəmi 10813,67 ABŞ dolları borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli məhkəmə əmri ilə xx.xx.1974-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh1 və xx.xx.1988ci ildə Dəvəçi rayonu, Yenikənd kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan borclu Cavabdeh2 və xx.xx.1960-cı ildə ünvan 3 ünvanında qeydiyyatda olan borclu Cavabdeh3 birgə qaydada kreditor "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 10468,64 USD əsas, 324,86 USD dollar faiz, 20,17 USD dollar cərimə, cəmi 10813,67 USD dollar borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Sumqayıt Şəhər Məhkəmənin 05 iyun 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli, 2(060)- 1563/2016 saylı əmri ləğv edilmiş, kreditor "xxxx" ASC-nin borclular Cavabdeh1, Cavabdeh2 və Məmmədov Ağamalla oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-4293/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, oğlu hərbi xidmətini yenicə bitirib evinə qayıtmışdır. Səhhətində ciddi problemlər olduğundan onu müalicə etdirməli olmuşdur. Oğlu xüsusi təyinatlarda xidmət etmişdir. Bundan əlavə bu iş ilə bağlı Bakı şəhər Nəsimi Rayon Məhkəməsində işə baxılırdı. Orada heç bir köməklik göstərilmədi. Həmçinin hüquqi savadsızlıq səbəbindən vaxtında apellyasiya şikayəti verməmişdir. Bu səbəbdən də qətnamədən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan 1 ay müddəti üzürlü səbəbdən buraxmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması səbəbləri ərizənin təmin edilməsi üçün əsas hesab olunmaması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli və onunla bağlı 19 yanvar 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar